35
Məcburi əməyə qarşı mübarizə:
İşəgötürənlər və Biznes üçün vəsait
İşəgötürənlər tərəfindən tez-tez verilən suallar
Məcburi, yaxud icbari əmək məsələsinə dair BƏT-in xüsusi fəaliyyət
proqramı
Sentyabr 2008
Müqəddimə
Bu buklet məcburi əmək və insan alveri barədə məlumatı
işəgötürənlər və biznes tərəfindən tez-tez verilən suallar (TVS)
formasında təqdim edir. Bu bölmə, məcburi əmək formaları; məcburi
əmək və insan alverinə dair son qlobal statistik məlumatlar; adı
gedən məsələlərə münasibətdə biznes və işəgötürənlər
təşkilatlarının rolu; BƏT Konvensiyaları və insan alveri haqqında
BMT-nin “Palermo Protokolu” kimi müvafiq beynəlxalq standartlar;
həbsxana əməyi; və borc asılılığı və məşğulluqda digər məcbur
etmə formalarını daxil etməklə bir sıra mövzuya toxunur. Daha ətraflı
məlumat üçün bu bukletin sonunda təqdim olunmuş resurs və
internet səhifələrin siyahısına, ya da məcburi əmək və insan alveri
haqqında ümumi məlumat almaq üçün
Giriş və Ümumi Baxış
başlıqlı
1-ci Bukletə
, biznes və işəgötürənlərin bu mövzuda fəaliyyətinə dair
ətraflı məlumat üçün isə
Görülə biləcək tədbirlərə dair təlimat
başlıqlı
5-ci Bukletə
buyurub müraciət edə bilərsiniz. Bu bukletdə təqdim
olunmuş bəzi məlumatlarla həmin vəsaitin digər bölmələrində də
tanış ola biləcəyinizi nəzərə almağınız xahiş olunur.
2
36
I Məcburi Əməyə qarşı Mübarizə: Biznes və İşəgötürənlərin
Rolu
7
1. Məcburi əmək problemini necə həll etmək olar?
Məcburi əməkdən yaxa qurtarmaq üçün bir çox sahədə
tədbirlərin görülməsi tələb olunur. Burada məcburi əməyin fərqli
kontekstlərdə necə hərəkət etdiyini, kimlərə hədəf alıb təsir
etdiyini, və bu təsiri necə göstərdiyini aydın şəkildə anlamaq
lazımdır. Bu, ölkələrdən məcburi əməyin fərqli formalarını qeyri-
qanuni elan edən, məcburi əmək qurbanlarını müdafiə edib,
təqsirkarları isə lazımınca cəzalandırmağa icazə verən güclü
qanunlar və siyasət qəbul edib onu icra etməyi tələb edir.
Burada ölkə kontekstinə və məcburi əmək problemlərinin
növlərinə uyğunlaşdırılmış bir sıra: məcburi əmək riski barədə
ictimaiyyətin xəbəri olmasını yüksəltmək; gələcək qeyri-qanuni
miqrantları alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin
etmək; əməkçilərin öz hüquqları, sərt qanunların həyata
keçirilməsi barədə təhsilini artırmaq; insanları işə cəlb etmə ilə
məşğul olan agentliklər, əmək müqaviləsi bağlayanlar və
işəgötürənlərin fəaliyyətini yoxlamaq və tənzimləmək; və
qurtulmuş məcburi əmək qurbanlarının reabilitasiyası və normal
axına girməsini təmin etmək kimi praktiki tədbirlərin
görülməsinə ehtiyac var. Məcburi əməyin qarşısının alınması
məsələsində uzun müddətli missiyanın hədəfi isə gəlir-
qazanma fəaliyyətləri və mikro-sığorta proqramlarının
yaradılması, bütün əməkçilərin kollektiv danışıqların təşkil
olunması və aparılması hüquqları ilə təmin edilməsi kimi
yoxsulluğun azaldılmasına yönəlmiş təşəbbüslərdir.
7
Biznes və işəgötürənlərin məcburi əməyə qarşı mübarizə aparmaq üçün
görə biləcəkləri bir çox tədbirlər haqqında əlavə məlumatı almaq üçün bax,
Buklet 5: Görülə biləcək tədbirlərə dair təlimat
və
Buklet 6: Görülə biləcək
tədbirlərə dair məsləhətlər
37
2. Məcburi əmək və insan alverinə qarşı mübarizədə
işəgötürənlər və biznes hansı rolu oynaya bilər?
Məcburi əmək və insan alverinə qarşı mübarizədə biznes və
işəgötürənlər aparıcı rol oynayırlar. Əslində, bu məsələyə dair
biznes rəhbərləri tərəfindən artıq mühüm addımlar atılıb. Lakin,
biznesin rolu digər vacib nümayəndələrin, yəni dövlətlər və
sosial tərəfdaşların rolundan kənarda baxılsa gözə görünməz
qalacaq. Bunu ağlında tutaraq və biznes fəaliyyətinə təlimat
verməklə ona kömək etməyi qarşısına məqsəd qoyaraq BƏT
Məcburi Əmək və İnsan Alverinə qarşı Mübarizədə Biznes
Rəhbərləri üçün 10 Prinsip işləyib hazırlayıb. Həmin prinsiplər
şirkət və işəgötürənlərin adı gedən məsələlərə dair ata biləcəyi
bəzi addımları təsvir edir:
· Şirkətinizin siyasətini məcburi əmək və insan alverinin
qarşısının alınması istiqamətində görüləcək tədbirləri
müəyyən etməklə aydın və şəffaf edin. Şirkətin məhsulu və
təchizat zəncirinə bağlı olan bütün müəssisələrə həmin
siyasətin tətbiq edilməsini aydın şəkildə göstərin;
· Məcburi əmək təcrübəsini müəyyən etmək və onu lazımi
qaydaya salmaq məqsədi ilə auditor, insan ehtiyatları və
uyğunluq üzrə əməkdaşlarınıza treninq keçirin;
· Potensial investor və maraq göstərən tərəfləri özünə
məcburi əməyin qarşısı alınması tədbirini daxil edən etik
biznes təcrübəsinə əməl etməyə aydın və davamlı öhdəliyi
əks etdirən xidmət və məhsullarınıza cəlb etməklə daim
onları məlumatla təmin edin.
· Sənaye sektoru (kənd təsərrüfatı, inşaat və tekstil)
tərəfindən əldə olunmuş razılıqları və davranış məcəllələrini
məcburi əmək riskli sahələri müəyyən edərək dəstəkləyin,
və həmin risklərə qarşı lazımi tədbir görün.
· Miqrant əməkçilərlə ədalətli rəftar edin. Sui-istifadə və
məcburi əmək təcrübəsi ilə məşğul olmuş kimi tanınan
agentlikləri qara siyahıya alaraq, əmək müqavilələrini verən
(xüsusilə də, xaricdə) agentlikləri diqqətlə yoxlayın.
· Əmin olun ki, bütün əməkçilərin, asanlıqla başa düşəcəkləri
dildə yazılmış, əmək haqqı, əlavə iş vaxtı, şəxsiyyəti bildirən
38
sənədlərin saxlanılması və məcburi əməyin qarşısı alınması
ilə bağlı digər məsələlərə aid hüquqlarını müəyyənləşdirən
yazılı müqaviləsi var.
· Potensial problem sahələrini müəyyən edib yaxşı təcrübə ilə
bölüşərək biznes nümayəndələri arasında milli və
beynəlxalq hadisələri qeyd etməyə həvəsləndirin.
· Məcburi əmək və insan alveri qurbanlarına yardım etmək
məqsədini daşıyan proqram və layihələrə peşə treninqləri və
digər lazımi tədbirlər keçirməklə öz dəstəyinizi göstərin.
· Məcburi əmək və insan alverinə qarşı fəaliyyətdə
əməkdaşlığı irəli çəkərək dövlətlər, əməkçilər, qanun icraatı
agentlikləri və əmək müfəttişlikləri arasında körpü çəkin.
· Yaxşı təcrübəni mükafatlandırmaq üçün KİV ilə əlaqədə
olaraq innovativ (yeni) vasitələr tapın.
3. Öz şirkətimin əməliyyatlarında məcburi əməyi necə aşkara
çıxara bilərəm?
Nəzərinizə alınmalı bəzi əlamətlər aşağıdakılardır:
· Borc içində olan əməkçilər. Borc içində olan və ya borca
girmək ehtimalı olan əməkçilər borclarını ödəməkdən ötrü
müəyyən bir işəgötürənə işləmək üçün məcbur edilmiş ola
bilər;
· Həbsxana əməyi. Həbsxana əməyinin istifadəsi məcburi
əmək sayılmır. Lakin, həbsxanada cəza çəkən məhkum
əməkçilər yalnız könüllülük əsasında şirkətlər tərəfindən işə
götürülməli, və burada əmək haqqı, müavinət və əmək
təhlükəsizliyi və sağlamlıq məsələlərinə dair şərtlər də
azadlıqda olan əməkçilərə şamil olunan şərtlərlə müqayisə
oluna bilən olmalıdır;
· Fəaliyyət göstərdiyiniz ölkədəki hakimiyyət inkişaf naminə,
misal üçün inşaat, kənd təsərrüfatı və digər sahələrdə
əhalini işləməyə məcbur edir.
· Xüsusilə də miqrant əməkçilər məcburi əmək şəraitində
işləməyə məruz qalan qrup sayılır;
39
· Müqaviləsiz işləyən əməkçilər, böyük ehtimalla demək olar
ki, onlar öz hüquqlarını (buraya, öz məşğulluqlarını tərk
etmək hüququnu da daxil etməklə) bilmirlər; və
· Potensial məcburi əmək vəziyyətlərini aşkara çıxaran
praktiki yoxlama siyahısı da işəgötürənlər və biznes üçün
faydalı vasitə kimi xidmət edə bilər.
4. Məcburi əmək məqsədilə həyata keçirilən insan alverinin
riskindən uzaq olmaq üçün şirkət və işəgötürənlər nə edə
bilərlər?
Bu gün əmək bazarının əməliyyat sürəti və çevikliyi, insanları
işə cəlb etmək üçün üçüncü tərəf şəxslərinə arxayın olmaqları
ilə, işəgötürənləri əlverişsiz şəraitə sala bilər. Əgər şirkətlərin
işçi qüvvəsində miqrantlar varsa, xüsusilə də onları işə cəlb
edən üçüncü tərəf şəxsləri olubsa, onda bu şirkətlər həmin
əməkçilərin kim olduğunu və haradan gəldiyini bilməli, və
onların iş yeri ilə təmin olunması tamamilə açıq-aşkar və
aldatma və ya zor işlətmədən həyata keçirilmiş olduğuna əmin
olmalıdır. Miqrant əməkçilərin işə cəlb olunması və bu sahənin
yalnız etibarlı məşğulluq agentlikləri ilə əməkdaşlıq etməsi
məsələsinə dair təlimat kimi şirkət-siyasətinin istifadə olunması
üçün onu inkişaf etdirmək də vacib məsələ sayılır.
40
II
Məcburi
Əmək
Formaları
1. Məcburi əmək nədir?
Məcburi, yaxud icbari əmək cəza verməklə hədə-qorxu gələrək
hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmətdir ki,
həmin şəxs özü bu iş üçün müraciət etməyib. O, əməkçilərin
üzərinə fiziki zorakılıq və ya seksual təcavüz kimi ağır məhrum
edilmələri zorla qoymaq istəyi və gücünə malik olan dövlət,
yaxud özəl müəssisə və fərdlər tərəfindən əməyə məcbur edilmə
yerlərində baş verir. Məcburi əmək özünə insanların hərəkət
etməsini məhdudlaşdırmaq; iş yerində qalmağa məcbur etmək
üçün əməkçilərin əmək haqqını və ya şəxsiyyəti bildirən
sənədlərini özündə saxlamaq; yaxud, fırıldaq gəlməklə əməkçiləri
canlarını qurtara bilməyəcək borca salmaq kimi təcrübələri də
daxil edir. Məcburi əmək cinayət əməli və əsas insan
hüquqlarının pozuntusudur.
Öz əksini BƏT-in 29 saylı Konvensiyasında tapan məcburi,
yaxud icbari əmək terminin tərifi aşağıdakı əsas elementlərdən
ibarətdir:
1. Cəzalandırma hədə-qorxusu. Cəza tədbiri hüquq və
imtiyazların ləğv edilməsi və ya cəza sanksiyasından ibarət ola
bilər. İntiqam hədə-qorxuları – zor işlətmək, zorla boynuna
qoymaq və hətta ölüm hədə-qorxusu gəlmək kimi ən
abırsızlarından tutmuş; miqrant əməkçini qeyri-qanuni statusu
barədə hakimiyyət orqanlarına xəbər vermək kimi nisbətən
yüngüllərinə, çox vaxt psixoloji hədə-qorxulara qədər, – fərqli
formalarda həyata keçirilə bilər.
2. Məcburi görülən iş və xidmət. Bütün əmək münasibətləri
kontrakt bağlayan tərəflərin birgə razılığında öz əksini tapmalıdır
prinsipi, hər iki tərəfin milli qanunvericilik və ya kollektiv razılığa
müvafiq olaraq üzrlü səbəb bildirməklə əmək münasibətini
istədiyi vaxt tərk edə bilməsini nəzərdə tutur. Əməkçi öz əvvəlki
razılığını cəzalandırma qorxusu olmadan ləğv edə bilmədiyi
41
halda, həmin vəziyyət məcburi əmək vəziyyəti kimi başa düşülə
bilər. Könüllü təklifin olmamağı kənardan və ya dolayı təzyiq ilə
bağlı ola bilər, burada maaşın bir qisminin tutulması və ya
əməkçinin şəxsiyyətini bildirən sənədlərin zəbt edilməsini misal
kimi gətirmək olar.
3. Hər cür iş və ya xidmət. Bu, həm özünə sənaye, sektor və
peşədən asılı olmayaraq hər növ iş, xidmət və məşğulluğu daxil
edir, həm də qanuni və formal məşğulluqla yanaşı qeyri-qanuni
və qeyri-formal məşğulluğu əhatə edir.
4. Hər hansı bir şəxs. Bu, milliyyətindən asılı olmayaraq həm
böyüklərə, həm də uşaqlara aid edilir və həmin şəxsin məcburi
əmək hadisəsi aşkar edilmiş ölkənin vətəndaşı olub-olmadığına
əsaslanmır.
2. 29 saylı Konvensiyaya istinad edən “cəza verməklə hədə-
qorxu gəlmək” ifadəsi nəyi təyin edir?
29 saylı Konvensiya (1930) məcburi əməyi aşağıdakı kimi
müəyyən edir: “cəza verməklə hədə-qorxu gələrək hər hansı bir
şəxsin boynuna qoyulan hər cür iş və ya xidmət, həmin şəxs özü
bu iş üçün müraciət etməyibsə, icbari və ya məcburi hesab
edilir”. Həmin tərifdə “cəza verməklə hədə-qorxu gəlmək” yalnız
cəza sanksiyasına deyil, eləcə də hüquq və imtiyazların
itirilməsinə istinad edir. Praktiki mənada, bu bir çox fiziki və/və ya
psixoloji formalar ala bilər. Misal üçün:
· Əməkçi, onun ailəsi, ya da yaxın yoldaşlarına qarşı fiziki
zorakılıq;
· Seksual təcavüz;
· Həbsxanaya salma və ya digər fiziki məhdudlaşdırma yolu;
· Maddi cəzalar;
· Səlahiyyətli orqanlara xəbər vermə (polis, immiqrasiya, və
s.) və deportasiya, misal üçün miqrant əməkçilərin qeyri-
qanuni məşğulluq statusu ilə işləməkləri halları;
· Sonrakı məşğulluqdan məhrum etmə;
· Cəmiyyət və sosial həyatdan məhrum etmə;
42
· Hüquq və imtiyazların alınması;
· Qida, sığınacaq və digər zəruri təminatdan məhrum etmə;
· Daha pis iş şəraitinə köçürmə;
· Sosial statusu itirmə.
3. Məcburi əmək tələsinə düşmüş insanların sayı nə qədərdir?
BƏT-in hesablamalarına əsasən, bu gün dünyada ən azı 12.3
milyon insan məcburi əmək qurbanıdır. Bunlardan 9.8 milyonu özəl
agentlər və müəssisələr tərəfindən istismar edilib, həmin rəqəmə isə
insan alveri nəticəsində məcburi əmək vəziyyətində düşən 2.4
milyondan çox insan daxildir. Qalan 2.5 milyonu isə dövlət və ya
üsyançı hərb qrupları tərəfindən işə məcbur ediliblər. İnanmağa
əsas var ki, bütün məcburi əmək vəziyyətində işləyənlərin 40-50
faizini yaşı 18-dən az olan uşaqlar təşkil edir. Kommersiya
məqsədilə seksual istismara məcbur edilmişlərin hamısı və iqtisadi
məqsədlə məcburi istismar olunanların 56 faizi qadın və qızların
hesabına düşür.
Məcburi əmək vəziyyətində işləyənlərin ən yüksək rəqəmi (cəm
göstəricisinin 77 faizi) Asiya və Sakit okean regionunda aşkar edilib,
bundan sonra Latın Amerikası və Karib dənizi (11 faiz) regionu
gedir. Sənaye baxımdan inkişaf etmiş ölkələrdə bütün məcburi əmək
qurbanlarının 3 faizi, və bunlardan dörddə üçü insan alveri yolu ilə
yerləşdirilib
8
.
8
Bu rəqəmlər “BƏT-in Cenevrədə 2005-ci ildə hazırlanmış Məcburi əməyə
qarşı qlobal alyans: BƏT-in İş Yerlərində Hüquqlar və Əsas Prinsiplər üzrə
Bəyannamənin həyata keçirilməsi mexanizminə uyğun olaraq təqdim
olunmuş Qlobal Hesabat”-dan götürülüb. Rəqəmlərin müəyyən edilməsində
istifadə olunmuş metodologiyanı müzakirə etmək üçün, bax: “Patrik Belser-
in Dünyada Məcburi Əməyə BƏT-in verdiyi Minimal Qiymət adlı materialına,
Cenevrə 2005”
43
4. Məcburi əmək hansı fərqli formalar ala bilər?
9
Məcburi əmək bir çox formalar ala bilər – bunlardan, bəziləri
dövlət tərəfindən istifadə edilib, lakin əksəriyyəti isə özünə özəl
iqtisadiyyatda yer alıb. Məcburi əmək vəziyyəti insan alveri və
qeyri-qanuni miqrasiya nəticəsində yarana bilər, və bu problem,
görünür ki, böyüməkdə davam edərək, dünyanın bütün
regionlarına öz təsirini göstərir. Gücün (zorun) tətbiqi
mexanizmlərinə borc asılılığı, köləlik, gömrük praktikasının sui-
istifadəsi və aldatma yolu ilə insanları işə cəlb etmə sistemləri
daxildir.
9
Məcburi əməyin ala biləcək fərqli formalarına dair əlavə məlumat üçün,
bax
Giriş və Ümumi Baxış
başlıqlı
1-ci Bukletə
Məcburi əməyin özlüyündə və insan alveri nəticəsində
regional üzrə paylanması cədvəli
Cəmi, Məcburi
əmək
Cəmi, insan alveri
nəticəsində
Asiya və Sakit okean
9 490 000
1 360 000
Latın Amerikası və
Karib dənizi
1 320 000
250 000
Saxaranın cənubunda
yerləşən Afrika
660 000
130 000
Sənaye baxımdan
inkişaf etmiş ölkələr
360 000
270 000
Orta Asiya və Şimalı
Afrika
260 000
230 000
Keçid dövründə olan
ölkələr
210 000
200 000
Dünya
12 300 000
2 450 000*
*Qeyd: Cəm göstəriciyə (bütövləşdirmə baxımından) artıq
rəqəmlər əlavə edilməyib
44
Borc iltizamına əsaslanan məcburi əmək: Belə bir təcrübə
“təhkim edilmiş əməyə” istinad edərək ən çox əsasən cənubi
Afrikada yayılıb, lakin dünyada “borc asılılığı” kimi də tanınır.
Bununla bir çox iqtisadi sektorlarda (buraya, kənd təsərrüfatı,
kərpic istehsalı, mədən-dağ sahələri də daxil olmaqla)
qarşılaşmaq mümkündür. Bu, eləcə də tez-tez ayrı-seçkiliyin
köhnə növləri ilə əlaqələndirilən bir problemdir. Bunun qurbanı
çox vaxt cəmiyyətin ən kasıb üzvləri olur, dünyanın bəzi
hissələrində isə buna ən çox yerli əhali və qəbilə nümayəndələri
məruz qalır. “Borc asılılığı” insan kimdən isə borc götürüb,
əvəzində bunu öz ya da ailə üzvlərinin əməyi və ya xidmətini
girov qoyan zaman yaranır.
Həbsxanalarda məcburi əmək: Məhbuslardan tələb olunan
əmək beynəlxalq qanun çərçivəsində məcburi əmək sayılmır.
Lakin, qanun məhkəməsində məhkum olunmamış məhbusların
qeyri-iradi olaraq gördükləri iş məcburi əmək sayılır. Buna oxşar
olaraq, hər hansı bir özəl müəssisənin faydası üçün məhbusun
qeyri-iradi olaraq gördüyü iş də məcburi əmək sayılır.
İnsan alveri nəticəsində məcburi əmək: İnsan alveri çox vaxt
məcburi əməklə əlaqəli olur. O, mütəşəkkil cinayət şəbəkəsi ilə
və ya fərdi şəxslər tərəfindən təhrik edilərək, özünə əmək
istismarı məqsədilə aldadıcı səkildə insanların işə cəlb olunması,
reketlik və şantajı daxil edə bilər.
İstismaredici əmək müqaviləsi sistemləri ilə əlaqəli məcburi
əmək: Bununla bu gün dünyanın hər yerində qarşılaşmaq
mümkündür. Misal üçün, miqrant əməkçilərdən əlavə ödənişlər
tələb edildiyinə görə, və işləyəcəkləri ölkəyə gəldikdən sonra
işəgötürənin qərarını dəyişməyə demək olar ki, imkanları
olmadan onlar əmək müqaviləsini bağlayan qarşı tərəfdən “asılı”
vəziyyətə düşə bilərlər.
5. Məcburi əmək “riski” altına ən çox düşə biləcək sayılan
əməkçilər varmı?
Məcburi əmək hər bir region, ölkə və iqtisadi sektora, və həm
formal, həm də qeyri-formal münasibətlər əsasında işləyən
45
əməkçilərə öz təsirini göstərən qlobal fenomendir. Lakin, bununla
yanaşı digərlərinə baxanda məcburiyyət altına daha çox
asanlıqla düşən bir neçə kateqoriya əməkçi mövcuddur.
Onlardan bəziləri öz etnik mənşəyinə, nisbi yoxsulluğuna və ya
qeyri-qanuni miqrant statusuna görə risk altına düşürlər:
· Uzun müddət ərzində diskriminasiyadan (ayrı-seçkilikdən)
əzab çəkmiş qruplara aid olan əməkçilər. Burada, Latın
Amerikasında yerli əhali və qəbilə nümayəndələrini, cənubi
Asiyada aşağı kastaları, və xüsusilə adı çəkilən qrupların
qadınlarını qeyd etmək olar;
· Miqrant əməkçilər, xüsusilə də ağır vəziyyətlərinə görə
məcbur etmə vasitəsilə istismar oluna bilən qeyri-qanuni
statuslu miqrantlar;
· Qeyri-formal müəssisələrdə işə götürülmüş əməkçilər.
Buraya formal iqtisadiyyat sahəsində fəaliyyət göstərən
coğrafi baxımdan ucqar kənd bölgələrində fəaliyyət göstərən
və evdə şəraitində çalışan əməkçilər daxildir;
· Öz qanuni hüquqları barədə xəbəri daha yaşlı, bacarıqlı və
savadlı həmkarlarına nisbətən az olan yeniyetmə və
bacarıqsız, ya da savadsız əməkçilər.
Buna əlavə olaraq, hər iki cinsə aid əməkçilər geniş sektorda,
eləcə də kommersiya məqsədilə seksual istismara zor etmə
(burada, demək olar ki, müstəsna olaraq qadın və qızlar istifadə
olunur) sahəsində işləməyə məcbur edilmiş ola bilər.
6.
Məcburi əməyə səbəblər nədir?
Məcburi əmək öz kökünü əsasən yoxsulluq, bərabərsizlik və
diskriminasiyadan (ayrı-seçkilikdən) alır, və çox vaxt vəziyyəti
ağır olan və müdafiəsiz əməkçilərin hesabına maddi mənfəət
əldə etməyə can atmaqla hərəkətə gətirilir. Qeyri-adekvat
qanunvericilik və zəif qanun icraatının olması təqsirkarların təqib
olunması və cəzalandırılmasının yalnız nadir hal daşımasına
səbəbdir. Belə bir vəziyyətdə, məcburi əmək təcrübəsinə
46
müraciət edən qeyri-dürüst işəgötürənlər, agentlər və insan
alverçilərin azlıq təşkil edən hissəsinin əldə etdiyi potensial gəlir,
riskin başa düşülməsi ilə müqayisədə, onu üstələyir. BƏT-in
hesablamalarına görə insan alveri nəticəsində məcburi əməkdən
istifadə edərək əldə olunan illik gəlir 31.6 milyard ABŞ dolları
təşkil edir. Həmin gəlirin yarısı sənaye baxımdan inkişaf etmiş
ölkələrdə əldə olunur. Məcburi əmək, eləcə də siyasi amillərlə
təhrik edilib.
7. Məcburi əmək özəl sektordansa daha çox repressiv
dövlətlərlə əlaqəsi olan bir problem deyilmi?
Birbaşa dövlət tərəfindən məcburi əməyin təhrik edilməsi ciddi
narahatlıq doğuran səbəb olaraq qalmaqdadır. Lakin, BƏT-in
hesablamaları göstərir ki, məcburi əmək qurbanlarının əksəriyyəti
özəl agentlər tərəfindən istismar olunub. Məcburi, yaxud icbari
əmək bütün regionlarda, inkişafda olan və artıq inkişaf etmiş
iqtisadiyyat sektorlarında, formal və qeyri-formal iqtisadiyyat
sahələrində, TMM-lərin qlobal təchizat zəncirində, kiçik və orta
müəssisələrdə, və kənd təsərrüfatı, istehsal və xidmət kimi hər
cür sektorlarda yer almış qlobal fenomendir. Ənənəvi köləlik və
dövlət dəstəyi ilə istifadə olunan məcburi əmək qlobal şəkildə
pislənməkdə ikən, özəl sektorda işlənən məcburi əməyin digər
formaları çoxaldığı kimi qiymətləndirilir.
47
III Məcburi Əməyə qarşı Mübarizədə Beynəlxalq Standartlar
10
1.
Məcburi əməyi aradan qaldırmaq üçün hansı beynəlxalq
sənədlər mövcuddur?
BƏT məcburi əmək haqqında iki Konvensiya (bu sənələr onları
təsdiq etmiş (ratifikasiya) BƏT-ə üzv dövlətlərin üzərinə hüquqi
öhdəlik qoyur) qəbul edib. Birincisi, Məcburi Əmək haqqında (29
saylı) Konvensiya (1930), məcburi, yaxud icbari əməyin bütün
formalarını aradan qaldırmağa çağırır. Bu Konvensiyaya, 1957-ci
ildə qəbul olunmuş ikinci, Məcburi əməyin aradan qaldırılması
haqqında (105 saylı) Konvensiya əlavə olundu. Siyasi məqsədlər
üçün məcburi əmək istifadəsinin artması müşahidə olunan dövrdə
qəbul edilmiş bu, 105 saylı Konvensiya aşağıda sadalanan
vasitələr kimi istifadə olunan məcburi əməyin qarşısının
alınmasına çağırır:
· Siyasi məcbur etmə və ya təhsil, ya da siyasi baxışları ifadə
etməyə görə cəza;
· İqtisadi inkişaf məqsədləri üçün işçi qüvvənin səfərbər
olunması;
· Əmək intizamı;
· Tətillərdə iştiraka görə cəza; və
· İrqi, sosial, milli və ya dini ayrı-seçkilik.
Məcburi əmək haqqında olan bu iki Konvensiya BƏT-in ən çox üzv
dövlətlər tərəfindən təsdiq edilmiş sənədləri sırasındadır, və onlara
BƏT-in “fundamental” (əsas) Konvensiyaları kimi baxılır. Bu o
deməkdir ki, layiqli işə nail olmaq yolunda məcburi əməkdən azad
olma, eynən birləşmə azadlığı və kollektiv danışıqların aparılması,
uşaq əməyinin və iş yerində ayrı-seçkiliyin aradan qaldırılması kimi
tam zəruri amil rolunu oynayır. Əlavə olaraq, BƏT-in 1998-ci qəbul
etdiyi İş Yerində Hüquqlar və Əsas Prinsiplərə dair Bəyannamə-si
BƏT-ə üzv olan bütün dövlətlərin öhdəsinə, onlar məcburi əmək
10
Əlavə məlumat üçün, bax:
1-ci Bukletin
Əlavə hissəsindəki məcburi əmək
və insan alveri haqqında müvafiq beynəlxalq standartlardan çıxarışlara.
48
haqqında Konvensiyaları təsdiq etmiş olmasalar da, məcburi əməyin
aradan qaldırılmasına hörmətlə yanaşmağı və onu dəstəkləməyi
qoyur.
2. Məcburi əməyə verilmiş tərifə dair BƏT Konvensiyalarında
istisnalar varmı?
29 saylı Konvensiya məcburi əməyi cəza vermək hədə-qorxusu
altında və məcburi olaraq görülən hər cür iş və ya xidmət kimi açıq
şəkildə təyin edir. Lakin, bu Konvensiya həmin tərif çərçivəsinə
düşməyən icbari əməyin aşağıdakı formalarını da müəyyən edir:
·
İcbari hərbi xidmət qanunlarının tələb etdiyi tamamilə hərbi
xarakter daşıyan hər hansı iş və ya xidmət;
· Sərbəst şəkildə özünü idarən ölkə vətəndaşlarının normal mülki
öhdəliklərinin bir hissəsini formalaşdıran hər hansı iş və ya
xidmət, misal üçün icbari məhkəmə jürisi xidməti, ya da təhlükə
altına olan şəxsə yardım göstərmək vəzifəsi;
· Dövlətin səlahiyyətli orqanının nəzarəti altında onların
görülməsini və özəl şəxslər, şirkətlər və ya assosiasiyaların
ixtiyarına adı gedəcək şəxsin verilməməyini və oraya işə qəbul
edilmədiyini təmin edən məhkəmə qərarı ilə verilmiş hökm
nəticəsində şəxsdən tələb edilən hər hansı iş və ya xidmət;
· Təcili hallarda, misal üçün su daşqını, zəlzələ və aclıq kimi
fəlakət və ya müharibə şəraitində, yaxud qismən və ya bütün
əhalinin həyatı və rifahını təhlükəyə qoyacaq hər hansı bir digər
vəziyyətdə tələb olunan hər cür iş və ya xidmət;
· Cəmiyyət üzvləri tərəfindən həyata keçirilən, birbaşa həmin
cəmiyyətin marağında olan minimal kommunal xidmətlər; misal
üçün, yaşayış yerlərinin istismarı ilə bağlı işlər, sanitariya
şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər, kənddəki yollar, yük
maşınları və ya suvarma yerlərinin istismarı ilə bağlı işlər.
3.
Beynəlxalq qanun insan alverinə necə müraciət edir?
İnsan alveri haqqında məlumatlandırılma artımı insan alverinə
qarşı yönəlmiş yeni beynəlxalq və regional sənədlərin işlənib
hazırlanmasında öz əksini tapıb. Həmin sənədlər arasında İnsan
49
alverinin qarşısının alınması, ləğv edilməsi və cəzalandırılmasına
dair Protokolu (2000), yaxud “Palermo Protokolu”-nu və Avropa
Şurasının İnsan alverinə dair Konvensiyası-nı (2005) qeyd etmək
olar. Bu yeni sənədlər, məcburi əmək, köləlik və servitut (yəni,
insan orqanlarının çıxarılması) məqsədi ilə həyata keçirilən insan
alverinə dair böyüyən konsensusu ötürür. Həmin sənədlərin qəbulu
və təsdiq edilməsi nəticəsində bir çox ölkələrin qanunvericiliyi və
təcrübəsində kəskin dəyişikliklər baş verməklə, bu sahədə yeni
siyasətin qəbul edilməsinə yol açılıb.
50
IV Həbsxana
Əməyi
1.
Həbsxana əməyi məcburi əməyin forması kimi qadağan
edilibmi?
BƏT-in Məcburi əmək haqqındakı Konvensiyaları (29 və 105)
həbsxana əməyinin istifadəsinə qadağa qoymur, amma onlar bu
təcrübəyə dair aydın məhdudlaşdırmalar üçün yer ayırıblar.
Həbsxana əməyi yalnız məhkəmə qərarı ilə məhkum olunmuş
cinayətkardan tələb oluna bilər. Nə həbsdə saxlanılıb, məhkəmə
araşdırmasını gözləyən şəxslər, nə də inzibati qaydada həbsxanaya
salınmış adamlar işləməyə məcbur edilə bilməzlər. Məhbusun
gördüyü iş dövlətin səlahiyyətli orqanı tərəfindən nəzarət olunaraq
həyata keçirilməlidir, və məhbuslar özəl müəssisələr üçün nə
həbsxanada, nə də ondan kənarda işləməyə məcbur edilə bilməzlər.
Lakin, hətta yuxarıda qeyd olunmuş şəraitlərdə belə 105 saylı
Konvensiya aşağıda sadalanan məqsədlər üçün məcburi həbsxana
əməyi istifadə olunduğu halda ona qadağa qoyur:
· Siyasi məcbur etmə və ya təhsil, ya da siyasi baxışları ifadə
etməyə görə cəza;
· İqtisadi inkişaf məqsədləri üçün işçi qüvvənin səfərbər olunması;
· Əmək intizamı;
· Tətillərdə iştiraka görə cəza; və
· İrqi, sosial, milli və ya dini ayrı-seçkilik.
Həbsxana əməyinin (həbsxanada və ya ondan kənarda) özəl
kommersiya fəaliyyətləri ilə əlaqəsi olduğu vəziyyətlərdə, əmək
icbari xasiyyət daşımamalıdır. Bu cür məşğulluq üçün məhbuslar iş
və ya xidmətlərini könüllü olaraq təklif etməli, və şirkətlər – həbsxana
əməyindən istifadə etdikləri halda – məhbusları, azadlıqda olan və
buna uyğun sənayedə işləyən əməkçilərin iş şəraiti və şərtləri ilə
müqayisə edilə bilən iş şəraiti və şərtləri ilə təmin etməlidirlər.
51
2. Həbsxana əməyinin istifadəsi hansı şərtlər altında icazə
verilib?
BƏT Konvensiyalarına müvafiq olaraq, məhkəmə hökmünün
nəticəsi olaraq şəxsdən tələb olunan və dövlət nəzarəti altında icra
olunan iş və ya xidmət məcburi əmək sayılmır. Lakin, belə bir
həbsxana əməyinə məcburi əmək deyilməsin deyə aşağıdakı şərtlər
yerinə yetirilməlidir:
· Şəxs hüquq pozuntusunda təqsirli bilinib, və hökm müstəqil
məhkəmə tərəfindən elan edilməklə, hökmün icraatına
başlanır. Məhkəmə araşdırmasını həbsxanada gözləyib,
təqsirli bilinməmiş adamlar və ya məhkəmə araşdırması
olmadan həbsdə saxlanılanların boynuna işləməyi qoymaq
olmaz. Amma, bu, işləmək xahişi ilə çıxış edən və həmin işi
könüllü olaraq yerinə yetirmək istəyən bu cür şəxslərə iş
təqdim etmək imkanının qarşısını almır.
· Həmin işi dövlətin səlahiyyətli orqanı öz nəzarəti altında
saxlamalıdır. Dövlət həbsxanalarında bu səlahiyyəti
həbsxana administrasiyası təmsil edir;
· Məhbus özəl şəxslər, şirkətlər və ya assosiasiyaların
ixtiyarına verilməməli və oraya işə qəbul edilməlidir.
Özəl sektor üçün olduğu kimi, özəl şəxslər və ya şirkətlərin ixtiyarına
verilmiş icbari həbsxana əməyi beynəlxalq standartlara qarşıdır.
Lakin, özəl şirkət və şəxslər öz azad iradəsi ilə işləmək istəyən
məhbusları işə götürə bilərlər. Məhbusları həbsxanada və ya ondan
kənarda işə götürən şirkətlər həbsxana əməkçilərinin iş şəraiti və
şərtlərinin uyğun sektorda mövcud olan azad məşğulluq
münasibətlərində öz əksini tapmış iş şərtləri və şəraitinə oxşar
olduğunu təmin etməlidir. Onlar həmçinin bu əməkçilərin özəl
işəgötürənə işləməklərinə razılıq verdiyini əsaslandırmalıdırlar.
52
Aşağıda həbsxana əməyinin özəl sektorla əlaqələndirilməsi
yollarının bəzi nümunələri təqdim olunub:
· Məhbuslar təhsil və ya treninq proqramının bir hissəsi kimi
özəl şəxslə iş birliyinə daxil ola bilərlər;
· Məhbuslar, açıq bazarda özəl şəxslərə satılan malları
istehsal etmək üçün həbsxanada keçirilən seminarlarda
işləyə bilərlər;
· Məhbuslar, azadlığa buraxılmağa hazırlıq proqramının bir
hissəsi kimi özəl şəxs üçün həbsxanadan kənarda işləyə
bilər;
· Məhbuslar çox vaxt özəl şəxslər tərəfindən idarə olunan
islah avadanlığının işləməsinə kömək etməklə, həbsxana
nəzdində öz əməklərini təqdim edirlər; və
· Bəzi məhbuslar, gün ərzində həbsxanadan kənarda özəl
firmalarla işləyib, gecə həbsxanaya qayıdırlar.
3. Həbsxana əməyinin “azad əmək münasibətlərinə” yaxın olan
şərtlərlə həyata keçirilməsini təmin etmək nə deməkdir?
Əgər biznes həbsxana əməyini istifadə edirsə, onda tövsiyə edilir ki,
o, məhbusların iş şəraiti və şərtlərinin uyğun iqtisadi sektorda azad
məşğulluq əsasında işləyən əməkçilərin iş şəraiti və şərtlərinə oxşar
olacağını təmin etsin. Məhbuslar, yemək və yaşamaq üçün
pullarından tutulma nəticəsində fərqləri hesaba almaqla, və
müqayisə edilə bilən səviyyədə olan əmək haqqına və sosial sığorta
müavinətlərinə malik olaraq, xüsusilə eyni əmək təhlükəsizliyi və
sağlamlıq standartlarından azad əməkçilər kimi razı qalmalıdırlar.
Həmçinin tövsiyə edilir ki, siz, məhbusların işə qoşulması, özləri
təzyiq subyekti olmadan və ya cəzalandırmaq hədə-qorxusu altına
düşmədən (misal üçün, həbsxanada hüquq və imtiyazların itirilməsi),
könüllü təkliflərindən irəli gələrək yer aldığına əmin olasınız. Bunu
həyata keçirmək yollarından biri, həbsxana əməkçilərindən işləməyə
yazılı razılıq almaqdır.
53
V Məcbur
etmə
1. İşçi öz işləmək razılığını şifahi və ya yazılı surətdə bildirdiyi
halda burada məcburi əmək barədə sual necə yarana bilər?
İşçinin formal razılığı heç də həmişə onun azad iradəsi ilə
işləyəcəyinə zəmanət vermir. Misal üçün, cəza vermək hədə-
qorxusu altında (məsələn, zor işlətmək hədə-qorxusu) verilmiş
işləmək razılığı işçinin “könüllü təklif” ilə çıxış etməyinə yer
qoymur. Bu halda, xaricdən məcbur etmə və ya dolayı yolla
işlədilən zor əməkçinin özünü könüllü şəkildə iş üçün təklif
etmək azadlığı ilə qarşı-qarşıya gəlir. Həmin məcbur etmə aktı
qanunla müəyyən edilmiş bir vasitə kimi səlahiyyətli
orqanlarının tədbiri, yaxud işəgötürənin təcrübəsi (misal üçün,
miqrant əməkçilərin aldatma, yalançı vədlər, şəxsiyyəti bildirən
sənədlərin alınması yolu ilə işə razılıq vermələri, yaxud da
işəgötürənin ixtiyarında qalmağa məcbur edilmələri)
nəticəsində yer ala bilər. Bu cür təcrübələr BƏT-in
Konvensiyalarında müəyyən edildiyi kimi məcburi əmək hesab
edilir.
2. Məşğulluq müddəti zamanı şəxsi sənədlərin alınması
məcburi əmək hesab edilirmi?
Mütləq deyil. Lakin, şəxsiyyəti bildirən sənədlərin və ya digər
qiymətdə olan şəxsi mülkün alınması, əməkçilər bu sənədləri
geri almaq ixtiyarında olmadıqları və həmin sənədləri itirmək
riskinə girmədən məşğulluq yerini tərk edə bilməyəcəklərini hiss
etdikləri halda, məcburi əməyə işarə edən amil sayıla bilər. Bir
çox hallarda, həmin sənədlər olmadan işçi digər işə qəbul
olunmaya, yaxud hətta bir vətəndaş kimi müəyyən xidmətlərdən
istifadəyə məhrum ola bilər.
54
3. İstehsal cədvəlinə uyğun getmək məqsədilə tələb olunan
icbari əlavə iş vaxtı məcburi əmək sayılırmı?
İş vaxtından əlavə işləmək öhdəliyi, həmin öhdəlik milli
qanunvericilikdə icazə verilən limitlər daxilində qaldığı zaman
və ya kollektiv müqavilədə razılaşdırılmış olduğu halda məcburi
əmək hesab edilmir. Bu o deməkdir ki, beynəlxalq standartlara
müvafiq olaraq, əlavə iş vaxtı, onun yaranması səbəblərindən
asılı olmayaraq icbarı xasiyyət daşıyıb, qanunla təyin olunmuş
həftəlik və ya aylıq limitdən artıq olarsa məcburi əmək özünə
yer almış olur. Əgər işəgötürən açıq-aşkar qanunu pozub,
cəzalandırmaq hədə-qorxusu gəlməklə işçilərinin belə şəraitdə
işləməyini tələb edirsə, məcburi əmək üçün zəmin yaranır.
Lakin, bəzi hallarda, müşahidə olunub ki, işdən çıxarılma
qorxusu işçiləri milli qanunvericiliklə icazə verilmişdən artıq
əlavə iş saatları işləməyə vadar edir, digər hallarda isə
əməkçilər özlərini qanunla təyin edilmiş maksimum vaxtdan
əlavə işləməyə borclu hiss edirlər, çünki bu, minimal əmmək
haqqını qazana bilmələrinin yeganə yoludur (misal üçün,
mükafatlandırma məhsuldarlıq nişanları əsasında təyin olunan
yerlər). Bu cür hallarda, əməkçilər nəzəri cəhətdən işdən imtina
edə bilsələr də, ağır vəziyyətləri başqa seçimləri olmadığına
işarə ola bilər, və buna görə də minimal əmək haqqını
qazanmaq və ya iş yerlərini saxlamaq üçün, yaxud elə hər iki
səbəbdən onlar bunu etmək məcburiyyətində qalırlar.
Konvensiyalar və Tövsiyələrin Tətbiqi üzrə BƏT-in Ekspertlər
Komitəsinə müvafiq olaraq, bu nəticədə cəza vermək hədə-
qorxusu altında zorla əməkçinin boynuna qoyulan iş vəziyyətə
dönür, buna görə də məcburi əmək hesab edilə bilər.
4. İşçiləri tam əmək haqqı və müavinətlərlə təmin etdiyim
şəraitdə məcburi əmək probleminin yaranmasına hələ də
ehtimal qalırmı?
Əgər şəxs, onu əmək haqqı və ya digər müavinət formaları ilə
təmin edib-etmədiyinizdən asılı olmayaraq, cəzalandırılma
hədə-qorxusu altında olub, öz məşğulluğunu tərk etməyə azad
deyilsə, bu məcburi əmək vəziyyətini yaradır.
55
5. Borc asılılığı və təhkim edilmiş əmək nə deməkdir?
Borc iltizamına əsaslanan məcburi əmək əsasən cənubi
Afrikadakı “təhkim edilmiş əməyə” istinad edir, lakin geniş
məkanda o, “borc asılılığı” kimi də tanınır. BƏT-in apardığı
tədqiqatlara əsasən, təhkim edilmiş əməklə cənubi Afrika və
Latın Amerikasının kənd təsərrüfatı, kərpic bişirmə, düyü
dəyirmanları və digər iqtisadı fəaliyyət növləri sahəsində
qarşılaşmaq olar. Bu, həmçinin dəri, balıq emalı və xalça
fabriklərində aşkarlana bilər. Bunun qurbanları adətən
cəmiyyətin ən kasıb təbəqələri, çox vaxt savadsız, və nisbətən
asan aldadılan və hüquqlarını bilmədən iş istismarında
saxlanılan insanlar olur; onlar məşğulluq yerlərini tərk etməyə
çalışdığı halda adətən tutulub iş yerlərinə zorla qaytarılır. Bəzi
regionlarda ən çox bu vəziyyətə düşən həmin regionun yerli
əhali və qəbilə nümayəndələri olur.
Borc asılılığı termini BMT-nin Köləliyin ləğv edilməsi haqqında
Əlavə Konvensiyasında (1956): “borca girən şəxsin borc
əvəzində öz xidmətlərini və ya nəzarəti altında olan şəxsin
xidmətlərini girov olaraq qoyması ilə yaranan elə bir status və
ya vəziyyətdir ki, burada həmin xidmətlərin dəyəri borcun ləğv
edilməsinə hesablanmır və ya həmin xidmətlərin təbiəti və
davamiyyət müddəti müvafiq olaraq məhdudlaşdırılmır və ya
təyin olunmur” kimi təyin edilir.
Təhkim edilmiş əmək, ailə başçısı olan kişi öz işəgötürənindən
qabaqcadan iş haqqını və ya ehtiyacı olduğu halda borc almaq
üçün əvəzində nəinki yalnız öz, lakin həm də ailə üzvlərinin
əməyini qoyarkən, bütün ailəyə təsir göstərə bilər. Borc asılılığı
(və məcbur etmənin digər formaları) çox vaxt, borca girmiş və
bəzən tutarlı gəlir əldə etmədən illər boyu işləməli olan
əməkçidən hər ikisi öz payını götürən “podratçılar və
subpodratçılar” kimi kompleks sistemə əsaslanır.
56
6. İnsanlar məcburi əməyə nə cür məcbur edilirlər?
Bir çox məcburi əmək vəziyyətində əsas element insanları,
onların azad şəkildə ifadə etdiyi razılıq olmadan işləməyə təşviq
etmək məcburiyyətidir. Barəsində xəbəriniz olmalı çoxlu məcbur
etmə formaları mövcuddur:
· Doğum/vərəsəlik nəticəsində "kölə" və ya təhkim olunmuş
status;
· İnsan oğurluğu;
· Başqasının mülkiyyətçiliyinə verilmək üçün insan alveri;
· İş yerində fiziki məhdudlaşdırma halları;
· Psixoloji məcburiyyət, məs. uyğunsuzluğa görə
cəzalandırma hədə-qorxusu ilə boynuna qoyulan iş;
· Təşviq edilmiş borcluluq (hesabların saxtalaşdırılması,
inflyasiyaya məruz qalmış qiymətlər, hasil olunan dəyərinin
aşağı salınması, və digər yollarla);
· İş növü və şərtlərinə dair aldatma və ya yalançı vədlər;
· Əmək haqqını kəsmə və ödəməmə; və
· Şəxsiyyəti bildirən sənədləri və ya digər dəyərli olan şəxsi
mülkiyyətin alınması.
Bəzən insanlar sərbəst şəkildə işin təşkilinə daxil olur, lakin fikirlərini
dəyişdiyi halda həmin işi tərk etməkləri əngəllənir. Bu da məcbur
etmə yaradır.
7. Əgər şirkət işçidən, treninq ilə bağlı xərcləri ödəmək
məqsədilə müəyyən edilmiş müddətdə işləməyi tələb edərsə,
bu məcburi əmək sayılacaqmı?
Bəzən şirkətlər, öz işçi heyətinin bacarıq və ya biliyini artırmaq
məqsədilə (xüsusilə də əgər belə bir treninq yalnız xaricdə
keçirilirsə) mühüm sərmayə buraxırlar. Belə halda, onlar
57
treninqdə iştirak edən işçi ilə razılıq əldə edə bilərlər ki, nəticədə
bu işçi ona edilmiş xərcləri ödəmək üçün müəyyən müddət
ərzində həmin şirkətə işləsin. Bu cür razılıq treninqdə iştirak
etmiş işçinin məşğulluq münasibətlərinə son qoymaq azadlığını
azaldır, və buna görə, – bəzi hallarda – məcburi əmək
vəziyyətinin yaranmasına şərait yarada bilir. Lakin, hər hansı bir
vəziyyəti məcburi əmək vəziyyəti kimi müəyyən edib-etməmək
üçün bəzi amillər hesaba alınmalıdır, misal üçün:
· Treninqdə iştirak etmiş işçinin treninqdən sonra şirkətdə
işləmək üçün razılıq verdiyi işləmə müddətinin uzunluğu;
· Xərcləri ödəmək üçün tələb olunan müddət, və bunun vaxt
və treninq xərci baxımından məqbul olub-olmamağı; və
· Treninqdə iştirak etmiş işçi treninq xərcinin bir qismini öz
cibindən ödədiyi halda onun işdən azad ola bilib-bilməməyi.
8.
Oğurluğun qarşısını almaq və həm işçilərimin
təhlükəsizliyini, həm də əmlakımı qorumaq üçün mən
mühafizə heyətini işə götürdüm və iş yerinin qapısını
kilidləyirəm. Bu tədbir, məcburi əmək hesab olunurmu?
Şəxsi sənədlərin alınması məsələsində olduğu kimi qapıların
kilidlənməsi də məcburi, yaxud icbari əməyə işarə edən amil ola
bilər. Bu, əməkçilərin hərəkət etmək azadlığını məhdudlaşdırır və
meydana məşğulluq təbiətinin könüllü olub-olmamağı barədə
suallar çıxarır. Lakin, burada yadda saxlanılacaq vacib məqam
odur ki, məcburi əmək cəzalandırmaq hədə-qorxusu ilə
səciyyələndirilir və qeyri-iradi olaraq əməkçinin boynuna qoyulan
iş və ya xidməti nəzərdə tutur. Cəza vermək hədə-qorxusu
olmayan və əməkçinin işə könüllü olaraq daxil olduğu yerdə
əmək məcburi hesab edilmir.
Buna oxşar şəkildə, təhlükəsizlik səbəblərindən irəli gələrək
müəssisənin çıxış yerlərinə mühafizə keşikçilərini təyin etmək də
məcburi əmək sayılmamalıdır. Lakin, mühafizə heyətindən qeyri-
düzgün istifadə məcburi əməyə işarə ola bilər, buna görə də
bundan çəkinmək və bununla ehtiyatlı davranmaq gərəkdir.
58
9. Özünü kasıblıq və ya aclıqdan qurtulmaq məqsədilə
işləməyə məcbur qalmış hiss edən şəxs məcburi əmək
qurbanı sayılırmı?
Xeyr. Özünü həyatda saxlamaq üçün bir şəxsin işləməyə məcbur
qalması faktı, həmin şəxsin cəzalandırma qorxusu olmadan işi
qəbul edə və ya (işəgötürənə bu haqda lazımi qaydada xəbər
verməklə) iş yerini tərk edə bildiyinə qədər, bu iş və ya xidməti
məcburi əmək etmir. Lakin, olduqca aşağı əmək haqqı vermək
məqsədilə işəgötürən həmin iqtisadi şəraitdən istifadə etdiyi
halda bu, məcburi əmək vəziyyətinin yaranmasına gətirib çıxara
bilər.
10.
Özünü könüllü surətdə işləmək üçün təklif etmiş
yeniyetməni işəgötürən onun valideynlərindən razılıq aldığı
halda işə qəbul edə bilərmi?
Ölkələrin çoxu əmək müqaviləsini bağlamaq üçün əməkçilərin
minimal yaş həddini təsbit ediblər, burada həmin yaş həddi icbari
məktəb müddətinin sonuna gəlmiş şagirdlərin yaşı ilə üst-üstə
düşə bilər. Lakin, sağlamlıq, təhlükəsizlik və ya əxlaqı təhlükə
altına sala biləcək məşğulluq, yaşı 18-dən aşağı olan şəxslər
üçün ümumilikdə qadağan edilib, belə ki, nə uşaqların özü, nə də
üzərində valideyn səlahiyyəti olanlar bu cür məşğulluğa daxil
olmaqlarına etibarlı sayılacaq razılıq verə bilməzlər.
59
VI
İnsan Alveri və Məcburi Əmək
1. İnsan alveri nə deməkdir?
İnsan alveri gətirib məcburi əməyə çıxara bilər. Buraya, bir
şəxsin istismar məqsədilə adətən beynəlxalq sərhədləri
keçməklə hərəkət etməsi daxil olur. Son illərdə, insan alveri,
çox vaxt informasiya texnologiyası, nəqliyyat və beynəlxalq
mütəşəkkil cinayətkarlıqda gedən inkişafa bağlı olaraq yeni
formalar və ölçülər alıb. Bu isə öz təsirini həm inkişaf etməkdə
olan, keçid dövrünü yaşayan və sənayeləşdirilmiş iqtisadiyyat
bazarlı ölkələrə, bunlar bir mənbə olaraq, həm də tranzit və
təyinat yeri olan ölkələrə göstərməkdədir. İnsan alveri
termininin hüquqi tərifi öz əksini Birləşmiş Millətlər Təşkilatının
Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə Konvensiyası-nı
tamamlayan İnsanların, Xüsusilə də Qadın və Uşaqların
Alverinin Qarşısının Alınması, Ləğv Edilməsi və
Cəzalandırılmasına dair Protokol-da(2000)
11
, başqa sözlə
desək “Palermo Protokolu”-nda tapıb. Həmin tərif aşağıdakı
əsas məqamları vurğulayır:
11
“Palermo Protokolu”-ndan çıxarışla
Giriş və Ümumi Baxış
başlıqlı
1-ci
Bukletdə
tanış ola bilərsiniz. Həmin Protokola əsasən - “İnsan alveri”
anlayışı istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, bir yerdən
digərinə aparılması, sığınacaq verilməsi, borc iltizamlarından istifadə
edilməsi, hədələmək, güc tətbiq etmək və ya başqa fiziki təzyiq üsulları ilə,
insanların oğurlanması, qorxudulması, aldadılması, onların çıxılmaz
vəziyyətdə olmalarından istifadə edilməsi, pul vermək və ya pul almaq yolu
ilə bir nəfərin başqa biri üzərində ağalığına nail olması kimi başa düşüləcək.
“İstismar” anlayışı, ən azı, digərlərini fahişəliklə məşğul olmağa məcbur
etməyi və ya başqa seksual istismar formalarını, məcburi əmək və
xidmətləri, qul kimi satılmağı və ya buna oxşar halları və hətta insan
orqanlarının kəsilib götürülməyini nəzərdə tutur.
60
· Buradakı fəaliyyət növlərinə insanların cəlb edilməsi,
daşınması, transferi (yerdəyişməsi), oğurlanması (sığınacaq
verilməsi) və qəbul edilməsi (satın alınması) daxildir;
· İstifadə olunmuş vasitələrə isə hədə-qorxu gəlmək və ya zor
işlətmək, aldatmaq, zorla aparmaq, fiziki təzyiq göstərmək,
öz gücündən və ya insanların pis vəziyyətə düşmələrindən
sui-istifadə etmək kimi vasitələri aid etmək olar; və
· Məqsəd məcburi əmək və ya xidmətlər, köləlik və servitut
(yəni, insan orqanlarının çıxarılması) anlamında istismar
kimi müəyyən edilib.
Buna əlavə olaraq, Palermo Protokolu uşaqların (18 yaşından
aşağı) alverini böyüklərin alverindən fərqləndirir. Yuxarıda qeyd
olunan bütün qeyri-qanuni vasitələr uşaq alveri hallarında da
qəbul olunmazdır. Uşaq alveri BƏT-in 182 saylı Konvensiyasında
da uşaq əməyinin ən pis formalarından biri kimi qeyd olunub.
2.
İnsan alveri məcburi əməklə necə əlaqələndirilir?
Məcburi əmək, insanlar kommersiya və ya seksual istismar
məqsədilə miqrasiyaya tovlandığında da yer ala bilər. İnsan
alveri məşğulluq agentliyinin xaricdə iş təklifi ilə müraciətindən
başlana bilər. Təyinat yeri olan ölkəyə şəxs daşınandan sonra
birdən məşğulluq şərtləri dəyişir, sənədlər əldən alınır və məcbur
etmə tədbiri tətbiq olunmağa başlanır və nəticədə məcburi əmək
yer alır.
Bu cür məcburi əmək həmçinin şəxslər, bəzən də uşaqlar,
oğurlandıqda, güclə aparıldıqda, ya da “satıldıqda” baş verir.
Məcburi əmək şəraitində işləyən belə əməkçilər çox vaxt ev
qulluğu, kənd təsərrüfatı, küçə alveri sahələrində, seks sənayesi
və tərqovan sistemli müəssisələrdə istismar olunur.
61
3.
İnsan alverinə səbəb olan amillər nədir?
İnsan alverinə səbəb kimi görünə bilən və son illər ərzində onun
artmasını təhrik edən bir çox amillər var. Buraya aşağıdakılar
daxildir:
· Dövlətlər arasında və dövlət daxilində artan bərabərsizlik;
· İnsan alverinin təhlükələri barədə məlumat çatışmazlığı;
· Təhlükəsiz miqrasiya imkanları haqqında məlumat
çatışmazlığı;
· İnsan və malların hərəkət etməsini əngəlləyən maneələrin
azaldılması, eləcə də sərhədlərarası daşınmanın bu halda
(insan alveri halında) daha yaxşı və ucuz olması;
· Sənaye baxımdan inkişaf etmiş ölkələrə qanuni immiqrasiyaya
əngəl olan maneələrin çoxaldılması;
· Əmək bazarının zəif şəkildə idarə olunması, misal üçün, hələ
də hazırlanmaqda olan əmək qanunu və
əmək
administrasiyasının (buraya müfəttiş xidmətləri daxil olmaqla)
aşağı səviyyədə olması;
· Əmək və seksual istismardan əldə olunan “yaxşı” gəlirlə
mütəşəkkil cinayətkarlığın marağını oyatma;
· Daha yaxşı həyat arzusu (miqranta aid), və insan alveri və
onun nəticələri barədə cahillik.
BƏT qlobal olaraq insan alveri nəticəsində məcburi əmək şəraitinə
salınmış qurbanların sayını 2.4 milyon rəqəmi ilə qiymətləndirir.
Aşağıdakı cədvəl həmin rəqəmin regionlar üzrə bölünməsini təqdim
edir:
12
12
Bax:
“BƏT-in Məcburi əməyə qarşı qlobal alyans: BƏT-in İş Yerlərində
Hüquqlar və Əsas Prinsiplər üzrə Bəyannamənin həyata keçirilməsi
mexanizminə uyğun olaraq təqdim olunmuş Qlobal Hesabat”-a Cenevrə,
2005.
Rus dilində həmin vəsait “ Глобальный доклад, представленный в
соответствии с механизмом реализации Декларации МОТ об
основополагающих принципах и правах в сфере труда” adını daşıyır,
bax: http://www.un.org/russian/news/ilo.pdf.
62
insan alveri
nəticəsində
məcburi əmək
şəraitinə düşmüş
insanların sayı
Asiya və Sakit
okean
1 360 000
Sənaye baxımdan
inkişaf etmiş ölkələr
270 000
Latın Amerikası və
Karib dənizi
250 000
Orta Asiya və Şimalı
Afrika
230 000
Keçid dövründə
olan ölkələr
200 000
Saxaranın
cənubunda yerləşən
Afrika
130 000
Dünya
2 450 000*
*Qeyd: Cəm göstəriciyə
(bütövləşdirmə baxımından) artıq
rəqəmlər əlavə edilməyib
63
VII Əlavə Məlumat və Resurslar
1.
Məcburi əmək və insan alveri haqqında əlavə məlumat
haradan ala bilərəm?
Məcburi əmək, insan alveri və BƏT-in fəaliyyəti haqqında əlavə
məlumat
www.ilo.org/forcedlabour
internet səhifəsindən, yaxud
Məcburi, yaxud icbari əmək məsələsinə dair BƏT-in xüsusi
fəaliyyət proqramı-na aşağıdakı məlumat əsasında birbaşa
müraciət etməklə, almaq olar:
E-poçt:
forcedlabour@ilo.org
Faks: +41 22 799 65 61
Siz aşağıda təqdim olunmuş əsas resurs və internet
səhifələrinə də müraciət edə bilərsiniz:
BƏT Hesabatları və Sorğuları
· BƏT: Məcburi Əməyə Qarşı Qlobal Alyans, Cenevrə, 2005
· BƏT: Məcburi Əməyə Qarşı Mübarizə, Cenevrə 2007
· BƏT: İnsan Alverinə Qarşı Fəaliyyət, Cenevrə, 2008
· BƏT: Məcburi Əmək məqsədilə İnsan Alveri: Miqrant
əməkçilərin işə cəlb olunmasının monitorinqini keçirmə qaydası,
Cenevrə, 2006
· BƏT: Məcburi Əmək və İnsan Alveri: Əmək Müfəttişləri üçün
vəsait, Cenevrə, 2008
· BƏT: Məlumat kitabçası: Qadın miqrant əməkçilərinin
diskriminasiyası, istismarı və sui-istifadə edilməsinin qarşısı
alınması, Cenevrə, 2003
64
BİT siyasətinə aid sənədlər
· BİT, Qeyri-formal iqtisadiyyat: İşəgötürənin yanaşması,
Cenevrə, 2006
· BİT, Cəmiyyətdə biznesin rolu, Cenevrə, 2005
· BİT, Korporativ sosial məsuliyyət: BİT yanaşması, Cenevrə,
2003
· BİT, Davranış məcəllələri: BİT-in mövqe sənədi, Cenevrə, 1999
Digər müvafiq sənədlər
· Quldarlıq Əleyhinə Beynəlxalq Təşkilat, Ləngidilmiş inkişaf:
Diskriminasiya və quldarlıq 21-ci əsrdə, London, 2008
· Quldarlıq Əleyhinə Beynəlxalq Təşkilat, Borc Asılılığı, London,
1998
· ABŞ Dövlət Departamenti, İnsan Alveri barədə 2008-ci il
Hesabatı
http:/www.state.gov/g/tip/rls/tiprpt/2008/
(ingilis dilində)
İnternet səhifələri
(ingilis dilində)
·
www.ioe-emp.org
·
www.unglobalcompact.org
·
www.ungift.org
·
www.antislavery.org
·
www.ciett.org
Document Outline - ILO Employers Handbook Azeri 35
- ILO Employers Handbook Azeri 36
- ILO Employers Handbook Azeri 37
- ILO Employers Handbook Azeri 38
- ILO Employers Handbook Azeri 39
- ILO Employers Handbook Azeri 40
- ILO Employers Handbook Azeri 41
- ILO Employers Handbook Azeri 42
- ILO Employers Handbook Azeri 43
- ILO Employers Handbook Azeri 44
- ILO Employers Handbook Azeri 45
- ILO Employers Handbook Azeri 46
- ILO Employers Handbook Azeri 47
- ILO Employers Handbook Azeri 48
- ILO Employers Handbook Azeri 49
- ILO Employers Handbook Azeri 50
- ILO Employers Handbook Azeri 51
- ILO Employers Handbook Azeri 52
- ILO Employers Handbook Azeri 53
- ILO Employers Handbook Azeri 54
- ILO Employers Handbook Azeri 55
- ILO Employers Handbook Azeri 56
- ILO Employers Handbook Azeri 57
- ILO Employers Handbook Azeri 58
- ILO Employers Handbook Azeri 59
- ILO Employers Handbook Azeri 60
- ILO Employers Handbook Azeri 61
- ILO Employers Handbook Azeri 62
- ILO Employers Handbook Azeri 63
- ILO Employers Handbook Azeri 64
Dostları ilə paylaş: |