Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

native language, meaning 
 
Məlumdur  ki,  dilin  ümumi  mənzərəsini,  sözün  rəngarəngliyini 
lüğətdən  öyrənmək  olar.  Lüğətlər,  hər  şeydən  əvvəl,  dil  faktlarının 
üzərində  müşahidə  aparmaq  və  əldə  edilmiş  təcrübəni  ümumiləşdirmək 
üçün əlverişli vasitədir. Onlar dilin lüğət tərkibindəki sözlərin siyahısını, 
bir  növ,    qoruyub  saxlayan  kitablardır.  D.  Dudronun  təbirincə  desək 
“Lüğət    xalqın    bütün  biliyini  kifayət  qədər  əks  etdirən  bir  reyestr 
olmalıdır” (7, s. 145).  
Lüğətlər,  sadəcə  olaraq,  sözün  sadalanması  ilə  məhdudlaşmır, 
sözlərin mənasını izah və müəyyən edir, ya izah olunan sözün arxasında 
hansı  əşya  və  hadisənin  durmasından  danışır,  ya  da  əmələ  gəlməsi, 
tələffüzü  və yazılışı  haqqında məlumat verir və s.  Lüğətləri xarakterizə 
edən bu fikirləri ümumiləşdirsək, onlara belə tərif vermək olar: “Təsvir, 
izahetmə  və  ya  başqa  dilə  tərcümə  olunma  yolu  ilə  seçilmiş  sözlərin 
əlifba  sırası  ilə  düzülərək  izah  olunmasına  və  onların  məqsədəuyğun 
şəkildə  verilməsinə  lüğət  deyilir”.  F.  Volter  lüğəti  belə  mənalandırır: 
“Sözlər  obrazlardır.  Lüğət  əlifba  sırası  ilə  düzülmüş  sözlərdir.  Əslində 
lüğət ən geniş mənada kitabdır. Bütün başqa kitablar onda öz əksini tapır. 
Əsil məsələ lüğətlərdə nəyin əks olunmasıdır”(6, s.152).  
Sözün  ifadəliliyi  və  dəqiqliyi  ilə  maraqlanan  hər  bir  şəxs  lüğətə 
müraciət  etməli  olur.  Beləliklə,  leksikoqrafiyanın  əsas  məqsədi  və 
vəzifəsi  bu  və  ya  başqa  bir  dilin  sözlərini  və  ifadələrini  yazıb  sistemə 
salmaqdan,  lüğətə  daxil  edilən  sözlərin  xüsusiyyətlərini,  leksik  – 
qrammatik  mənalarını  dəqiqləşdirib  izah  etməkdən,  dilin  lüğət 
tərkibindəki  sözlərin  lüğətin  müəyyən  tipində  verilməsinin  mümkün  və 
vacib olmasını təyin etməkdən ibarətdir.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
163 
 
XIX  əsrin  birinci  yarısından  başlayaraq  Azərbaycanda    rus 
mədəniyyətinə  və  ədəbiyyatına  böyük  maraq  oyanmağa  başladı.  Rus 
xalqı ilə mədəni, iqtisadi və siyasi əlaqələr nəticəsində Azərbaycanda rus 
dilinin öyrənilməsi zərurəti meydana çıxdı. Bu, Azərbaycanın mütərəqqi 
yazıçı  və  şairlərinin  əsərlərində  xüsusilə  qeyd  edilir.  S.  Ə.  Şirvani 
“Oğluma” adlı şeirində yazır:  
Ey oğul, hər lisanə ol raqib, 
Xassə ol, rus elminə talib. 
Onlara ehtiyacımız çoxdur, 
Bilməsək dil, ilacımız yoxdur. 
 
Rus dilini öyrənmək işində lüğətlərin, xüsusən tərcümə lüğətlərinin 
böyük əhəmiyyəti vardır. Bu cəhətdən lüğətlərin əhəmiyyətini başa düşən 
mütərəqqi  Azərbaycan  ziyalıları  tərcümə  lüğətləri  tərtib  etməyə 
başladılar.  Azərbaycanda  “Rusca  –  azərbaycanca”  və  “Azərbaycanca  - 
rusca” tərcümə lüğətlərinin ilk tərtibçilərindən biri Soltan Məcid Qənizadə 
olmuşdur.  S.  M.  Qənizadənin  tərtib  etdiyi  lüğətlər  “Lüğəti  –  rusi  və 
müsəlmani”,  “Rus  dilinin  dilmancı”,  “Lüğəti  –  türki  və  rusi”  adı  ilə  çap 
olunmuşdur.    Onun  “Rusca-  türkcə”  lüğəti  ilk  dəfə  1902  –  ci  ildə  nəşr 
olunub.  1922  –  ci  ildə  isə  altıncı  dəfə  işıq  üzü  görmüşdür.  Sözügedən 
lüğətdə  sözlər  rus  əlifbası  sırasına  uyğun  olaraq  düzülmüşdür.  Bu  lüğətin 
tərtibində  B.  C.  Dalın  izahlı  lüğəti  əsas  götürülmüşdür.  Lüğətdə  12000-ə 
yaxın  söz  verilmişdir.  Müəllif  lüğətin  yığcam  olmasını  burada  düzəltmə 
sözlərin az işlədilməsi ilə, ərəb və fars sözlərinin lüğətdə çox işlədilməsini 
isə Azərbaycan dilində həmin sözlərin çoxluq təşkil etməsi ilə izah etmişdir.  
1907 - ci ildə Ü. Hacıbəyovun “Türki - rusi” və “Rusi - türki lüğəti” 
nəşr olunmuşdur. Bu lüğət iki hissədən ibarətdir: “Türki - rusi” hissəsində 
1000 - dən çox, “Rusi - türki” hissəsində isə 600 -ə qədər söz vardır.  
Müasir  dövrdə  isə  respublikamızda  nəşr  olunmuş  tərcümə  lüğətləri 
ikidilli  və  üçdillidir.  Azərbaycanda  rusca  -  azərbaycanca,  azərbaycanca  - 
rusca, ingiliscə - azərbaycanca, fransızca - azərbaycanca ikidilli lüğətlər nəşr 
olunmuşdur.  Çap  olunmuş  üçdilli  lüğətlərə  “Rusca  –  fransızca  –azərbay-
canca”  və “Müxtəsər farsca – rusca – azərbaycanca”nı  qeyd etmək olar. 
Rusca  –  azərbaycanca  lüğətlər  1928-1929,  1940-1946,  1951,  1956-
1959 və 1962 –ci illərdə nəşr olunmuşdur. “Rusca - azərbaycanca” lüğət iki 
cilddən ibarətdir. Lüğətdə 60 000 - ə yaxın söz əhatə olunmuşdur.  
 1940  -  1946  -  ci  illərdə  H.  Hüseynovun  rəhbərliyi  ilə  “Rusca  – 
azərbaycanca  lüğət”  tərtib  olunmuşdur.  Lüğət  90 000  -  dən  artıq  sözü 
əhatə  edir.  Lüğət  IV  cilddən  ibarətdir.  1956  -  1959  -  cu  illərdə 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
164 
 
Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən 
iki cildliik “Rusca - azərbaycanca lüğət” buraxılmışdır.   
“Azərbaycanca  –  rusca”  lüğətlərin  nəşrinə  nisbətən  gec 
başlanılmışdır.  Bu  lüğət  ilk  dəfə  1939  –  cu  ildə  N.  Hüseynovun 
redaktorluğu  ilə  çap  edilmişdir.  “Azərbaycanca  –  rusca”  lüğətlər 
1939,1941, 1951, 1962 və 1965 – ci illərdə nəşr olunmuşdur. Akademik  
V.  Şerba  “Rusca  –  fransızca  lüğət”in  ikinci  nəşrinə  verdiyi  giriş 
məqaləsində yazır: “... bizə hansı lüğət lazım olacaqdır? Hər şeydən əvvəl, 
tamamilə  aydındır  ki,  hər  bir  dil  üçün  iki  dildə  izah  edən  (əcnəbi  –  milli 
lüğət), yəni ruslara rus dilində,  əcnəbilərə isə  öz dillərində  lüğət  lazımdır. 
Belə lüğətlər əcnəbi kitabları oxumağa və başa düşməyə  və əcnəbi sözlərin 
fizionomiyası ilə tanış olmağa imkan verəcəkdir” (7, s. 132).  
Müstəqillik  illərində  leksikoqrafiya  da  özünəməxsus  inkişaf  yolu 
keçmişdir. Bu dövrdə müxtəlif məzmunlu lüğətlər tərtib edilmişdir. “Dövlət 
dilimiz  yeni  mərhələdə”  adlı  müsahibə  -  məqaləsində  A.Axundov  yazır: 
“Müstəqil  Azərbaycan  dövlətinin  xarici  ölkələrlə  günbəgün  genişlənən 
siyasi,  iqtisadi,  diplomatik  əlaqələri  ilk  təşəbbüs  kimi  ikidilli  çoxişlənən 
sözlər lüğətlərinin hazırlanmasını aktuallaşdırır.  
Dilçilik  İnstitutunun  müvafiq  şöbələri  son  illər  ərzində  ingilis, 
fransız, alman, ispan, yunan, bolqar, polyak, macar dilləri ilə Azərbaycan 
dilinin  çoxişlənən  sözlər  lüğətlərini  tərtib  etmişlər.  Eyni  prinsiplərlə 
hazırlanmış həmin lüğətlərin müasir dövrdə təcrübi əhəmiyyəti xüsusilə 
böyükdür”(1, s. 297). 
Hər bir insanın gündəlik həyatında öz ana dilində işlənən sözlərin 
mənasını  başa  düşmək  və  başqa  dili  öyrənmək  üçün  əsas  iki  lüğətin  – 
izahlı və tərcümə lüğətlərinin olması zəruridir. Tərcümə lüğətləri xarici 
dili  yaxşı  başa  düşmək,  bilmək  vasitəsidir.  Bu  lüğətlərin  sözlüyü 
qrammatik  cəhətdən  zəruri  olan  sözlər  əsasında  təşkil  olunur,  buraya 
daha çox müxtəlif üslublarda işlədilən sözlər daxil edilir.  
Tərcümə  lüğətlərində  sözlərin  spesifik  mənası,  işlədilməsi  verilir. 
Sözlərin  əsas  mənası  müəyyən  bir  dilə  tərcümə  edilir.  Tərcümə 
lüğətlərində  məqsəd,  sadəcə  olaraq,  hər  hansı  iki  dili  qarşılaşdırmaq 
deyil,  bir  dilin  zənginliyini,  daxili  aləmini,  xüsusiyyətlərini,  xarakterini 
açmaqla yanaşı, bunları qarşılaşdıran dilin ekvivalent sözü ilə düzgün əks 
etdirməkdir. Tərcümə lüğətlərinin tərkibində ən çətin məsələ ana dilinin 
sözlərinin ana dilində dəqiq qarşılığını tapmaqdır. Tərcümə olunan sözün 
ana  dilində  ekvivalentini  seçib  ayırmaq  üçün  tərtibçilərdən  dərin  bilik,  
böyük  ustalıq  və  zəhmət  tələb  olunur.  Lüğət  tərtibçiləri  nəzərdən 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
165 
 
qaçırmamalıdırlar ki, lüğət tərtibi hər hansı hazır elementlərin mexaniki 
surətdə qarşılaşdırılmasından ibarət olmayıb elmi xarakter daşımalıdır. 
Tərcümə  lüğətlərinin  əvvəlində  (bəzən  isə  sonunda)  lüğətdən 
istifadə  etmək  qaydası,    qrammatik  əlavələr,  hallanma  və  feillərin 
dəyişməsinə  aid  cədvəllər,  bəzi  qrammatik  arayış  verilir.  Sözün  leksik 
mənası və işlədilməsi xüsusi izah olunur. Sözün əsas mənasının başqa dildə 
müvafiq  sözlə  tərcüməsi  verilir.  Tərcümə  lüğətlərinin  izahlı  lüğətlərdən 
üstünlüyü  ondadır  ki,  bu  lüğətlərdən  ikinci  dilin  öyrənilməsinin  ilk  dövrü 
kimi istifadə oluna bilər. Tərcümə lüğətləri, əvvəla, bu lüğətlərdən istifadə 
edənlərdən  sözləri  düzgün  oxumaq  qaydası,  tələffüz  edilməsi  və  həmin 
dillərin qrammatikası haqqında minimum bilik tələb edir. İkincisi, tərcümə 
olunan  sözün  mənasını  başa  düşmək  mümkündürsə  də,  onun  ana  dilində 
qarşılığını tez tapmaq çətindir. Bu lüğətlər isə mənasını başa düşdüyün, lakin 
asanlıqla ana dilinə tərcümə edə bilmədiyin sözlərin  ana dilində tərcüməsini 
verir.  Bu lüğətlərin bir nöqsan cəhəti vardır ki, bu da sözlərin mənalarını 
dəqiqləşdirmək  qayğısına  qalmasıdır.  Tərcümə  lüğətləri  əcnəbi  sözlər 
haqqında  həqiqi  bilik  vermir,  lakin  kontekstdə  xarici  sözlərin  mənasını 
başa düşməyə kömək edir.  
Tərcümə  lüğətləri  ikidilli  və  çoxdilli  olmaqla  iki  yerə  bölünür. 
Çoxdilli  tərcümə  lüğətlərində  hər  cür  sözlərin  mənasının  ekvivalenti 
deyil,  onların  işlədilmə  eyniliyi  yoxlanılır.  Ən  çox  yayılmış  ikidilli 
tərcümə  lüğətlərinin  əsas  məqsədi  isə  imkan  daxilində  sözün  dəqiq 
tərcüməsini verməkdən ibarətdir.  
İkidilli  lüğətlərdə  tərcümə  olunan  sözün  dildə  işlədilməsinə, 
ümumiləşməsinə,  məna  fərqinə  və  obrazlı  məna  ifadə  etməsinə  fikir 
verilməlidir.  Bu lüğətlərdə tərcümə olunan söz fərqli şriftlə yazılır, sonra 
isə onun qarşısında tərcümə olunduğu dilin müvafiq sözü verilir. Bəzən 
isə  tərcümə  edilən  sözün  mənasını  düzgün  başa  düşmək  üçün  həmin 
sözün cümlələr içərisində işlədilməsinə dair nümunələr verilir.  
Son zamanlar leksikoqrafiya təcrübəsində ikidilli lüğətlərin üç tipi 
göstərilir. 
1. 
Böyük ikidilli lüğətlər
2. 
Orta ikidilli lüğətlər; 
3. 
Kiçik ikidilli lüğətlər.  
İ.Oleqov  ikidilli  lüğətlərin  bu  tiplərini    bir-  birindən  belə 
fərqləndirir.  Böyük  ikidilli  lüğətlər  müasir  ədəbi  dilin  geniş  tarixi 
perspektivli olmasını təmsil edir. Orta ikidilli lüğətlər müasir ədəbi dilin 
tarixən bəraət qazanmış üslubi rəngarəngliyini təfsilatı ilə verir (6, s.36). 
Kiçik  ikidilli  lüğətlər  tərcümə  lüğətlərinin  ən  kütləvi  növüdür.  Deməli, 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
166 
 
böyük  lüğətlər  materialı  əhatə  etməyinə,  orta  lüğətlər  materialı  işləmə 
üsuluna,  kiçik  lüğətlər  isə  materialı  normalaşdırma  prinsipinə  görə 
fərqlənir.  
Ağac  –  1.  дерево;  ağaca  dönmək  –  деревяйеть;  столбенеть, 
отвердеть” 2. Палка - əl ağacı.  
Tərcümə lüğətlərində baş sözlər iki şəkildə verilir.  
1. 
Tərcümə etmə: 
Звучание – səslənmə, səs vermə; Звучат несов – 1. Səslənmək, səs 
vermək; 2. Eşitmək; 3. Məna ifadə etmək, təzahür etmək.  
Звучащий  - прич. и прил. - səslənən, səs verən. 
Звучно – нареч. Gur səslə, uca səslə, gur, uca. 
2. 
Sinonimi ilə:   
Страх – 1. Qorxu, vahimə, dəhşət; 2. Qorxulu şeylər, vahiməli şeylər, 
dəhşətli hadisələr; 3. Risk, məsuliyyət və s.  
Lüğətin  vəzifəsi  yalnız  hər  bir  ayrıca  sözün  mənalarını  şərh  etmək 
deyil,  həm  də  dilin  leksik  sistemində  sözün  tutduğu  mövqeyi,  leksik- 
qrammatik əlaqələrini göstərməkdir. Söz bütün lüğətlərdə eyni şəkildə izah 
edilmir.  Lüğətin  növündən  asılı  olaraq  söz  müxtəlif  şəkildə 
müəyyənləşdirilir.  Məsələn,  “aptek”  sözünün  izahlı  lüğətdə  və  tərcümə 
lüğətində necə verildiyini göstərək:  
İzahlı  lüğətdə:  aptek  (əsli  yunan)  –həkimlərin  resepti  üzrə  dərman 
hazırlayıb  satan  müəssisə;  dərmanxana,  əczaxana.  Aptekdən  təzə  dərman 
gətirmişdim. (C. Məmmədquluzadə).  
Tərcümə lüğətində: Aptek – apteka.  
Lüğətlər bir – birindən həcminə, sözlüyünə, izahetmə üsuluna görə 
fərqləndiyi  kimi,  quruluşlarına  görə  də  seçilir.  Lakin  lüğətlərin 
quruluşunda oxşar cəhətlər də vardır. Bütün lüğətlərdə sözlərin hansı nitq 
hissəsinə  aid  olması  qeyd  edilir,  sözün  omonimliyi  verilir,    isimlər,  bir 
qayda olaraq, tək halda göstərilir, işarələrdən istifadə olunur, terminliliyi 
göstərilir.  Bunlarla  yanaşı,  tərcümə  və  izahlı  lüğətlərin  özünəməxsus 
fərqli  cəhətləri  də  vardır.  Məsələn,  “Rusca  –  azərbaycanca”  lüğətlərdə 
təkhecalı  sözlərdən  başqa,  bütün  sözlərin  vurğusu  qoyulur  (вратва, 
вратец,  вратино,  вратишка  və  s.).    İsimlərin  yanında  onların  cinsini 
göstərən işarələr qoyulur (колхозник м., колхозница ж.). 
Tərcümə  lüğətlərindən  fərqli  olaraq,  izahlı  lüğətlərdə  alınma 
sözlərin qarşısında hansı dilə aid olması qeyd edilir. Məsələn, Aqronom 
(yunan) – kənd təsərrüfatı mütəxəssisi; Ağ (-ar, -ər) – Ağ olmaq, üzünə 
ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq.  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
167 
 
