Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ münaqişələrin tən­zimlənməsi



Yüklə 1,45 Mb.
səhifə55/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   51   52   53   54   55   56   57   58   ...   104
8.5. Korporativ münaqişələrin tən­zimlənməsi

Münaqişələrin bütün çoxnövlülüyünü təhlil edərək belə nəticəyə gəlmək olar ki, korporativ menecmentin problemləri əsasən sahibkarlardan hər hansı birinin onun əmlak hüququn-dan deyil, rəhbərlik funksiyasından irəli gələn əmlakın əldə edilməsinə yönələn fəaliyyəti ilə əlaqədardır.


Mahiyyətinə görə müxtəlif səhmdar qrupları arasındakı münaqşələr iqtisadi münaqişə hesab olunur. Belə ki, bu öncə cəmiyyət tərəfindən emissiya olunmuş səhmlərin mənimsənilməsi və yenidən satılması üzrə münaqişədir. Həll olunma üsuluna görə korporativ münaqişə hüquqi münaqişələrə aid edilir. Bu onunla əlaqədardır ki, əgər münaqişə tərəfləri kompramis əldə etməmişlərsə və öz arzularını yığıncağın qərarı və ya saziş yolu ilə müəyyən etdirməyiblərsə, onda münaqişənin həlli vətəndaş və cinayət işləri üzrə məhkəmə vasitəsilə baş verir.
Emprik və hüquqi göstəricilər imkan verir ki, hazırki dövrdə mövcud təcrübəyə əsaslanan səhmdarların hüquqlarının müdafiəsi sisteminə sabit və fundamental ziddiyyətlər daxil edilsin.
Ziddiyətin mahiyyəti ondadır ki, səhmdarların hüquqlarının müdafiəsinin mövcud sistemində iki əks yanaşma mövcuddur:
Birinci. Minoritar səhmdarların hüquqi müdafiəsi vasitələrinin maksimallaşdırılması nəzərə alınmaqla, səhmdarların hüquqi müdafiəsinin minimallaşdırılmasını nəzərdə tutan səhmdar kapitalının konsentrasiyası qarşılıqlı neytrallaşmanın nadir vəziyyətini yaradır: bütövlükdə korporativ sektor nöqteyi-nəzərdən kiçik səhmdarların tədricən aradan götürülməsi minoritarilərin müdafiəsinin geniş vasitələrinin mahiyətini aşağı salır. Kiçik sahibkarların müdafiə alətləri isə korporativ şan-taj alətlərinə transformasiya olunur.
İkinci. Səhmdarların müdafiə vasitələrinin geniş hüquqi sisteminin yaradılması öz növbəsində səhmdar kapitalının gələcək təmərküzləşdirmə proseslərini dayandırır. Bununla belə hesaba almaq lazımdır ki, gələcək təmərküzləşdirmə yolu ilə maraqların müdafiəsi iri səhmdarların müstəsna hüququdur. Onlar müdafiənin hüquqi vasitələrinin yoxluğuna deyil, sifarişli hüquqi tətbiqə reaksiya verirlər. Belə ki, minoritar səhmdarlar nə səfərbər, nə də müstəqil məhkəmə imkanlarına malik deyillər.
Belə vəziyyətdə prioritet məsələ kimi korporativ münasi­bətlərin bütün iştirakçılarının maraqlarının balansının qorunub saxlanması üçün mütəşəkkil hüquqi sahənin formalaşdırılması çıxış edir.
Dövlət nöqteyi-nəzərdən fundamental məsələ-korporativ menecmentə mülkiyyət hüququnun zəmanəti və müdafiəsi konteksindən baxılması hesab edilir.
Ümumilikdə azərbaycan şirkətlərinin korporativ menec-ment sistemində aşağıdakı başlıca problemlərini ayırmaq olar:

  • informasiya qapalılığı, xüsusilə mülkiyyət strukturu və şirkətlərin real sahibkarları haqqında informasiyanın aşkarlanması sahəsində;

  • inzibati resursların tətbiqi ilə korporativ münaqişələrin həll edilməsində sifarişli qanunların qəbulu;

  • beynəlxalq standartlara uyğun olmayan maliyyə hesabatlılığı;

  • yüksək menecmentin fəaliyyətinə aşağı səmərəli monitorinq;

  • DŞ-nın işində aşağı səviyyədə səmərəlilik və peşəkarlılıq, onun tərkibində müstəqil direktorların nəzərə çarpmaya-caq dərəcədə az sayda olması.

Buna baxmayaraq, korporativ menecmentin inkişafında Azərbaycanda bəzi ümidverici meylləri də izləmək olar.

  1. Korporativ menecment sahəsində vahid siyasətin həyata keçirilməsi üzrə dövlət orqanları və qeyri-hökumət təşkilatları korporativ menecment üzrə koordinasiya şurası və direktorlar institutu ilə sıx qarşılıqlı fəaliyyətdədir.

  2. Bir sıra təşkilatlar korporativ menecment üzrə özlərinin şəxsi məcəllələrini işləyib hazırlayaraq tətbiq etmişlər, eləcə də xarici səhmdarların nümayəndəlirinin DŞ-na daxil edilməsi üzrə bir sıra tədbirləri işləyib hazırlamışlar.

  3. Korporativ münasibətlərin yetkinliyini sübut edən şirkətin dividend siyasəti yaxşılaşmışdır. Əksər şirkətlər gəlirlərinin yüksəldilməsinə diqqətlə yanaşmağa başlamışlar.

  4. Menecerlərin sahibkarlarla münasibətlərində müsbət irəliləyişlər nəzərə çarpmışdır. Qeyri-qənaətbəxş fəaliyyət göstərən rəhbərlərin işdən kənarlaşdırılması təhlükəsi korporativ imenecmentin fəaliyyətdə olan mexanizmlərindən birinə çevri-lir.

  5. Korporativ menecment ilə əlaqədar olan risklər baxımından şirkətlər haqqında informasiyaya tələb artmışdı.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin