Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə35/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Güzəştlər müəyyən qrup insanların bəzi ödəmələrdən dövlət tərəfindən azad olunmasıdır. Respublikamızda son illərdə güzəştlərin daha çox ehtiyacı olan qruplara istiqamətlənməsi ilə bağlı bir çox işlər görülmüşdür. Belə ki, 1997-ci ildə pedaqoji işçilərin, sosial pensiyaçıların, Çernobıl qəzası əlillərinin, 1-ci və 2-ci qrup əlillərin istifadə etdikləri qeyri-vergi güzəştləri ləğv edilmişdir. Lakin bu güzəştlərin ləğvi heç də həmin qruplardan olan vətəndaşların sosial müdafiəsini zəiflətməmiş, əksinə, ləğv olunmuş güzəştlər müxtəlif kompensasiyalar, əmək haqqı və pensiyalar şəklində verilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olanlar, Böyük Vətən Müharibəsi iştirakçıları və əlilləri, o cümlədən digər kateqoriyadan olan vətəndaşların (cəmi 25 əhali qrupu) qeyri-vergi güzəştləri 15 noyabr 2001-ci ildə «Azərbaycan Respubli-kasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa görə pul kompensasiyası ilə əvəz olunmuşdur. Qanunun icrası Ölkə Prezidentinin 26 dekabr 2001-ci il tarixli, 613 saylı «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» Fərmanı ilə həyata keçirilmişdir.
Ölkə Prezidentinin 28 dekabr 2002-ci il tarixli Fərmanı ilə 01 yanvar 2002-ci il və 01 yanvar 2003-cü il tarixdən bəzi kateqoriyalar üzrə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuşdur. Böyük Vətən Müha-ripbəsi əlilləri, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və Böyük Vətən Müharibəsi zamanı əlil olanlar, müharibə əlillərinə bərabər tutulanlar, şəhid ailələrinin üzvləri, məcburi köçkün və qaçqınlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar və s. bu kateqoriyadan olan vətəndaşların sırasına aiddir.
Sosial yardımın növlərindən biri də sosial xidmətdir. Sosial xidmət - ağır vəziyyətdə olan insanların həyat şəraitini yaxşılaş-dırmaqdan ötrü göstərilən fəaliyyətdir. Sosial xidmətin tərkibinə əlillərin reabilitasiyası, stasionar müalicə, sosial xidmət müəssisələrində, evdə göstərilən xidmət və s. daxildir. Sosial xidmətin subyektinə daxil olan insanların kateqoriyası genişdir. Bu kateqoriyaya aid olan qruplar arasında əsas yeri pensiyaçılar - yaşlı, xəstə, əmək qabiliyyəti olmayan insanlar, tənha yaşayanlar tuturlar.
«Ahıllara sosial xidmət haqqında» Qanuna görə ahıl vətəndaşlara evdə müxtəlif növ sosial xidmətlər (onların qayğısına qalmaq, məişət xidməti göstərmək, tibbi yardım göstərilməsinə kömək etmək və s.), yarımstasionar sosial xidmət (sosial-məişət, tibbi və mədəni xidmət, ahılların qidalanması və istirahətinin təmin olunması və s.), stasionar sosial xidmət (stasionar sosial xidmət müəssisələrində yerləşdirilməsi, qulluq və istirahətlərinin təşkil olunması və s.), sosial-məsləhət yardımı (ahıllara sosial xidmət üzrə müxtəlif məsləhətlərin verilməsi, ahılların problemlərinin həllində kömək göstərilməsi və s.) nəzərdə tutulmuşdur.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin