8.2. İnformasiyanın açıqlanması sistemində illik hesabat və onun mahiyyəti. İnternet vasitəsilə informasiyanın açıqlanması
İllik hesabat-informasiyanın açıqlanmasının real alətidir. Əsasnaməyə müvafiq olaraq, illik hesabata bir sıra tələblər qoyulur. Bu yeganə normativ aktdır ki, burada informasiyanın nəşri üzrə tələblər əks olunur.
İllik hesabat aşağıdakı əsas bölmələri əks etdirir:
DŞ-nın sədrinin və ya şirkətin prezidentinin səhmdarlara müraciəti;
şirkət haqqında məlumat (lisenziyalar, şirkətin sahib olduqları haqqında məlumatlar);
marketinq və satış;
şirkətin rəhbərliyi tərəfindən maliyyə vəziyyəti və təsərrüffat fəaliyyətinin yekun nəticələrinin təhlili (maliyyə hesabatına izah);
yoxlama komissiyasının rəyləri (yaxud istənilən yoxlama orqanının);
hesabat ili üzrə şirkətdə baş vermiş əhəmiyyətli hadi-sələrin xronologiyası və qısa məzmunu;
son üç il üzrə istehsal göstəricilərinin dinamikası və şirkətin inkişaf planları;
şirkətdə korporativ davranış praktikası haqqında informasiyanın nəşr edilməsi.
Qanunvericilikdə qeyd olunur ki, açıq tipli SC özünün illik və illik mühasibat hesabatını açıqlamalıdır (nəşr etməlidir).
Beynəlxalq standartlara müvafiq olaraq, maliyyə hesabatından başqa rəhbərliyin hesabatının bildiriliməsi tövsiyə olu-nur. Hesabat şirkətin maliyyə təsərüfat fəaliyyəti və maliyyə vəziyyətinin əsas cəhətlərini əks etdirməlidir.
Hesabatda aşağıdakı bölmələr öz əksini tapır:
işgüzar vəziyyətlərin dəyişikliklərinin xülasəsi (icmalı) və onların şirkətə təsiri;
şirkətin maliyyələşmə mənbələri və risklərin idarə olunması siyasəti;
mühasibat balansında əks olunmayan şirkət resursları və imtiyazları.
İnformasiyanın nəşr edilməsinin yeni texnalogiyası kimi aşağıdakı istiqamətləri qeyd etmək olar:
İnvestorların emitentlərin nəşr etdiyi informasiyalara qoyduqları tələblərə aid olanlar:
daxili kapital və biznes-riskləri haqqında informasiya;
faktiki nəticələrin planda müqayisəsi;
tamamlayıcı tarixi məlumatların nəşr edilməsi (kom-paniya səhmdalarında dəyişikiklər və s.);
korporativ menecment haqqında informasiya (komitə və planların necə işlənməsi, fəaliyyətləri).
2. Şirkət tərəfindən qoyulan tələblərə aid olanlar:
rəqabət qabiliyyətliliyin qorunub saxlanması üçün nəşr edilən informasiyanın məhdudlaşdırılması.