§4. Tibbi sığorta
Tibbi sığorta müxtəlif xəstəlik risklərinin nəticələrinin mini-muma endirilməsi üçün həyata keçirilən sığorta növüdür. Qeyd etmək lazımdır ki, tibbi sığorta ilk dəfə XIX əsrdə Almaniyada tətbiq edilib. İlkin variantda sığortalanma prosesinə dövlətin hər hansı müdaxiləsi olmayıb. Sənayeləşmənin inkişafı nəticəsində iri şirkətlərin yaranması ilə belə şirkətlərin işçiləri tərəfindən yaradılmış səhiyyə fondları şirkət sahibləri tərəfindən dəstəklən-məyə başlandı. Burada məqsəd işçilərin daha keyfiyyətli tibbi xidmətlərə çıxışını təmin etmək idi. Bunun nəticəsində bir neçə və ya bütün işçilərin sağlamlıqlarının sığortalanmasını nəzərdə tutan model ortaya çıxdı. Sonralar bu model çoxlu dəyişikliklərə məruz qalsa da, hazırda onun mahiyyəti dəyişməyib.
Tibbi sığortanın obyekti sığorta riskidir. Tibbi sığorta haq-qında müqavilə sığorta etdirən və tibbi sığorta təşkilatı arasında razılığı təcəssüm etdirir. Sığorta edən sığorta olunana keyfiyyətli tibbi yardım göstərilməsini təmin etməlidir.
Tibbi sığortanın iki növündən istifadə olunur: məcburi və könüllü.
Məcburi tibbi sığorta ümumi qaydada dövlət tərəfindən həyata keçirilir. Adətən məcburi tibbi sığortaya ilkin-tibbi yardımı, təcili tibbi yardım, ambulator şəraitdə müalicə və diaqnoz qoyulması və xəstəliklərlə bağlı profilaktik tədbirlərin görülməsi, həmçinin stasionar yardım daxildir.
Məcburi tibbi sığortanın subyektinə: sığorta olunan, sığortaçı (sığorta edən), tibbi sığorta təşkilatı, tibb müəssisəsi daxildir.
Sığorta olunanlar: Ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və respublikada daimi yaşayan xarici vətəndaşlar aiddir.
Sığorta edənlər - işləməyən əhali üçün (xüsusilə, uşaqlar, tələbələr, pensiyaçılar) adətən dövlət idarəetmə orqanları, işləyən şəxslər üçün - müəssisələr, təşkilatlar və digər işəgötürənlər olur.
Tibbi sığorta təşkilatı-dövlət icazəsi (lisenziya) əsasında məcburi tibbi sığorta ilə məşğul olan hüquqi şəxsdir.
Sığortaçı və tibbi sığorta təşkilatı arasında münasibətlər sığorta müqaviləsi əsasında tənzimlənir. Sığorta müqaviləsi sığorta hadisəsi zamanı tibbi sığorta təşkilatı qarşısında öhdəlik-ləri müəyyənləşdirir. Sığorta hadisəsi zamanı sığorta olunan tibb müəssisəsinə tibbi yardım almaq məqsədilə müraciət edir. Hər bir sığorta olunan sığorta polisi alır.
Rusiya Federasiyasında məcburi tibbi sığortaya görə ödəmələr 3,6% təşkil edir ki, bunun da 0,2%-i Federal Fonda, 3,4%-i isə ərazi regional fonda ödənilir.
Məcburi tibbi sığorta fonduna ayda bir dəfə əmək haqqından ödəmələr aparılır.
Dostları ilə paylaş: |