Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə121/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   117   118   119   120   121   122   123   124   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

Eynulla Mədətli 
 
256
mətbuat səhifələrində Azərbaycanın tarixi, coğrafiyası, dili, ədə-
biyyatı və mədəniyyəti, o cümlədən İran türklərinin həyatı haq-
qında ilk publisistik yazılar işıq üzü görməyə başladı.  Şimali 
Azərbaycan mətbuatında Azərbaycan türk millətinin varlığının 
elmi cəhətdən  əsaslandırıldığı bu yazılar, heç şübhəsiz Cənubi 
Azərbaycanda da yayılır və orada milli şüurun oyanmasına öz 
təsirini göstərirdi. Cənubi Azərbaycanda milli şüurun inkişafına 
Şimali Azərbaycanda gedən milli-mədəni proseslər öz təsirini 
göstərirdi. Məhz bu təsirin nəticəsində Arazın hər iki tərəfində 
yaşayan Azərbaycan türkləri arasında milli-etnik yaxınlaşma 
getdikcə güclənirdi. 
Azərbaycan milli istiqlal məfkurəsinin son məramı olan 
milli dövlət ideyasının 1918-ci ildə Azərbaycan Xalq Cümhuriy-
yətinin yaradılması ilə əməli olaraq gerçəkləşməsi ilə, Azərbay-
can  əvvəllər yalnız coğrafi, etnoqrafik və linqvistik bir termin 
olmaqdan çıxaraq siyasi anlam kəsb etdi. 
Müstəqil, demokratik Azərbaycan ideyasının  əməli ger-
çəkləşməsi İranın hakimiyyət dairələrində, paniranist mövqedən 
çıxış edən mətbuat orqanlarında əsil vahimə yaratdı. Bu dairələr 
Azərbaycan dövlətçiliyinin varlığını  İranın bütövlüyü və  təh-
lükəsizliyi üçün əsil təhdid kimi görürdülər. Məhz 1918-ci ildən 
başlayaraq  İranda Azərbaycanın bütövlüyünü, Azərbaycan 
xalqının varlığını, onun müstəqil keçmişini, dilini, mədəniyyə-
tini inkar edən bütöv bir cərəyan təşəkkül tapmağa başlayır ki, 
bu cərəyan tezliklə İran ictimai və elmi fikrində mahiyyətcə an-
tiazərbaycan, antitürk səciyyə daşıyan müstəqil istiqamətə çevri-
lir. Bütün bu amillər İranda 1920-ci illərin ortalarında müstəqil 
elm kimi yaranmağa başlayan tarixşünaslıqda da özünü tam tə-
zahür etdirməyə başladı.  
Qacarlar dövründə Azərbaycan tarixinə dair bəzi  əsərlər 
nəşr olunsa da, tarixşünaslığın mühüm istiqaməti kimi Azərbay-
can tarixinə dair tədqiqat əsərləri məhz 1925-ci ildə, ölkədə Pəh-
ləvi sülaləsinin hakimiyyətə gəlməsindən sonra meydana çıxma-
ğa başlayır. Rza şahın ölkədə vahid "millətin" – İran millətinin 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
257
formalaşdırılmasına, qeyri-fars xalqların və etnik qrupların fars-
laşdırılmasına yönəldilmiş paniranizm siyasətini ideoloji cə-
hətdən  əsaslandırmaq üçün tarixçilər dəstəsi səfərbər edildi ki, 
onların başında Rzazadə Şəfəq və Əhməd Kəsrəvi kimi şovinist 
tarixçilər dururdu. 1946-cı ildə Güney Azərbaycanda milli-de-
mokratik hərəkatın süqutundan sonra İran tarixşünaslığında anti-
türk, antiazərbaycan istiqamət daha da inkişaf edərək  İranda 
Azərbaycan tarixi ilə bağlı tədqiqatların əsas qayəsini təşkil etdi.  
İranda 1979-cu il İslam inqilabından sonra ölkə tarixşü-
naslığı üçün, ümumən tarixi mövzularda tədqiqatlar aparan ta-
rixçilər, politoloqlar, jurnalistlər və yaradıcı  şəxslər üçün yeni 
mərhələ başlandığı kimi, yeni imkanlar və vasitələr də yaranmış 
oldu. Devrilmiş monarxist rejimin ideoloji dayaqları sökülüb tö-
küldü, 55 illik Pəhləvi rejiminin mətbuata, tarixi-siyasi tədqiqat-
lara, mütərəqqi ədəbi fəaliyyətlərə qoyduğu kəskin senzura qay-
daları  və  məhdudiyyətləri aradan götürüldü, minlərlə “məxfi”, 
“çox məxfi” qriflər altında saxlanılan arxiv materialları, şah ha-
kimiyyətinin ən müxtəlif cari sənədləri aşkara çıxarıldı. Şah ha-
kimiyyətinin, onun gizli polisi və digər dövlət orqanlarının xal-
qa, islama zidd, zalım, irticaçı mahiyyətini faş edən real tarixi 
tədqiqatlar, dövrün obyektiv mənzərəsini  əks etdirən bir çox 
əsərlər və məqalələr yazıldı. Beləliklə, İran tarixşünaslığında da 
digər humanitar sahələrdə olduğu kimi, inqilabi dəyişikliklərin 
tələbinə uyğun, eyni zamanda İran ruhaniliyinin irəli sürdüyü 
islam ideologiyası ruhunda yeni mərhələ və yeni istiqamət baş-
ladı. İslam inqilabından sonra İranın müasir tarixini tədqiq edib 
öyrənmək, nəşr edib geniş oxucu auditoriyasına təqdim etmək 
məqsədilə xüsusi mərkəz – İranın müasir tarixinin tədqiqi insti-
tutu yaradıldı və bu institut mühüm tədqiqatlarını “Tarix-e moa-
ser-e İran” jurnalında nəşr etməklə tarixşünaslıq elminin də inki-
şafına öz töhfəsini vermiş oldu. Ölkənin aparıcı universitetlə-
rinin tarix bölümlərindəki mütəxəssislər, həmçinin müstəqil təd-
qiqatçılar, siyasətşünaslar  İranın XX əsr siyasi tarixini araşdı-
rarkən haqlı olaraq qonşu ölkələrin, xüsusilə  də, Azərbaycan 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin