Cədvəl 7.3
Elmi-tədqiqat işləmələrini yerinə yetirən təşkilatlarınvə onlarda çaqlışanların sayı
|
2000
|
2005
|
2006
|
2007
|
2008
|
Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayı
|
137
|
146
|
145
|
146
|
146
|
Tədqiqat və işləmələrlə məşğul olan heyətin sayı, nəfər
|
15809
|
18164
|
17973
|
18079
|
17942
|
elmlər doktorları
|
678
|
705
|
708
|
735
|
750
|
elmlər namizədləri
|
3343
|
3322
|
3258
|
3277
|
3360
|
Bundan başqa, elmi-tədqiqat bölmələ-rinin ştatında olmayan, lakin tədqiqat və işləmələri yerinə yetirən, ali məktəblərdə çalışan elmi pedaqoji işçilərin sayı. nəfər
|
10561
|
11583
|
11591
|
11901
|
11882
|
elmlər doktorları
|
834
|
956
|
988
|
1065
|
1074
|
elmlər namizədləri
|
5037
|
5269
|
5386
|
5448
|
5404
|
2001-ci ildən başlayaraq elmi tədqiqat işi yerinə yetirən heyətin sayında artım müşahidə edilməyə başlanmış və 2008-ci ildə onların sayı 2000-ci illə müqayisədə 13,5% artaraq 17942-yə çatmışdır. Bunu son illərdə elmə diqqətin artması ilə əlaqə-ləndirmək olar. 2008-ci ildə elmi-texniki işləri yerinə yetirən hey-ətin sayı 25775-dən (7696 nəfər azalma) 18079 nəfərə qədər azalmışdır. Bu dövrdə elmlər doktorlarının sayı 10,6% (72 nəfər), elmlər namizədlərinin sayı isə 0,5% (17 nəfər) artmışdır. Əslində müdafiə edənlərin sayı çoxdur. Lakin elmi sferada əmək haqqı aşağı olduğundan dissertasiya müdafiə edənlərin digər sahələrə axın etməsi elmi dərəcəsi olanların sayının artım tempini aşağı salır.
Heç kəsə sirr deyil ki, hazırda elm adamlarının istər ölkə daxilində, istərsə də ölkədən xaricə miqrasiyası baş verir. Elmi sferada əmək haqlarının aşağı olması səbəbindən yüksək ixtisaslı kadrlar dövlət qulluğunda və ya kommersiya strukturlarında, ya-xud da xarici ölkələrdə çalışmağa üstünlük verirlər. Hesab edirik ki, elm adamlarının ölkədən xaricə miqrasiyası (daimi yaşamaq üçün gedənlər) daxili miqrasiya ilə müqayisədə daha təhlükəlidir. Çünki «beyin axını» təkcə kadrların hazırlanmasına qoyulan vəsaitin səmərəliliyi, intellektual inkişafın ardıcıllığının pozul-ması və elmi-texniki potensialın zəifləməsi baxımından deyil, həm də millətin genetik fondunun itirilməsi baxımından ölkədə ciddi problemlər yarada bilər.
Qeyd etmək lazımdır ki, son illərdə təkcə Azərbaycandan deyil, həmçinin iqtisadi böhran keçirən ölkələrdən (xüsusilə, MDB ölkələrindən) ABŞ və Avropa ölkələrinə yüksək ixtisaslı kadrların (yaxud da "düşünən beyinlər"in) axını xeyli artmışdır. Həmin ölkələr bu kateqoriya işçiləri, heç bir maneə qoymadan, iş, mənzil və s. vacib yaşayış vasitələri ilə təmin edir və onlara səmərəli fəaliyyət göstərməsi üçün həvəsləndirici əlverişli mühit yaradırlar. Birincisi, ona görə ki, həmin ölkələr heç bir kapital qoymadan hazırlıqlı və təcrübəli kadrlar əldə edirlər. İkincisi, bu kadrlar müxtəlif elmi təşkilatlarda və kompaniyalarda çalışmaqla, yaratdıqları yeniliklər sayəsində həmin ölkələrə milyonlarla dollar həcmində yüksək iqtisadi səmərə verirlər. Üçüncüsü isə, mühacirətdə olan elmi kadrlar bu ölkələrdə yüksək səviyyəli ETP-nin formalaşmasına kömək edirlər. Fikrimizcə, ABŞ və bir sıra Avropa ölkələrinin elm və texnologiyalar sahəsində liderlik etməsinə bu ölkələrə miqrasiya etmiş elm adamlarının da müəyyən qədər təsiri olmuşdur. Təbii ki, burada həmin ölkələrin elmi-texniki sahədə apardığı dövlət siyasəti və elmi əməyə əlverişli şəraitin yaradılması mühüm yer tutur.
Azərbaycanda “beyin axını” ilə bağlı statistika aparılmadı-ğından respublikanı tərk edən elm adamlarının sayını dəqiq müəyyən etmək çətindir. Lakin Rusiyada və bir sıra MDB ölkələrində xaricə gedən yüksək ixtisaslı kadrların qeydiyyatı aparılır. Buna baxmayaraq, apardığımız hesablamalar nəticəsində Azərbaycandan miqrasiya edən yüksək ixtisaslı elmi kadrların sayını təqribi də olsa müəyyənləşdirmək mümkün olmuşdur. Beləliklə, alınmış nəticəyə görə 2004-cü ildə elmi dərəcəsi olan-ların sayı (təbii itki nəzərə alınmaqla) təqribən 13,5 min nəfərdən yuxarı olmalı idi, lakin 2004-cü il üzrə statistik göstəricilərdə elmi dərəcəsi olanların sayının 10015 nəfər olduğu göstərilir. Buradan belə nəticəyə gəlmək olar ki, son 14 ildə təqribən 3,6 min nəfər (hər il orta hesabla 262 nəfər) elmlər doktoru və elmlər namizədi xarici ölkələrə və yaxud da kommersiya strukturlarına getmişdir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda, həm-çinin də MDB respublikalarında «beyin axını» ilə əlaqədar olaraq milyardlarla dollar vəsait itirilmişdir. Məsələn, Rusiya Federa-siyası xarici ölkələrə beyin axınından artıq 200 mlrd. dollar itirmişdir. Ekspertlərin hesablamalarına görə, Rusiya Federasiyası hər bir alimin xaricə getməsindən təxminən 300 min dollar itirir. Əgər Rusiya və Azərbaycanın bir sistemdə yaşadığını nəzərə alsaq, onda bu rəqəmi təqribi olaraq Azərbaycan üçün də əsas kimi götürmək olar. Bu halda Azərbaycanın «beyin» axınından itkisi təxminən 1 mlrd. dollar olacaqdır.
Dostları ilə paylaş: |