Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§2. Təhsilin maliyələşməsi



Yüklə 0,56 Mb.
səhifə65/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§2. Təhsilin maliyələşməsi

İnsan potensialının keyfiyyətcə yüksəldilməsinə çəkilən xərclər cəmiyyətdə intellektual səviyyənin yüksəldilməsində ən mühüm yerlərdən birini tutur. Qeyd edək ki, insan potensialının keyfiyyətinin yüksəldilməsi insan kapitalını formalaşdırmaqla davamlı iqtisadi artımı təmin edir və ölkənin təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Bu baxımdan inkişaf etmiş ölkələrdə insan kapitalının formalaşdırılması dövlətin prioritet məsələ-lərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. İnsan kapitalı – investisiya nəticəsində toplanan qabiliyyət, intellekt, bilik, sağlamlıq ehtiyatının məcmusunu təşkil edir. İnsan kapitalı da digər kapitallar kimi (fiziki, maliyyə və s.) kimi, gələcəkdə əlavə gəlir əldə edilməsi cari xərclər tələb edir. İnsan kapitalına investisiya xərclərinə təhsil və yenidən təhsil, istehsala hazırlıq, miqrasiya, informasiya axtarışı, sağlamlığın mühafi-zəsinə çəkilən xərclər daxildir. Burada təhsil və sağlamlığın mühafizəsinə qoyulan investisiyalar daha əhəmiyyətlidir və uzunmüddətli xarakterə malikdir. Məhz təhsil və səhiyyə insan kapitalının formalaşmasında birinci sırada durur.


Elmi ədəbiyyatlardan məlum olduğu kimi, əhalinin yaşayış keyfiyyətini yaxşılaşması ölkədə intellektual potensialın for-malaşması və ondan səmərəli istifadə olunması illə bağlıdır. Əhalinin gəlirlərinin artmasında sözsüz ki, onların bilik və bacarığı əhəmiyyətli rol oynayır. Əgər ölkədə biliyə, təhsilə elmə olan maraq eyni zamanda ondan istifadə səviyyəsi aşağıdırsa, bu halda yaşayış keyfiyyətinin yaxşılaşdırılmasından söhbət gedə bilməz. Çünki insanın intellektual səviyyəsi yüksək olduqda o, təkcə özünün deyil, ailənin, çalışdığı kollektivin, ümumilikdə cəmiyyətin inkişafına təkan verir.
Məlum olduğu kimi, “insan kapitalı” nəzəriyyəsində mərkəzi yeri qazanc əldə edilməsi məqsədilə qazanılan bilik tutur. Bu cür xərclərin gəlirlilik norması analoji olaraq kapitaldan gəlir norması üzrə qurulur və insan kapitalına investisiyanın qiymətlən-dirilməsinə imkan verir. Qiymətləndirmədə təhsil və istehsalat hazırlığına (yenidən hazırlıq, ixtisasın dəyişməsi, təkmilləşmə kursları və s.) qoyulan xərclər əsas götürülür.
İnsan kapitalından gəlir (qazanc) normasına iki əsas yanaşma vardır. Birinci birbaşa xərcin qaytarılmasının ölçülməsinə əsaslanır. Məsələn, yüksək ixtisaslı (ali təhsilli) mütəxəssis, yaxud da hər hansı peşə təhsili alan insanlar qazandığı bilik və təcrübədən istifadə edərək həyatı boyu qazanc əldə edirlər. Bu qazanc əsasən əmək haqqı formasında qayıdır. Bəzən alimlər “insan kapitalına” birbaşa investisiyaların tərkibinə itirilən gəlirləri də daxil edirlər. İtirilən gəlir dedikdə, insanın təhsil aldığı dövrdə almadığı, yəni “itirdiyi” əmək haqqı nəzərdə tutulur. Bu dövrdə əldə edilə biləcək gəlir insan kapitalına xərcin 2/3-ni təşkil edir.
İkinci yanaşma “istehsal funksiyası qazancı” adlandırılan qiymətləndirmədir. Bu qiymətləndirmə qazancın təhsildən, əmək stajından, işlənilən vaxtın uzunluğu, bilavasitə asılılığını və digər amilləri xarakterizə edir. Hesablamalar göstərir ki, insan kapitalının rentabelliyi bir qayda olaraq fiziki kapitaldan yüksəkdir. Bunun nəticəsidir ki, inkişaf etmiş ölkələrdə insan kapitalına investisiya iqtisadi artımın, eləcə də şəxsin gələcəkdə daha yaxşı qazanc əldə etməsinin, yaşayış səviyyəsi və keyfiyyətinin yüksəldilməsinin əsas və başlıca mənbəyi hesab edilir. Təsadüfi deyil ki, bu ölkələrdə təkcə dövlət deyil, əhali də insan kapitalına kifayət qədər vəsait xərcləyirlər. Əgər dünya təcrübəsinə baxsaq varlı ailələrin uşaqları ən bahalı universitetlərdə təhsil almaqla daha mükəmməl biliyə sahib olur ki, bu da onların daha yüksək əmək haqqı olan sahələrdə işə düzəlməsinə imkan verir.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə təhsilə qoyulan investisiyalar arasında əhali (valideyn) investisiyası əhəmiyyətli rol oynayır. Bunun əsas səbəbi həmin ölkələrdə bilik, qabiliyyət və təcrübəyə verilən yüksək qiymətdir. Həmin ölkələrdə əhali, insan kapitalına investisiyanı yaşayış səviyyəsinin və keyfiyyətinin yüksəldilməsində əsas rol oynadığını dərk edir və təhsilə böyük həcmdə (buna onların gəlir səviyyəsi də imkan verir) vəsait xərcləyirlər. Bu da dövlətin təhsil xərclərinin daha səmərəli istifadə olunmasına imkan verir. Əhali investisiyaları ilkin (ibtidai) təhsildən başlayaraq ali (və ya digər peşə-ixtisas) məktəbini bitirənə (yəni 13-15 il) qədər davam edir. Əvvəldə qeyd etdiyimiz kimi bu növ investisiyalar uzunmüddətli və mərhələli xarakter daşıyır. Bunun gəlirlilik (qazanc) göstəricisinə gəldikdə isə burada ölkənin sosial-iqtisadi vəziyyəti də mühüm təsir göstərir.
Təhsil sferasında yaranmış problemləri çox vaxt onun maliyyə təminatı ilə əlaqələndirlir. Qeyd edək ki, Azərbaycanda təhsilə çəkilən xərclərin büdcə xərclərində xüsusi çəkisi digər sahələrlə müqayisədə yüksəkdir. (Cədvəl 8.1)
Cədvəl 8.1
Azərbaycanda təhsilə çəkilən büdcə xərcləri


2000

2005

2006

2007

2008

Büdcə xərcləri cəmi, mln. manat

764

2140,7

3790,1

6086,2

10681

Təhsilə, mln. manat

181,8

372,5

479,1

723

979,7

Büdcə xərclərincə xüsusi çəkiisi %-lə

23,8

17,4

12,6

11,9

9,2

ÜDM-ə nisbəti, %

3,8

2,9

2,5

2,5

2,4

Cədvəldən göründüyü kimison illərdə respublikamızda büdcə gəlirləri artdıqca təhsilə çəkilən xərclər də yüksəldilmişdir. Əgər təhsilə çəkilən xərclər 2000-ci ildə 181,8 milyon manat idisə, 2008-ci ildə bundan 5,4 dəfə çox – 979,7 milyon manat olmuşdur. Lakin təhsilə çəkilən xərclərin büdcədəki xüsusi çəkisi son illərdə aşağı düşmüşdür. Belə ki, bu göstərici müvafiq dövrdə 23,8%-dən 9,2%-ə düşmüşdür.





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin