Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Şəkil 1.3. “Mülkiyyətçi maraqlarının qorunması” anlayışının məzmun və strukturunun nəzərdən keçirilməsi üçün təklif olunan yanaşma



Yüklə 1,45 Mb.
səhifə6/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   2   3   4   5   6   7   8   9   ...   104
Şəkil 1.3. “Mülkiyyətçi maraqlarının qorunması” anlayışının məzmun və strukturunun nəzərdən keçirilməsi üçün təklif olunan yanaşma

Yuxarıda adı çəkilən maraqların kəmiyyət göstəriciləri göstəricilər sistemində öz əksini tapmışdır. Şəkildən də göründüyü kimi birinci qrupa daxil edilən maraqlarda əsas yeri korporasiyaların səhmlərinin dəyərinin və divident ödənişlərinin həcminin artması tutur. İkinci qrupa daxil olan maraqlarda korporasiyaların maliyyələşdirilməsində öz vəsaitlərinin payı, korporasiyanın səhmdar kapitalında, səhm mülkiyyətçisinə səs vermə hüququ verən mülkiyyətçi payı daxilidir.


Bizim tərəfimizdən təqdim edilən yanaşmanın məntiqi baxımdan məzmununu daha ətraflı şərh edək. Gəlir kateqoriyasından başlayaq. Burada gəlir dedikdə mülkiyyətçisinin korporasiyada iştirak etməsi ilə əlaqədar əldə etdiyi gəlir başa düşülür. Burada gəlir öz ifadəsini mülkiyyətçiyə məxsus səhmlərin qiymətinin artmasında və ya sərf etmiş kapital müqabilində aldığı dividentlərdə tapır. Burada gəlir anlayışı sadəcə gəlir kimi deyil, analoji korporasiyaların mülkiyyətçiləri ilə eyni şəraitdə mülkiyyətçinin səhmlərə sərf etdiyi vəsaitlərdən artıq əldə etdiyi vəsait (gəlir) nəzərdə tutulur. Bütün bunlar əsasında isə aşağıdakı nəticələri çıxarmaq olar, tədqiq edilən korporasiyada mülkiyyətçinin gəliri nə qədər yüksəkdirsə, həmin korporasiyanın menecerləri bir o qədər səmərəli fəaliyyət göstərirlər.
Bizim fikrimizcə korporativ idarəetmənin qiymətləndirilməsində bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, menecerlərin, peşəkar muzdlu idarəetmə işçiləri kimi gördüyü işlərin səmərəliliyi özündə peşəkarlıq səviyyəsini və mülkiyyətçilərin maraqlarına uyğun hərəkət etmək istəklərini birləşdirir. Mülkiyyətçinin gəlirlərin əldə olunması baxımından maraqlarının qorunması üçün korporativ idarəetmənin səmərəliliyini qiymətləndirməsi zamanı korporasiyada iştirak edən mülkiyyətçinin digər analoji korporasiyalarda iştirakı müqabilində əldə edə biləcəyi gəlirlə, iştirak etdiyi korporasiyadan əldə etdiyi gəlir müqayisə olunur. Beləliklə korporasiya mülkiyyətçisinin müəyyən vaxt ərzində mütləq gəliri aşağıdakı formul ilə ifadə olunur:

G= Q1+ (P1+P0) (1.1)


Dаbс=Q1+(P1-P0) (1.2)


Burada:
G-mülkiyyətçinin gəliri;


Q1 –müəyyən vaxt ərzində mülkiyyətçinin səhm paketləri əvəzinə əldə etdiyi dividentin ümumi məbləği;
P0 – korporasiyanın səhm paketinin satın alınması zamanı dəyəri;
P1 –korporasiyanın səhm paketlərinin həqiqi bazar qiymətləri (dəyəri).
Divident ödənişlərinin məbləği səhm mülkiyyətçisinə məxsus bir səhm üçün nəzərdə tutulan ödənişlər əsasında müəyyənləşdirilir. Səhmlər üçün ödənilən divi­dentlərin məbləği korporasiyanın divident siyasətinə əsasən müəyyənləşdirilir və bunun əsasında fəaliyyət mexanizminin istiqamətləri yəni burada ya səhmdarlara mənfəət ödənişlərinin edilməsi, ya da istehsala təkrar investisiya yatırımlarının yatırılması qərarı qəbul edilir.
Lakin müvafiq qərarın qəbul olunmasına bir sıra faktorlar təsir edir: vergi öhdəlikləri şəraitində divident gəlirlərindəki və kapital artımındakı fərqlər, korporasiyalar üçün mümkün maliyyələşdirmə mənbələrinin dəyəri, mülkiyyətçinin gələcək yoxsa, cari gəlirlərə üstünlük verməsi. Korporasiyalar bir qayda olaraq dividentlərin ödənilməsində üç yanaşmadan birinə üstünlük verirlər:

  • səhmlər üçün ödənilən dividentlərin daimi və ya sabit olaraq artması;

  • daimi ödəniş əmsalları;

  • müntəzəm, lakin aşağı məbləğlərdə daimi divident və üstəgəl mükafatların ödənilməsi.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin