Birincisi, elm təkcə iqtisadi potensialla deyil, cəmiyyətin inkişafında mühüm rol oynayan bir çox potensiallarla (təhsil, sənaye, texniki, intellektual və s.) sıx bağlıdır və onların ayrı-ayrılıqda inkişaf etməsi qeyri-mümkündür.
İkincisi, elmə təkcə iqtisadi münasibətlər sistemini əks etdirən göstərici kimi deyil, sosial, mədəni və siyasi münasi-bətlər sistemini əks etdirən göstərici kimi baxılmalıdır. Bütün bunlar elmin çox geniş sahəni əhatə etdiyini bir daha sübut edir.
Dünyada bu sahədə gedən inkişaf prosesi Azərbaycanda da elmin inkişaf etdirilməsini, qabaqcıl və ya aparıcı texnologi-yalardan istifadə olunmasını, aparılan tədqiqat işlərinin nəticə-lərinin istehsala tətbiq olunmasını, elmi tədqiqat təşkilatları ilə istehsal strukturları arasında əlaqələri optimallaşdıran bazar strukturunun yaradılmasını, ayrı-ayrı ölkələrin ixtira və tədqiqat-larının sənaye sahələrinə uğurla tətbiq olunmasını, texnologiya bazarının təkmilləşdirilməsini, elmi tədqiqat və işləmələr sfera-sının müasir tələblərə cavab verən resurslarla təmin edilməsini və ən nəhayət cəmiyyətin sosial-iqtisadi inkişafında elmin rolunun artırılmasını tələb edir. Elmin cəmiyyətdə rolunun daha da artırıl-ması isə ilk növbədə elmin özünün inkişaf etdirilməsinin və bu sahədə fundamental tədqiqat işlərinin aparılmasının zəruriliyini qarşıya qoyur.
Təcrübə göstərir ki, elmin maliyyə, maddi-texniki təchizat, informasiya və s. bu kimi mühüm vasitələrlə təmin etmədən, kadrların yaradıcılığını yüksəltmək və onlardan səmərəli istifadə etmək, elmin, o cümlədən iqtisadiyyatın dinamik və davamlı inkişafına nail olmaq qeyri-mümkündür. Bu sırada maliyyə təminatı ən mühüm yerlərdən birini tutur. Ona görə də maliyyələşmə elmi-texniki potensialdan səmərəli istifadə olunmasının əsasını təşkil edir. Maliyyə resurslarından düzgün və məqsədli istifadə olunması, həmçinin elmin kadr potensialından səmərəli istifadə edilməsinə və elmin maddi-texniki bazasının möhkəmləndirilməsinə, kadr axıcılığının azalmasına və başqa bu kimi qlobal problemlərin həll edilməsinə əhəmiyyətli təsir göstərir.
Qeyd etdiyimiz kimi, hazırda respublikada elmin maliyyə təminatının aşağı olması bu sferanın digər vacib resurslarla təmin olunmasını çətinləşdirir ki, bu da son nəticədə elmin nəticələrinə və sosial-iqtisadi inkişafda roluna mənfi təsir göstərir. Belə ki, bazar münasibətləri şəraitində elmi-tədqiqat işlərinin nəticələrinin istehsala tətbiqi ÜDM-in elmtutumluluq səviyyəsinin yüksəlməsinin əsas şərtlərindəndir. Dünya təcrübəsində də elmin maliyyələşmə səviyyəsi qiymətləndirilərkən, elmi-tədqiqat və işləmələrə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisinin yüksək olması, elmin inkişafını xarakterizə edən mühüm göstəricilərdən biri hesab olunur.
Məlumat üçün bildirək ki, bir çox inkişaf etmiş ölkələrdə elmə çəkilən xərclərin ÜDM-ə nisbəti 2-3% arasında tərəddüd edir. İsveç, Finlandiya və Yaponiyada elmə çəkilən xərclərin ÜDM-də payı 3%-dən çoxdur. 1980-ci ildə Azərbaycanda elmə çəkilən xərclərin büdcədə payı 1,6% təşkil etmişdir. Hazırda isə elmi-tədqiqat və işləmələrə çəkilən xərclərin ÜDM-də xüsusi çəkisi 0,2%-ə düşmüşdür. Bu da Azərbaycanın biliklərə əsaslanan müasir dünya iqtisadiyyatına inteqrasiyasını ləngidir. Bu isə elmin inkişafı üçün təhlükəli haldır. MDB ölkələri üzrə bu göstərici Rusiyada 2006-cı ildə 1,2%, Ukraynada 1,0%, Belarusda 0,7% olmuşdur. Əksər inkişaf etmiş ölkələrdə ÜDM-in artma (azalma) tempindən asılı olmayaraq, elmi-tədqiqat və işləmələrin həcminin ÜDM-ə nisbəti 2-3% arasında saxlanılır.
Göründüyü kimi, Azərbaycanda elmə çəkilən xərclərin ÜDM-də payı azdır. 2000-2008-ci illərdə tədqiqat və işləmələrə çəkilən daxili xərclərin həcmi 3,9 dəfə, büdcə xərclərinin həcmi isə 6,7 dəfə artsa da elmə çəkilən xərclərin ÜDM-də və büdcə xərc-lərində xüsusi çəkisi aşağı düşmüşdür.