Ölkə prezidentinin 3 iyul 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda qarşıya aşağıdakı vəzifələrin həll edilməsi qoyulmuşdur:
Texniki peşə təhsili sistemində maddi – texniki bazanın möhkəmləndirilməsi;
Texniki peşə təhsili sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi;
Təcrübə göstərir ki, sosial-iqtisadi infrastrukturunun qurul-masında peşə təhsili müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan texniki peşə təhsili sistemi şəbəkənin optimallaşdırılması, yeni peşələr üzrə mütəxəssislərin hazırlan-ması üçün müasir avadanlıqlarla təchiz edilməlidir. Lakin bu müəssisələrin bina şəraiti, maddi – texniki və tədris bazası, onların idarəetmə strukturu, maliyyələşdirmə səviyyəsi, mexanizmi, təhsilin məzmunu və təlim – tədris proseslərinin təşkili bir çox hallarda yüksək ixtisaslı kadrların hazırlanması baxımından müasir tələblərə cavab vermir.