Mövzu№11. Varlıq, materiya və şüur. Varlıq probleminin fəlsəfi mahiyyəti. Ontologiya: varlıq haqqında fəlsəfi təlimdir. Varlıq problemini şərtləndirən əsas sualların məcmusu, bu problemin prinsipial həllolunmazlığı: dünya sonsuz, onu dərk edən insan isə sonludur, tarixidir. Fəlsəfi təlimlər tarixində varlıq anlayışının təkamülü: antik, orta əsrlər və yeni dövrdə varlıq probleminə baxışların səciyyəvi xüsusiyyətləri.
Varlığın formaları: şeylər, proseslər və cisimlərin varlığı; insan varlığı; mənəvi (ideal) varlıq; sosial varlıq.
Fəlsəfədə materiya problemi. Substansiya kateqoriyası və fərqli fəlsəfi təlimlərdə ona verilən məzmunlar. Materialist və idealist fəlsəfi təlimlərdə materiyanın mahiyyəti. Materiyanın strukturu və səviyyələri. Hərəkət –varlığın mövcudluq forması, materiyanın atributu kimi. Hərəkətin formaları: mexaniki, fiziki, kimyəvi, bioloji, sosial. Məkan və zaman, fəlsəfədə onların mahiyyətinə ikili baxış: substansional və relyasion. Məkan və zamanın əsas xassələri.
Şüur probleminin fəlsəfi mahiyyəti. Şüurun mənşəyi haqqında baxışlar. Şüur probleminə müxtəlif yanaşmalar: solipsizm, obyektiv idealizm, mötədil materializm, fizikalizm. Marksist fəlsəfədə şüurun mahiyyəti haqqında materialist yanaşma: inikas nəzəriyyəsi. Şüur –bioloji inikasın ən ali forması, insana, qismən də ali heyvanlara xas xüsusiyyət kimi.
Mövzu №12. İdrak nəzəriyyəsi. Fəlsəfədə idrak nəzəriyyəsi –qnoseologiya. İdrakın fəlsəfi mahiyyəti. İdrak –mənəvi fəaliyyət olub, onun məzmununu əvvəlki nəsillərin əldə etdiyi nailiyyətlərdən istifadə etməklə yeni biliyin istehsalı təşkil edir. Fəlsəfədə idrakın obyekti və subyekti problemi, “subyektiv” və “obyektiv” terminlərinin mahiyyəti.
İdrakın növləri: gündəlik idrak və sağlam fikir; elmi idrak; bədii idrak; mifoloji idrak; dini idrak; fəlsəfi idrak.
Hissi və rasional idrak. Hissi idrakın formaları: duyğu, qavrayış və təsəvvür, onların mahiyyəti və idrak prosesində rolu. Təsəvvür qavrayış və nəzəri təfəkkür arasında aralıq həlqə kimi.
Təfəkkürün mahiyyəti. Rasional idrakın formaları: anlayış, hökm və əqlinəticə. İdrakda hissi ilə məntiqinin (rasionalın) vəhdəti.
Həqiqət haqqında təlim. Həqiqət, yanılma və yalan. Nisbi və mütləq həqiqət. Həqiqətin meyarları.