Müstəqillik  illərində  elmi  –  texniki  nailiyyətlərin  artması 
nəticəsində  dildə  yeni  –  yeni  anlayışlar,  sözlər  yaranır  və  labüd  olaraq 
Azərbaycan  dilinə  Avropa  mənşəli  sözlərin  axını  başlayır.  Bu  prosesin 
başlanmasına  baxmayaraq,  müasir  Azərbaycan  dilinə  yenə  də  avropa 
mənşəli  sözlər  və  terminlər  daxil  olmaqdadır.  Dilçi  alimlərimiz  imkan 
daxilində  həmin  qəbildən  olan  sözləri  milli  sözlərlə  əvəz  etməyə 
çalışırlar. Beləliklə, yuxarıda qeyd olunan bu prosesi müasir Azərbaycan 
dilinin tam inkişaf prosesi kimi götürmək olar.  
Azərbaycan  leksikoqrafiyası  tarixində  lüğətlərin  hazırlanması 
sahəsində  böyük  işlər  görülmüşdür. R.  Rüstəmov  və  Ə.  Rəsulovun  tərtib 
etdikləri “Türkcə - rusca – azərbaycanca” dilçilik terminləri lüğəti bu sahədə 
demək  olar  ki,  ilk  ciddi  işdir.  Lüğətdə    türk  sözləri  əlifba  sırası  ilə 
verilmişdir. Omonimlər -  yazılışca və deyilişcə eyni olub, mənaca müxtəlif 
olan sözlər ayrı yazılır. Məsələn, Yüz – üz - sto;  
Yüz – üz – litso.  
Zəruri hallarda türk realiyalarının, anlayışlarının rus və ya Azərbaycan 
dilində  qarşılığı  olmadıqda  izahlar  verilir.  Sözlərdə  vurğu  qoyulmur. 
Kəmiyyət  sayları  onluqlar,  yüzlüklər,  minliklər,  milyon  və  milyard 
çərçivəsində  verilir.  Feillər  məsdər  formasında  təsbit  edilir.  Lüğətdəki 
sözlərin etimologiyası verilmir. Əcnəbi mənşəli sözlərin orfoqrafiyasındakı 
variantlılıq  türk  dilində  sabit  imla  qaydalarının  təsbit  olunması  ilə  izah 
edilməlidir.   
Lüğətə  əsasən  ən  işlək  və  nisbətən  Azərbaycan  dilində  fərqlənən 
sözlər daxil edilmişdir: Asər - əlamət – simptom; təsadüfilik – случайность. 
Lüğətə  daxil  olan  sözlər  adlıq  halda  verilir.  Kar  samitlə  bitən  sözlər 
hallanarkən, çingiltiləşmə hadisəsi sözlükdə əksini tapmayıb: cocuk (- qu, - 
qun). Qoşa işlənən sözlər (- ) işarəsi ilə verilmişdir: bölük – bölük.  
Feillərin əmr, inkar və digər formaları lüğətdə verilmir. Bir sıra söz 
birləşmələrindəki  sözlər  bitişik  və  ayrı  formalarda  yazıldığından  lüğətdə 
həmin formaların hər ikisi saxlanılmışdır. Başbakan – baş, bakan.  
Heyvan,  bitki  adları  və  digər  terminlərin  latın  dilində  ekvivalenti 
verilmir.  Ərəb  mənşəli  sözlərin  -çınıq  cəm  forması  lüğətə  daxil 
edilməmişdir. Bütün mənşələrdən olan sözlər ancaq tək halda təsbit edilir. 
Köməkçi  feillər  əsas  feillərlə  yanaşı  verilir:  “Bulunmak  –  yardımda 
bulunmak” və s. Rus dilinə aid sözlər də latın qrafikası ilə verilir.   
Son dövrlərdə Azərbaycan dilində elmin ən yeni və klassik sahələri 
üzrə  çoxlu  miqdarda  tədqiqat  əsərləri,  dərsliklər  və  başqa  vəsaitlər 
yazılmış, alimlər tərəfindən çoxlu terminologiya lüğətləri tərtib olunmuş 
və elmi leksikoqrafiya yaradılmış, Azərbaycan dili sözlərinin böyük bir 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
168 
 
təbəqəsi  elmi  terminologiya  səviyyəsinə  qaldırılmışdır  və  hazırda  onun 
əsas fondunu təşkil edir. Bununla belə demək olar ki, bütün bu lüğətlər 
elm  və  texnikanın  müəyyən  sahəsinin  nomenklaturasından  ibarətdir. 
İndiyədək uzaq və yaxın elm sahələrinin materialları əlaqələndirilməmiş, 
qaqrşılıqlı  surətdə  nizama  salınmış  və  müasir  Azərbaycan  dilinin 
çoxşaxəli  zəngin  söz  xəzinəsini  əhatə  edən  lüğətlərin  sözlüyünə  daxil 
edilmişdir.  Terminlər  bütün  başqa  sözlər  kimi  qrammatik  cəhətdən 
səciyyələndirilmiş  və  onların  elmin  hansı  sahəsinə  aid  olması  dəqiq 
göstərilmişdir.  Terminlərin  tərcüməsindən  sonra  mötərizədə  məfhum, 
əşya,  hadisə  və  s.  haqqında  ilkin  məlumatlar  verilir.    Bu  yenilik  bir 
tərəfdən  keçilən  terminin  mənasının  oxucu  tərəfindən  mümkün  qədər 
daha asan başa düşülməsini təmin etmək, digər tərəfdən isə əksər hallarda 
terminlərin sonrakı izahını verməyən, yalnız onların leksik tərcüməsi ilə 
kifayətlənən  ikidilli  terminologiya  lüğətlərində  çatışmazlığı  müəyyən 
dərəcədə  aradan  qaldırmaq  cəhdindən  irəli  gəlir.  Lüğətlərə  müəyyən 
miqdarda  müasir  yazıçıların  əsərlərində  və  danışıq  dilində  rast  gəlinən 
dialektlərarası və məhəlli sözlər də daxil edilmişdir. Görkəmli dilçi alim 
akademik L.V. Şerba “Rusca – fransızca lüğət”də yazmışdır: “Nəhayət, 
heç də çox şeyin obyektiv olaraq artıq olmasına əmin olduğuna baxmaya-
raq,  mən  bunu  açığını  desək,  böyük  bəla  hesab  etmirəm.;  əgər  lüğətdə 
çox şey buraxılsaydı, bu, pis olardı. Hər halda nəyin daha vacib, nəyin 
lüzumsuz  olması  haqqında  adi  mülahizələrin  son  dərəcədə 
subyektivliyini qeyd etməyi vacib hesab edirəm” (7, s 69).  
Hesab  edirik  ki,  böyük  ikidilli  lüğətin  sözlüyü  çox  işlənən  sözlər 
çərçivəsində  qalmamalıdır;  ikidilli  lüğət  tərcümə  olunan  dilin  leksik 
tərkibini  və  onun  elementlərinin  tərcüməsini  əks  etdirməlidir  ki, 
yaşından, ixtisasından  və fəaliyyət sahəsindən asılı olmayaraq, oxucular 
ondan etibarlı vəsait kimi istifadə edə bilsinlər. 
 
ƏDƏBİYYAT: 
 
1. 
Axundov A. “Dövlət dilimiz  yeni  mərhələdə” // Dil və ədəbiyyat. 
(iki cilddə)  II cild, Bakı, 2003, s. 297 
2. 
Cəfərov S. Müasir Azərbaycan dili. (2). Leksika. Bakı: “Şərq – 
Qərb”, 2007 
3. 
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı: “Elm və 
təhsil” 2010 
4. 
Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: 
“Zərdabi LTD”, 2015 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
169 
 
5. 
Yavuzarslan, Paşa. Osmanlı Dönemi Türk Sözlükçülüğü. 
Ankara: Tiydem Yayıncılık, 2009 
6. 
Герд А. С. Основы научно – технической лексикографии. –
Л.: ЛГУ, 1986. 
7. 
Щерба Л.В. Опыт общей теории лексикографии // Языковая 
система и речевая деятельность / Л.: Наука, 1974. 
 
Гасимова Шалала 
Современные переводческие словари и их особенности 
Резюме 
 
В  статье  рассматриваются  характерные  черты  современных 
переводческих  словарей,  принципы  понимания  смысла,  различие 
между  словарями  и  пояснительными  словарями  и  недостатки  этих 
словарей.  Здесь  также  упоминается  пути  развития  истории 
азербайджанской лексикографии. 
Shalala Gasimova 
Modern translation distionaries and their peculiarities 
Summary 
 
The  article  deals  with  the  characteristic  features  of  modern 
translation  dictionaries,  the  principles  of  meaning  comprehension,  the 
difference  between  dictionaries  and  explanatory  dictionaries,  and  the 
deficiencies
 of these dictionaries. The development way of the history of 
Azerbaijan lexicography is mentioned here too. 
 
 
 
 
 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
170 
 
Gülara Quliyeva 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı 
ms.glary@rambler.ru
 
 
Bədii mətnin təşkilinin temporal xüsusiyyətləri 
 
Açar  sözlər:  bədii  mətn,  bədii  zaman,  mətn  zamanı,  temporallıq, 
müəllif zamanı 
Ключевые  слова:  художественный  текст,  художественное 
время, текстовое время, темпоральность, авторское время. 
Key  words:  artistic  text,  artistic  time,  text  time,  temporality, 
author's time 
 
Filoloji,  o  cümlədən  də  linqvistik  tədqiqatlarda  bədii  mətnin 
temporal  məsələlərinə,  bədii  zamana  həsr  olunmuş  tədqiqat  işləri  ötən 
əsrin ikinci onilliyində yer almağa başlamışdır. Əvvəlcə M.L.Petrovski, 
V.V.Vinoqradov,  A.Q.Seytlin,  sonralar  M.M.Baxtin,  Q.Müller,  V.Mats 
və  başqaları  bu  problemə  müraciət  etmişlər.  (Bax:  2;  3;  8;  10  və    s.). 
Qeyd  etmək  lazımdır  ki,  V.Vinoqradov,  M.Petrovski,  A.Seytlin  və  bir 
çox  başqaları  bilavasitə  bədii  zamandan  deyil,  mətn  zamanından 
danışmış,  problemə  konkret  mətn  daxilində  baxmışlar.  Təhlilə  cəlb 
edilmiş mətnlər bir qayda olaraq, bədii əsərləri əhatə etmişdir. 
Mətn dilçiliyinin sürətli inkişaf keçdiyi dövrdə, daha doğrusu, XX 
əsrin 70-80-ci illərində mətn zamanı daha çox diqqət mərkəzinə çəkilmiş, 
zamana  mətnyaratma  vasitəsi  kimi  baxılmış,  nəhayət,  bəzi  tədqiqatçılar 
zamanı mətn kateqoriyası olaraq ayırmışlar. Onu da qeyd edək ki, mətn 
dilçiliyi bu günə qədər mətn kateqoriyaları məsələsini həll edə bilməmiş, 
istər mətn kateqoriyasının izahlarında, istər sayında, istərsə də təsnifində 
konkret  nəticə  əldə  edilməmişdir.  Mətn  kateqoriyaları,  ayrı-ayrı 
tədqiqatçıların  fikirləri  nəzərə  alınarsa,  artmaqda  davam  edir  və  bu 
kateqoriyalar sırasında zaman da qeyd olunur. İ.Qalperinə görə, mətnin 
zaman  kateqoriyası  kontinuum,  retrospeksiya  və  prospeksiyanın 
vəhdətidir (5, s. 84). 
Zamanın mətn kateqoriyası kimi fərqli təqdimatları, eyni zamanda, 
mətnin  hissələrinə,  onun  yazılması,  oxunmasına  aid  edilən  zaman, 
həmçinin  linqvistik  zaman  məsələləri  elmi  dövriyyəyə  “mətn  zamanı”, 
“kontekstual  zaman”,  “obraz  zamanı”,  “müəllif  zamanı”,  “oxucu 
zamanı”, “süjet zamanı”, “hadisə və hadisələr zamanı” kimi anlayışların 
daxil olmasına səbəb olmuşdur. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin