1.5. İqtisadiyyatda korporativ mülkiyyətin formalaşması xüsusiyyətləri
Korporativ mülkiyyətin sosial-iqtisadi müdafiə mexanizminin formalaşması problemi iqtisadi ədəbiyyatda hələ indi işlənib hazırlanmağa başlayır, hərçənd onun ayrı-ayrı aspektləri artıq yerli və xarici mütəxəssislərin əsərlərində tədqiq edilib. Sözügedən aspektləri nəzərdən keçirək. İlk növbədə, mülkiyyət münasibətlərinin müdafiəsinə geniş yanaşmanı ayırd edək. Bu yanaşma artıq klassik siyasi iqtisad məktəbinin nümayəndələrində rast gəlinir. C.Lokk mülkiyyətçinin tələbat kompleksinə və onun əmək potensialına əsaslanaraq xüsusi mülkiyyətin onun normal işləməsi üçün tələb olunan və kifayət olan təbii hüdudlarını müəyyən etməyə çalışır. C.Lokkda xüsusi mülkiyyətin hüdudları insanın öz tələbatlarını ödəmək üçün kifayət edən məhsulu əldə etmək məqsədi ilə öz əməyi ilə becərə biləcəyi torpaq sahəsinin ölçüsü ilə müəyyən edilir. C.Lokk ilk dəfə mülkiyyət münasibətlərinin müdafiəsinin gəlirlərin yenidən bölüşdürülməsi və gəlirlərə müvafiq xərclərin yükünü digərinin üzərinə qoyma kimi bir aspektini ayırd edir.
A.Smit mülkiyyət münasibətlərinin müdafiəsinin mühüm aspektlərindən birini, yəni dövlətin toxunulmazlığın zamini kimi rolunu qeyd edir: “Mülkiyyət olmayanadək dövlət də ola bilməz, çünki sonuncunun məqsədi məhz sərvəti qorumaq və varlıları kasıblardan müdafiə etməkdir”. Qeyd edək ki, A.Smit mülkiyyəti qorumaq zəruriliyini mövcud ictimai sarsıntılar (sosial-iqtisadi transformasiyalar) potensialı ilə əlaqələndirir. G.Heqel xüsusi mülkiyyət münasibətinin təhlili və spesifikasiyası prosesində onun ictimai işarələmə və müəyyən etmə mexanizmini ümumi şəkildə təsvir edir . Əslində, belə mexanizm mülkiyyət münasibətlərinin sadə müdafiəsini təmin edir və bunun üçün üç baza üsulundan istifadə edir:
- əmlakın fiziki zəbt edilməsi və öz əmlak kompleksini qoruyan ələ keçirmə subyektinin olması:
- əmlakın formalaşdırılması, ona müəyyən formanın verilməsi, mülkiyyət obyektinin öz tələbatlarına uyğunlaşdırılması;
- əmlakın işarələnməsi, ona elə bir “mülkiyyət nişanı”nın verilməsi ki, o digər insanlara əmlak münasibətləri faktının nəzərə alınması zəruriliyi barədə xəbər versin.
Q.Kleynerin, V.Deyneqanın, M.Durovanın mülkiyyətin müdafiəsi probleminin sistemli işlənib hazırlanmasına verdiyi töhfəni qeyd edək. Qeyd etmək lazımdır ki, adı çəkilən müəlliflərin hər biri sözügedən problemin özünəməxsus qoyulma və təhlil üsulu tapmışdır.
Q.Kleyner mülkiyyət münasibətlərinin müdafiəsi problemini onun təsbit etdiyi və məfhumla qeyd etdiyi “fiziki şəxslərin iqtisadiyyatı” fenomeninin aradan qaldırılması ilə əlaqələndirir. O, müəssisənin sistem-inteqrasiya nəzəriyyəsini təklif edir. Bu nəzəriyyənin əsasında hər bir müəssisənin mülkiyyət və təsərrüfatçılıq subyekti kimi bütövlüyü, sistemliliyi barədə müddəa durur. Məlumdur ki, sistem transformasiyası böhranından çıxan Rusiya müəssisələrinin kəskin institutsional problemlərindən biri onların bütövlüyünün pozulması, funksiyaların, struktur elementlərinin və daxili əlaqələrin dezinteqrasiyasıdır.
Q.Kleynerin mövqeyi sosial-iqtisadi transformasiya şəraitində geniş yayılmış “mülkiyyətin yenidən bölgüsü” fenomeninin mahiyyətini açmağa imkan verir. Öncə hökmranlıq edən mülkiyyət forması cəmiyyətdə öz mövqeyini sürətlə itirdiyi, onun əvəzləyən mülkiyyət formaları məcmusu təsərrüfat praktikasında faktiki bərqərar olmasından uzaq olduğu zaman əmlak münasibətlərində bir qədər boşluq əmələ gəlir, sonuncu isə hakimiyyət gücü ilə doldurulur. Təsadüfi deyil ki Rusiya bazar islahatlarının mərhum ideoloqu Y.Qaydar belə bir qənaətə gəlmişdir ki, mülkiyyətin yığılması əsasən hakimiyyət strukturlaşdığı, insanlar birliyini və onun fəaliyyətini təşkil etdiyi üçün mümkün olur.
Qeyd edilən funksional elementlər korporativ mülkiyyətin təkrar istehsal proseslərinin korporasiyanın bütün iqtisadi münasibətlər sistemi ilə qarşılıqlı əlaqəsi aşağıdaki şəkildə göstərilə bilər:
İstehsal fazasında – korporativ mülkiyyətin və korporasiyanın bütün münasibətlər sisteminin strateji yönümlü inkişaf planı. Belə planın konseptual əsası korporasiyanın strateji inkişaf prioritetləri ilə müəyyən edilib, onun əsas elementləri kimi isə çıxış edirlər:
korporasiyanın planı ilə müəyyən edilmiş və perspektivə tərtib edilmiş maliyyə balansı;
həqiqi kapitalın inkişafa dair investisiya proqramı;
qeyri-həqiqi kapitalın emissiyaya dair inkişaf planı.
Bölgü fazasında - bütün korporativ mülkiyyət subyektlərinin tarazlaşdırılmış gəlirverici iştirakı. Həmin iştirak korporasiyanın bütün natamam təşkil olunmuş subyektlərindən üstün olan bir inteqral subyekt kimi prioritetlərini nəzərə almaqla formalaşdırılıb. İnteqral subyektin belə üstünlüyü olmasa, korporativ mülkiyyət səhmdarlar, menecerlər, kreditorlar və icraçı heyətin arasında bölgü predmetinə çevriləcək.
Mübadilə fazasında – korporasiyanın həqiqi və qeyri-həqiqi kapital bazarlarının seqmentləşdirilməsinin aradan qaldırılması. Bir tərəfdən, korporasiyanın qeyri-həqiqi kapitalına maliyyə nəzarəti sistemi faktiki olaraq bütün həqiqi kapitalı və onun yaratdığı dəyər axınlarını korporasiyanın müəyyən səhmdar və ali menecer qruplarının nəzarət etdiyi seqmentlərə bölür.
İstehlak fazasında – bütün korporativ mülkiyyət subyektlərinin tarazlaşdırılmış inkişafının və ayrı-ayrı təkrar istehsal tsikllərinin arasında ardıcılığın (varisliyin) təmin edilməsi. Korporativ mülkiyyətin mühüm müdafiə vasitəsi kimi korporativ münasibətlər subyektlərinin sosial inkişafı proqramı olmalıdır.
Q.Kleyner və M.Tsurova transformasiya prosesləri şəraitində mülkiyyət münasibətlərinin sosial-iqtisadi müdafiəsi probleminə geniş yanaşmanı realizə etdiyi halda, V.Deyneqa mülkiyyət münasibətlərini müdafiə mexanizminin əsaslandırılmasına daha dar, konkret yanaşmadan istifadə edir və onu korporativ mülkiyyət formasına dair tətbiq edir.
Dostları ilə paylaş: |