Şəkil 1.2. Azərbaycan iqtisadiyyatında korporativ mülkiyyətin subyekt və obyekt strukturlarının bəzi sabit qarşılıqlı əlaqə formaları.
Bununla belə bu sahədə mühüm transformasiya irəliləyişləri miqyaslı sosial təhlükələrlə yüklənib. Əgər sosial-iqtisadi transformasiyaları nəzərə almasaq, onda korporativ mülkiyyətin təkrar istehsalı prosesi obyekt və subyekt strukturlarının bir-birinə dinamik təsirini və onların qarşılıqlı əlaqə formalarının ardıcıl dəyişilməsini şərtləşdirir.
Korporativ mülkiyyət subyektləri arasında qarşılıqlı təsirin mühüm aspektlərini ayırd edək.
Birincisi, korporasiya inteqral subyekt qismində bir şəxs və ya bir qrup şəxs kimi qələmə verilə bilməz və öz maraqlarını təmsil etmək üçün müxtəlif yollardan istifadə etməyə məcburdur:
səhmdarların ümumi yığıncağı. Bu qurum adi rejimdə ildə bir dəfə yığılır və müntəzəm əsasda fəaliyyət göstərə bilməz;
direktorlar şurası;
korporasiyanın icraçı orqanı.
İkincisi, bu cür şaxələnmiş nümayəndəlik olduğu zaman korporasiyanın maraqları səhmdarlarla texnostrukturun arasındaki rəqabət mübarizəsinin qurbanı ola bilər. Zənnimizcə, korporasiyanın maraqları qeyd etdiyimiz subyektlərin maraqlarının bir-birinə uyğunlaşdırılması vasitəsi ilə qoruna bilər, yəni:
qeyri-həqiqi kapital mülkiyyətçilərinin texnostruktura daxil olması, korporasiyanın menecmentində yer tutması;
texnostrukturun opsionlardan və digər iştirak formalarından istifadə əsasında qeyri-həqiqi kapital mülkiyyətinin əldə edilməsi.
Belə bir-birinə keçmə o deməkdir ki, qeyri-həqiqi kapital mülkiyyətçiləri arasında aşağıda göstərilən funksiyaları yerinə yetirən qrup strateji idarəetməni və korporasiyanın həqiqi kapitalının hərəkətinə nəzarəti birləşdirir.
Üçüncüsü isə, texnostrukturun xüsusi rolunu qeyd edək, hansı ki:
bir tərəfdən, hərəkətdə olan həqiqi kapitalın mülkiyyətçisi deyil və buna görə əldə olunmuş ümumi korporativ maliyyə nəticənin üzərində sərəncam vermək hüququ yoxdur;
digər tərəfdən, özündə intellektual və menecer funsiyalarını cəmləşdirərək üzərinə korporasiyanın “aparıcı əməkdaşı” rolunu götürür.
Korporativ mülkiyyətin təkrar istehsalı həm korporativ mənimsəmə və özgəninkiləşdirmə münasibətləri mikrosisteminin inkişafında, həm də korporasiyanın bütün iqtisadi sisteminin inkişafında təyinedici rol oynadığı üçün, korporativ mülkiyyətin obyekt və subyekt strukturlarının qarşılıqlı təsirinin xarakteri korporativ mülkiyyətin təkrar istehsalının xarakterinə uyğun müəyyən edilir.