Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Emissiya mərhələlərində informasiyanın açıqlanması



Yüklə 1,45 Mb.
səhifə51/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   47   48   49   50   51   52   53   54   ...   104
Emissiya mərhələlərində informasiyanın açıqlanması. İnformasiyanın açıqlaması haqqında qətnamədə ətraflı formalar təqdim olunur ki, buna müvafiq olaraq, emissiyanın hər mərhələsində informasiyanın nəşr edilməsi həyata keçirilir. Bütün formalar aşağıdakı ümumi hissələrə malikdir:

  • emitentin adının tam və qısaldılmış forması;

  • yerləşmə yeri;

  • emitentin nəşr etdiyi informasiyaların yerləşdiyi daimi mətbuat yayımlarının adlarının əks olunduğu internet ünvanı.

Nəşr haqqında qərarın qəbul edilməsi mərhələsində infor­masiya ümumi qaydada nəşr edilir. Başqa sözlə, informasiya agentliyində nəşr edilməyə (yayınlanmaya) bir gün, internetdə üç gün, kütləvi informasiyanın mətbuat yayımlarında üç gün verilir. İnformasiya SÜY-nın və ya DŞ-nın buraxılışının bildirilməsi formasında nəşr edilir.
Qərarın təsdiq olunma mərhələsində qiymətli kağızlar və onların yerləşdirmə şərtləri və yerləşdirməni aparan şəxslər haqqında ətraflı məlumat qeyd olunur. Dövlət qeydiyatından keçmə mərhələsində informasiyanın nəşr edilməsi dövlət qeydiyyatının ümumi qaydaları haqqında məlumat formasında həyata keçirilir.
Qiymətli kağızların yerləşdirilməsi mərhələsində bəzi məlumatlar: yerləşdirmənin başlama vaxtı və ya başlama vaxtının dəyişdirilməsi; yerləşdirmənin qiyməti və müəyyən edilməsi qaydaları; yerləşdirmənin dayandırılması və yerinə yetirilməsi (bitmə vaxtı) haqqında və s. nəzərdə tutulur. Burada ümumi qaydalardan fərqli cəhətlər var: qiymətli kağızların yerləşdirilməsinin başlanma vaxtı haqqında məlumat, informasiya agentlərinin vaxtı haqqında məlumat, informasiya agentlərinin xəbər bülletenində yerləşdirilmənin başlanma vaxtına beş gündən və internetdə isə müvafiq olaraq dörd gündən gec olmayaraq elan olunmalıdır.
Qiymətli kağızların yerləşdirilməsinin sona çatması halında emitet qiymətli kağızların yerləşdirilməsinin yerinə yetirilməsi haqqında informasiyanı yuxarıda qeyd olunan üç üsulla ümumi qaydada nəşr etməlidir. Bu zaman yerləşmənin başlama və bitmə vaxtı, onun faktiki dəyəri və yerləşdirilmiş qiymətli kağızların miqdarını göstərməlidir. İnformasiyanın kütləvi nəşrindən başqa, emitentin bütün bildirişlərinin surəti (emissiyanın müxtəlif mərhələlərində) bütün dövlət emitentlərinə göndəril-məlidir.
Əsasnamədə bunu eloktron poçt ünvanı ilə eloktron-imza vasitəsilə etmək nəzərdə tutulmuşdur. Bunun üçün səlahiyyətli şəhadətnamə mərkəzi ilə müqavilə bağlamaq vacibdir və bu işi yerinə yetirmək üçün lazımi proqram təminatını, elektron imza-nın açarını əldə etmək lazımdır.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin