Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 4.1. Korporasiyaların mahiyyəti və təşkili prinsipləri



Yüklə 1,45 Mb.
səhifə24/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   20   21   22   23   24   25   26   27   ...   104
Bakı – 2021
4.1. Korporasiyaların mahiyyəti və təşkili prinsipləri

Geniş mənada korporasiya-qarşısına müəyyən məqsədlər qoyan, ictimai rifah naminə fəaliyyət göstərən, müəyyən olunmuş hüquqlara malik hüquqi şəxs olan, daimi baza əsasında fəaliyyət göstərən məhdud məsuliyyətli təşkilatlardır.


Bu tərif daha universal hesab olunur. Buna baxmayaraq, müxtəlif ölkələrin qanunvericiliyi öz xüsusi meyarlarının möv­cudluğunu nəzərdə tuturlar. Məsələn, ABŞ qanunvericiliyi üçün bu və ya digər korporasiyanın aşağıdakı meyarlarının mövcudluğu xarakterdir:

  • hüquqi şəxs statusu;

  • məhdud məsuliyyət prinsipi;

  • müddətsiz mövcud olma;

  • səhmlərin sərbəst ötürülməsi;

  • mərkəzləşdirilmiş idərəetmə.

Nəzərə alsaq ki, azərbaycan qanunvericiliyində “korporasiya” anlayışı hüquqi möhkəmləndirilməmişdir və onun ikili izahı mövcuddur. Bəzi cəhətlərinə görə korporasiyalar üzvlüyə əsaslanan kommersiya təşkilatları kimi fəaliyyət göstərən təsərrüfat subyektləri, digər cəhətlərinə görə isə yalnız səhmdar cəmiyyətlər kimi qəbul edilir.
İnzibati amirlik sistemində, öz mahiyyətinə görə, məhz, səhmdar cəmiyyətlər dünya təsərrüfatı və hüquq təcrübəsində korporasiyaların ümumi izahı ilə eyniləşdirilir.
Qeyd etmək lazımdır ki, azərbaycan şərtlərində korporasiya anlayışı daha bir spesifik xarakter əldə etmişdir. O, bir neçə hüquqi şəxs tərəfindən təşkil olunmuş subyekti əks etdirən anlayışdır. Burada hüquqi şəxslərin hər birini ayrı-ayrılıqda ümumi təşkilati struktur, birgə biznesin həyata keçirilməsi, ümumi məqsəd və maraqlar və digər mülki münasibətlərlə əlaqədar olan müstəqil iqtisadi subyektlər kimi nəzərdən keçirmək lazımdır. Beləliklə, Azərbaycanda korporasiyalar həm müstəqil səhmdar cəmiyyətlər, həm də firmaların törəməsinin tiplərindən biri kimi nəzərdən keçirilə bilər.
Korporativ təşkilatının təsərrüfat fəaliyyətinin geniş im­kanları, sahib olduqları imtiyazların istifadəsinə əsaslanmaqla, korporasiyaların yaradılmasının çoxsaylı variantlarından istifadə etməklə firmalararası münasibətlərin modelləşdirilməsinə yol verir. Bunlara əsaslanaraq aşağıdakıları qeyd edə bilərik.

  1. Səhm buraxılışı vasitəsilə pul vəsaitlərinin cəlb olunması qabiliyyəti. Sayı məhdud olmayan investorların vəsaitlərin akkumlyasiyasına imkan verməklə, sonunculara cəmiyyətin idarə olunmasında iştirak seçimini təmin etməklə, müəyyən mükafatlandırılmalara ümüd edilir.

  2. İdərəetmə məsələsini həlli sadələşdirilir. Təşkilati rəsmiləşdirmənin mükəmməlliyi, səlahiyyətlərin və məsuliyyətin müəyyən edilməsində reqlamentlilik səhmdar cəmiyyətlərin idarəetmə orqanları arasında nəzarət funksiyasını müəyyənləş­dirməyə imkan verir, bu isə idarəetmə prosesinin ixtisaslaşması deməkdir.

  3. Səhmdarların tərkibinə daxil olma və çıxışın sadələşdirilmiş qaydası maraqlı şəxslərin rotasiyasının genış imkanını və müvafiq olaraq, son dərəcə dinamik investisiya təklifi şərtlərində böyük çevikliyi təmin edir.

  4. Məhdud məsuliyyət prinsipi riskləri azaltmağa imkan verir. Təşkilati məsuliyyət prinsipinin fəaliyyəti risklərin səhm­darlar və idarəedicilər arasında bölüşdürülməsi vasitəsilə iri korporasiyaların yaradılmasını mümkün etmişdir.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin