Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutu “FƏLSƏFƏ” fənninin proqrami bakı –2021


Mövzu №9. XIX əsrdə Qərbi Avropada qeyri-klassik fəlsəfə



Yüklə 99 Kb.
səhifə6/9
tarix25.07.2023
ölçüsü99 Kb.
#137362
1   2   3   4   5   6   7   8   9
AMEA FƏLSƏFƏ 2021

Mövzu №9. XIX əsrdə Qərbi Avropada qeyri-klassik fəlsəfə.
Qeyri-klassik fəlsəfənin ümumi səciyyəsi. Klassik alman fəlsəfəsindən sonrakı dövrdə Avropa fəlsəfəsində əsas cərəyanlar.
İrrasionalizm. A.Şopenhauerin Hegeli tənqid etməsi və zəkanın ilkbaşlanğıc kimi inkarı: dünya –iradənin özünüdərkidir; ikili idrak: mücərrəd, yaxud reflektiv; intuitiv; pessimist etika. S.Kyerkeqor: insanın mövcudluq problemi; onun idrak metodu: “insanın tədqiqi səviyyələri”. F.Nitsşe fəlsəfəsinin üç mərhələsi; föfqəlinsan konsepsiyası; hakimiyyət əzmi.
Pozitivizm və onun əsas prinsipləri. Ö.Kont: həqiqət fəlsəfi yolla yox, elmi yolla axtarılmalıdır. Pozitivizmin üç qanunu: üç mərhələ qanunu; təxəyyülün müşahidəyə tabe etdirilmə qanunu; ensiklopedik qanun.
Marksizm. K.Marks və F.Engels: fəlsəfənin əsas vəzifəsi dünyanı izah etmək yox, onu dəyişdirmək olmalıdır. İctimai-iqtisadi formasiya nəzəriyyəsi. Marksizmin idealı kommunizm cəmiyyətidir, onun əsas prinsipi: “hər kəsdən qabiliyyətinə görə, hər kəsə tələbatına görə”.


Mövzu№ 10. XX əsrdə Qərb fəlsəfəsi.
Praqmatizm –işgüzar insanın fəlsəfəsidir. Bu təlimin əsas prinsipi: fəlsəfə dünya və insan haqqında metafizik düşüncələr yox, problemli situasiyaların həll metodudur.
Ç.S.Pirs: “Şübhə-inam nəzəriyyəsi”. Şübhənin dəf edilməsinin dörd metodu: inadcıllıq metodu; avtoritet metodu; apriori metodu; elm metodu. U.Cemsin idrak nəzəriyyəsi. “Radikal empirizm”, təcrübə və gerçəkliyin eyniyyəti. C.Dyuinin instrumentalizmi. İdrakın uyğunlaşdırıcı əhəmiyyəti. R.Rorti və neopraqmatizm.
Ekzistensializm: insan öyrənilməyə layiq olan bütöv bir dünyadır. K.Yaspers: sərhəd situasiyası. Kommunikasiya - insan mövcudluğunun universal şərti kimi. Sartr: mütləq azadlıq və mütləq məsuliyyət, insanın mövcudluğu və mahiyyəti problemi. A.Kamyu: absurd fəlsəfəsi, Sizif haqqında əsatir. X.Orteqa-i-Qasset: kütlələrin qiyamı.
Psixoanalitik fəlsəfə. Z.Freydin şüursuzluq konsepsiyası, psoxoanalitik mədəniyyət fəlsəfəsi. Neofreydizm. K.Yunqun kollektiv şüursuzluq konsepsiyası, arxetiplər. E.Frommun sosial-fəlsəfi ideyaları: tarixi inkişaf prosesində psixoanalitik və sosial-iqtisadi amillərin qarşılıqlı təsiri.



Yüklə 99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin