470
qətnamələrinin heç birinə məhəl qoymayaraq onlan yerinə yetirmədi və
təcavüzkar əməllərini azğınlıqla davam etdirdi.65
Belə bir çətin vəziyyətdə Azərbaycan Respublikasımn Prezidenti H.ƏIiyev
1993-eü il noyabrm 2-də radio və televiziya vasitəsilə xalqa müraciət edib onu
ana torpağı yağı düşməndən müdafıə və azad etmək üçün birləşməyə, səfərbər
olmağa çağırdı.66 Bu çağırış xalqda, xüsusilə, gənclərdə hərbi vətənpərvərlik
əhvali-ruhiyyəsini xeyli artırdı, orduya axm gücləndi. Təcrübəli döyüşçülərdən
ibarət könüllü hərbi hissələr yaradıldı.67 Orduya xalq yardımı genişləndi.
Səfərbərlik nəticəsində milli ordunun sıralan artdı. Ziyalılanmız cəbhə
bölgələrinə gedərək əsgərləri qələbəyə ruhlandırdılar. Silahlı qüwələrin maddi-
texniki bazası möhkəmləndirildi.
1994-cü
ilin
əvvəllərində Azərbaycan Ordusunun
müvəffəqiyyətli
əməliyyatı nəticəsində Fizuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsi və
22 kəndi, Cəbrayıl rayonu ərazisində bir neçə kənd, Kəlbəcər rayonunda Bozlu,
Təkəraya, Babaşlar, Qanlıkənd, Çənli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə,
Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri, Çiçəkli dağı və digər
strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Ağdərə yolunun Tunelə qədərki
hissəsini nəzarət altına aldı.68 Döyüşlərdə erməni faşistəlri və onlann tərəfındə
vuruşanlar ağır itki verdilər. 1993-cü ilin dekabr - 1994-cü il yanvar döyüşlərində
düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurgusu və sair
itirdi.69
Azərbaycan Milli Ordusunun möhkəmlənməsi, NATO-ya tərəf atılan
əməli addım lar Respublikamızda müstəqilliyin əbədiliyinə şərait yaratdı. Bu isə,
imperiyanm mənafeyinə uyğun deyildi. Azərbaycanı zəiflədib özündən asılı
vəziyyətə salm aq üçün Rusiya-Ermənistana hərbi yardımını daha da artırdı. Milli
O rdumuzun qəhrəmanlıqla vuruşmasma baxmayaraq 1994-cü ilin avvəllərində
Kəlbəcər, Ağdam, Ağdərə istiqamətində gedən döyüşlərdə Rusiyanın böyük
hərbi texnikası ilə hücum edən düşmən bir neçə kəndi yenidən işğal etdi. Tərtər-
Bərdə istiqamətində hücuma keçən birləşmiş erməni quldur dəstələrinin
hücumlarının qarşısı alındı.70
471
Beləliklə, Azərbaycan torpaqlannın 20 faizi, qeyri-qanuni olaraq,
Ermənistan tərəfındən əla keçirildi. «Torpağı viran qoymaq» taktikasmdan
istifadə edən ermənilər
işğal etdikləri
ərazilərdə
evləri,
müəssisələri,
koomunikasiya vasitələrini, təbii sərvətləri talan edir, dağıdır və yandırırdılar.
Müharibədə 20 min Azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min
nəfər əlilə çevrilmişdir. Qaçğın və məcburi köçgünlərin sayı 1 milyon nəfəri
keçmişdir. Erməni işğalçıları tərəfindən 4861 nəfər Azərbaycanlı, o cümlədən,
314 qadın, 58 uşaq, 255 qoca Əsir və girov götürülmüşdür. Girov götürülənlərdən
İ357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə bu gündə əsir qalmaqdadır.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər azərbaycanlı
əsirlikdə ağır işgəncələrələ öldürülmüşdür.71 Erməni faşistləri əsiriərin sayını
beynəlxalq təşkilatiardan gizlədir, onları alçaldır, təhqir edir və qul
kimi
işlədirdilər. Əsirlərin gözlərinin çıxarılması, dım aqlarının çəkilməsi, bədən
əzalannm-üzvlərinin kəsilməsi, dərinin soyulması, dam ğa vurulması, erməni
qəbirləri üzərində başların kəsilməsi adi hala çevrilmişdi.
Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana ciddi maddi ziyan
dəymışdir. Hərbi təcavüz nəticəsində respublikamızm 17 min kvadrat kilometrlik
ən mahsuldar torpağı işğal edilmişdir. Ermənistanm işğal etdiyi ərazilərdə 900
yaşayış məntəqəsi, 7 min sənaye və kənd təsərrüfatı obyekti, 131 min ev, 1025
məktəb, 798 səhiyyə ocağı, 800 km avtomobil yolu, 160 körpü, 23 min km su və
15 min km elektrik xətləri təcavüzün qurbanı olmuşdur. Bundan əlavə, 280 min
hektar meşə 1200 irriqasiya sistemi işğaJçıların əlinə keçmişdir. Təcavüzkarlar
işğal edilmiş ərazilərdə olan 22 muzeyi, 4 rəsm qalareyasmı, tarixi əhəmiyyəti
olan 9 sarayı qarət etmiş və yandırmışdılar. N adir tarixi əhəmiyyətli 40 min
muzey sərvəti və ekspanatı talan olunmuş, 44 məbəd və 9 məscid dağıdılmışdır.
927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazm alar məhv edilmişdir.
İşğalçılar tərəfindən 220 min
baş iribuynuzlu
m al-qara
Ermənistana
apanlmışdır.72
Ümumiyyətlə, sonadək dəqiqləşdirilməmiş m əlum atlara görə mənəvi-
psixoloji zərbələrdən əlavə, Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiş
472
və ölkəmizə 60 milyard ABŞ dollarjndan artıq ziyan dəymişdir.73 Ogurlannuş və
məhv edilmiş tarixi-mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək
mümkün deyildir. Təssüflər olsun ki, Ermənistan bu gün də işğal etdiyi
Azərbaycan torpaqlarından yeraltı və yerüstü təbii sərvətlərimizi qəddarcasına
talam aqda davam etdirir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünü, ilk dəfə, açıq şəkiidə tanıyan
və pisləyən beynəlxalq təşkilat İslam Konfransı Təşkilatı (İKT) olmuşdur. İKT-
nın 1992-ci ilin iyun ayında İstanbulda, 1993-cü il aprelin 25-29-da Pakistanın
Kəraçi şəhərində keçirilmiş konfranslarmda və 1994-cü il dekabnn 13*14-də
Mərakeşin
Kasabulanka
şəhərində keçirilmiş 7-ci zirvə toplantısında
Ermənistanm Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazisinin işğab
qətiyyətlə pislənmiş, BMT Baş Katibinin TŞ-nın Sədrindən Azərbaycanın işğal
edilmiş ərazilərinin qeyri-şərtsiz boşaldılması haqda qətnamə qəbul edilməsi
xahiş edilmişdir.74
1993-1994-cü illərdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində 2 mühüm vasiətçi - ATƏM və
Rusiyanın rolunun artması özünü daha qabarıq şəkildə göstərirdi. Rusiya
münaqişəsinin «nizamlanması» planına daha çox üstünlük verir və canfəşanlıq
edirdi. 1994-cü il fevralm 18-də Moskvada Rusiya, Ermənistan və Azərbaycan
numayəndələrinin görüşündə Rusiyanın hazırladığı plan müzakirə edildi.
Rusiyanın təklif etdiyi «Silahlt münaqişəyə son qoymaq və onun nəticələrini ləğv
etmək haqqm da» saziş tərəflərin müzakirəsəinə verildi.75 Sənədin əvvəlində
«tərəflərin BMT TŞ-nm 822,853,874,884 saylı qətnamələrinin tamamilə həyata
keçirilməsinə kömək göstərmək» nəzərdə tutulurdu. Sənəddə deyilirdi ki, Dağlıq
Q arabağın hüququ statusu güzəştli zəmində sonralar müəyyən ediləcəkdir.
Sənədin, işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı olan hissəsində Şuşa və
Laçının adı çəkilmirdi. Boşaldılmış ərazilərə «nəzarət» Rusiya Müdafıə
Nazirliyinin nümayəndəsinin başçılıq etdiyi Birləşmiş Qərargaha həvalə
olunurdu. Rusiyanın erməniləri dəstəkləməsi, həm də özünü onda göstərdi ki,
473
«sülh haqqında» danışıqlarda Ermənistan və Dağlıq Q arabağın da nümayəndəsi
iştirak etməli idi.76
1994-cü il mayın 4-5-də MDB Parlamentlərarası məclisinin təşəbbüsii ilə
Bişkekdə Ermənistan-Azərbaycan, Dağlıq Q arabağ münaqişəsinin nizamlan-
masına dair növbəti görüş keçirildi. M aym 8-də Azərbaycan tərəfi Bişkek
protokolunu imzaladı. Dağlıq Qarabağm erməni icması sənədə imza atsada,
Azərbaycanlı icmasına bu hüquq verilmədi.77 1994-cü il mayın 12-dən ATƏM-in
Minsk Qrupu ilə birgə əməkdaşlıqla Rusiyanın vasitəçiliyi ilə razılaşdırılmış
atəşkəs qüvvəyə mindi.78 Uğurlu xarici siyasət nəticəsində Azərbaycanm
daxilində sabitliyin möhkəmləndirilməsinə şərait yarandı. H.Əliyev çıxışlarından
birində göstərirdi ki, «Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail
olunması ölkəmiz üçün çox böyük həyati əhəmiyyət kəsb edirdi. Çünki,
müharibənin dayandırılması daxili vəziyyətin nizamlanmasmı, ictimai-siyasi
sabitliyin möhkəmləndirilməsini və regionda Azərbaycanla qonşu dövlətlər
arasında yaranmış gərginliyin normal məcaraya salınmasını, Azərbaycanm
müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirdi».79
474
NƏTİCƏ
Azərbaycan tarixinin tərkib hissəsini təşkil edən DQMV-nin 1923-1991-ci
illər tarixi, Mərkəzin diktəsinə əsasən məqsədli şəkildə RK(b)P-nin 1923-cü il 27
iyun, Azərbaycan M İK-nin 1923-cü il 7 iyul tarixli qərarları ilə Azərbaycan SSR-
nin tərkibində DQM V-nin yaradılması, dövlətimizin dərin qayğısı nəticasində
bölgənin irimiqyaslı inkişafı, müxtəlif dövrlərdə Ermənistanın Azərbaycana qarşı
DQM V-i ilə bağlı əsassız ərazi iddiaları və onun xalqımız üçün acı nəticələri, son
nəticədə isə Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 noyabr tarixli
qərarı ilə qondarm a DQM V statusunun ləğv etməsi, bölgədə mühiim prinsipal
əhəmiyyət kəsb edən mürəkkəb və çox ziddiyyətli, sosial-iqtisadi, ictimai-siyasi va
digər proseslərlə zəngin olan hadisələrə həsr edilmişdir.
Ümummilli liderimiz H.Ə.Əliyev yeni 2001-ci, yeni əsr və üçüncü minillik
münasibətilə Azərbaycan xalqına müraciətində bəhs edilən dövrü səciyyələndirə-
rək demişdir: «1922-1991-ci illər Azərbaycanda sovet hakimiyyətinin qurulması
və 70 il ərzində Azərbaycanm sovet hakimiyyəti, sovet dövləti çərçivəsində
yaşaması dövrünü əhatə edir. Bu illərdə Azərbaycanda çox zəngin iqtisadi və
intellektual potensial yaranmışdı... 1920-1991-ci illərdə Azərbaycan iqtisadiyyatı
ilə yanaşı təhsili, elmi və mədəniyyəti də böyük inkişaf yolu keçmişdir... Məhz
70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş,
təhsil müəssisələrinin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası
formalaşmış, qadınların hüquqlarının qorunması və sosial-iqtisadi həyatda fəal
iştirakı təmin olunm uş, teatr, kino inkişaf etmiş, minlərlə qəzet, jurnal çap
olunmağa başlanmışdır. Təəssüflər olsun ki, həmin dövrdə yaradılmış bu böyük
potensial hərc-mərclik illərində dağıntılara məruz qaldı. Dağlıq Qarabağ faciasi
vəziyyəti daha da gərginləşdirdi».
Bəhs etdiyimiz dövrün 20-30-cu illərinin tədqiqi göstərdi ki, bu illərdə
DQMV-də ali hakimiyyət orqanlarınm xalqımıza qarşı repressiyaları, təzyiqləri
ilə yanaşı, xalq təsərrüfatınm inkişafmda, mədəniyyətin yüksəlişində, elmi-texniki
potensialm tərəqqisində köklü tarixi uğurlar əldə edilmişdir. Dağlıq Qarabağda
475
1920-ci il may çevrilişindən sonra hakimiyəti ələ keçirən qeyri-azərbaycanlılar
tərəfmdən bölgədə yayşayan müsəlmanlar nəinki kütləvi şəkildə həbs olunur və
güllələnirdilər, habelə qarət və talan olunur, var-yoxdan çıxarılırdılar. Həmçinin
Mərkəzin «sifarişli» erməni qiyamı, erməni quldurlarınm bölgədə törətdiyi
cinayət hərəkətləri Dağlıq Qarabağda milli - müqavimət hərəkatına səbəb oldu.
Qüvvələr nisbətinin qeyri-bərabərliyi üsyanlann məğlub olması ilə nəticələnsə də,
polkovnik Zeynalovun, general Nuru Paşanın, S.Sultanovun, A.Sultanovun
adları Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm
yer tutmuş və gələcək nəsillərə ömək olmuşdur. Dağlıq Q arabağ üsyanlan
xalqımızm istiqlal ideyalarmm hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə
getmək əzmində olduğunu nümayiş etdirdı.
Xalqımızın tarixinə və taleyinə qara hərflərlə yazılan 7 iyul 1923-cü il tarixi
- qondarma DQMV-nin yaradılması ərazi bütövlüyümüzə yeni qəsd olmaqla,
Azərbaycan dövlətinə qarşı «parçala və hökm sür» imperiya siyasətinin davamı
idi. DQMV-nin yaradılması, gələcəkdə Ermənistanm və onu himayə edənlərin
Qarabağ kartından öz məqsədləri üçün istifadə etmələrinə im kan verdi. XX əsrin
sonlannda baş verən hadisələr bunu tamamilə təsdiq etdi.
Dövlətimizin dərin qayğısı və zəhmətkeş xalqm gərgin əmoyi nəticosində
20-30-cu illərdə DQMV-nin iqtisadi və mədəni həyatında böyük uğurlar əldə
edilmişdir. Təkcə 1923-1941-ci illərdə DQMV-də 42 sənaye müəssisəsi işə düş-
müş, yeni sənaye sahələri tikilmiş, texniki cəhətdən yenidən qurulm uş, elektrik-
ləşmə müvəffəqiyyətlə həyata keçirilmiş, yüngül və yeyinti sənaye məhsullarının
həcmi artmışdır. Bu dövrdə fəhlə sinifı kəmiyyət və keyfıyyətcə dəyişilmişdir.
DQMV-nin kəndi də ciddi dəyişikliyə məruz qalmışdır. Zorakılıq və inzi-
batçılıqdan istifadə etməklə, əzablı və dəhşətli yollarla bölgədə «aqrar inqilab» -
kollektivləşdirmənin həyata keçirilməsi nəticəsində 1930-cu illərin sonlarmda
bütün torpaqlar ictimailəşdirilmiş, 1940-cı ildə DQM V-nin kəndlərindəki təsər-
rüfatlann 98 faizini birləşdirən 199 kolxoz, habelə 4 sovxoz təşkil edilmişdi.
1939-cu ildə DQMV-də 158 traktoru, 88 avtomaşmı, 450 kotanı, 24 kombaynı,
yüzlərlə toxumsəpəni özündə birləşdirən 3 MTS fəaliyyət göstərirdi. Kənd təsər-
476
rüfatında texnikadan istifadə istehsalı artırırdı. 1940-cı ildə DQMV-nin 2968
hektar to rp aq sahəsində pambıq əkilmiş və həmin ildən çiyid səpini mexanik-
ləşdiıilmişdi. Tədricən ixtisaslı mütəxəssislərin sayı artmış, məhsuldarbq yüksəl-
miş və sənayeni canlandıra bilən xammal mənbəyi yaradılmışdır. Əmək düşər-
gəsini xatırladan kolxozlar xalqımızm milli-mənəvi dəyərlərinə yad bir qurum ol-
m aqla dinsizlik simvolu və qadmlanmız üçün əzablı bir əmək düşərgəsi idi. Kol-
xoz üzvlərinin maddi-marağmı yox edən, insan şəxsiyyətini alçaldan kolxoz qu-
ruluşu sosial-iqtisadi və inzibati sistem olmaqla Azərbaycan kəndlisinə yad bir si-
yasət idi.
1920-1930-cu illərdə böyük çətinliklərə, səhvlərə, bürokratiya və inzibati-
amirlik sisteminin təsirinə baxmayaraq, xalqm ağır zəhməti və quruculuq qabi-
liyyəti hesabm a DQMV-də kütlovi savadsızlıq problemi əsasən həll edilmiş, yeni
təhsil sistemi yaranmış, elm, ədəbiyyat və incəsənət inkişaf etmişdir. Bu dövrdə
mədəni inkişafın mühüm xüsusiyyətlərindən biri Azərbaycan mədəniyyətinin
burada yaşayan bütün xalqların mədəni əməkdaşlığı zəminində inkişaf etmasində
idi. Yeni yaranan mədəniyyət kommunist ideologiyasının tələbləri əsasında
qurulduğundans ciddi çətinlikləri, səhvləri, əyintiləri dəf edərək təşəkkül tapırdı.
DQM V-də xalqımızm milli-mənəvi dəyərlərini öldürmək məqsədilə xalq
musiqisinə, musiqi alətlərinə, çadraya, papağa, dilə, dinə qarşı çox böyük
mübarizə kompaniyası başlamış, bu isə mədəni inkişafa öz mənfı təsirini
göstərmişdir. Bütün bu və ya digər çətinliklərə və məşəqqətlərə baxmayaraq
1941-ci ildə DQM V-də təhsil, elm və mədəniyyət yüksək səviyyəyə qalxdı və
zəhmətkeş xalq müasir modəniyyət yaratdı.
Bəhs olunan dövrdə bolşeviklərin «mədəni inqilab» siyasətinin tərkib hissə-
sindən biri də dinə qarşı mübarizə, ateizmin təbliği olmuşdur. Təkcə 1928*1931-ci
illərdə D Q M V-də 24 məscid bağlanmış və yüzlərlə din xadimi təqiblərə məruz
qalmışdı.
1920-1930-cu illərdə DQMV-də geniş müalicə-profılaktika müəssisələri şə-
bəkəsinin yaradılması, ana və uşaqlara qayğı göstərilməsi nəticəsində, yiiksək
doğum və ölüm hallarının azalması ilə səciyyələnmiş, bütün bunlar isə əhalinin
477
artımına səbəb olmuşdur. 1926,1939-cu illər siyahıya alınmasına görə DQMV-də
əhali 20,4 faiz artaraq 125,3 min nəfərdən 150,8 min nəfərə çatmışdı. DQMV-nin
şəhər və kəndlərinin xarici görkəmi dəyişir, elektrik stansiyaları, klublar, mək-
təblər, xəstəxanalar, uşaq bağçaları, körpələr evi, ham am lar, ticarət və digər
mədəni-məişət müəssisələri tikilirdi. Bütün bunların nəticəsində, repressiya və
zorakılıqlara baxmayaraq, xalqm yaradıcı əməyi ilə müşayət olunan totalitar
bürokratik rejim yaradıldı.
1941-1945-ci illərdə bütün Azərbaycan xalqı kimi DQM V-nin də, əhalisi
SSRİ tərəfindən faşizmə qarşı mübarizədə həm ön, həm də arxa cəbhədə böyük
fədakarlıq göstərmiş, bütün maddi və mənəvı sərvətlərini, xüsusilə qəhrəman oğul
və qızlannı qələbə üçün səfərbər etmişdir. Dağlıq Q arabağdan 45 min nəfər cəb-
həyə getmiş və 22 min nəfər sakin vətənin azadlığı uğrunda döyüşlərdə qəhrə-
manlıqla həlak olmuşdur. DQMV-də anadan olmuş 15 min döyüşçü müxtəlif or-
den və medallarla təltif edilmiş, 18 nəfəri Sovet İttifaqı Qəhrəmanı kimi yüksək
ada layiq görülmüşdür. Qələbənin əldə edilməsində DQMV-i əhaHsinin də, əməyi
olmuşdur.
1946-1950-ci illərdə DQMV-nin xalq təsərrüfatı bərpa edildi. 1940-cı illə
müqayisədə 1950-ci ildə ümumi məhsul istehsalı sənayedə 74 faiz, kənd təsər-
rüfatmda 32 faiz artdı. Dağlıq Qarabağm erməni rəhbərliyi siyasi rejimi daha da
möhkəmləndirdi. Azərbaycanlılar sıxışdırılır, ermənilərə isə hər cürə şərait yara-
dılırdı.
1945-ci ilin ortalarında Sovet dövləti özünün «parçala və ağalıq et» siya-
sətini işə salaraq, Ermənistan vasitəsilə Azərbaycana qarşı əsassız ərazi
iddialarını yenidən qızışdırdı. 1945-ci ilin payızında Ermənistan rəhbərliyi
tərəfındən növbəti dəfə DQMV-ni onlara vermək haqqında Sovet hökuməti
başçıları qarşısmda məsələ qaldırıldı. M.C.Bağırov əhalinin əksəriyyəti
azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Yuxarı Qarabağın
Ermənistana veriltnəsinə bir şərtlə razıhq verdi ki, Zəngəzur bölgəsi bütövlükdə
Azərbaycana qaytanlsın. Buna isə, nə Sovet rəhbərliyi, nə də ermənilər razı
olmadılar, çünki Türkiyə ilə Azərbaycanm əsas ərazisi arasm da yaradılmış
478
«erməni ərazisi» bununla ləğv edilirdi. Bununla da «Dağlıq Qarabağ məsələsi»
müvəqqəti olsa d a bağlanmışdı.
XX yüzilliyin 50-60-cı illərində Azərbaycan hökumətinin həyata keçirdiyi
kompleks tədbirlər nəticəsində DQMV-də sənaye, kənd təsərrüfatı, mədəniyyət
sürətlə inkişaf etdi və əhalinin maddi rifah halı yaxşılaşdı. 1950-1960-cı illərdə
Azərbaycan hökuməti DQM V-də xalq təsərrüfätım inkişaf etdirmək üçün 20
milyon m anat vəsait ayırmış, 5 milyon manat uzunmüddətli kredit vermişdir.
Nəticədə, DQMV-də sənaye məhsulları istehsalı 1950-ci ildən 1969-cu ilədək 4,2
dəfə artdı. Elektrikləşmə isə 1950-ci ildəki 12 faizə qarşı, 1970-ci ildə 99,5 faizə
çatdı. DQM V-də fəhlə və qulluqçuların əmək haqqı ümumrespublika göstərici-
lərini təxminən 3 dəfə üstələmişdi. Kənd təsərrüfatmda üzümçülük, tərəvəzçilik,
heyvandarlıq inkişaf etmişdi. 1950-ci ildən 1970-ci ilədək kənd təsərrüfatı məh-
sulları istehsalı 4,5 dəfə artmışdı. 1970-ci ildə DQMV-də 70 kolxoz, 12 TTS var
idi. O nlar 977 traktora, 227 taxılyığana, 703 yük maşımna malik olmuşlar. 1950-
1960-cı illərdə DQM V-də elm, təhsil, əbədiyyat, incəsənət və kütləvi informasiya
vasitələri «kommunizm» idealogiyasının təzyiqi altında olmada xeyli inkişaf edə
bilmişdi. 1950-1968-ci illər ərzində DQMV-də 19 yeni tipli məktəb tikilmiş,
kitabxanalarm sayı 187-yə, klublar 190-a, kinoqurğular 150-yə çatmışdır. 1960-cı
illərdə Vilayətdə 4 radio verilişləri studiyası yaradılmışdı. Qəzetlərin nəşri isə 2,7
dəfə artmışdır. 1950-1960-cı illərdə yeddillik, səkkizillik və orta icbari təhsilə
keçid baş verdi. Ali təhsilin şəbəkəsi genişləndi və DQMV-də müxtəlif ixtisaslı
erməni, rus millətindən olan kadrların sayı xeyli artdı. Vilayətin idarə orqan-
larmda qeyri-azərbaycanlılar yerləşdirildi ki, bu da Mərkəzin bölgədə dayaqla-
rının daha da artm asına təsir etdi. «Milli bərabərlik», «beynəlmiləlçilik»dən
danışan Mərkəzin şovinist rəhbərləri azərbaycanlılara qarşı diskriminasiya
siyasəti həyata keçirir, DQMV-i ərazisində yaşayan azərbaycanlıların dədə-baba
torpaqlarm dan deportasiyasma, əksinə bölgədə ermənilərin sayının artmasına və
onlarm daha firavan yaşamasma şərait yaradırdılar.
1970-1985-ci illər vətənimizin tarixinə milli oyanış, iqtisadi və sosial tərəqqi
dövrü kimi daxil olub. Çünki 1969-cu ildə müdrik siyasətçi H.Ə.Əliyevin
479
hakimiyyətə gəlişi ilə idarəçilik möhkəmləndirildi, işdə qanunlar öz yerini tutdu
və korrupsiyaya qarşı ciddi mübarizə başlandı. Dərin düşüncəyə, orjinal təfəkkür
tərzinə malik H.Əliyevin hakimiyyəti dövründə Azərbaycanın hər yerində və
bütün sahələrdə irimiqyaslı inkişaf baş vermişdir. Xüsusilə DQMV-nin inkişafı
həmişə dövlət başçısmm diqqət mərkəzində olmuşdur. 1971-1985-ci illərdə Azər-
baycan hökuməti tərəfındən DQMV-nin xalq təsərrüfatm m inkişafına 483
milyon manat vəsait ayrılmışdır. Bu, son 15 ildəkindən 2,8 dəfə artıq demək idi.
Həmin vəsait hesabına DQMV-də 15 yeni sənaye müəssisəsi tikilmiş və məhsul
istehsalı 1923-cü illə müqayisədə 912 dəfə artm ışdır. Kənd təsərrüfatımn
inkişafına isə 171 milyon manat vəsait ayrılmış, 24 milyon 803 min manat
uzunmüddətli kredit verilmişdir. 1985-ci ildə DQMV-də 40 sovxoz, 33 kolxozun
1269 toraktoru, 250 taxılyığan kombaynı, 1096 yük avtom obili var idi. DQMV-
nin iqtisadi və mədəni inkişafını daim diqqət mərkəzində saxlayan milli təssüfkeş
və müdrik insan H.Ə.Əliyev Şuşa şəhərinin inkişafı üçün bir neçə qərar vermişdi.
H.Əlıyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyata keçirilmiş tədbirlər
nəticəsində Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdir. 1973-cü ildə
Xankəndində APİ-nin fılialı əsasında Pedaqoji İnstitut açılmış, 1979-cu ildə
Ağdam-Xankəndi dəmiryol xətti çəkilmişdir. H.Əliyevin ağıllı və uzaqgörən
siyasəti nəticəsində partiya və sovet orqanlan, ictimai təşkilatlar öz işini elə
qurmuşdur ki, erməni separatçıları açıq çıxışlardan çəkinmişdilər. 1977-ci ildə
«Dağlıq Qarabağ məsələsi» növbəti dəfo qaldırılsa da, qarşısı qətiyyətlə
ahnmışdır.
2000-cü ilin dekabrında Azərbaycan xalqına müraciətində ümummilli lide-
rimiz H.Ə.Əliyev öz çıxışında, bəhs etdiyimiz dövrə bu cür qiymət vermişdir: «Bu
gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi
müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha dərindən inteqrasiya ohınması hələ 1970-1985-ci illərdə təməli
qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır».
1986-1987-ci illərdə Azərbaycan hökumətinin D Q M V -də həyata keçirdiyi
kompleks tədbirlər nəticəsində, özülü 1970-1985-ci illərdə qurulan sosial-iqtisadi
və mədəni həyat sahələri öz əvvəlki inkişaf tempini qoruyub saxladı. Lakin 1988-
ci ilin qışmdan başlayaraq DQM V-də Ermənistanm Azərbaycana qarşı növbəti
ərazi iddiaları qızışdırıldı. Erməni millətçilərinin təhriki ilə Dağlıq Qarabağda
ermənilərin mitinq, nümayiş və küçə yürüşlərı başladı. Bütün bunlar isə DQMV-
nin iqtisadi, siyasi və mədəni həyatmda böhranlı vəziyyət yaratdı. 1988-ci ildə
SSRİ rəhbərliyinin antiazərbaycan siyasəti nəticəsində milli-münaqişə ocağı daha
d a alovlandı. 1988-ci il azərbaycanlıların kütləvi-etnik təmizləməsi əməliyyatma
hazırlıq dövrü olmuş və ermənilərin separatçılıq hərəkətləri geniş xarakter
almışdı, Mərkəzin planı əsasmda 1989-cu ildə DQMV-də A.Volskinin rəhbərliyi
altm da X İK yaradıldı və bununlada DQMV-nin Azərbaycanla əlaqələri kəsildi,
azərbaycanhlar bölgədən qovuldu, quldur dəstələri silahlandırıldı. 1990-1991-ci
illərdə erməni silahlı birləşmələri açıq hərbi əməliyyatlara başladılar. 1991-ci il
sentyabrm 2-də erməni separatçıları Yuxan Q arabağda qeyri-qanuni bir qurum,
oyuncaq «Dağlıq Qarabağ Respublikası»mn yarandığmı və müstəqilliyini elan
etdilər. Buna cavab olaraq 1991-ci il noyabrın 26 Azərbaycan Respublikası Ali
Soveti Dağlıq Qarabağm Vilayət statusunu ləğv etdi və «Dağlıq Qarabağ
Respublikası»nı.;tanımadığmı bildirdi. 1992-ci ildə isə erməni silahlı birləşmələri
Y uxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladılar. Erməni cəlladları
tərəfındən tarixdə misli görünməyən Xocalı soyqırımı, Şuşa faciəsi törədildi.
Q arabağ müharibəsi maraqlı dövlətlərin Azərbaycanda mənafelərinin
toqquşm ası, həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış
etməsi səbəbindən baş verdi və xalqımızı faciəyə düçar etdi. Azərbaycan bu
müharibədə 20 mindən çox övladını itirdi. Ərazilərimizin 20 faizi düşmən əlinə
keçdi. Bir milyondan artıq Azərbaycan vətəndaşı öz vətənində qaçqınlıq həyatını
yaşamalı oldu. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarm da 900-ə yaxın
yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 min ev, 1025
məktəb, 798 səhiyyə ocağı təcavüzün qurbanı olmuş, 280 min hektar meşə, 1 mil-
yon hektar məhsuldar torpaq, 1200 km irriqasiya sistemi, 220 min baş
iribuynuzlu mal-qara düşmən əlinə keçmişdir. Erməni vandalları mədəni irsimizə
dağıdıcı zərbə vuraraq 927 kitabxanam, 100 arxeoloji abidəni, 454 tarixi abidə və
481
muzeyi, 40 min muzey eksponatım qəddarcasma məhv etmişlər. İşqal olunmuş
ərazilərdə nadir flora və faunaya malik meşə sərvətləri və çox qiymətli su
mənbələri amansızcasma qarət edilərək Ermənistana daşmır. İlkin hesablamalara
görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialınm 16 faizini itirmiş və
ölkəyə 60 milyard ABŞ dollannda ziyan dəyişmişdir. Oğurlanmış və məhv
edilmiş tarixi mədəni sərvətlərimizin dəyərini isə pulla qiymətləndirmək mümkün
deyildir. Ermənistan bu gün də, Dağlıq Q arabağ ərazisındə öz işğalçılıq siyasətini
davam etdirir. Onlar işğal olunan ərazilərədə yanğmlar törədir, narkotik
maddələr yetişdirir, yeraltı və yerüstü sərvətlərimizi, mənimsəyirlər. Təkcə
Kəlbəcər rayonu ərazisindəki «Söyüdlü» qızıl mədənindən çıxarılaraq satılan
sərvətin dəyəri 600 milyon ABŞ. dollarmdan çoxdur. Əlbətdə bütün bunların
kökünü, Ermənistanm Azərbaycana təcavüzü zamanı Azərbaycanda mövcud
olan daxili çəkişmələrdə, hakimiyyət uğrunda gedən mübarizədə, müxtəiif
qüvvələrin
təxribatlarında,
Milli
O rdunun
olmamasmda,
sərıştəsizliyin
mövcudluğu və birliyin olmamasmda axtarm aq lazımdır.
1991-1993-cü illərdə Azərbaycanda tez-tez dövlət cevrilişinə cəhd baş
vermiş və terror hadisələri törədilmişdir. Xalqm təkidli tələbi ilə Heydər Əliyevin
yenidən Azərbaycana rəhbərliyə qayıdışı daha böyük faciələrin qarşısım aldı,
müstəqil dövlətçiliyimizin itirilməsi təhlükəsini aradan qaldırdı. Döyüş meydan-
larında atəşkəs elan edilməsi, düşünülmüş tarazlı xarici siyasot aparılması, aparıcı
dünya dövlətləri ilə fəal əməkdaşlıq yaradılması dövlətçiliyimizi qorudu, inkişaf
etdirdi və Azərbaycan dünya birliyndə layiqli yerini tapdı. Dövlətimizdə siyasi
sabitliyini əldə edilməsi, iqtisadi tənəzzülün qarşısını aldı və əhalinin maddi-rifah
halı artaraq milli-mənəvi dəyərlərimiz bərpa və inkişaf etdi.
Bu gün Azərbaycan dövləti etibarlı əllərdədir. Heydər Əliyevin zəngin
idarəçilik və siyasi məktəbini keçmiş layiqli davamçı, xalqın və dünyanm razılıqla
qarşıladığı istedadlı dövlət xadimi, dərin biliyə, geniş dünyagörüşünə, yüksək
idarəetmə qabiliyyətinə malik gənc və istedadlı lider İlham Heydər oğlu Əliyev
atasımn siyasi xəttini inamla davam etdirir. İ.H.Əliyev prezident seçildiyi
vaxtdan keçən dövr ərzində Azərbaycan həm siyasi, həm sosial-iqtisadi, həm də
482
beynəlxalq münasibətlər sahəsində yeni-yeni nailiyyətlor qazanmışdır. Həmçinin
prezidentimiz İlham Əliyevin xarici siyasəti sahəsində fəaliyyətinin əsas
istiqamətlərindən biri «Dağlıq Qarabağ problemi»nin sülh yolu ilə həll edilməsi,
Azərbaycanm ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizə təşkil edir.
İ.H.Əliyev çıxışlannda dəfələrlə bəyan etmişdir ki, «Azərbaycan dövləti və xalqı
Dağlıq Q arabağ məsələsini ədalətlə, sülh yolu ib həll edilməsinin tərəfdarıdır.
Lakin sülh imkanlarmm tükənməsi Azərbaycanı silahlı yolla azad etmək
hüquqlarından istifadə etmək məcburiyyətində qoya bilər. Güclü orduya malik
Azərbaycan dövləti buna qadirdir. Biz heç vaxt imkan verə bilmərik ki,
Azərbaycan ərazisində ikinci bir Ermənistan dövləti yaransın». Nicatımız
birlikdədir, Azərbaycan xalqı prezidentin ətrafında sıx birləşərək ərazi
bütövlüyünü bərpa edə bilər və edəcəkdir!!!
483
Mamedov Nazim R ahber oglu
THE UPPER GARABAGH AUTONOMOUS REGION
AZERBAIJAN SSR PER 1923-1991
Dostları ilə paylaş: |