Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədvəl 7.2 Azərbaycan Respublikasında tədqiqat və işləmələrə çəkilən daxili xərclərin maliyyə mənbələri



Yüklə 0,56 Mb.
səhifə59/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədvəl 7.2
Azərbaycan Respublikasında tədqiqat və işləmələrə çəkilən daxili xərclərin maliyyə mənbələri




2000

2005

2006

2007

2008

Tədqiqat və işləmələrə çəkilən daxili xərclər

100

100

100

100

100

Büdcə vəsaiti

67,8

77,5

79,7

76,5

73,3

Büdcədən kənar vəsait

4,7

1,3

2,0

2,6

1,5

Öz vəsaiti

18,0

5,3

7,4

6,6

8,7

Sifarişçinin vəsaiti

9,4

13,4

10,9

14,2

16,4

Ali təhsil müəssisələrini saxlamaq üçün büdcə təxsisatları

0,1

0,0

0,0

0,0

0,0

Xarici mənbələrin vəsaiti

0,0

2,4

0,0

0,1

0,1

Mənbə: www.azstst.org

Belə ki, 2008-ci ildə elmə çəkilən daxili xərclərin 1,5%-ni büdcədənkənar fondların vəsaiti, 8,7%-ni təşkilatların öz vəsaiti, 16,42%-ni sifarişçilərin vəsaiti, 0,1%-ni isə xarici mənbələrin vəsaiti təşkil etmişdir. Cədvəldən göründüyü kimi, sifarişçiləri vəsaitinin xüsusi çəkisi 9,4%-dən 16,4%-ə yüksəlmişdir. Müqa-yisə üçün bildirək ki, 2006-cı ildə elmə çəkilən ümumi xərclərin tərkibində sifarişçilərin vəsaitinin xüsusi çəkisi Azərbaycanda 11%, Belarusda 5%, Qazaxıstanda 27%, Moldovada 17%, Rusi-yada 32%, Ukraynada 30% təşkil etmişdir. Qərbi Avropa ölkə-lərində bu orta hesabla 60-70% arasında dəyişir. Hətta Rumıniya, Çexiya və Slovakiya kimi keçmiş sosialist ölkələrindən də (50-55%) geridə qalır.


Ümumilikdə aparılan təhlil respublikada büdcədən kənar mənbələr tərəfindən elmə çox az vəsait sərf olunduğunu göstərir. 2000-2008-ci illərdə Azərbaycan elminə qeyri-büdcə mənbə-lərindən sərf olunan xərclərin mütləq rəqəmlərlə artımı müşahidə olunsa da, onların daxili xərclərdə xüsusi çəkisi aşağı düşmüşdür. Baxmayaraq ki, bu dövrdə, xüsusilə 1995-ci ildən sonra makroiqtisadi göstəricilərdə (sahibkarlığın inkişafı, məhsul və xidmətlər isteh­salının artımı və s.) dinamik artım müşahidə olunmuşdur. Belə olan halda elmə çəkilən ümumi xərclərdə büdcədən kənar vəsaitlərin payı­ artmalı idi. Lakin təəssüfləndirici haldır ki, Azərbaycanda tamamilə əks proses gedir. Bu da onu göstərir ki, sahibkarlıq subyektləri tədqiqat və işləmələrə vəsait ayırmaqda maraqlı deyil­lər.
Məlumat üçün bildirək ki, ABŞ elmə çəkilən xərclərin həc-minə görə hətta Yaponiyanı da iki dəfədən çox üstələyir. Məhz bunun nəticəsində, ABŞ dünyanın supergüclü dövlətinə çevril-mişdir. Xatırladaq ki, ABŞ-da əhalinin 8%-i elmi-tədqiqat və işləmələr sferasında məşğul olur və istehsal olunan ÜDM-in 20%-i onların payına düşür. Ümumilikdə isə bütün dünyada elmi tədqiqat və layihə - konstruktor işlərinə çəkilən xərclərin 40%-i ABŞ-ın payına düşür.
Xarici mənbələrin vəsaiti elmi-tədqiqatlara cəlb edilməsi sahəsində Azərbaycan MDB ölkələri arasında axırıncı yerlərdən birini tutur. Belə ki, 2006-cı ildə Azərbaycanda bu göstərici 0,04% (2008-ci ildə isə 0,1%-ə düçmüşdür) olduğu halda, Belarusda 7%, Ermənistanda 11%, Qazaxıstanda 1%, Rusiyada 9%, Ukraynada 19% olmuşdur. Məsələn, 1995-ci ildə Böyük Britaniyada tədqiqat və işləmələrə çəkilən ümumi xərclərin 14,3%-ni, Fransada 8,3%-ni, İtaliyada 3,9%-ni, Almaniyada 1,8%-ni, Yaponiyada 0,1%-ni, İspaniyada 40,0%-ni, İrlandiyada isə 60%-ni xarici firma və kompaniyaların vəsaitləri təşkil etmişdir.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ÜDM-ə olan nisbəti və iqtisadi artım dinami-kasına görə bu ölkələr arasında birinci sırada yer tutur. Bundan başqa, istər dövlət, istərsə də özəl sektor tərəfindən elmi-tədqiqat işlərinə sifarişin verilməməsi, elmi sferada bazar infrastruk-turunun formalaşmaması, müəssisələrin innovasiya fəallığının aşağı düşməsi, vergi məcəlləsində olan çatışmazlıqlar və s. elmin maliyyə mənbələrinin məhdudlaşmasına gətirib çıxarmışdır.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin