Cədvəl 6.1 Minilliyin Bəyyannaməsi üzrə müəyyənləşdirilən və Azərbaycan üçün səciyyəvi olan məqsədlər
Minilliyin Bəyannaməsi üzrə müəyyənləşdirilən məqsədlər
Azərbaycan üçün səciyyəvi olan məqsədlər
1.İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq
1. Yoxsulluğu azaltmaq
2. Ümumi ibtidai təhsilə nail olmaq
2. Ümumi orta təhsildə yüksək göstəricilərə nail olmaq
3. Gender bərabəliyini inkişaf etdirmək və qadınların hüquqlarını genişləndirmək
3. Gender bərabərliyini inkişaf etdirmək və qadınların hüquqlarını genişləndirmək
4.Uşaq ölümü hallarını azaltmaq
4. Uşaq ölümü hallarını azaltmaq
5.Anaların sağlamlığını qorumaq
5. Anaların sağlamlığını qorumaq
6.İİÇV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq
6. İİÇV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq
7.Ətraf mühitin qorunmasını təmin etmək
7. Ətraf mühitin qorunmasını təmin etmək
8.Qlobal tərəfdaşlığı inkişaf etdirmək
8. Qeyri-neft sektoruna birbaşa xarici investisiya qoyuluşunu artırmaq
Beynəlxalq Konversiya və tövsiyələrdə göstərilir ki, “Yaşından, cinsindən, sağlamlıq durumundan, maliyyə vəziyyətindən və bu kimi başqa amillərdən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının keyfiyyətli səhiyyə xidmətlərinə tələbatı təmin edilməlidir”. Keyfiyyətli tibbi xidmətlər isə səhiyyənin səmərəliliyini müəyyənləşdirir. Səhiyyənin səmərəliliyi isə bir sıra göstəricilərlə (tibbi, iqtisadi və sosial) müəyyən olunur.
-tibbi səmərəlilik-diaqnostik tədqiqatların keyfiyyəti, müalicəvi və profilaktik tədbirlərin keçirilməsi ilə səciyyələnir.
-iqtisadi səmərəlilik-səhiyyə sahəsinin ölkə iqtisadiyyatındakı (əsas makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsul, milli gəlir və s.) rolu ilə ölçülür.
-sosial səmərəlilik - səhiyyə xidmətinin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsiri ilə qiymətləndirilir.
Müxtəlif ölkələrdə aparılan çoxsaylı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, insanların sağlamlığına təsir edən amillər içərisində həyat şəraiti və həyat tərzi - 48-50%, ətraf mühit -20-22%, insanın biologiyası (genetikası) - 18-20%, səhiyyə isə -8-14% təşkil edir. Məlumat üçün bildirək ki, hər hansı bir ölkədə əhalinin orta ömür müddətinin uzunluğu həmin ölkədə səhiyyə xidmətinin keyfiyyətinin yüksək olması kimi qiymətləndirilir. Yaponiya səhiyyənin inkişafı nəticəsində orta ömür müddətinə görə dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Son illərdə Azərbaycanda da orta ömür müddətinin uzanması meylləri müşahidə edilir. Bu da son dövrlərdə səhiyyə sahəsində aparılan islahatlar, onlarla yeni səhiyyə-diaqnostika mərkəzlərinin tikilməsi, dövlət tərəfindən əhaliyə pulsuz tibbi xidmətin göstərilməsi ilə əlaqədardır. Bu barədə daha ətraflı növbəti paraqrafda məlumat verilmişdir.