Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


Bölüşdürücü pensiya təminatı sisteminin üstün və zəif cəhətləri



Yüklə 0,56 Mb.
səhifə44/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Bölüşdürücü pensiya təminatı sisteminin üstün və zəif cəhətləri: «Həmrəylik» prinsipi əsasında fəaliyyət göstərən «bölüşdürücü» pensiya təminatı sisteminin ən müsbət xüsusiyyəti pensiyaların dövlət zəmanəti ilə inflyasiyanın təsirindən qorun-masıdır. «Bölüşdürücü» pensiya təminatı sistemində gələcəkdə pensiyaya çıxan şəxslərin pensiyaları hazırda iqtisadiyyatda məşğul olanların ödədikləri sosial sığorta haqları hesabına maliyyələşdiyi üçün onlar güzəştli şərtlərlə pensiyaya çıxmağa üstünlük verirlər. Bu isə əhalinin tərkibində qocalma prosesi getdiyi zaman dövlətin sosial yükünün artmasına səbəb olur. Bundan başqa, bu pensiya təminatı sistemində vətəndaşların pensiyalarının məbləğinə əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqları və əmək stajı müəyyən dərəcədə təsir etsə də, onlar arasındakı əlaqə nisbətən zəif olur. Buna görə də iqtisadiyyatda məşğul olanlar əmək fəaliyyətləri dövründə əmək haqlarının sosial sığortaya cəlb olunan hissəsinin azaldılmasının qarşısını almaqda maraqlı olmurlar. Lakin bir sıra ölkələrdə (məsələn, Almaniyada) bölüşdürücü pensiya sistemində əməkçi-lərin ödədikləri sosial sığorta haqları ilə pensiyaya çıxdıqdan sonra aldıqları pensiyalar arasında sıx bağlılıq vardır.
Yığım pensiya sisteminin üstün və zəif cəhətləri: «Yığım» pensiya sistemi pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırıl-masında mühüm rol oynayır. «Yığım» pensiya sisteminin müsbət xüsusiyyəti pensiyaçıların pensiyaları ilə onların işlədikləri müddətdə ödədikləri sosial sığorta haqları və əmək stajları arasında bağlılığın daha sıx olmasıdır. Bu pensiya sistemində yığılan məbləğ pensiyaçının şəxsi vəsaiti hesab olunduğu üçün əməkçilər işlədikləri müddətdə əmək haqlarının sosial sığortaya cəlb olunan hissəsinin azaldılmasında maraqlı olmurlar. Odur ki, vətəndaşlar gələcəkdə həyat şəraitini yaxşılaşdırmaqdan ötrü daha çox işləyib, daha çox sosial sığorta haqqı ödəməyə maraqlı olurlar. Bundan başqa, «yığım» pensiya sistemi bir tərəfdən əhalinin qocalması ilə bağlı olaraq dövlətin sosial yükünün azaldılmasına, digər bir tərəfdən isə işsizlik probleminin həllinə kömək edir ki, bu da onun üstün cəhəti kimi qiymətləndirilməlidir.
Bu pensiya sisteminin daha bir üstün cəhəti ölkədə maliyyə kapitalını inkişaf etdirməsidir. Xarici ölkələrin təcrübəsi sübut edir ki, yığım pensiya sisteminin tətbiqi ölkədə investisiya mühitinin canlanmasına ciddi təsir göstərir. Mütəxəssislərin fikrincə, yığım sistemi nisbətən az siyasi risklə qarşılaşır. Böhran şəraitində o, bölüşdürücü sistemə nisbətən daha elastik olur. Bundan başqa, «yığım» pensiya sisteminin müsbət xüsusiyyət-lərindən biri də, pensiyaların vətəndaşların ödədikləri sosial sığorta haqlarının investisiya kimi istifadə edilməsi nəticəsində əldə edilən mənfəət hesabına artırılmasıdır. Lakin «yığım» pensiya sisteminin müəyyən mənfi xüsusiyyətləri də vardır. Məsələn, inflyasiya zamanı yığılan vəsaitlərin öz dəyərini itirməsi bu sistemin ən mənfi əlamətlərindən hesab olunur.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin