Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə55/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Könüllü tibbi sığorta isə vətəndaşların özləri və ya onların çalışdıqları müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir. Könüllü tibbi sığorta müqaviləsinə görə sığortaçı təşkilata və tibbi xidmətlərin maliyyələşdirilməsinə (müqavilədə nəzərdə tutulan) zəmanət verir. Hər bir könüllü tibbi sığortaçının sığorta polisi olur və bu sığorta polisində sığortanın müddəti, sığorta proqramlarının və tibbi xidmət göstəriləcək müalicə müəssisə-lərinin siyahısı olur.
Könüllü tibbi sığorta proqramlarına aşağıdakılar aid edilə bilər:
1)ambulator-poliklinika xidməti. Bura aiddir: mütəxəssislərin məsləhəti və müalicəsi, diaqnostik prosedurlar və ya müayinələr (kompüter və maqnit -rezonans tomoqrafiya, radioizoton tədqi-qatlar və s.), fizioterapiya prosedurları;
2)stasionar xidmət. Bura aiddir: konservativ operativ, simptomatik və digər müalicələr;
3) stomatoloji xidmət. Bura aiddir: diş xəstəliklərinin müalicəsi, dişlərə xarici və yerli plomların qoyulması, anesteziya, diaqnozun qoyulması;
4) ölkə daxilində və xaricində tibbi sanotoriya - kurort xidməti;
Adətən tibbi sığorta proqramlarına neyro-cərrahiyə əməliy-yatları - protezləşdirmə və tranplantasiya, vərəmin müalicəsi, onkoloji və digər xəstəliklər aid edilmirlər.
Tibbi sığorta xidmətlərin göstərilməsi üçün büdcə vəsait-lərindən və sığorta fondlarının vəsaitlərindən istifadə olunur. Tibbi sığorta ödənişlərinin bir hissəsi adətən işəgötürən, digər hissəsi isə muzdlu işçi tərəfindən həyata keçirilir. Müxtəlif ölkələrdə işəgötürən və işçinin payı arasında əhəmiyyətli dərəcədə fərq var.
İşləməyənlərə görə ödənişlər dövlət və ya yerli hökumət, habelə pensiya fondları və işsizlik üzrə sığorta fondları tərəfindən edilə bilər.
Macarıstan, Slovakiya, Xorvatiya və Estoniyada sığorta vəsaitləri vahid Milli Tibbi Sığorta Fonduna, Belçikada isə Vahid Sosial Sığorta Fonduna toplanır.
Respublikamızda yeni iqtisadi sistemə keçiddən sonra bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də islahatlar aparıldı. Hazırda ölkəmizdə tibbi sığorta sahəsində görülən işlər qaneedici səviyyədə olmasa da, müəyyən irəliləyişlər vardır. Bəzi dövlət müəssisələrində, o cümlədən özəl sektorda fəaliyyət göstərən iri şirkətlərdə çalışanların tibbi sığortası həyata keçirilir. Gələcəkdə bu işlərin daha sürətli xarakter alması məqsədə müvafiq olardı. Bu istiqamətdə görülən tədbirlərin sırasına əhalinin aztəminatlı qruplarının tibbi sığortasının dövlətlə yanaşı, yerli özünüidarə orqanlarının (bələdiyyələrin) həyata keçirməsini təmin etmək lazımdır.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin