Rusiyada reyderliyin inkişaf mərhələləri:
1-ci dalğa .90- ci illərin əvvəlləri. Sovetlər İttifaqının dağılmasından sonra başladı, inzibati resursların sahibləri başa düşdülər ki, qanunsuz cəza almadan hərəkət edə bilərlər.
2- ci dalğa. 90 ci illərin ikinci yarısı. Özəlləşdirmə, zəmanət hərracları.Bu dövrdə maliyyə resurslarının kifayət qədər sahibləri yarandı, onlar əlavə aktivlər axtarmağa başladılar. 90 ci illərin ortalarında reyderlik kofayət qədər gəlirli biznes oldu.Bu dövrdə reyderlə həm qanunvericiliyi, həm də cinayət məcəlləsini pozmağa başladırlar.
3- cü dalğa .2000 - ci illərin əvvəlləri. Bu dövr mütəxəssislərin fikrincə, fərdi reyderliyin sonu və dövlət reyderliyinin əvvəli idi. Bundan danışarkən “İstlayn”, “Arbat Prestij” firmalarə ətrafındakı münaqişələr yada düşür.
4- cü dalğa .2005 - ci ilin əvvəli. Və hal hazıra qədər. Reyderlər, əvvəlki mərhələrdən fərqli olaraq, daha geniş şəkildə “fond” mexanizmini istifadə edir, hətta “ qrinmeyll “ mexanizmini. Reyderləri o kompaniyalar maraqlandırır ki, aktiv şəkildə inkişaf edir, qiymətli aktivlərə malikdir.
Sonunda qeyd etmək istərdim ki, bütün xarici mexanizmlər öz aralarında bağlıdırlar: fond bazarı korporativ nəzarət bazarı kimi fəaliyyət göstərə bilər, düşmən udulmalar səhmlərin alınması, səhmdarların iclasında iştirak üçün səsvermə etibarnamələr uğrunda “ov” , müflisləşmə və s. vasitəsilə baş verə bilər.
9.5. Korporativ sosial fəallığın qiymətləndirilməsi
Təşkilatın sosial fəallıq qiymətlərinin tətbiqi təşkilatın sosial məsuliyyəti münasibətlərində müxtəlifdir. Baxılan hallara tətbiqən təşkilatın fəaliyyətinin idarəetmə sistemində daha səmərəli göstəricilərə indeks qiymətləri təqdim olunur. İdarəetmənin ən geniş yayılmış və aktual məsələsi sosial məsuliyyət sahəsində fəaliyyətin istiqaməti və investorların seçimi mərhələsidir.
Müxtəlif səviyyəli təsərrüfat subyektləri “mənəvi” itgi olmadan onların tələblərinə və fəaliyyət profilinə uyğun olan investorlar heyəti seçə bilər. Bu zaman seçim müştərilərin seleksiyası, onun cəlb olunması üsulları və saxlanması ilə eyniləşdirilir. Belə olan halda ikili fəaliyyəti fərqləndirirlər: Sosial məsuliyyət sahəsində fəaliyyətin növlərini və bu sahədə tərəfdaşların (investorların) seçimi. Təşkilatın tərəfdaşlarının (investorlarının) seçimi metodikası aşağıdakı mərhələləri özündə birləşdirir:
- təşkilatın iş təcrübəsi əsasında amillərin seçim siyahısının formalaşması və tərəfdaşların (investorun) xidmətləri barədə informasiya;
- hesablamalar və keyfiyyətli (ekspert) qiymətləndirmələrə görə seçim amillərinin müqayisəli təhlili;
- seçim meyarının uyğunluq şəraititnin yoxlanılması;
- seçim amillərinin qiymətləndirilməsinin məcmusunun ümumiləşdirilməsi;
- tərəfdaşın (investorun) seçimində qərar qəbulu.
Tərəfdaşları seçərkən ilkin informasiya seçimi zamanı nəzərə alınan amillərin siyahısı aşağıdakılardır (əhəmiyyətliliyin azalma sırası ilə): coğrafi yerləşdirilməsi, subsistemin mövcudluğu (filialların, bölmələrin, təmsilçilərin); maliyyə vəziyyətinin qiymətləndirilməsi; gəlirlilik, o cümlədən kapitallaşma səviyyəsi; işçilərin mənzil ödənişləri üzrə işçi kreditləşməsinin mövcudluğu; maliyyə əməliyyatlarının növləri (lizinq, faktorinq, trast, nağd, veksel və s.); heyət üçün maliyyə əməliyyatlarına kömək və məsləhət; heyətin ixtisaslaşması; həyat sığortası və heyətin sağlamlığı; heyətin peşəkar məsuliyyəti; heyətin təhsil almağa və müalicəyə qısamüddətli kreditləşmə sisteminin mövcudluğu; minimal səhm paketinin məbləği; təşkilatın rəhbərinin sadəliyi və etimadı; psixoloji rahatlıq.
Ərazicə təşkilatlar-tərəfdaşlar imkan daxilində operativ mümkünlülük həddində yerləşdirilməlidir. Tərəfdaşın maliyyə vəsaiti bir il onun üçün əsaslanmış nizamnamə kapitalının həcmi, onun dinamikası, regional reytinqi, likvidliliyi, ödəniş qabiliyyətliliyi, etibarlılığı ilə səciyyələnir. Təklif olunan metodikada baxılan göstəricilər indekslər üzrə nisbətlərdə qiymətləndirilir və seçilmiş meyarlar və mülkiyyət formaları üzrə ümumiləşdirilməsi üçün cədvələ köçürülür.
Korporativ sosial məsuliyyət sahəsində fəaliyyət istiqamətinin seçilməsi məsələsi sosial yönümlü layihələrin həyata keçirilməsində korporativ maraqların formalaşması zamanı təşkilatlar üçün cəlbedici olan şəraitin yaradılmasından ibarətdir. Əgər təşkilat öz fəaliyyətində resursların davamlı təkrar istehsalını təmin edən ödənilən istiqamətlərə malik olmaq niyyətindədirsə, onda investorlar ona maliyyə vəsaitləri təqdim edən zaman o kifayət qədər yüksək ödəmə qabiliyyətini təmin etməlidir. Təcrübə göstərir ki, təşkilatın sosial məsuliyyət istiqamətinin koordinatorları dövlət idarəetmə orqanları kimi, eləcə də bu fəaliyyəti özü üçün prioritet sayan təşkilatlar da ola bilər. Təşkilatın maliyyə vəziyyətini fəaliyyət (ödəmə qabiliyyəti əmsalları) istiqaməti üzrə xarakterizə edən ənənəvi göstəricilər mövcuddur. Menecment praktikasında onlara mütləq likvidlik əmsalını aid edirlər (Əlik≥0,2). Bu əmsallardan hər biri ayrı-ayrı elementlərin və ya müəssisənin bütün dövriyyə aktivlərinin onun qısamüddətli borclarının miqdarına bölünməsi ilə hesablanır. Nəzərdən keçirilmiş göstəricilər içərisində ümumi təminat əmsalı təşkilatın sosial sahədə yeni yaradılan təşkilatlar üçün çətinliklər yaratmayaraq, hər hansı bir istiqamət üzrə sosial layihələrdə öz öhdəliklərinin yerinə yetirilə bilməsini göstərir. Bu məsələlərin həlli sosial istiqamət layihələrində təşkilatın qarşılıqlı fəaliyyət variantlarının analıtık əsaslandırılması üçün zəruridir.
Sənaye tullantılarının sahə planlaşdırılmasına indiqatorlar sistemi aşağıdakıları özündə birləşdirir:
- mütləq indiqatorlar (satılan məhsulun həcmi, təmirə dayananlar, avadanlığın gücündən istifadə);
- nisbi indiqatorlar (istehsalın rentabelliyi, əmək məhsuldarlığı, dövriyyə vəsaitlərinin dövriyyəsinin sayı, maya dəyərində dolayı xərclərin payı);
- indiqatorlar dinamikası (əmtəə məhsullarının maya dəyərinin artması və ya azalması tempi, məhsulların qiymətlərinin artım tempi).
İndiqatorların tərkibi iqtisadi potensialın qiymətləndirilməsi meyarlarını və istehsalın səmərəliliyini və təşkilatın fəaliyyət sahələrinin hər birində idarəetmənin əsas məqsədlərini müəyyən edir. Belə göstəricilrər faktiki səviyyə üzrə hesablanır və təşkilatın səmərəliliyinin təhlili zamanı digər göstəricilər kompleksi ilə yanaşı istifadə olunur.
Müasir korporativ sosial məsuliyyət praktikasında təşkilatın sosial fəallığının iki növ qiymətləndirmə göstəricisi tətbiq edilib:
1) Sosial məsuliyyətin müxtəlif forma (tədbir) və istiqamətləri əsasında sosial məsuliyyətin həyata keçirilməsində fəallıq səviyyəsi üzrə təşkilatın imkişafı (Yaf ).
2) Təşkilatda bir işçiyə düşən xərclərin ümumi və ya xüsusi məbləği əsasında kapital tutumu səviyyəsi üzrə sosial tənzimləmə tədbirlərinin həyata keçirilməsi (Yak).
Yaf=∑ hi ∑aj
i j
Burada,
hi-sosial məsuliyyət ranqı (i=1,2,........n)
aj-tətbiq olunan tədbirlər sırasında onların müxtəlif formaları ezrə sosial məsuliyyət ranqı (j=1,2,.......m)
Əksər hallarda aj=1
Yak=∑ liki = ∑qini(vahidinin qiyməti)
i i
Burada,
ki=qini - sosial məsuliyyət fəaliyyəti istiqamətlərinin kapital tutumu;
qi - müəssisədə sosial məsuliyyət xərclərinin xüsusi məbləği;
ni - istiqaməti üzrə işçilərin sayı;
li - istiqamət indeksi.
İndekslər metodunun tətbiqinin digər forması kimi sosial məsuliyyət münasibətlərində təşkilatın sosial fəallıq durumunun ümumi qiymətləndirilməsi təklif olunur. Qiymətləndirmə istiqamətləri aşağıdakılardır: əməyin ödənilməsi və sosial ödənişlər; heyətin inkişafı; sağlamlığın qorunması və təhlükəsizlik texnikası; sosial proqramların həyata keçirilməsi.
Dostları ilə paylaş: |