Cədvəl 6.3
Büdcədən səhiyyəyə çəkilən xərclər (mln. manatla)
|
1995
|
2000
|
2003
|
2004
|
2005
|
2006
|
2007
|
2008
|
Cəmi büdcə xərcləri
|
448,4
|
764,0
|
1234,5
|
1502,1
|
2140,7
|
3790,1
|
6086,2
|
10680,9
|
Səhiyyə
|
29,7
|
40,9
|
55,3
|
73,5
|
115,3
|
162,0
|
257,7
|
346,3
|
%-lə
|
6.9
|
5,3
|
4.5
|
4.9
|
5,3
|
4.3
|
4.2
|
3,2
|
Mənbə: ASG-2009, səh. 371
2008-ci ilin dövlət büdcəsindən səhiyyəyə 346 milyon manat məbləğində vəsait ayrılmışdır. Doğrudur, ildən-ilə dövlət büdcə-sindən səhiyyəyə ayrılan xərclərin xüsusi çəkisi mütləq rəqəm-lərlə artır, lakin faiz nisbətində isə azalır. Məsələn 2000-ci illə müqayisədə 2008-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmi 8,5 dəfə 1995-ci illə müqayisədə 11,6 dəfə artmışdır. Bu artıma baxmayaraq büdcə xərclərində səhiyyənin payı azalmışdır. Belə ki, əgər 2005-ci ildə səhiyyəyə ayrılan xərclərin büdcədəki payı 5,3%, 2008-ci isə 3,2% təşkil etmişdir. Bundan başqa, 2008-ci ildə səhiyyəyə ayrılan xərclərin ÜDM-də xüsusi çəkisi 2000-ci illə müqayisədə cüzi 10,86%-dən 10,91% artmışdır.
Dünya Bankının hesabatına əsasən respublikamızda səhiyyə xərclərinin 1,8-2%-ni xarici yardımlar, 75-80%-ni əhalinin rəsmi və qeyri-rəsmi ödənişləri 5%-ni məcburi və könüllü tibbi 20-25%-ni sığorta ayırmaları, 20-25%-ni dövlət büdcəsindən ayır-malar təşkil edir.
Qeyd etmək lazımdır ki, Dünya Səhiyyə Təşkilatının hesab-lamalarına əsasən səhiyyə xərclərinin ÜDM-ə nisbəti 5 faizdən az olması həmin ölkədə əhalinin sağlamlığının qorunması istiqamətində ciddi problemlərdən xəbər verir. Aparılan təhlillər ölkəmizdə bu göstəricinin hələ ki, qəbul edilmiş minimum həddən aşağı -3,9 % (2005-ci ildə) olduğunu göstərir. Məlumat üçün qeyd edək ki, ölkəmizlə yanaşı, Ukrayna, Gürcüstan və Tacikistanda bu göstərici minimum həddən aşağıdır. Rusiyada (6,2%), Ermənistanda (5,8%), Belarusda (6,4%), Moldovada (7%), Özbəkistanda (5,5 faiz) isə Dünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi həddən yüksək olmuşdur.
Statistik məlumatlara əsasən 2002-ci ildə adambaşına düşən səhiyyə xərcləri Avropa Birliyi ölkələrində orta hesabla 1645 ABŞ dollar olduğu halda, MDB ölkələrindən Rusiyada 150, Belarusda 93, Türkmənistanda 79, Qazaxıstanda 56, Ermənistanda 45, Ukraynada 40, Moldovada 27 ABŞ dolları təşkil etmişdir. Müvafiq ildə, bu göstərici respublikamızda 27 ABŞ dolları olmuşdur. Azərbaycan bu göstərici ilə Gürcüstanı 25 ABŞ dolları, Özbəkistanı 21 ABŞ dolları, Qırğızıstanı 14 ABŞ dolları və Tacikistanı 6 ABŞ dolları qabaqlayıb.
Qeyd edək ki, ABŞ-da isə ümumi səhiyyə xərclərinin məbləği 1,7 trilyon dollardır və bu Hindistanın ümumi daxili məhsulundan 2 dəfə çoxdur və Çinin ÜDM həcmindədir.
Beləliklə, aparılan təhlil və beynəlxalq təcrübə göstərir ki, respublikamızda səhiyyənin maliyyələşməsi sahəsində bir sıra problemlər mövcuddur.
Dostları ilə paylaş: |