Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


FƏSİL I SOSİAL SFERA VƏ ONUN FORMALAŞMASI



Yüklə 0,56 Mb.
səhifə7/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

FƏSİL I
SOSİAL SFERA VƏ ONUN FORMALAŞMASI

§1. Sosial sferanın iqtisadiyyatı fənninin predmeti, məqsəd və vəzifələri

Sosial sfera öz əhəmiyyətinə və əhatə dairəsinə görə cəmiyyətin inkişafında mühüm yerlərdən birini tutur. Təcrübə göstərir ki, sosial sferanın inkişafına nail olmadan iqtisadiyyatın, ümumi anlamda isə cəmiyyətin davamlı və rəqabətqabiliyyətli inkişafına nail olmaq qeyri-mümkündür. Çünki cəmiyyətin inkişafı ilə iqtisadiyyatın, eləcə də sosial sferanın inkişafı arasında birbaşa asılılıq vardır. Məhz bu asılılıq cəmiyyət üzvləri arasındakı sosial və iqtisadi münasibətləri təcəssüm etdirir. Cəmiyyətdə bu münasibətlərin hansı formada qurulması isə sosial sferaya daxil olan sahələrin inkişaf səviyyəsindən asılı olur. Bu baxımdan sosial sferanın inkişaf etdirilməsi maddi və mənəvi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, iqtisadi ədəbiyyatda istifadə olunan cəmiyyət anlayışı mahiyyət etibarı ilə çox geniş məna kəsb edir və bu səbəbdən “cəmiyyət” anlayışına yanaşmalar da bəzən bir-birindən fərqlənir. Belə ki, bəzi tədqiqatçılar cəmiyyətə insanların birliyi, bəziləri isə sosial institutların vəhdətdə olan sistemi kimi baxırlar. Bu tərifləri ümumiləşdirsək, cəmiyyət anlayışını - insanlar və onların birliyinin bir-birinə olan münasibətinin (iqtisadi, sosial, siyasi və s.) məcmusu kimi başa düşmək olar. Daha aydın ifadə etsək, cəmiyyət – iqtisadi, siyasi, hüquqi, mədəni-əxlaqi və digər münasibətlərin tənzimlənməsi funksiyasını həyata keçirən sosial institutların vəhdətdə olan sosial1 sistemidir. Əgər sosial sistemin elmi ədəbiyyatda verilən tərifinə nəzər salsaq onda cəmiyyət və sosial sistem anlayışlarını müəyyən dərəcədə eyniləşdirmək olar. Belə ki, elmi-nəzəri ədəbiyyatda sosial sistem insanlar arasında davamlı əlaqə və münasibətlər kimi şərh edilir. İnsanlar bir-biri ilə davamlı əlaqə və münasibətlər qurmaqla öz tələbatlarını (maddi və mənəvi) ödəməyə çalışırlar. Deməli sosial sistem insanların öz maddi və mənəvi tələbatlarını ödəmək üçün davamlılıq, bütövlük, özünüinkişaf, mövcud sosial norma və dəyərlər, onların qarşılıqlı fəaliyyətləri və bağlılığını təmin edir. Buradan belə nəticəyə gəlmək olur ki, sosial sistemin və ya cəmiyyətin inkişafı insanların birgə fəaliyyəti nəticəsində mümkündür. Beləliklə aparılan tədqiqatlar göstərir ki, sosial sahələrin inkişafı və səmərəli fəaliyyəti cəmiyyətin inkişafını təmin edir. Cəmiyyətin inkişafı isə sosial münasibətlərdən, başqa sözlə onlara xidmət göstərən sahələrin, yəni sosial sferanın inkişaf səviyyəsindən asılıdır. Sosial münasibətlər - insanların həyatı, yaşayışı və inkişafı ilə bağlı olan münasibətlərin məcmusudur.
Yuxarıda qeyd edilənləri ümumiləşdirərək sosial sfera anla-yışını müxtəlif sahələrin (təhsil, səhiyyə, mədəniyyət, turizm, so-sial təminat, mənzil-kommunal təsərrüfatı və s.) məcmusu kimi başa düşmək olar. Sosial sfera - əhalinin sosial müdafiəsi və əha-liyə göstərilən xidmətdə zəmanətli sosial minimumların işlənil-məsi və reallaşmasının kompleks inkişafına xidmət edir.
Sosial sferanın iqtisadiyyatı fənninin obyektini bu sferada (təhsil, səhiyyə, mədəniyyət, turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı və s. sahələrdə) fəaliyyət göstərən müəssisə və təşkilatlar, predmetini isə qeyd olunan sahələrdə baş verən hadisə və proseslərin, münasibətlərin xüsusiyyətləri təşkil edir.
Göründüyü kimi, sosial sfera çox geniş sahələr qrupunu əhatə edir. Bu o deməkdir ki, sosial sfera sağlam və demokratik cəmiy-yətin formalaşması və inkişafında daha vacib yer tutur. Bunu sosial sferanın tədqiqi və qiymətləndirilməsində istifadə olunan göstəricilər sisteminə nəzər saldıqda daha aydın görmək olar. Belə ki, Birləşmiş Millətlər Təşkilatı sosial sferanın inkişaf dinamikasını müəyyənləşdirərkən: əhali, cəmiyyətin sosial struk-turu, ailə və məişət, gəlir və ailə büdcəsi, həyat səviyyəsi, sağlam-lıq, qida məhsullarının istehlakı, təhsil və mədəniyyət, əmək şəraiti və məşğuluq, əhalinin, o cümlədən kənd əhalisinin yaşayış şəraiti, sosial təminat, uşaqların tərbiyəsi və mühafizəsi, əlillər, yaşlılar və pensiyaçılar, mədəniyyət, ictimai (sosial, humanitar) fondlar, sosial iş və s. göstəricilərdən istifadə edir. Göründüyü kimi, sosial sferaya daxil olan sahələrin əhatə dairəsi olduqca genişdir və məhz bu sahələr cəmiyyətin sivil inkişafında aparıcı yer tutur.
Onu da qeyd edək ki, sosial sferaya daxil olan sahələrin ümumi oxşar cəhətləri vardır:

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin