Mənbə:Diaqram BMT-nin hesabatları əsasında tərtib edilmişdir.
Adı çəkilən hesabatda doğulanda gözlənilən ömür müddəti, ÜDM-in adambaşına düşən həcmi indeksinə görə Azərbaycan MDB ölkələri arasında əvvəlinci sırada yer almasına baxmayaraq, təhsil indeksinə görə (0,881) axırıncı yeri tutur. (Cədvəl 8.2)
Müstəqilliyin ilk dövrlərində təhsilin keyfiyyətinin aşağı düşməsi əhalinin təhsil səviyəsinə mənfi təsir göstərmişdir. Cədvəldən də göründüyü kimi, Azərbaycan təhsil indeksinə görə MDB ölkələri ilə müqayisədə axırıncı yerlərdən birini tutur. Bu da yeni iqtisadi sistemə keçiddən sonra Azərbaycanın təhsil sahəsində həlli zəruri olan problemlərin mövcudluğunu göstərir.
Cədvəl 8.2
MDB ölkələrində insan potensialının inkişafı indeksi (2007-ci il)
Sıralanma yeri
|
Ölkələr
|
Gözlənilən ömür müddətinin indeksi
|
Təhsil səviyyəsi indeksi
|
ÜDM indeksi
|
İnsan potensialının inkişafı indeksi
|
71
|
Rusiya
|
0,686
|
0,933
|
0,833
|
0,817
|
68
|
Belarus
|
0, 733
|
0,961
|
0,782
|
0,826
|
85
|
Ukrayna
|
0,720
|
0,960
|
0,707
|
0,796
|
82
|
Qazaxıstan
|
0,666
|
0,965
|
0,782
|
0,804
|
84
|
Ermənistan
|
0,810
|
0,909
|
0,675
|
0,798
|
109
|
Türkmənistan
|
0,661
|
0,906
|
0,651
|
0,739
|
86
|
Azərbaycan
|
0,751
|
0,881
|
0,728
|
0,787
|
89
|
Gürcüstan
|
0,777
|
0,916
|
0,641
|
0,778
|
119
|
Özbəkistan
|
0,711
|
0,888
|
0,532
|
0,710
|
120
|
Qırğızıstan
|
0,710
|
0,918
|
0,500
|
0,710
|
117
|
Moldova
|
0,722
|
0,899
|
0,541
|
0,720
|
127
|
Tacikistan
|
0,691
|
0,896
|
0,478
|
0,688
|
YUNESKO-nun Statistika İnstitutunun açıqlamasına görə, Azərbaycan təhsil inkişafı indeksi (The EFA Development Index) əsasında tərtib olunmuş reytinq cədvəlində 129 ölkə arasında 58-ci yeri tutur. Postsovet ölkəsi Qazaxıstan siyahıda birincidir. Qeyd edək ki, Qazaxıstan siyahının əvvəlində yer alan Yaponiya, Almaniya, Norveç, Böyük Britaniya, İtaliya, Fransa kimi ölkələri qabaqlayır.
Keçmiş sovet respublikalarından Estoniya 25, Qırğızıstan 32, Latviya 36, Litva 39, Gürcüstan 40, Belarus 41, Ermənistan 43, Moldova 57-ci yerdədir. Reytinq cədvəlində sonuncu sıralarda Efiopiya, Seneqal, Burkina-Faso, Niger, Mali, Qvineya, Çad kimi ölkələr durur. Bu ölkələr eyni zamanda dünyanın ən yoxsul ölkələridir.
Qeyd olunanlar respublikamızda təhsil xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasının zəruziliyini göstərir.
Məlumdur ki, təhsil xidməti öz istehsal və istehlak xassələrinə görə digər qeyri-maddi aktivlərdən fərqlənir. Bu fərqi aşağıdakı kimi xarakterizə etmək olar.
Birincisi, digər xidmətlərdə olduğu kimi təhsil xidmətində xidmətin istehsalı, ötürülməsi və istehlakı vaxt etibarı ilə üst-üstə düşür. Burada digər maraqlı məqam istehsalçının və istehlakçının bu əmtəəni yığıb saxlaya bilməməsi, birindən alıb başqasına sata bilməməsidir.
İkinci, əgər maddi nemtlərin alqı-satqısı zamanı onun mülkiyyətçi (sahibi) dəyişirsə, təhsil xidmətində satıcı (pedaqoq) öz spesifik əmtəəsinə olan mülkiyyət hüququnu itirmədən onu başqalarına ötürür. Xidmətin alıcısı (istehlakçısı) da ondan istifadə etmək hüququ əldə edir. Burada digər fərqləndirici xüsusiyyət təhsil xidmətində satılan məhsulun (biliyin) eyni vaxtda onlarla, yüzlərlə istehlakçı tərəfindən mənimsənilməsi və istehlak edilməsidir. Başqa sözlə, təhsil xidmətində əmtəə istehsal olunduğu və ya satıldığı andaca istehlak olunur. İstehlak olunan bilik isə iqtisadiyyatın digər sahələrində istifadə olunaraq maddi dəyər yaradır.
Üçüncü fərq kimi təhsil xidmətində xidmət alanın və xidmət göstərənin gərgin əmək sərf etməsini göstərmək olar. Təhsil xidmətinin keyfiyyəti də məhz hər iki tərəfin əməyindən, bilik və bacarığından, yeni bilikləri mənimsəmə qabiliyyətindən asılı olur.
Təhsil xidmətinin keyfiyyətli olması eyni zamanda əhalinin intellektual və təhsil səviyyəsinin yüksəldilməsində əhəmiyətli rol oynayır. Təhsil xidmətinin keyfiyyətinin qiymətlən-dirilməsinə gəldikdə isə bu zaman onun istehlakçısının, yəni xidmət alanın müəyyən peşə və ixtisasa tam yiyələnməsi əsas götürülür. Qazanılmış biliklərdən səmərəli istifadə etməsi (və ya istifadə olunması) isə təhsilin iqtisadi səmərəliliyi göstəricisi ilə xarakterizə olunur.
Qloballaşmanın geniş vüsət aldığı hazırkı dövrdə ölkədə sosial-iqtisadi inkişafın təmin olunması və sivil dünyaya inteqrasiyası daha çox elmin və təhsilin inkişafından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənilmsənilmə səviyyəsindən və s. asılıdır. Bu amillərin reallaşması isə ilk növbədə iqtisadiyyatın müxtəlif sahələri üzrə (dövrün tələbi nəzərə alınmaqla) yüksək biliyə malik ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bu baxımdan bazar münasibətləri şəraitində Azərbaycanda təhsil siyasətinin formalaşdırılması təhsil sistemində aparılan islahatların sosial-iqtisadi əhəmiy-yətinin artırılması vacib məsələ kimi qarşıya qoyulmalıdır.
Təhsil sistemində ixtisaslı mütəxəssislər hazırlanır və onlar iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq ümumi iqtisadi inkişafa təsir göstərirlər. Eyni zamanda göstərdikləri məhsuldar xidmətin (əməyin) müqabilində yüksək əmək haqqı alır və həyat səviyyələrinin yaxşılaşdırırlar. Təhsil sisteminin inkişaf etdirildiyi ölkələrdə “daha yüksək təhsil, gələcəkdə daha yüksək gəlir əldə etmək deməkdir”. Deməli, təhsilə çəkilən xərclər iqtisadi nöqteyi-nəzərdən insanın gələcək gəlirlərinə qoyulan investisiyadır.
Təhsil sistemi ilə təkcə ixtisaslaşmış təhsil müəssisələri deyil, həmçinin digər sahələrin müəssisələri də məşğul ola bilər. Son illərdə dünyada təhsilə çəkilən xərclər artmaqdadır. XX əsrin 50-ci illərində inkişaf etmiş ölkələrdə, eləcə də inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ali təhsilə tələbat böyük templə artmağa başladı. Keçən əsrin 90-cı illərinin sonunda inkişaf etmiş ölkələrdə təxminən məzunların 32%-i ali təhsil müəssisələrində təhsillərini davam etdirirdilər.
Beləliklə, aparılan tədqiqatların nəticələri ölkədə iqtisadi səmərəliliyin və həyat səviyyəsinin yüksəldilməsində, məşğulluğun təmin olunmasında, yoxsulluq riskinin azalmasında təhsilin mühüm rol oynadığını göstərir. Qeyd etmək lazımdır ki, təhsilin dərəcələri artdıqca məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır və əhalinin həyat səviyyəsi yüksəlir.
Dostları ilə paylaş: |