Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə56/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Mövzuya aid suallar

1. Səhiyyənin cəmiyyətin həyatındakı rolu nədən ibarətdir?
2. Səhiyyənin səmərəliliyinin hansı aspektləri vardır?
3. İnsanların sağlamlığına təsir edən amillər içərisində səhiyyə neçə faiz təşkil edir?
4. Azərbaycan Respublikasının Konstitusiyasının neçənci maddəsi ölkə vətəndaşlarının tibbi yardım hüququna həsr olunubdur?
5. Səhiyyə sistemlərinin aid olduğu 3 əsas iqtisadi model hansılardır?
6. Tibbi sığorta nədir və onun hansı növləri var?
7. Tibbi sığortanın obyekti və subyekti nədir?
8. Könüllü tibbi sığorta proqramlarına nələr daxildir?

Tövsiyə olunan ədəbiyyat siyahısı

1. Rəhmanov F.P. Sosial sfera keçid iqtisadiyyatı şəraitində. Bakı: «Gənclik». 2002. 265 s.
2. «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu, 28.02.1999.
3.İlkin səhiyyə xidmətinin təşkili və maliyyələşdirilməsi, Azərbaycanda mövcud vəziyyət və islahatlar konsepsiyası, Bakı, 2006;
4. Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı, Aralıq sənəd. Bakı, 2001;
5.Azərbaycan səhiyyə bölməsinin icmalı sənədi, Dünya Bankı, 2005.
6.Комаров Ю.М. Основные тенденции и здоровые насе-ления. В. сб. «Здоровые населения и пути его улучшения». Москва, «Здоровоохранение», 1994.
FƏSİL 7
ELM
§1.Cəmiyyətin sosial-iqtisadi inkişafında elmin rolu

Elm millətin və dövlətin formalaşmasında, onun itisadi, milli və hərbi təhlükəsizliyinin təmin olunmasında, əhalinin təhsil və həyat səviyyəsinin yüksəldil-məsində mühüm əhəmiyyət kəsb edir. Millətin intellektual potensialı elmin nəticələri sayəsində formalaşır və ölkənin mütərəqqi inkişafını müəyyənləşdirən amilə çevrilir.
İlk inkişaf mərhələsini Qədim Şərqdə başlayan elm XX əsrdə sürətlə inkişaf etməyə başlamışdır. XXI əsrdə isə bunun daha sürətli xarakter alacağı proqnozlaşdırılır. Təsadüfi deyil ki, İslamın Müqəddəs Kitabı olan Qurani-Kərimdə 750 yerdə elm kəlməsi işlənmişdir. Bu kəlamlarda yaşından (cinsindən) asılı olmayaraq bütün insanların daim öyrənməyə çalışması və elmli olması tövsiyə olunur. Bununla yanaşı, cəmiyyətin inkişafı və insanın formalaşmasına elmin təsiri haqqında ən qədim dövrlər-dən bu günə qədər dünyanın böyük filosofları, ədibləri və elm adamları tərəfindən dəyərli fikirlər söylənilmişdir. Onlardan F.Jolio-Kürinin elm haqqındaki fikri daha maraqlıdır. Küri demişdir: “elm xalq üçün zəruridir, onu inkişaf etdirməyən ölkə labüdən müstəmləkəyə çevrilir”. Həqiqətən də tarixə baxış etsək elmi olmayan xalqların daima müstəmləkə altında olmasını və hətta bu gün də davam etməsini müşahidə edərik. Deməli, elm və elmlilik ilk növbədə xalq və cəmiyyət üçün, insanların sosial və iqtisadi rifahı üçün vacibdir. Məhz bu amil elmi fəaliyyəti sosial sferanın iqtisadiyyatının ən önəmli səhərindən birinə çevirmişdir.
Qeyd edək ki, bəzi ədəbiyyatda elm sosial sferaya daxil edilmir və o birbaşa iqtisadi fəaliyyət sahəsi kimi götürülür. Əslində elm həm sosial, həm də iqtisadi fəaliyyət sahəsidir. Elm hər iki sahədə aparıcı mövqeyə malikdir.
Aparılan tədqiqatlar göstərir ki, hər bir ölkənin təkcə iqtisadi yüksəlişi deyil, həmçinin əhalisinin sosial tərəqqisi də bilavasitə elmin inkişaf səviyyəsindən asılıdır. Cəmiyyətin bu günkü inkişaf səviyyəsinə gəlib çıxmasında həqiqətən də elmi biliklər və elm adamları çox böyük rol oynamışdır. Təsadüfi deyil ki, XXI əsri çox vaxt «bilik iqtisadiyyatı» əsri də adlandırırlar. Hazırda inkişaf etmiş ölkələrdə milli sərvətin 60-80%-ni məhz insan kapitalının təşkil etməsi də elmin və təhsilin inkişafının, başqa sözlə “bilik iqtisadiyyatı”nın təzahürüdür.
Elmə və təhsilə (biliyin artırılmasına) qoyulan investisiyalar insan kapitalının (və potensialının) formalaşmasına qoyulan investisiyadır. Çox vaxt bu növ investisiyalar insan kapitalına investisiya qoyuluşu da adlandırılır. İnsan kapitalı cəmiyyətdə məxsus olan keyfiyyətlərin insana təsirinin məhsulu kimi təsvir edilir. Hər hansı kapital kimi insan kapitalı da öz inkişafı üçün həm dövlət, həm sahibkarlıq subyektləri, həm də şəxsin özü tərəfindən daim investisiya qoyuluşu tələb edir. Məlumat üçün bildirək ki, hazırda dünyanın 92 ölkəsində milli sərvətin 2-3 hissəsi, Rusiyada isə 50 faizi insan kapitalının inkişafına sərf edilir. İnsan kapitalına investisiya iqtisadi və sosial effektinə görə daha səmərəli hesab olunur. Bəzən insan kapitalını bilavasitə insanlara-onların intellektinə, bilik və təcrübəsinə çəkilən xərclər-kimi dəyərləndirirlər.
XXI əsrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın, davamlı inkişafın, yüksək gəlir əldə edilməsinin və həyat səviy-yəsinin yüksəldilməsinin həlledici amili hesab olunur. Qeyd edək ki, Dünya Bankının 192 ölkədə apardığı tədqiqatların nəticələri, dünya iqtisadiyyatında baş verən artımın 16%-nin fiziki kapital, 20%-nin təbii resurslar, 64%-nin isə insan kapitalı hesabına baş verdiyini göstərir. Bu ABŞ iqtisadiyyatı üçün daha xarakterikdir. Belə ki, «insan kapitalı» nəzəriyyəsinin yaradıcılarından olan T.Şultsun hesablamalarına görə ABŞ iqtisadiyyatında insan kapitalı fiziki kapitaldan çox gəlir gətirir.
Bir faktı da qeyd etmək vacibdir ki, elmin insanların həyatına daxil olan nəticələri məhz onların özləri tərəfindən yaradılır. Elmi fəaliyyətlə məşğul olan insanlar isə özünün biliyi, intellektual səviyyəsi ilə əldə etdiyi elmi nəticələrə görə bəşəriyyət tarixində iz qoymaqla, tarixin yaddaşında qalır və gələcək nəsillər üçün informasiya (bilik) mənbəyi rolunu oynayır. Bu baxımdan elm adamlarına bütün dövrlərdə istər sadə insanlar, istərsə də dövlət başçıları tərəfindən qayğı və diqqət göstərilmişdir. Təəssüf ki, müstəqillik illərinin əvvəllərində Azərbaycanda yaranmış sosial-iqtisadi problemlər elm adamlarına qayğının bir növ arxa plana keçməsinə səbəb olmuşdur. Lakin onu da unutmaq olmaz ki, (dünya təcrübəsi də bunu sübut edir) elmsiz hər hansı sahədə inkişafa nail olmaq qeyri-mümkündür. Belə ki, hər hansı bir ölkədə yaranmış bu və ya digər qlobal və lokal xarakterli problemlərin həlli yalnız və yalnız elmin təsiri ilə mümkündür. Elmin bu xüsusiyyəti onun nəticələrini və elmi bilikləri digər növ məhsullardan köklü şəkildə fərqləndirir. Elmi bilikləri digər növ məhsullardan fərqləndirən xarakterik cəhətlərdən biri də onun istismar zamanı aşılanmaması və sıradan çıxmamasıdır. Əksinə, nə qədər çox istifadə olunarsa bir o qədər təzələnir, inki-şaf edir və cəmiyyətin sosial-iqtisadi tərəqqisini sürətləndirir.
Məlum olduğu kimi, bu gün nəinki təbiət elmləri, həmçinin humanitar və ictimai elmlər də cəmiyyətin və iqtisadiyyatın inkişafında mühüm rol oynayırlar. Hətta təşkilati problemlərin və mürəkkəb obyektlərin fəaliyyətinin öyrənilməsində elmin müxtəlif sahələri mərkəzi mövqe tutmağa başlamışdır. Buradan belə qənaətə gəlmək olur ki, elmi fəaliyyətin tədqiqi sahəsində sistemli tədqiqatlar aparmadan, elmin digər sahələrlə qarşılıqlı əlaqəsini araşdırmadan bütünlükdə cəmiyyətin öyrənilməsi qeyri-mümkündür.
İnkişaf etmiş ölkələrin təcrübəsi indiki şəraitdə, elmin və elmi biliklərin köməyi olmadan ölkənin, millətin (xalqın) dünya miqyasında tanınmasının, dünya bazarına elmtutumlu məhsulların çıxarılmasının və nəhayət dünyada layiqli mövqe tutmasının mümkünsüz olduğunu göstərir. Elmin və elmi biliklərin inkişafı isə yalnız elm adamlarının və dövlətin həlledici təsiri altında reallaşa bilər. Ona görə də müasir dövrdə yüksək yaradıcı fəaliy-yət sferası kimi elmin cəmiyyətdə nüfuzunun artırılması, onun sosial və iqtisadi əhəmiyyətinin müəyyən olunması, elmin ətraf aləmə təsiri mexanizminin öyrənilməsi istiqamətində fundamen-tal və tətbiqi araşdırmaların aparılması tələb olunur.

Elmi yaradıcılıq prosesində duyğu və məntiq daha çox rol oyna-dığından bir çox alimlər bu prosesi - idrakın, şüurun xüsusi forması hesab edirlər. İdrakın inkişafı isə öz növbəsində elmin, təhsilin, yeni elmi biliklərin mənimsənilməsi səviyyəsindən asılıdır. Təcrübə insan təfəkkürünün durmadan zənginləşməsində, yeni təsərrüfat və elm sahələrinin (yeni biliklərin) meydana gəlməsində, əhalinin təhsil və həyat səviyyəsinin yüksəldil-məsində elmi biliklərin əhəmiyyətli rol oynadığını göstərir.
Elmin inkişafı, həmçinin cəmiyyətdə intellektual potensialın formalaşmasının əsas mənbəyi hesab olunur. Hesab edirik ki, cəmiyyətdə baş verən hər bir tərəqqi əsasən iki mərhələdən: birincisi, elmin inkişafı və elmi nəticələrin istehsala tətbiqindən; ikincisi, insana kapital qoyuluşunun (burada keyfiyyətli təhsil sistemi əsas yer tutur) səmərəliliyindən keçir. Hazırda ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə və s. bu kimi inkişaf etmiş ölkələr elmin inkişafı nəticəsində sosial-iqtisadi, əhalinin həyat səviyyəsi, istehsalın rəqabət qabiliyyətliliyi, məşğulluğun təmin olunması, İnsan İnkişafı İndeksi və s. bu kimi makroiqtisadi göstəricilərə görə dünyanın bir çox ölkələrini geridə qoyurlar. Bu ölkələr hətta zəngin təbii sərvətləri olan bir çox ölkələri (Asiya və Afrika ölkələrini) yuxarıda göstərilən sahələr üzrə xeyli qabaqlamış, sosial-iqtisadi inkişafın əsas meyllərinin təhlili və həllində kifayət qədər yüksək elmi bilik və təcrübə toplamışlar. Təbii ki, bütün bunlar, bilavasitə elmin və elmi-texniki fəaliyyətin, təhsilin və insan kapitalının inkişafı ilə bağlıdır.
Sözsüz ki, elmi-texniki fəaliyyətin resurslarla (maliyyə, cihaz və avadanlıqlar, informasiya və s.) təmin olunması və müasir tələblərə uyğun infrastrukturun yaradılması elmin inkişafının əsas şərtlərindən biri hesab olunur. Lakin bu yanaşmalarda razılaşdırılmayan cəhətlər vardır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin