Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədbəl 8.7 Dövlət və qeyri-dövlət orta ixtisas təhsil müəssisələri (tədris ilinin əvvəlinə)



Yüklə 0,56 Mb.
səhifə77/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədbəl 8.7
Dövlət və qeyri-dövlət orta ixtisas təhsil müəssisələri
(tədris ilinin əvvəlinə)




2000-
2001

2003-
2004

2004-
2005

2005-
2006

2006-
2007

2007-
2008

2008-
2009

Orta ixtisas təhsil müəssi-sələrinin sayı

71

60

59

60

60

60

60

Tələbələrin sayı - сəmi, nəfər

42612

53694

55794

57896

56872

53489

52579

o cümlədən, şöbələrdə təhsil alanlar:








əyani

34332

41834

44453

45552

43721

40725

39892

qiyabi

8280

11860

11341

12344

13151

12764

12687

Əhalinin hər 10000 nəfərinə








tələbələrin sayı

55

68

69

71

69

64

63

Orta ixtisas təhsil müəs-sisələrinə qəbul olunan tələbələrin sayı - сəmi, nəfər

14823

16477

16986

17330

15157

13679

15681

o cümlədən, şöbələrə:








əyani

12351

14316

15098

14582

12662

11878

13274

qiyabi

2472

2161

1888

2748

2495

1801

2407

Ölkə iqtisadiyyatının müxtəlif sahələrində 540 min nəfərə yaxın orta ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 10 faizə qədərini əhatə edir.


Bu gün əmək bazarının sosial-iqtisadi inkişafına və xüsusiyyətlərinə uyğun olaraq texniki-peşə təhsilinin müasir səviyyədə qurulması ölkənin əmək potensialından daha dolğun istifadə olunmasını tələb edir.
Ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə uyğun olaraq əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrlarının hazırlanması, dövlət və özəl bölmədə yeni istehsal sahələrinin kadr hazırlığı işinə cəlb edilməsi, texniki-peşə təhsili müəssisə-lərinin maddi-texniki bazasının müasir avadanlıqla təmin olun-ması, təhsil alan şagirdlərin və mühəndis-pedaqoji işçilərin müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülməlidir. Bu məsələlərin həlli, həmçinin təhsil sahəsinin maliyyələşdiril-məsindən də asılıdır. Ümumiyyətlə, təhsil sahəsində mühüm məsələlərdən biri onun maliyyələşmə mənbələridir. Təhsil sahəsinin maliyyələşməsinin əsas mənbələrindən biri büdcə vəsaitləridir. Lakin bazar iqtisadiyyatı şəraitində büdcə vəsaitləri ilə yanaşı, təhsilin maliyyələşməsinin alternativ mənbələri də mövcuddur.
Hazırda dünya təcrübəsində ali məktəblər əlavə büdcədən-kənar maliyyələşdirmə mənbələrinin cəlb olunması üzrə çoxcə-hətli təcrübəyə malikdirlər. Universitetlərin ənənəvi proqramlar və yeni tipli müxtəlif təhsil xidmətlərinin təklif olunmasından qazandıqları vəsaitlər, qrantlar, əsaslı elmi-tədqiqat və tətbiqi işlərin yerinə yetirilməsi üzrə sifarişlərdən əldə edilən vəsaitlər, qəyyumluq fondları və s. Bəzi ölkələrdə (məsələn, Meksikada) universitetlərin donorları kimi həm də xarici fondlar və firmalar çıxış edirlər.
Bunlarla yanaşı, orta ixtisas təhsili sahəsində hələ də həllini tapmayan aşağıdakı problemlər mövcuddur:
- orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası müasir tələblərə tam cavab vermir;
- tədrisdə istifadə olunan avadanlıqlar, laboratoriya, cihaz və dəzgahlar mənəvi cəhətdən köhnəlmişdir;
- orta ixtisas təhsili müəssisələrinin kompüter texnikası ilə təminatı qənaətbəxş deyildir;
- latın qrafikası ilə çap olunmuş müasir dərslik və dərs vəsaitləri çatışmır;
- orta ixtisas məktəblərinin kitabxanaları və onların təminatı günün tələblərinə cavab vermir;
- yeni pedaqoji təlim texnologiyaları tədris prosesinə zəif tətbiq olunur;
- kadr hazırlığı strukturu əmək bazarının tələblərini tam ödəmir;
- orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi təkmil deyildir;
- kadr potensialı və müəllimlərin ixtisasartırma, yenidənhazırlanma təhsili müasir tələblərə cavab vermir;
- orta ixtisas təhsili ixtisaslarının siyahısının təsdiqindən xeyli müddət keçdiyinə görə onların yeniləşməsinə ehtiyac duyulur;
- bəzi ixtisasların tədris planlarında hələ də lüzumsuz fənlər mövcuddur;
- orta ixtisaslı kadr hazırlığı üzrə uzunmüddətli, elmi cəhətdən əsaslandırılmış proqnozlaşdırma mexanizmi yoxdur;
- tədris müəssisələrinin işəgötürənlərlə ənənəvi əlaqələrinin pozulması məzunların işlə təmin olunmasını məhdudlaşdırır;
- əksər orta ixtisas təhsili müəssisələrinin yataqxanalarının olmaması, respublikanın ucqar regionlarında yaşayan gənclərin təhsilə cəlb olunmasında çətinlik yaradır;
- tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün lazımi şərait yoxdur;
- orta ixtisas təhsil müəssisələrində mövcud maliyyələşdirmə mexanizmi təkmil deyildir;
- tələbələrin ixtisas üzrə təcrübə keçməsi üçün lazımi şərait yaradılmır.
Bu sahədə aparılan islahatlar onun strukturunun və məzmu-nunun yeniləşməsinə yönəlməlidir. Bu məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilə bilər:
- təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması;
-əhalinin müxtəlif təbəqələri üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi;
- aztəminatlı ailələrdən olan şagirdlərin ünvanlı şəkildə dəstəklənməsi;
- aztəminatlı ailələrdən olan şagirdlərə, yetimlərə təhsil müəssisələrinə gəlib-getməklə bağlı xərclərin kompensasiya edilməsi, onların pulsuz dərsliklərlə təmin edilməsi;
- tələbələrin təqaüdlərinin artırılması;
- təhsilin büdcədən maliyyələşdirilməsinin təkmilləşdirilməsi;
- məktəbəqədər təlim-tərbiyə təhsil sisteminin təkmilləş-dirilməsi;
- kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaş-dırılması;
Bütün bu qeyd olunanların həyata keçirilməsi isə ölkədə təhsilin keyfiyyətini yaxşılaşdırılmasına müsbət təsir göstərə bilər.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin