Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Elmin maddi texniki bazası



Yüklə 0,56 Mb.
səhifə62/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Elmin maddi texniki bazası: Məlum olduğu kimi, hazırda respublikanın əksər elmi-tədqiqat təşkilatlarının maddi-texniki bazası dövrün tələblərinə cavab vermir, onlarda istifadə olunan cihaz və avadanlıqların əksəriyyəti fiziki və mənəvi cəhətdən köhnəlmiş, bəziləri isə tamamilə sıradan çıxmışdır. Qeyd etmək lazımdır ki, 1996-cı ilin iyulun 1-nə əsas fondların yenidən qiy-mətləndirmənin yekunlarına görə, elm və elmə xidmət sferasında tədqiqat və işləmələr sferasında əsas fondların köhnəlmə dərəcəsi 41,2%, o cümlədən, maşın və avadanlıqların köhnəlmə dərəcəsi 55,5% təşkil etmişdir. Bu da ölkə iqtisadiyyatı üzrə əsas fondların köhnəlmə dərəcəsindən yüksəkdir.
Son 8 ildə (2001-2008-ci illər ərzində) tədqiqat və işləmə-lərdə istifadə olunan əsas vəsaitlərin dəyəri 55% artaraq 54,9 mil-yon manatdan, 85,1 milyon manata, maşın və avadanlıqların dəyəri isə 38,3% artaraq 18,8 milyon manatdan 21,4 milyon manata çatmışdır. (Cədvəl 7.4)

Cədvəl 7.4
Tədqiqat və işləmələrdə istifadə olunan əsas vəsaitlər (milyon manat)


2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

Əsas vəsaitlərin orta illik dəyəri

54.9

70.6

67.5

79.7

79.7

79.9

84.9

84.9

85.1

o cümlədən maşın və avadanlıqların

18.8

15.3

17.4

18.1

18.5

18.6

20.8

22.0

21.4

Elmi-texniki tərəqqinin sürətlənməkdə olduğu indiki şəraitdə əsas vəsaitlərin dəyərində baş verən artım onun yeniləşməsini təmin edə bilmir. Nəticədə yeni elmi nəticələrin sınaqdan keçirilməsi imkanı məhdudlaşır.


Əsas fondların, xüsusilə cihaz və avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi həm kadrların səmərəli fəaliyyətinə və həm də elmi-tədqiqat işlərinin keyfiyyətinə mənfi təsir göstərir. Bu amil bəzi elm sahələrində, xüsusilə, təbiət, kənd təsərrüfatı və texniki elmlərdə tədqiqat işlərinin keyfiyyətinə daha çox təsir göstərir.
Elmi-texniki təşkilatların maddi-texniki bazasının möhkəm-ləndirilməsi elmi-tədqiqat işlərinin (fundamental və tətbiqi) keyfiyyətinə, səmərəliliyinə və intensivliyinə bilavasitə təsir göstərir. Elm, texnika və texnologiyaların inkişaf səviyyəsi göstərir ki, elmi əməyin nəticələrinin keyfiyyətinin yüksəldil-məsinə təkcə yüksək ixtisaslı kadr, maliyyə və ya informasiya ilə ayrı-ayrılıqda təmin etməklə yüksək nailiyyətlər əldə etmək qeyri-mümkündür. Əgər elmi-texniki kadrların fəaliyyət göstər-məsi üçün tələb olunan texniki və texnoloji vasitələr, normal iş şəraiti olmazsa, bu halda elmi əməyin də nəticələri səmərəsiz ola-caqdır. Bu öz növbəsində elmi ideyaların reallaşmasını məhdud-laşdırır və elmin inkişaf səviyyəsi dövrün tələblərindən geri qalır. Bu nöqteyi-nəzərdən hazırkı şəraitdə elmin maddi-texniki baza-sının möhkəmləndirilməsinə çox böyük zərurət yaranmışdır.
Bildiyimiz kimi, elmi-tədqiqatları aparmaq üçün tələb olunan bir çox cihaz və avadanlıqlar kütləvi şəkildə istehsal olunmur. Bu növ cihaz və avadanlıqlar çox vaxt sifariş əsasında, məhdud sayda istehsal olunur və onların dəyəri kifayət qədər yüksək olur. Bu səbəbdən elmi-tədqiqat təşkilatları belə bahalı cihaz və avadanlıqları ala bilmir və nəticədə elmi-tədqiqat işlərinin keyfiyyəti aşağı düşür.
Fikrimizcə, bu növ bahalı avadanlıqların alınmasında lizinq əməliyyatları metodundan istifadə edilməsi əhəmiyyətli ola bilər. Lakin bunun üçün şərait olmalı, sənaye sahələri ilə elmi təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dövlət ilkin yardım və köməklik göstərməlidir. Yaxud da dövlət avadanlıqların dəyərinin müəyyən hissəsini ödəməyi öz üzərinə götürməlidir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin