Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu


§1. Bazar münasibətləri şəraitində əhalinin mənzil təminatı



Yüklə 0,56 Mb.
səhifə6/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti


§1. Bazar münasibətləri şəraitində əhalinin mənzil təminatı ..............

214

§2. Azərbaycanda əhalinin mənzil təminatı ........................................

217

§3. Mənzil-kommunal xidməti.........................................................


221



GİRİŞ

Sosial sferaya hansı sahələr daxildir? Sosial sfera: səhiyyə, turizm, elm, təhsil, mədəniyyət, sosial təminat, mənzil təsərrüfatı və s. sahələri özündə birləşdirir. Bu sahələr bir sıra spesifik xüsusiyyətlərə görə iqtisadiyyatın başqa sahələrindən fərqlənir. Bu spesifiklik sosial sahələrin əsasən dövlət maliyyələşməsi və tənzimlənməsində, onların fəaliyyətinin bazar münasibətlərinə uyğunlaşdırılmasında, qeyri-kommersiya fəaliyyətində, təkcə maddi deyil, eyni zamanda mənəvi dəyər yaratmasında özünü göstərir.
Sosial sferada iqtisadi münasibətlərin öyrənilməsi üçün xüsusi dərs vəsaitinə və kursun keçirilməsinə ehtiyac vardır. Dərs vəsaitinin yazılması da məhz bu ehtiyacı təmin etmək məqsədini daşıyır.
Dərs vəsaiti əsasən iqtisadiyyat, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan ali məktəblər üçün nəzərdə tutulsa da, digər peşə və ixtisaslar üzrə kadr hazırlayan sahə institutlarında da tədris oluna bilər. Hesab edirik ki, sosial sahədə biliyin əldə olunması hazırlanan kadrların gələcək fəaliyyətlərində uğur qazanmalarına kömək edə bilər.
Sosial sferanın iqtisadiyyatının öyrənilməsi nə üçün vacibdir? Hər şeydən öncə ona görə vacibdir ki, sosial sfera – əhalinin sosial müdafiəsi və onlara göstərilən xidmətdə zəmanətli sosial minimumların işlənilməsi və reallaşmasının kompleks inkişafına xidmət edir və ixtisasından (peşəsindən) asılı olmayaraq bütün şəxslər sosial sahələrlə birbaşa və dolayısı ilə qarşılıqlı əlaqədə olurlar. Bu baxımdan hazırlanan mütəxəssislərin sosial sahələrin iqtisadiyyatı, idarə olunması və sosial-iqtisadi əhəmiyyəti və s. ilə bağlı biliyə malik olması zəruridir.

Sosial sferanın iqtisadiyyatı” fənninin tədrisində hansı məsələlər tədqiq olunur? Bu fənnin tədrisində tələbələrə, ixtisas-artırma kurslarının dinləyicilərinə sosial sferaya daxil olan fəaliyyət sahələri arasında sosial və iqtisadi münasibətlər, cəmiyyətin inkişafında onların rolu, sosial sahələrin fəaliyyətinin tənzimlənməsində (maliyyələşməsi, idarə olunması, inkişafı) dövlətin iştirakı, dünya ölkələrində sosial sferanın tənzimlənməsinin nəzəri-metodoloji əsasları öyrədilir.





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin