Cədvəl 6.2
Dövlət tibb müəssisələri üzrə səhiyyənin əsas göstəriciləri, (ilin sonuna)
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
2005
|
2006
|
2007*
|
2008*
|
Bütün ixtisas-lardan olan həkimlərin sayı, min nəfər
|
29,0
|
29,1
|
29,5
|
29,7
|
30,1
|
30,6
|
30,8
|
32.4
|
32,5
|
əhalinin hər 10 min nəfərinə
|
36,5
|
36,3
|
36.5
|
36.4
|
36.6
|
36.8
|
36.6
|
38.0
|
37,7
|
Orta tibb işçi-lərinin sayı, min nəfər
|
60.0
|
59.9
|
59.1
|
59.5
|
59.7
|
60.8
|
61.6
|
62.2
|
62,5
|
əhalinin hər 10 min nəfərinə
|
75.4
|
74.6
|
73.1
|
73.1
|
72.6
|
73.1
|
73.2
|
73.0
|
72,6
|
Xəstəxana müəssisələrinin sayı
|
735
|
735
|
738
|
734
|
732
|
729
|
726
|
748
|
75,2
|
Xəstəxana çarpayılarının sayı, min
|
69.9
|
69
|
68.7
|
68.1
|
68.4
|
68.9
|
68.4
|
68.1
|
67,8
|
əhalinin hər 10 min nəfərinə
|
87.8
|
86.0
|
85.0
|
83.6
|
83.1
|
82.9
|
81.3
|
80.0
|
78,8
|
Mənbə: Azərbaycanın Statistik Göstəriciləri, 2009, səh. 238
*qeyri-dövlət tibb müəssisələri də daxil olmaqla
Onu da qeyd edək ki, təkcə son 8 ildə 7 yeni xəstəxana müəssisəsi tikilib istifadəyə verilməsinə baxmayaraq, xəstəxana çarpayılarının sayı 69,9 mindən 67,8 minə (2,1 min nəfər azalma) düşmüşdür. Qeyd edək ki, respublikamızda əhalinin hər 10 min nəfərinə düşən xəstəxana çarpayılarının sayı başqa ölkələrlə müqayisədə çoxdur. Lakin onlardan istifadə səviyyəsi qeyri- qənaətbəxşdir. Belə ki, ölkəmiz çarpayılardan istifadə əmsalına görə Avropa Birliyi ölkələrindən 3 dəfə geri qalır.
Son illərdə bütün xəstəliklər üzrə əhalinin xəstələnməsi halları (ilk dəfə qoyulmuş diaqnozla) azaldığı halda, endokrin sisteminin, qida qəbul etmənin, maddələr mübadiləsinin və immunitetin pozulması üzrə xəstələnmə, qan və qanyaradıcı orqanların pozulması halları artmışdır.
Tibb müəssisələrində qeydiyyatda olan alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnənlərin sayının və əhalinin tərkibində onların xüsusi çəkisinin artması əhalinin sosial vəziyyətinin pisləşməsini təzahür etdirir. DSK-nın materiallarının təhlil göstərir ki, alkoqolizm və alkoqol psixozu üzrə tibb müəssisələrində qeydiyyata alınmış xəstələrin, narkomaniya və toksikomaniya üzrə sayı artmışdır.
2008-ci ildə bu müəssisələrdə 32500 nəfər həkim və 62500 nəfər orta tibb işçisi çalışıb və əhalinin hər 10 min nəfərinə onların sayı müvafiq olaraq 37,7 və 72,6 nəfər təşkil edib. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabla-malarına əsasən əhalinin hər 10 min nəfərinə 28 həkim düşərsə, bu qənaətbəxş hesab edilir. Keçmiş SSRİ-də bu göstərici 42 idi. 2008-ci ildə Azərbaycan, Qazaxıstan, Ermənistanda əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı 38 olduğu halda, bu göstərici Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdən Belarus, Gürcüstan, Rusiyada-49, Ukraynada isə 48 nəfər olmuşdur. Ən aşağı göstərici Tacikistanda (19 nəfər) qeydə alınmışdır. Əhalinin hər 10 min nəfərinə düşən orta tibb işçi-lərinin sayı həmin ildə Belarusda 122, Rusiyada 109, Ukraynada 106, Qazaxıstanda 84, Azərbaycanda isə 73 olmuşdur. Xəstəxana çarpayılarının sayına görə müvafiq ildə ən yüksək göstərici Belarusda (112) olmuşdur. Sonrakı yerlərdə Rusiya (109), Ukrayna (95), Azərbaycan (80) gəlir.
Qeyd etmək lazımdır ki, səhiyyə sahəsindəki mövcud problemlərin həlli onun maliyyələşdirilməsindən birbaşa asılıdır.
Dostları ilə paylaş: |