Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə42/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Yaşa görə pensiya: Əmək pensiyalarının əsas növlərindən biridir. Yaşa görə əmək pensiyaları bir sıra xüsusiyyətlərinə görə digər pensiya növlərindən fərqlənir. Yaşa görə əmək pensiyaları – qanunla müəyyən edilmiş yaşa çatan, əmək stajına malik olan və əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödəyən şəxslərə ömürlük təyin edilən aylıq pensiyadır. Yaşa görə pensiyaların təyin olunmasında başlıca meyarlardan biri pensiya yaşıdır. Pensiya yaşı dedikdə, bu və ya digər ölkənin qanunvericiliyində qəbul olunmuş qaydada pensiyaya çıxmaq üçün müəyyənləşdirilmiş yaş həddi başa düşülür. Müxtəlif ölkələrdə yerli şərait, tarixi adət-ənənə, iqtisadi inkişaf səviyyəsi, doğulanda gözlənilən ömür müddəti və s. amillərdən asılı olaraq müxtəlif pensiya yaşı (bu adətən 50-70 yaş arasında tərəddüd edir) tətbiq olunur. Pensiya yaşına çatmış insan öz iş qabiliyyətini tamamilə və ya qismən itirmiş hesab olunur.
İnkişaf etmiş ölkələrin əksəriyyətində yaşa görə pensiyaya çıxmaq üçün kişi və qadınlara eyni yaş həddi tətbiq edilir. Məsələn, həm kişilər, həm də qadınlar üçün pensiya yaşı ABŞ, Almaniya, İsveç, Fransa, Türkiyə və Kanadada 65, Norveç, Avstriya, İslandiyada isə 67-dir. Kişi və qadınlar arasında yaşa görə pensiyaya çıxanların yaş həddinin müxtəlifliyi daha çox keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalar (indiki Müstəqil Dövlətlər Birliyi ölkələri) üçün xarakterikdir. Məsələn, bu yaş həddi Özbəkistan, Belarus, Ukrayna, Rusiya Federasiyasında kişilər üçün 60, qadınlar üçün 55, Litvada kişilər üçün 62,6, qadınlar üçün 60, Moldovada kişilər üçün 65, qadınlar üçün 60, Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58-dir. Respubli-kamızda isə pensiyaya çıxmaq üçün yaş həddi 1997-ci ilə qədər kişilər üçün 60, qadınlar üçün 55 idi. 1997-ci ilin avqustun 1-dən bu yaş həddinin hər il 6 ay artırmaqla 2000-ci ildən pensiya yaşı kişilər üçün 62, qadınlar üçün isə 57 yaş müəyyən edilmişdir.
Əlilliyə görə əmək pensiyası - əmək qabiliyyətini tam və ya qismən itirən vətəndaşlara keçmiş əmək haqları və əlillik qrupu nəzərə alınmaqla aylıq ödənilən vəsaitdir. Bu halda ödəniləcək vəsaitin məbləği və əlilliyə görə pensiyaya çıxmağın şərtləri hər bir ölkənin özünün pensiya qanunvericiiliyinə uyğun şəkildə aparılır. Məsələn, Polşada əlilliyə görə əmək pensiyaları üçün sığorta haqlarını işçi və işəgötürən, bədbəxt hadisələrdən sığor-talanma haqlarını işəgötürən, xəstəlikdən sığortalanma haqlarını isə işçi özü ödəyir. Əlilliyə görə əmək pensiyalarının təyin olunması üçün vətəndaşların əmək fəaliyyəti dövründə əmək prosesində aldıqları xəsarət, fiziki zədə və s. hallar nəticəsində əmək qabiliyyətinin tam və ya qismən itirilməsi labüddür.
Ailə başçısının itirilməsinə görə pensiya (ABİ) - ailə başçısının itirilməsi ilə əlaqədar onun himayəsində olan əmək qabiliyyəti olmayan ailə üzvlərinə təyin olunan aylıq pul vəsaitidir. ABİ-yə görə pensiyaları digər pensiya növlərindən fərqləndirən xüsusiy-yət onun şəxsin özünə deyil, həmin şəxsin himayəsində olan və əmək qabiliyyəti olmayan qohumlara şamil olunmasındadır.
Xidmət illərinə görə pensiya - iqtisadiyyatın müəyyən sahələrində müəyyən əmək stajına malik olan və sosial sığorta haqları ödəyən vətəndaşlara yaşa görə pensiya almaq hüququ verən yaşa çatmazdan əvvəl əmək qabiliy-yətinin tam və ya qismən itirilməsinə səbəb olan işlərdə çalışan-lara təyin olunan pensiya növüdür. Xidmət illərinə görə pensiy-anın ən spesifik cəhəti onun müəyyən əmək stajına malik olan-lara verilməsidir. Sosial pensiya əmək stajı olmadığı təqdirdə vətəndaşlara ödənilən pul vəsaitidir. Dünya təcrübəsində sosial pensiyalar sosial müavinətlər formasında ödənilir. Azərbaycanda da 2006-cı il 7 fevral tarixli “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunların qəbulundan sonra sosial pensiyalar sosial müavinətlərlə əvəz olundu. Bu qanunların qəbulundan sonra əmək pensiyalarının 3 növü: yaşa, əlilliyə və ABİ-yə görə pensiyalar saxlanıldı, xidmət illərinə görə pensiyalar ləğv edildi.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin