Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ menecmentin milli modelinin formalaşması



Yüklə 1,45 Mb.
səhifə22/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   18   19   20   21   22   23   24   25   ...   104
3.5. Korporativ menecmentin milli modelinin formalaşması

Məlumdur ki, dünya korporativ hərəkəti böyük bir alyans təşkil edir. Onun miqyası və sıraları daima genişlənməkdə və artmaqdadır. Azərbaycanda korporativ hərəkətin tarixi və müasir vəziyyətinin təhlili göstərir ki, ölkəmiz dünya korporativ hərəkətindən təcrid olunmuş şəkildə deyildir. Hazırda Azərbaycanda korporativ münasibətlər özünün yeni mərhələsinə daxil olmuşdur. İqtisadi sistemlərin dəyişməsi, bununla əlaqədar böyük transformasiya dəyişiklikləri, kütləvi özəlləşdirmə korporativ hərəkatında yeni xüsusiyyətlərin təzahür etməsinə səbəb olmuşdur.


Azərbaycanda 12 iyul 1994-cü ildə qəbul edilmiş “Səhmdar cəmiyyətləri haqqında” qanunu 90-cı ilin ortaları üçün çox mütərəqqi bir qanun adlandırmaq olardı. Bu qanunda bir çox ölkələr tərəfindən qəbul olunmuş ənənəvi korporativ idarəetmə normaları öz yerini tapmışdır. Bu qanun bütövlükdə müxtəlif maraqların məntiqə uyğun balansının təmin edilməsinə imkan verir.
1994-2000-ci illər arasındakı dövr Azərbaycanda təsərrüfat münasibətlərinin köklü surətdə dəyişdirilməsi ilə xarakterizə olunur. 70 ildən çox hökm sürən dövlət mülkiyyətini korporativ mülkiyyət əvəz etdi.
17 may 2000-ci il tarixində «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» yeni qanun qəbul edilmişdir. Üç fəsil və otuz maddədən ibarət olan bu qanunda korporativ idarəetməni inkişaf etdirmək üçün ciddi məsələlər öz əksini tapmışdır.
Korporativ idarəetmə sahəsində respublikada formalaşmış müasir hüquqi bazanın tarixinə nəzər salaq:

  • “Xarici investisiyaların qorunması haqqında” qanun (15 yanvar 1992-ci il);

  • “Valyuta tənzimlənməsi haqqında” qanun (21 oktyabr 1994-cü il);

  • “İnvestisiya fəaliyyəti haqqında” qanun (13 yanvar 1995-ci il);

  • “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının» təsdiq edilməsi haqqında qanun (29 sentyabr 1995-ci il);

  • Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında əsasnamə (12 fevral 1996-cı il);

  • “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi və səhmlərin satışı üzrə pullu hərracların keçirilməsi haqqında” əsasnamə (25 mart 1996-cı il);

  • “Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi qaydaları haqqında” əsasnamə (29 noyabr 1996-cı il);

  • 1997-ci il mart ayının 1-dən dövlət özəlləşdirmə paylarının əhaliyə verilməsi başlanmışdır;

  • Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılması və qeydiyyatı haqqında” əsasnamənin təsdiq edilməsi barədə fərmanı (19 may 1998-ci il);

  • “Qiymətli kağızlar haqqında” qanun (14 iyun 1998-ci il);

  • Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının reqistrinin yaradılması haqqında” fərmanı (20 iyul 1998-ci il);

  • Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı (26 iyul 1999-cu il);

  • Azərbaycan Respublikasının Mülki məcəlləsi qəbul edilmişdir, “Səhmdar cəmiyyətləri haqqında” qanun bu məcəlləyə daxil eddilmiş və müddəalarına xeyli dəyişikliklər edilmişdir (28 dekabr 1999-cu il). Mülki məcəllə 2000-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin investorların hüquqlarının qorunması və qiymətli kağızlar bazarına nəzarət üçün xüsusi və normativ aktlar qəbul edilmişdir. Bundan başqa bu sırada İqtisadi İnkişaf Nazirliyinin və s. normativ aktları da vardır.

Tədqiqatlar göstərir ki, korporativ idarəetmənin milli modelinin formalaşmasına təsir edən amillər aşağıdakılardan ibarətdir:

  1. Korporasiyaların səhmdar kapitalının strukturu;

  2. Əmanətlərin investisiyalara transformasiyası mexanizmi kimi çıxış edən maliyyə sisteminin xüsusiyyətləri (maliyyə bazarında vəziyyət, maliyyə institutlarının tipləri, bankların rolu və s.);

  3. Korporasiyaların maliyyələşmə mənbələrinin müxtəlifliyi;

  4. Hökumətin həyata keçirdiyi iqtisadi siyasət və ölkədə makroiqtisadi vəziyyət;

  5. Siyasi sistem (tədqiqatlar göstərir ki, ölkənin siyasi sisteminin quruluşunun əmələ gəlməsi və Kİ modeli arasında paralellik mövcuddur, yəni, seçicilər-parlament-hökumət və səhmdarlar-direktorlar şurası-menecerlər);

  6. Ənənələr, mədəniyyət;

  7. Ölkənin hüquq sisteminin inkişaf tarixi və müasir vəziyyəti;

  8. Tarixən formalaşmış ideologiya, mentalitet;

  9. Formalaşmış işgüzar münasibətlər təcrübəsi;

  10. Hökumətin iqtisadiyyata müdaxilə etmə dərəcəsi və onun hüqüq sisteminin tənzimlənməsində rolu.

Azərbaycanda korporativ sektorun yaranmasına səbəb olan özəlləşdirmə prosesini nəzərdən keçirmək məqsədəuyğundur.
Azərbaycanda özəlləşdirmə prosesi dövlət proqramına əsasən həyata keçirilir. Özəlləşdirmə məsələlərinə cavabdeh olan – Dövlət Əmlak Komitəsinin 1992-ci ildə yaranmasına, “Özəlləşdirmə haqqında” qanunun isə 1993-cü ildə qəbul edilməsinə baxmayaraq, 1995-1998-ci illəri əhatə edən özəlləşdirmə haqqında ilk proqram yalnız 29 sentyabr 1995-ci ildə təsdiq edilmişdir. Həmin tarixə qədər yalnız taksi avtomobilləri və kiçik kommersiya müəssisələri özəlləşdirilmişdir.
Birinci özəlləşdirmə proqramı çərçivəsində kiçik dövlət müəssisələri və obyektlərinin çoxu özəlləşdirilmiş və 1000-dən artıq orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərinə çevrilmişdir ki, onların özəlləşdirilməsi yalnız bundan sonra mümkün ola bilərdi.
Bir sıra orta müəssisələr özəlləşdirilmiş, “Qaradağ-sement” zavodu kimi özəlləşdirilmiş iri müəssisələrin sayı isə o qədər də çox olmamışdır. Beləliklə, birinci özəlləşdirmə proqramı daxilində əsasən kiçik dövlət müəssisə və obyektləri özəlləşdirildiyi halda, ikinci dövlət proqramı daha iri dövlət müəssisələrinin özəlləşdirilməsini nəzərdə tuturdu.
Özəlləşdirmə prosesi başlayan dövrdən etibarən bir sıra çətinliklər əmələ gəlmiş, 1999-cu ildə isə ikinci özəlləşdirmə proqramının qəbul olunması gecikdiyindən, bu proses demək olar ki, dayanmışdır. 1999-cu ilin əvvəlindən özəlləşdirmə prosesinin ikinci mərhələsi başlayanadək yalnız iki çek və on bir pullu hərrac keçirilmişdir. Keçirilmiş beş investisiya müsabiqəsindən birinin nəticəsi, müsabiqənin qalibi bağlanmış müqavilənin şərtlərini yerinə yetirmədiyindən, ləğv edilmişdir. Bütün bunlara baxmayaraq, özəlləşdirmə başlanandan ikinci özəlləşdirmə proqramının qəbulunadək olan dövrü əhatə edən özəlləşdirmənin birinci mərhələsi kiçik dövlət müəssisələri və obyektlərinin sürətlə özəlləşdirilməsi baxımından nisbətən müvəffəqiyyətli olmuşdur.
Özəlləşdirmənin ikinci mərhələsi 2000-ci ilin avqust ayında özəlləşdirmə haqqında yeni qanunun və ikinci özəlləşdirmə proqramının qəbul olunması ilə başlamışdır. Uzun çəkən fasilədən sonra özəlləşdirmə prosesi bərpa olunmuş, lakin may ayından etibarən ölkədə gedən struktur dəyişiklikləri nəticəsində özəlləşdirmə prosesi yenidən ləngiməyə başlamışdır.
30 aprel 2001-ci ildə üç nazirliyin, o cümlədən Dövlət Əmlak Komitəsinin və digər iki dövlət təşkilatının ləğvi və onların bazasında İqtisadi İnkişaf Nazirliyinin yaradılması haqqında fərman imzalanmışdır. Yaradılmış nazirliyin əsasnaməsi Prezident Heydər Əliyevin 11 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Bu əsasnaməyə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramının işlənib hazırlanması və tətbiqinin təmin edilməsi, sosial-iqtisadi inkişaf strategiyasının müəyyənləşdirməsi, iqtisadiyyatın müxtəlif tərəflərinin inkişafını özündə əks etdirən proqramların hazırlanması nazirliyin əsas funksiyalarını təşkil edir.
Qeyd etmək lazımdır ki, yerli investorlarla yanaşı xarici investorlar tərəfindən də özəlləşdirmə prosesinə böyük maraq göstərilmiş və “Bakı-Pivə”, “Qaradağ sement”, “Bakı Poladtökmə Şirkəti” (Baku Steel Company), “Bakı-Tütün” (“European Tobacco Baku”), “Siyəzən-Broyler”, “BM SUN” və s. müəssisələrinin özəlləşdirilməsində xarici investorlar iştirak etmişlər. Eyni zamanda, ölkəmizin alüminium sənayesində geniş restrukturlaşma tədbirləri həyata keçirilmiş və “Gəncə-Gil-Torpaq» İB, “Sumqayıtəlvanmetal” İB və Zəylik Alunit Mədən İdarəsinin bazasında “Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyəti təsis edilmiş və müsabiqə əsasında xarici şirkətə uzunmüddətli idarəetməyə verilmişdir.
Korporativ idarəetmə sahəsində 12 iyul 1994-cü ildə qəbul olunmuş «Səhmdar cəmiyyətləri haqqında» qanunun böyük əhəmiyyəti olmuşdur. Hamı tərəfindən qəbul olunmuş normaların mövcudluğu nöqteyi-nəzərindən bu qanun keçid iqtisadiyyatlı ölkələrin bir çoxları ilə müqayisədə daha təkmil bir qanundur.
Aparılmış tədqiqatlar göstərir ki, Azərbaycanda təşəkkül etmiş korporativ idarəetmə modeli “Sahibkar modeli” adlandırıla bilər. Bu modeli xarakterizə edən bəzi xüsusiyyətlərə nəzər salaq. Bu modeldə sosial dəyərlər sistemi kifayət qədər müəyyənləşdirilməmişdir. Korporativ idarəetmədə əmək kollektivləri hədsiz dərəcədə passivdirlər. Kapitalın dəyəri qeyri-müəyyəndir. Bu model üçün kapital bazarının qeyri-likvid olması xarakterikdir. İnvestisiyalar tam qanuni və şəffaf xarakterdə deyildir. Menecerlərin əmək haqlarının formalaşması prinsipi qeyri-müəyyəndir və onların məvcibi yüksək dərəcədə dispersdir. Səhmdar kapitalın strukturu yüksək dərəcədə qeyri-müəyyəndir. Böyük biznesdə əsas iqtisadi vahid konqlomerat xarakteri daşıyır. Sahibkarlıq modelində korporasiya iştirakçıları həm muzdlu menecerlər, həm də mülkiyyət sahibləridir. Lakin onların səlahiyyətləri dəqiqliklə bölüşdürülməmişdir. Operativ idarəetmə ilə məşğul olan menecerlərlə yanaşı, sahibkarların korporasiyada nümayəndələri olan «menecerlərin kuratorları» institutu fəaliyyət göstərir. Sahibkarların bu nümayəndələri yuxarı səviyyənin idarəetmə strukturunu təkrarlayırlar. Belə etməkdə məqsəd menecerlərin fəaliyyətinə nəzarəti gücləndirməkdir.
Əlbəttə, belə korporativ idarəetmə modeli keçid iqtisadiyyatlı ölkələrdə «yaşaya» bilər və onun hökm sürmə müddəti haqqında hər-hansı fikir yürütmək çətindir. Perspektivdə bu model başqa bir korporativ idarəetmə modelinə transformasiya oluna bilər. Bu, həyata keçirilən iqtisadi və siyasi islahatların istiqamətindən asılı olacaqdır.
Faktiki olaraq hal-hazırda Azərbaycanda rəsmi olaraq bütün əmək modellərinin ayrı-ayrı komponentləri inkişaf edir: səpələnmiş mülkiyyət (pula çevrilə bilməyən bazar və zəif institutsional investorlar), mülkiyyətə nəzarətin konsentrasiyasına aydın və dayanıqlı tendensiya (adekvat maliyyə və səmərəli monitorinqin iştirak etməməsi halında), müxtəlif tipli mürəkkəb korporativ strukturların formalaşması və çarpaz mülklərin elementləri (hər hansı tipə meyl etmənin olmaması halında). Aşağıdakı tendensiyaları da göstərmək olar:

  • Maliyyə-istehsal qruplarının sürətli inkişafı ilə Rusiyada yapon modelinə doğru dönüş baş verdi - bank nəzarəti və maliyyələşməyə əsaslanan daha qapalı model;

  • Anqlo - amerikan modeli ilə uyğunluq nəzərə çarpır: Rusiya modelində həmçinin ilk növbədə komponentin dəyərinin yüksəldilməsinə, onun qısamüddətli perspektivdə gəlirliyinin artırılmasına yönəldilən fəaliyyətini stimullaşdırır;

  • Komponentin xarici mühitə uyğunlaş­dırıl­masına idarəetmə sisteminin yüksək çevikliyinin himayə olunmasına istiqamətlənməsini qeyd etmək olar.

Beləliklə Azərbaycanda korporativ idarəetmə sisteminin heç bir tipinin dominantlıq etmədiyi vaxtda korporativ idarəetmənin milli modelinin formalaşma mərhələsində olduğu vəziyət yaranıb.
Bütövlükdə Azərbaycanda korporativ idarəet­mə­nin milli modelinin inkişafının başlıca xüsusiy­yətlə­rindən aşağıdakıları ayırmaq olar:
- korporasiyalarda mülkiyyətin təkrar bölüş­dürül­məsi prosesinin davamlılığı;
- maliyyə axınları və korporativdən səhmlərin çıxa­rılması ilə əlaqədar olan əksər insayderlərin spesifik motivasiyası;
- hökümətin səhm kapitalında nəzərə çarpacaq payı və idarəetmə və nəzarətin kənara axması problemi;
Bununla yanaşı korporativ idarəetmənin milli modelinin inkişafını çətinləşdirən konseptual xarakterli problemlər mövcuddur:
1. Keçid iqtisadiyyatlı ölkələr üçün korporativ idarəetmə sisteminin inkişafına vahid yanaşma və vahid istiqamətin olmaması. 1999-cu ildə Coset Stiqliç mülkiyyət və idarəetmə arasında problem konteksi ilə əlaqədar agent münasibətlərinin ixtisar edilməsinə əlverişli təsir göstərəcəklər. Həmin ildə Avropa Yenidən Qurma və İnkişaf Bankı növbəti onillik üçün vacib istiqamətlərdən biri olan “İnsayder”-lərin maraqları ilə mübarizənin vacibliyini göstərir.
2. Daha geniş vəziyyətdə mülkiyyət hüququnun iqtisadi təbiəti haqqında məsələ “təmiz” teoriyatik hüdudundan kənara çıxır. Son vaxtlar o tez-tez təsərrüfat siyasətinin sərt problemləri ilə əlaqədar olur (məsələn, Rusiya özəlləşdirmə problemləri).
3. Azərbaycanda korporativ mülkiyyətin strukturu formalaşma mərhələsindədir, səhm kapitalının konsolidasiya prosesi davam etməkdədir, bununla əlaqədar mülkiyyət srukturu və korporativ idarəetmənin bu və ya digər klassik modelinin cəzb etməsi haqqında nəticələr çıxarmaq hələlik tezdir.
4. Azərbaycanda affilləşmiş münasibətlər və benefsiar mülkiyyət problemi sərt şəkildə özünü biruzə verir (benefsiar mülkiyyət anlayışı ümumiyyətlə Rusiya hüququnda mövcud deyil). Sadalanan xarakterik spesifik cəhətlər hüquq və iqtisadi siyasət sahəsində hiss olunacaq çətinliklər yaradır. Bununla yanaşı qeyd etmək lazımdır ki, uzunmüddətli planda korporativ idarəetmə modellərinin unifikasiyalaşmasının ümumdünya tendesiyaları hesaba alınmalıdır (müxtəlif komponentlərin və mexanizmlərin qarşılıqlı təsiri). Korporativ idarəetmə modeli öz-özlüyündə ikinci dərəcəlidir. Ancaq real iqtisadi proseslərə əsaslanır. Hökümət nöqteyi nəzərdən fundamental məsələsi - bu korporativ idarəetmənin mülkiyyət hüququna zəmanət və müdafiəsi konteksində və korporativ münasibət­lərin iştirakçılarının maraqlarının balansının təmin olunması kimi araşdırılmasıdır. Qeyd olunan konteksdə korporativ idarəetməni iqtisadi artımın institutsional şərtlərindən ən vacibi kimi nəzərdən keçirilməlidir.
Korporativ idarəetmənin ənənəvi konsepsiyasına müvafiq olaraq yüksək rifah halında olan komponentin korporativ idarəetmə onun səhmdarlarının rifahlarını yüksəldir. Ancaq müasir komponent göstərir ki, səhmdarların rifah halı komponentin rifah halından fərqlənir, bu isə komponent və onun səhmdarlarının müxtəlif məqsədləri izləməsindən irəli gəlir. Buna görə də səmərəli korporativ idarəetmənin məqsədi - korporativ münasibətlərin bütün iştirakçılarının maraqlarının balansını təmin etməkdədir.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin