Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə123/132
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#45165
1   ...   119   120   121   122   123   124   125   126   ...   132
Az.tariximeselelerirantarixnaslnda.

Eynulla Mədətli 
 
260
sının ərazisində olan Azərbaycana aid olduğunu göstərməyə ça-
lışırlar. Təəsüf ki, bu nəzəriyyənin  əsasını qoyan və inkişaf 
etdirənlər arasında əslən azərbaycanlı olan tarixçilər (S.Ə.Kəsrə-
vi, K.İranşəhr,  Ş.Rzazadə, H.Tağızadə,  İ.Rza və başqaları) üs-
tünlük təşkil edirlər. Lakin Şimali Azərbaycan tarixçilərinin qə-
dim və orta əsr qaynaqlarına, o cümlədən fars dilindəki mənbə-
lərə əsaslanan tədqiqatları İran tarixçilərinin qeyri-elmi iddiala-
rını qətiyyətlə təkzib edir. İran tarixçilərinin paniranizm mövqe-
yinə qarşı  İranın azərbaycanlı ziyalıları, o cümlədən C.Heyət, 
T.Pirhaşimi, M.Zehtabi, S.Sərdarniya və başqaları da qətiyyətlə 
çıxış edirlər. 
İran tarixşünaslığının antiazərbaycan və antitürk mövqeyi
Azərbaycanın tarixi coğrafiyasını, dövlətçilik tarixini, Azərbay-
can xalqının və dilinin mənşəyini saxtalaşdırmaq cəhdləri əslin-
də həm İranın müəyyən dairələrinin millətçi-şovinist siyasətinə, 
həm də Azərbaycana qarşı  ərazi iddiaları ilə  çıxış edən, onun 
torpaqlarını işğal edən Ermənistanın maraqlarına uyğundur. An-
caq bu xətt Azərbaycan və İran xalqlarının mənafeyinə zidd ol-
maqla yanaşı, hər iki xalqın qarşılıqlı münasibətlərinin inkişa-
fına mane olmaq məqsədi daşıyır. 
Təəssüf ki, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə 
və dilinə inkarçı-şovinist yanaşma bu gün də İran İslam Respub-
likasında nəşr olunan bəzi qəzet və jurnallarda, rəsmi və qeyri-
rəsmi təbliğat vasitələrində, ayrı-ayrı müəlliflərin əsərlərində də 
davam etməkdədir. Bu müəlliflər öz sələflərinin qoyduğu ənənə-
yə sadiq qalaraq Azərbaycan xalqının türk kökünü danmağa ça-
lışır, onun fars etnosunun bir hissəsi olduğunu, sonradan türkləş-
diyini iddia edirlər. Bu iddialar xüsusən B.Ə.Əhmədian, T.Ata-
bəyi və başqaları  tərəfindən xüsusi canfəşanlıqla müdafiə olu-
nur. Çox düşündürücüdür ki, həmin müəlliflərin istinad etdikləri 
mənbələr bir çox hallarda məhz erməni mənbələridir. 
Bu gün də müasir İranda bəzi dairələr Azərbaycan dilini 
fars dilinin bir ləhcəsi hesab edir, Azərbaycan dilinin inkişafına, 
bu dildə  təhsilə  və  tədrisə imkan vermirlər.  İran tarixçilərinin 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
261
Azərbaycan xalqının tarixi və dili ilə bağlı qeyri-elmi iddiaları 
İslam Respublikası hökumətinin rəsmi milli siyasəti ilə üst-üstə 
düşür.  
İranın bəzi dairələri tərəfindən atılan addımlar, elə Ermə-
nistan hökuməti tərəfindən qızışdırılan mahiyyətcə antitürk məz-
munu daşıyan, guya İran (fars) və erməni xalqlarının ümumi 
köklərə  və  dəyərlərə malik olması haqqında təbliğat,  əslində 
İranda milli-etnik sabitliyə qarşı atılan addımlardır. 
İran tarixçiləri Güney Azərbaycanda XX əsrin əvvəllərin-
də baş vermiş demokratik hərəkatlara da öz tədqiqatlarında geniş 
yer ayırırlar. İran tarixşünaslığının Azərbaycanşünaslıq istiqamə-
tinin “xaç atası” hesab edilən S.Ə.Kəsrəvidən başlamış müasir 
tarixçilərə qədər əksəriyyət bu hərəkatları İranın siyasi tarixində 
əhəmiyyətli hadisələr kimi qiymətləndirir, İranda siyasi hərəkat-
ların mərkəzinin həmişə Azərbaycan olduğunu etiraf etməli 
olurlar. Lakin bununla yanaşı, Məşrutə hərəkatında Azərbaycan 
türklərinin həlledici iştirakının İran tarixşünaslığında arxa plana 
keçirilməsi, Səttarxan, Bağırxan kimi mücahidlərin inqilabi fə-
aliyyətini kiçiltmək, hətta bu hərəkatda ermənilərin  əsas rol 
oynadığını sübut etməyə cəhdlər bu günlərdə də davam edir. 
İran tarixşünaslığı Azərbaycanın qədim dövlətçilik ənənə-
ləri ilə yanaşı müasir dövlətçilik tarixinə qarşı da çıxış edərək 
xüsusən 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 
yaradılmasına və fəaliyyətinə qeyri-tarixi yanaşma nümayiş etdirir. 
Bu yanaşma hələ Cümhuriyyətin yarandığı ilk günlərdən özünü 
göstərmiş,  İranın rəsmi dairələri ölkənin  şimal sərhədləri yaxınlı-
ğında demokratik dünyəvi türk dövlətinin yaranmasını, onun Azər-
baycan adlandırılmasını xüsusi qısqanclıqla qarşılamışlar. 
İran dövləti ilk vaxtlarda Azərbaycan adında dövlətin 
müstəqilliyini tanımadığını, hətta Azərbaycanın guya İranın ay-
rılmaz bir hissəsi olduğunu bildirmişdi. Bu xeyli dərəcədə Azər-
baycanın müstəqilliyinin  Сənubi Azərbaycanda milli ideyanın 
inkişafına təsir göstərə biləcəyindən və  gələcəkdə vahid Azər-


Eynulla Mədətli 
 
262
baycan dövlətinin yarana biləcəyindən meydana gələn qorxunun 
təzahürü idi.  
Lakin Azərbaycan rəhbərliyinin qətiyyətli və ardıcıl siya-
səti nəticəsində İran nəinki Azərbaycanın müstəqilliyini tanımış, 
hətta onunla siyasi, iqtisadi əlaqələr yaratmaq üçün Azərbaycan 
Xalq Cümhuriyyətinə xüsusi nümayəndə heyəti göndərmiş, iki 
dövlət arasında diplomatik nümayəndəliklər səviyyəsində qarşı-
lıqlı münasibətlər yaradılmış, dostluq müqaviləsi bağlanmışdı. 
İran tarixçiləri hələ 20-ci illərdə Arazdan şimaldakı ərazi-
lərə «Azərbaycan» adının ilk dəfə 1918-ci ildə qoyulduğunu, 
sonra da Sovet dövlətinin bu addan istifadə etdiyini Azərbaycan 
və Türkiyə pantürküstlərinin  əməli olduğunu iddia etməklə 
tarixi təhrif etməyə çalışır və bu məsələdə erməni ideoloqları və 
tarixçiləri ilə eyni mövqedən çıxış edirdilər. Müasir İran tarixçi-
lərinin bir çoxunun bu mövqedən çıxış etmələri, tarixi məsə-
lələrə elmi deyil, siyasi mövqedən yanaşıldığını bir daha sübut 
edir. 
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyətinin tarixinə 
dair  İran tarixşünaslığında dərin kök salmış paniranist və an-
tiazərbaycan səciyyəsi daşıyan müddəaların elmi şəkildə təkzib 
edilməsinin aktuallığını bir daha üzə çıxarır. 
İran tarixçilərinin Şeyx Məhəmməd Xiyabani hərəkatı haq-
qında da əsərləri də obyektiv təhlilə və dəyərləndirməyə möhtac-
dır. İran tarixşünaslığında bu hərəkatın kökləri, gedişi, nəticələri 
haqqında müxtəlif fikirlər, yanaşmalar mövcuddur. Bəziləri bu 
hərəkatı separatizm hərəkatı, digərləri isə  İranın demokratikləş-
dirilməsi, milli hüquqların təmin edilməsi kimi qiymətləndirirlər. 
Monoqrafiyada bu yanaşmalar ətraflı təhlil edilmiş, Azərbaycan-
da XX əsrin əvvəllərində baş vermiş və ictimai-siyasi mühitə də-
rin təsir göstərmiş milli-demokratik hərəkatların  İran tarixşünas-
lığında tədqiqinin səciyyəvi cəhətləri, uğurları  və nöqsanları 
müəyyənləşdirilmişdir. 


 Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında  
 
263
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin