Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Cədvəl 7.1 Dövlət büdcəsindən elmə çəkilən xərclər



Yüklə 0,56 Mb.
səhifə58/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Cədvəl 7.1
Dövlət büdcəsindən elmə çəkilən xərclər


2000

2001

2003

2004

2005

2006

2007

2008

Dövlət büdcəsindən elmə çəkilən xərclər, milyon manat

9.3

9.4

16.6

20.0

28.8

32.0

43.9

62.1

ümumi daxili məhsula nisbətən, faizlə

0.2

0.2

0.2

0.2

0.2

0.2

0.2

0.2

dövlət büdcəsinin xərclərinə nisbətən, faizlə

1.2

1.2

1.3

1.3

1.3

0.8

0.7

0.6

Mənbə: www.azstst.org

Elmin maliyyələşməsində ən ciddi problem kimi onun əsasən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməsidir. Digər mənbələrin (məsələn, sahibkarlıq sektorunun, bələdiyyə və xarici şirkətlərin vəsaitləri) vəsaitlərinin xüsusi çəkisi isə olduqca aşağıdır. Bu da sahibkarlıq subyektləri üçün innovasiya yönümlü xərclərə stimulun zəif olmasından irəli gəlir.


Hesab edirik ki, Azərbaycanda da bunun 2%-ə çatdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, son illərdə (xüsusilə, 2000-ci ildən sonra) ölkəyə daxil olan neft gəlirləri (yaxın illərdə isə neft gəlirlərinin daha sürətlə artacağı gözlənilir) maliyyə problemlərinin həll edilməsi üçün real imkanlar yaratmışdır. Məlumat üçün bildirək ki, inkişaf etmiş ölkələrdə elmə ayrılan vəsaitlərin büdcə xərclərində payı 3-7% arasında tərəddüd edir. Bu son 20 ildə demək olar ki, dəyişməmiş və sabit saxlanılmışdır.
Qeyd edək ki, Rusiyada 2001-ci ildə elmə çəkilən vəsaitlərin həcmi 12,3 mlrd., Hollandiya və İsveçdə 8-8,5 mlrd., Cənubi Koreyada 19 mlrd., Böyük Britaniyada 27,1 mlrd., Fransada 31,4 mlrd., Çində 50,3 mlrd., Almaniyada 55,1 mlrd., ABŞ-da 265,3 mlrd., Yaponiyada 98,2 mlrd. ABŞ dolları təşkil etmişdir. Təsadüfi deyil ki, hələ 1996-cı ildə Amerikanın tanınmış şirkət-ləri olan «General Motors» elmi tədqiqat işlərinə 9 mlrd. dollar, «Ford» 7 mlrd. dollar, «IBM» 4 mlrd. dollar vəsait xərcləmişdir. Bu da hazırda Azərbaycan Respublikasında elmə qoyulan vəsaitdən 100 dəfələrlə çoxdur.
Əksər inkişaf etmiş ölkələrdə büdcədən elmə ayrılan vəsaitlərin büdcə xərclərində xüsusi çəkisinin yüksək olmasına baxmayaraq, tədqiqat və işləmələrə çəkilən ümumi xərclərdə büdcənin payı 50%-dən aşağıdır. Məsələn, Almaniyada tədqiqat və işləmələrə çəkilən bütün xərclərin tərkibində büdcə vəsaitləri 30-35%, Yaponiyada isə 20-25%, ABŞ-da 45-50% arasında tərəddüd edir. Göründüyü kimi, elmin maliyyələşməsi heç bir ölkədə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilmir.
Qeyd edək ki, 2006-cı ildə MDB ölkələri Azərbaycanda elmə çəkilən xərclərdə büdcə vəsaitlərinin payı 80%, Belarusda 65%, Ermənistanda 54%, Qazaxıstanda 57%, Moldovada 71%, Rusiyada 49%, Ukraynada 40% təşkil etmişdir. 2008-ci ildə isə Azərbaycanda elmə çəkilən xərclərin tərkibində büdcənin payı 73,3% olmuşdur ki, bu da digər MDB ölkələrindən yüksəkdir.
Son illərdə elmi tədqiqat və işləmələrə çəkilən daxili xərclərin tərkibində büdcədənkənar fondların vəsaiti, təşkilatların öz vəsaitlərinin xüsusi çəkisi aşağı düşmüş, sifarişçilərin vəsaitlərinin xüsusi çəkisi 2001-ci ildən sonrakı dövrdə aşağı düşməyə başlamışdır. (Cədvəl 7.2)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin