Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§2. Azərbaycanda sosial sığorta sisteminin



Yüklə 0,56 Mb.
səhifə40/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

§2. Azərbaycanda sosial sığorta sisteminin
müasir vəziyyəti

Bazar iqtisadi münasibətlərinə keçiddən sonra ölkədə yaranmış sosial-iqtisadi vəziyyət, ilk növbədə sığorta sahəsində yeni qanunvericilik bazasının yaradılmasını zəruri edirdi. Odur ki, 1993-cü ildə «Sığorta haqqında» Qanun qəbul edildi və 1999-cu ildə bu Qanun yenisi ilə əvəz olundu. 18 fevral 1997-ci ildə «Sosial sığorta haqqında», 16 noyabr 2001-ci ildə isə «Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respubli-kası Qanunları qəbul edildi. Bundan başqa, respublikamızda son illərdə icbari sığorta ilə bağlı «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası», «Dövlət qulluqçularının icbari sığortası», «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası», «Tibbi sığorta haqqında» (28 oktyabr 1999-cu il) və s. Qanunlar və bir sıra normativ aktlar qəbul olunmuşdur. Qəbul olunmuş bu sənədlər isə bazar iqtisadiyyatı şəraitində sığorta münasibətlərinin yeniləşməsi üçün baza rolunu oynamaqla yanaşı, həm də sığorta sahəsində müsbət dəyişikliklərə səbəb oldu. Lakin sosial sığorta sahəsində bir sıra problemlər hələ də mövcuddur.
Belə ki, «Sosial sığorta haqqında» Qanuna görə işəgötürənlər (kolxoz, sovxoz, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələri və kəndli (fermer) təsərrüfatlarından başqa) hesablanmış əməyin ödənişi fondunun 22%-i, muzdla işləyən şəxslər isə 3%-i məbləğində DSMF-ə məcburi dövlət sosial sığorta haqları ödəyirlər. Bundan başqa, respublikamızda fiziki şəxslər də DSMF-ə sosial sığorta haqqı ödəyirlər. Respublikada sosial sığorta tarifləri ilə bağlı vəziyyəti iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin analoji göstəriciləri ilə müqayisə edək. (Cədvəl 4.1)
Cədvəl 4.1
Müxtəlif ölkələrdə sosial sığorta tarifləri

Ölkələr

Sığorta olunan şəxs

İşəgötürən

Cəmi

Avstriya

10,25

12,55

22,80

Belçika

7,50

8,86

16,36

Kanada

2,70

2,70

5,40

Finlandiya

5,55

19,00

24,55

Fransa

8,05

8,50

16,55

Almaniya

9,30

9,30

18,60

Yunanıstan

6,67

13,33

20,00

İslandiya

4,00

8,50

12,50

İrlandiya

7,75

12,20

19,95

İtaliya

8,34

21,30

29,64

Yaponiya

8,25

8,25

16,50

Lüksemburq

8,00

8,00

16,00

Hollandiya

25,78

-

25,78

Norveç

7,80

14,20

22,0

Portuqaliya

11,00

23,75

34,75

İspaniya

4,70

23,60

28,30

İsveç

1,00

19,03

20,03

İsveçrə

4,90

4,90

9,80

Türkiyə

9,00

11,00

20,00

Böyük Britaniya

12,00

10,20

22,20

ABŞ

6,20

6,20

12,40

Azərbaycan

3,0

22,0

25,0

Mənbə: В.Роик «Проблемы развертывания пенсионной реформы» с.33-42, Российский экономический журнал. 1998, № 7-8, (с.39)
Göründüyü kimi, istər işəgötürənlər, istərsə də sığorta olunan şəxslər üçün sosial sığorta tarifləri iqtisadi cəhətdən yüksək inkişaf tempinə malik olan Yaponiyada 8,25, ABŞ-da isə 6,20% təşkil edir. Cədvəldən də aydın olur ki, ən yüksək sosial sığorta ödəmələri Portuqaliyada 34,75%, (sığorta olunanlar üçün 11,0%, sığortaçılar üçün isə 23,75%) və İtaliyada 29,64%, (sığorta olunanlar üçün 8,34, sığortaçılar üçün isə 21,3%) həyata keçirilir.
Rusiya Federasiyasında pensiya təminatı sahəsində sosial sığorta tarifləri son illərdə 3 dəfədən çox artırılmışdır. Belə ki, 1990-cı ildəki 12%-dən 1997-ci ildə 39,5%-dək yüksəlmişdir. Bu ödəmələr müəssisə, təşkilatlar üçün Pensiya Fonduna 29%, Sosial Sığorta Fonduna 5,4%, Dövlət Məşğulluq Fonduna 1,5% və məcburi tibbi sığortaya 3,6% təşkil etmişdir.
Təhlildən də göründüyü kimi, Azərbaycanda işəgötürənlər üçün nəzərdə tutulmuş sosial sığorta tarifləri inkişaf etmiş ölkələrlə müqayisədə belə çox yüksəkdir. Sosial sığorta tariflərinin yüksək olması isə DSMF-ə toplanan vəsaitlərin həcminə mənfi təsir göstərir. Bu iqtisadiyyatın müxtəlif sahələrində (xüsusilə özəl sektorda) çalışanların bir qisminin əmək haqqının ikili qaydada ödənilməsi ilə bağlıdır. Birincisi, işçilər üçün tarif cədvəli üzrə göstərilən əmək haqqı, ikincisi isə onlara «faktiki» ödənilən əmək haqqıdır ki, həmin məbləğ tarif cədvəlindəki göstəricidən bir neçə dəfə yüksək olur.
Bundan başqa, qeyri-dövlət sektorunda çalışanların əksəriy-yətinin rəsmi qeydiyyatdan keçirilməməsi, yaxud qeydiyyatda olanların isə əmək haqqının hamısının deyil, yalnız bir hissəsinin mühasibat sənədlərində əks olunması (sosial sığortadan yayınmaq məqsədilə) DSMF-ə daxilolmaları azaldır. Bu isə təkcə DSMF-ə ayırmaların azalmasına deyil, eyni zamanda həmin vətəndaşların pensiyaya çıxdıqdan sonra alacaqları pensiyanın məbləğinə də təsir göstərir. Sosial sığorta haqlarını ödəməkdən yayınma halları nəticəsində hazırda respublikamızda 1 pensiyaçıya təxminən 3 iqtisadiyyatda məşğul olan, lakin 1 nəfər sosial sığorta haqqı ödəyən düşür.
Bütün bu deyilənlər sosial sığorta sahəsində hələ də ciddi islahatlara ehtiyac olduğunu göstərir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, respubli-kamızda sosial sığorta sistemini bazar münasibətlərinin tələb-lərinə uyğunlaşdırmaq üçün müvafiq dəyişikliklər həyata keçiril-məlidir. Bunun üçün dövlət sosial sığorta sisteminin idarə edil-məsi təkmilləşdirilməlidir. İşəgötürənlər və əməkçilərin ödədik-ləri sosial sığorta tarifləri arasında proporsiyalar dəyişdirilməlidir.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin