§3. Elmin kadr, informasiya təminatı və maddi-texniki bazası
Elmin kadr potensialı bildiyimiz kimi, elmin inkişafında əsas ağırlıq elm adamlarının üzərinə düşür. Lakin hazırda elmi fəaliyyətin düzgün qiymətləndirilməməsi ciddi mənəvi, sosial, psixoloji təsirlərlə nəticələnir. Burada başlıca yeri elmi-tədqiqat işçilərinin ixtisası və yaradıcılıq fəallığı, tədqiqat azadlığı və həyati mövqeyi, informasiya təminatı və onun təşkili, texniki təchizat və iş şəraiti, iqtisadi maraqlandırılması və s. tutur.
Elmi tədqiqat və işləmələri yerinə yetirən işçilər:Bunlara tədqiqatçılar, texniklər, köməkçi heyət və sair işçilər daxildir. Tədqiqatçılar kateqoriyasınaelmi tədqiqat və işləmələrlə peşəkarcasına məşğul olan və bilavasitə yeni bilikləri, məhsulları, prosesləri, metodları və sistemləri yaradan, eləcə də göstərilən fəaliyyət növlərini idarə edən mütəxəssislər daxildir. Texniklər kateqoriyasına tədqiqatçıların rəhbərliyi altında texniki vəzifələri - elmi cihazların, laboratoriya avadanlığının, hesablama texni-kasının istismarı və onlara xidmət göstərilməsi, materialların, çertyojların hazırlanması, eksperimentlərin, sınaqların və təhlil-lərin aparılması və s. yerinə yetirən mütəxəssislər, köməkçi heyət kateqoriyasına isə elmi-texniki işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olan yardımçı vəzifələr yerinə yetirən işçilər aid edilir. Sair işçilər kateqoriysına- təşkilatın fəaliyyəti ilə əlaqədar olan ümumi xarakterli vəzifələri yerinə yetirənlər daxildirlər.
Yüksək səviyyədə hazırlanmış kadr potensialı, elmi-texniki, sosial-iqtisadi inkişafda əhəmiyyətli rol oynayır. Nəzərə almaq lazımdır ki, ixtisaslı kadrların əməyi intellektual əmək hesab olunur. İntellektual əmək işçisi isə hər hansı müəssisə və ya təşkilatın ən vacib və dəyərli resursları hesab olunur. Çünki intellektual əmək və ya ixtisaslı kadrların əməyi, onların bilik və bacarığı başlıca istehsal resursu kimi meydana çıxır. Ona görə də müasir dövrdə yeni iqtisadi anlayış «bilik iqtisadiyyatı» və ya «biliklərə əsaslanan iqtisadiyyat» anlayışları meydana gəlib. Buna əsaslanaraq D.Bell qeyd edir ki, gələcəkdə əhalinin yüksək sosial təbəqələrə aid olan və aid olmayan hissələrə bölünməsi onların maddi vəziyyətləri ilə deyil, yeni biliklər yaratmaq iqti-darında olan intellektual potensialı - bilik daşıyıcıları ilə müəyyənləşəcəkdir
Sahibkarlar bunu elmə çəkilən xərclərin riskli və geri qayıtma müddətinin uzun olması ilə izah edirlər. 2007-ci ildə sorğuda iştirak edən sahibkarların 42,7%-i innovasiyalara iqtisadi amil-lərin (öz pul vəsaitinin kifayət qədər olmaması, dövlət tərəfindən maliyyə yardımının kifayət qədər olmaması, təzə məhsullara ödəniş qabiliyyətli tələbatın aşağı olması, yeniliklərin dəyərinin yüksək olması, yüksək iqtisadi risk, təzə məhsullara çəkilən xərclərin əvəzinin ödənilməsi müddətlərinin uzun olması) 31,0%-i istehsal amillərinin (müəssisənin innovasiya potensialının aşağı olması, ixtisaslı işçilərin çatışmaması, yeni texnologiyalar haq-qında informasiyanın çatışmaması, müəssisələr tərəfindən yeni-liklərin qəbul edilməməsi, satış bazarları haqqında informa-siyanın çatışmaması, digər müəssisələr və digər elmi təşkilatlar ilə kooperasiya üçün imkanların olmaması), 26,3%-i isə digər səbəblərin (daha əvvəlki innovasiyalar nəticəsində təzə məhsul-lara ehtiyacın olmaması, innovasiya fəaliyyətini tənzimləyən və həvəsləndirən qanunvericilik və normativ-hüquqi sənədlərin olmaması, innovasiya prosesi müddətinin qeyri-müəyyən olması, innovasiya infrastrukturunun (vasitəçilik, informasiya, hüquq, bank və s. xidmətlərin) inkişaf etməməsinin mane olduğunu bildirmişdir. Bütün bunlar son nəticədə elmi sferada maliyyə prpoblemlərinin yaranmasına, elm sahəsində çalışanların əmək haqqının artırılması imkanlarının məhdudlaşdırılmasına və nəhayət elmi sferaya ixtisaslı kadrların cəlb elilməsinə çətinlik yaradır.
Ümumiyyətlə, beynəlxalq təcrübədə elmi sferanın inkişaf səviyyəsinin qiymətləndirilməsində müxtəlif metodlardan istifadə olunur. Ümumi iqtisadiyyatda çalışanların tərkibində elmi sferada çalışanların xüsusi çəkisi, əhalinin hər milyon nəfərinə düşən alimlərin (elmi işçilərin) sayı, dinamikası, kadrların paylanması (sahələr və sektorlar üzrə) yerinə yetirilən işlərin və ya elmə çəkilən xərclərin adambaşına düşən həcmi və s. bu kimi qiymətləndirmə metodu daha geniş yayılmışdır.
Mütəxəssislər iqtisadiyyatda çalışanların ümumi sayında elm sahəsində çalışanların xüsusi çəkisinin yüksək olmasını elmin inkişafında əhəmiyyətli rol oynayan göstəricilərdən biri hesab edirlər. Hazırda inkişaf etmiş bir çox ölkələrdə elm və elmə xidmət edən sahələrdə çalışanların ümumi iqtisadiyyatda məşğul olanlara nisbətdə xüsusi çəkisinin 5% olması maksimum hədd kimi qəbul olunmuşdur.
Qeyd edək ki, hələ 1964-cü ildə YUNESKO tərəfindən Parisdə qəbul olunmuş sənədlərdə inkişaf etmiş ölkələrdə elmin inkişaf səviyyəsini qiymətləndirərkən əhalinin hər milyon nəfərinə elm sahəsində 5 min nəfərin çalışması, elmin inkişaf perspektivini müəyyənləşdirən meyar kimi qəbul olunmuşdur. Həmin dövrdə Asiya, Latın Amerikası və Afrika ölkələri üzrə onların sayı 500-1000 nəfər müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda hələ 1958-ci ildə əhalinin hər milyon nəfərinə görə elm və elmə xidmət edən sahələrdə 4624 nəfər çalışırdı. 1980-ci ildə bu rəqəm 7369 nəfərə, 1990-cı ildə isə 8118 nəfərə qədər artmışdır. 1995-ci ildə isə bu 4461 nəfərdən 2000-ci ildə 3320 nəfərə qədər azalmışdır. 2004-cü ildə isə yenidən artaraq 3506 nəfər çatsa da, 2007-ci ildə yenidən azalaraq 2097 nəfərə düşmüşdür. Bu da 1964-cü ildə qəbul olunmuş normadan aşağıdır.
Məlum olduğu kimi, 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən sonra bir sıra ümumittifaq tabeli təşkilatların respublikanın tabeliyinə keçməsi, idarəetmədə aparılan islahat-larla əlaqədar olaraq elmi təşkilatların sayı artdı. Lakin elmi-tədqiqat işlərinin aparılması üçün maliyyə təminatı, avadanlıq, xammal və material təchizatı lazımi səviyyədə olmadığından bu təşkilatlarda çalışan bir çox yüksəkixtisaslı mütəxəssislər elmdən getmək məcburiyyətində qaldı. Təbii ki, bütün bunlar elmi tədqiqatla məşğul olan heyətin sayının azalmasına təsir göstərirdi. Qeyd edək ki, 1990-cı ildə elmi-texniki işləri yerinə yetirən heyətin sayı 25775 nəfər olmuşdur. 2000-ci ildə onların sayı 9966 nəfər azalaraq 15809 nəfərə düşmüşdür. (Cədvəl 7.3)