2. DQMV-də zorakı kollektivləşdirmə və onun sosial-iqtisadi nəticələri
Sovet imperiyasınm iqtisadi təməli'mi qurmaq üçün fərdi kəndli təsər-
rüfatlarınm kollektiv təsərrüfat halmda yenidən qurulması təJəb olunurdu. Kənd
65
təsərrüfatmın sosialistcəsinə yenidən quruiması - kollektivləşmə Azərbaycanın
20-30-cu illər tarixinin ən dəhşətli səhifələrindəndir. Bu illər Azərbaycan SSR-in
DQMV-nin tarixinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxi) olmuşdur. Sovet
dövləti bu işə sənaye, nəqliyyat və əsaslı tikinti sahələrində olduğu kimi kənd
təsərürüfatı sahəsində də torpağın, kənd təsərrüfatı alətlərinin, qoşqu qüvvələ-
rinin miliiləşdirilməsi işindən başladı.
Sovet hakimiyyətinin təşkili və möhkəmləndirilməsi uğrunda mübarizə
prosesində iqtisadiyyat sahəsində həyata keçirilən tədbirlər içərisındə Azərbay-
can İnqilab Komitəsinin torpağm milliləşdirilməsi haqqmda 5 may tarixli dekreti
mühüm yer tuturdu69. 1920-ci ilin may-iyun aylarmdan Dağlıq Qarabağ
bölgəsində mülkədar torpaq mülkiyyəti müsadirə olunmağa başladı. 1920-ci il
iyulun 26-da Şuşada birinci kəndli qurultayı, oktyabrxn 18-də Xankəndində,
noyabrm 4-də Ağdərədə kənd fəallannm toplanışmda70 torpağın və təsərrüfat
alətlərinin milliləşdirilməsi məsələsi müzakirə edildi. 1920-ci ilin sonunda Şuşa
qəzasmda 1720 desyatin, Hadrut, Xocavənd bölgələrində 2800 desyatin torpaq
sahələri milliləşdirildi.
Azərbaycan İnqilab Komitəsinin 1920-ci il maym 15-də verdiyi dekretə
əsasən Dağlıq Qarabağın bütün meşə zolaqları, sulan dövlət mülkiyyətinə
çevrildi. Torpağın, suların və s. milliləşdirilməsi sinfı, milli ziddiyyətlərin kəskin-
ləşməsi şəraitində həyata keçirilirdi. 1920-ci ildə Dağlıq Qarabağm bütün
kəndlərində milli zəmində toqquşm alar baş verirdi. Bu toqquşm alar dağıdılmış
kənd təsərrüfatını bərbad bir vəziyyətə salmmasma gətirib çıxardı. 1921-ci ildə
bütün kənd təsərrüfatı bıtkiləri sahəsi 1913-cü ildəkinə nisbətən 38 faiz dənli və
paxlalı bitkilər, 32 faiz71, iribuynuzlu ma]-qaranın sayı 1916-cı ildəkinə nisbətən
1921-ci ildə 39 faiz, xırdabaş heyvan isə, 2 dəfədən çox azalmışdır.
Sovet təsərrüfat sisteminin təşkili işinin planlı qaydada apannaq iiçün 1920-ci
ilin avqustunda Azərbaycanm SSR Xalq Torpaq Komissarlığmm (XTK)
nəzdində kolxoz və sovxoz şöbələri yaradıldı. Kolxoz quruculuğu üçün tədbirlər
həyata keçirilməsi Dağlıq Qarabağda torpaq şöbələri nəzdində xüsusi kolxozlar
66
bölməsi təşkil olundu. Sovet təsərrüfatı yaratm aq üçün «əsasnamə» hazırlandı.
Sovet təsərrüfat quruculuğu üçün ştat vahidi müəyyən edildi və vəsait aynldı.
1920-ci il avqustunda Bakıda Azərbaycan XTK torpaq komitələri sədrlərinin
qurultayı keçirildi. Qurultayda bəy, xan, məscid və kilsə torpaq sahələrinin
tamamilə müsadirə olunması barədə qərar qəbul edildi72.
A K
(b)P 1921-ci ilin oktyabrında keçirilən II qurultayında da sovet
təsərrüfatı quruculuğu məsələlərinə toxunuldu. Qurultay respublikada olan ən iri
təsərrüfatlarda sovet təsərrüfatının yaradılmasmı irəli sürdü. 1920-ci il iyunun 3-
də Xankəndi yaxmlığmda olan bağçıhq və bostançılıq sahələri sovxozlara
çevrildi. 1920-ci il iyunun 4-də Şuşa qəzasmda nümunəvi təsərrüfatlarda sovxoz
təşkil etmək üçün tədbirlər görüldü. İyunun sonunda Xankəndində, iyul-avqust
aylarında Hadrutda, Əsgəranda sovet təsərriifatı, sentyabrın 5-də Cavanşir
qəzasmda Nurbəyova məxsus olan torpağın ən yaxşı hissəsində Daş-Arx
maldarlıq sovxozu yaradıldı73.
YİS-ə keçidlə əlaqədar yranmış kolxoz və sovxozlann ömrü çox çəkmədi.
1922-ci il martın 1-də müvəqqəti olaraq bölüşdürülməmiş və ehtiyat fondunda
qalmış torpaq sahələrinin müddəti 3 ildən yuxarı olmaq şərti lə müqavilə
əsasında, xüsusi şərtlərlə icarəyə verildi. 1922-ci il iyunun 3-də Dağhq Qarabağda
olan bağların bir hissəsi keçmiş sahiblərinə qaytarıldı74.
Dağlıq Q arabağda sovet təsərrüfatları ilə yanaşı artellər, kommunaların
yaradılmasma da cəhdlər olundu. 1920-ci il avqustun 22-də kənd təsərrüfatı
artelinin, avqustun 24-də isə kom m unalann yaradılması barədə nizamnamə
qəbul edildi75. Burada artelə və ya kommunaya daxil olanlann hüquq və
vəzifələri müəyyən olundu. Kollektiv təsərrüfat yaratm aq məqsədi ilə Bakıdan
respublikanm ayn-ayrı qəzalarına xüsusi təlimatçı qruplar göndərildi. 1921-ci ilin
aprel ayında Azərbaycan SSR XTK-nm bilavasitə göstərişi ilə Dağlıq Qarabağa
26 nəfər nümayəndə göndərilmişdir. Həmin nümayəndələrin cəmisi 8 nəfəri kənd
təsərrüfatı mütəxəsisləri idi76.
67
1921-ci il maym 28-də Azərbaycan SSR XTK-nm kollegiyasmda komissar-
lığm kolxozlar şöbəsi və onun yerli orqanları haqqında «əsasnamə» qəbul
olundu.
1921-ci il 17 m art tarixli dekretlə «bütün növ məhsul inhisarmm ləğv edilməsi
haqqında» verilmiş dekretə əsasən Dağlıq Qarabağm bütün nahıyyələrində ərzaq
sapalağı ləğv olundu77. Dağlıq Qarabağm şəhər və kəndlərində də «Çanaq»
tətbiq edildi. Kənddə artel, kommuna quruculuğu işləri genişləndirildi. Dağlıq
Qarabağda ilk artel Şükürbəyli, Lisaqor, Ağdərə, Tağlar, Güney-Qaya,
Xocavənd, Çartaz, Tuğ, Həsənabad, Marquşevan, Dəmirli və s. kəndlərində
yaradıldı. Aparılan hesablamalara görə 1921-ci ilin yaz əkin kompaniyası zamanı
Dağlıq Qarabağda olan 26 min fərdi kəndli təsərrüfatmın 2,9 faizi artellərdə
birləşdirilmişdi. Bu artellərin 89 xışı, 13 kotanı, 200 baş qoşqu qüvvəsi var idi.
Respublikanm bir çox bölgələrində olduğu kımi Dağlıq Qarabağda da, artel-
lərə, kommunalara, kolxoz və sovxozlara daxil olmaqla öz mülklərini qoruyub
saxlamağa cəhd edən, iri torpaq sahibləri, varlı kəndlilər də az olmamışdır. 1921-
1926-cı illərdə Vilayətin Çaylı, Aşağı Orataq, Həsənqaya, Xanabad, Banazur,
Tağasir, M arquşavan, Zamzur, Tağ və b. kəndlərdə 117 nəfər iri təsərrüfat
sahibləri bu cür üsullardan istifadə etməyə cəhd göstərmişlər78. 1923-cü ilin
yazında respublika XTK-nm, Vilayət partiya və təsərrüfat orqanlan ilə
apardıqları yoxlama zamanı məlum olmuşdur ki, 50 nəfərdən çox iri torpaq
sahibləri artel, kommuna, kolxoz yaratmışdır. Xocavənddə, Ağdərədə, Xan-
kəndində təşkil olunan artel yalntz qolçom aq və onların qohum larından ibarət
idi. H adrut kəndində «Şəfəq», Banazurda yaradılan «Bolşevik» artelinə ancaq iri
torpaq sahibləri cəlb oiunmuşlar79.
Dağlıq Qarabağda 1920-1921-ci illərdə artel, kommuna və sovxozların
yaradılması işi qismən sürətlə getmişdir. 1922-ci ilin sonu və 1923-cü ilin payı-
zında bu təsərrüfatların çoxu dağıdıldı. 1925-1926-cı təsərrüfat ilindən başlaya-
raq artel və sovxozlarm yaradılması işində yenidən canlanma yarandı80.
D ağlıq Q arabağda kollektiv təsərrüfat form alannm yaradılması şərti olaraq
bir neçə mərhələyə bölmək mümkündür. Onun ilk mərhələsi 1921-26-cı illər kimi
68
qiymətləndirmək olar. Bu vaxt yaradılmış kollektiv təsərrüfatlar içərisindən
kommunalar, artellər və ilk sovet təsərrüfatları daha çox yer tuturdu. Bu illərdə
respublikada
132 kommuna, 46 kənd təsərrüfatı arteli, 40-a yaxın sovet təsər-
rüfatian
yaradılmışdır81. 1921 -1926-cı illərdə Dağlıq Qarabağda 6 sovet
ləsərriıfatı,
16 artel, 7 kommuna var idi. Bunlar 270 təsərrüfatı, 890 desyatin
vararlı
torpaq sahələrini, 2000 baş mal-qaranı özündə birləşdirirdi. Bu
tosərrüfatlar
xırda təsərrüfatlar olduğundan uzun müddət fəaliyyət göstərə
bilmədi.
1925-1926-cı illərdə Vilayətdə cəmisi bir neçə sovxoz və kolxoz fəaliyyət
göstəı irdi.
1920-ci illərin ortalarından DQMV-də tədricən kommunalar, xırda
artellər
ləğv olunmağa başlandı.
1926-cı ildən kolxozlarm və sovxozların fəaliyyətində qismən canlanma
yarandı.
Bu illərdə Dağlıq Qarabağm şəhər və kəndlərində ən çox yoldaşlıq
cəmiyyətləri inkişaf edirdi ki, bunlann sayı 12-yə çatmışdı. 1926-cı ildə Vilayətdə
6 təsərrüfat arteli, 2 bağçılıq fəaliyyət göstərirdi. Ümumi kollektiv təsərrüfatın
sayı isə 21
idi82.
1926-cı ildə sənaye sahəsində olduğu kimi kənd təsərrüfatı
sahəsində də xüsusi canlanma yarandı. 1924-1926-a illərdə taxıl əkini sahəsi 58
faiz,
mal-qaranm ümujni sayı 43 faiz, texniki bitkilərin səpini
isə
32 faiz
artm ışdır83.
Bu artım, DQMV-nin şəhər və kəndlərində təbəqələşməni
gücləndirirdi. Vilayətin təsərrüfat həyatmda və əhalinin sosial vəziyyətində yara-
nan
nisbi canlanma, siyasi gərginliyin güclənməsinə səbəb oldu.
Azərbaycan K(b)P-nin VIII qurultaymm (noyabr 1927-ci il) «Kənddə iş»
haqqmda qəbul etdiyı qətnamədə deyilirdi: «Kəndin kollektivləşdirilməsi bizim
əməli şüarımız olmalıdır»84.
ÜİK(b)P-nm XV qurultayımn (dekabr 1927-ci il) «kənd təsərrüfatmın kollek-
tivləşdirilməsi haqqmda» qərarı kolxoz quruculuğunu genişləndirilməsinə yeni
bir mərhələ oldu. Bu mərhələdə başlıca diqqət kənddə kapitalist ünsürləri adlan-
dırılan təbəqə üzərinə hücumu genişləndirmək və onlan ləğv etmək xəttinin
həyata keçirilməsinə yönəldildi. Qurultaydan bir qədər sonra Bakıda kollektiv
təsərrüfat nümayəndələrinin ümumrespublika qurultayı (fevral-mart 1928-ci il)
çağrıldı. Qurultayda kollektiv təsərrüfatların təsərrüfat sahələrini genışləndir-
69
mək, yer quruluşu işlərini nizama salmaq, bu məqsədlə kredit ayırmaq haqqmda
qərar qəbul olundu. Qurultay, eyni zamanda kolxoz quruculuğu işinə bilavasitə
rəhbərlik etmək üçün mərkəzi idarə - «kolxozsentr»in yaradılması barədə də gös-
təriş verdi85.
Qeyd etmək lazımdır ki, kollektivləşmə bolşevik partiyasmm həyata keçirdiyi
ikinci iqtisadi islahat idi. Bu islahatın əsl mahiyyəti kənddə çoxukladhlıqın ləğvi,
xırda kəndli təsərrüfatmm ləğv edilməsi zorla kollektivləşmə idi. Kolxozlar 3
formada - kommuna, arte) və tözlar formasmda yaradıhrdı. K om m una - isteh-
salın, hətta məişətin, artel - əsasən istehsal vasitələrinin (torpaq, avadanhq, iş
heyvanlarımn) ümumiləşdirilməsi, tozlar isə torpağı birgə becərmək növü idi.
XV qurultaydan sonra kollektiv təsərrüfatların genişləndirilməsinə, onlarm
texniki bazalarınm gücləndirilməsinə diqqət artınldı. Kənddə varlı təbəqələrin
üzərinə hücum güdəndirildi. Bu məqsədlə qəza partiya komitəsinin işini
yoxlamlmasma da diqqət artırıldı. 1928-ci ildə Şuşa, Xankəndi, Ağdərə, Hadrut
partiya komitələrinin işi Azərbaycan K(b)P M K tərəfmdən yoxlanıldı. Yoxlama
zamanı yerlərdə gedən sosial-siyasi proseslərə ciddi diqqət verildi85.
1928-ci ildə kənddə aparılan vergi siyasəti kəndliləri'dilənçi kökünə gətirib
çıxarmışdı. 1929-cu ilin əvvəllərində respublikanın 13 qəzasında, o cümlədən
DQMV üzrə fərdi kəndli təsərrüfatlannın vahid kənd təsərrüfat vergisinə cəlb
olunması məsələsinə baxılan zam an məlum olmuşdur ki, yoxlamlan təsərrüfat-
larımn hər birinin üzərinə qoyulacaq vergi nəzərdə tutulduğundan iki dəfə və
bəzən hətta üç dəfə artıq alınmışdır. Bu iş DQMV-nin azərbaycanlılar yaşayan
kəndlərində daha kobud form ada pozulmuşdur. 1928-ci ilin dekabr aymda
Şuşanm Daşaltı kəndində, H adrut bölgəsinin Banazur, Daşbaşı kəndlərində
«gəlmə» adı altında kəndlilərin yandan çoxu vergidən azad olduğu halda,
Malıbəyli, Əsgəran, Qaradağlı kəndlərində əhalinin hamısmdan nəzərdə tutulan
vergi norm asından iki dəfə çox vergi toplanm ışdır87. 1928-ci ilin payızmda
Vilayətdə 256 nəfər varlı kəndli sıyahıya götürülmüş, onlaruı əmlakları əllərindən
alınmışdır. Beləliklə, qolçom aqlara qarşı aparılan «sinfı mübarizə» istər şəhərdə
və istərsə də kənddə sosial-siyasi vəziyyətə ağır təsir göstərdi.
70
Azərbaycamn hər yerində olduğu kimi Dağlıq Qarabağda da kollektivləşmə
dinə, milli ənənələrə qarşı mübarizə ilə müşayət olunmuşdu. Bu prosesdə
DQMV-dəki məsçidlər ya dağıdıhr, ya da anbara, kluba, kitabxanaya çevrilirdi.
Qadmlarm çadraları əllərindən ahnırdı. Milli-dini adət-ənənələrimiz qadağan
edilirdi. Bu baxımdan DQMV-i Azərbaycanda birinci yerdə dayanırdı. Çünki
DQMV-nin ali hakimiyyət orqanlarm da işləyənlərin demək olar ki, hamısı qeyri-
azərbaycanlılar idi.
Ölkədə yaranan belə bir vəziyyət kəndlilərin kütləvi çıxışlarma səbəb oldu.
1929-cu ildə təkcə DQMV-də 30-dan çox kəndli çıxışı, II silahlı toqquşma qeydə
ahnmışdır88.
1930-cu il yanvarın 11-də «Pravda» qəzetinin «Qolçomaqları bir sinif kimi
ləğv etmək günün vacib məsələsidir» adlı baş məqaləsi Azərbaycamn hər yerində
olduğu kimi Dağhq Qarabağda da qolçomaqlara qarşı mübarizə təbliğatı geniş
vüsət aldı. Bütün ölkədə olduğu kimi, Dağlıq Qarabağda da qolçomaqlara qarşı
mübarizə əsasən üç istiqamətdə, antisovet, antibolşevik, əksinqilabçı bayrağı
altmda aparıhrdı. Bu qəbildən olan adamlar ailə başçısı olarsa güllələnir, ailə
üzvləri Sibirə, Orta Asiyaya sürgün edilirdi. Kəndlərin digər şübhəli adamları
respublikanm daxilində ayrı-ayn regionlara köçürülürdülər. Bundan istifadə edən
ermənilər Dağlıq Qarabağdan azərbaycanhlarm kütləvi köçürülməsini təşkil
etmişdilər.
İqtisadi cəhətdən geridə qalmış rayonlarda ən çox əyintilərə yol verildiyinə
görə ÜİK(b)P MK-si 1930-cu il fevralın 20-də «İqtisadi cəhətdən geridə qalmış
milli rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında»
xüsusi qərar qəbul etdi89. M K xəbərdarlıq etdi ki, bu rayonlarda əsas diqqət
kollektivləşmənin yüksək faizi dahsınca qaçmaq deyil, kütləvi kollektivləşdirmə
üçün təşkilati-siyasi və iqtisadi zəmin yaratmağa yönldilməlidir. Sosializmin
bütün cəbhə boyu hücumu ilə bərabər kənddə «sinfı düşmən» hesab olunan
bacarıqh təsərrüfatçılara, «kulak» adlandırılan adamlara qarşı mübarizə
genişləndirildi. Bu məqsədlə 1929-cu ilin sonu, 1930-cu ilin əvvəllərində
respublikamn kəndlərinə və o cümlədən Dağhq Qarabağa «Mərkəzdən» partiya,
71
sovet işçiləri, bacanqh fəhlə adı altmda xüsvsi təlimat keçmiş 200 nəfərdən çox
nümayəndə göndərildi90. Bu nümayəndlərin böyük əksəriyyəti milliyyətcə
ermənilər idi. Yerli partiya, sovet orqanlarmın rəsmi nümayəndələri ilə Vilayətdə
«yad ünsürlər» adlandırılan adam lara qarşı mübarizə aparıldı.
Sosializmin bütün cəbhə boyu hücumu düşmən adlanan sinfı qüvvələr
tərəfındən kəskin müqavimətlərlə qarşılandı. DQMV-də azərbaycanlılar yaşayan
kəndlilərinə qarşı kütləvi represiyalar baş verdi. Vilayətin bütün partiya, dövlət
orqanları bir növ erməniləşdirildi. 1930-cu ilin sonu 1931-ci ilin əvvəllərində olan
m əlumatlara görə Xankəndi, Xocavənd, Ağdərə, Hadrut rayonlarm da fəaliyyət
göstərən partiya və sovet orqanlannda çalışan adamlar əsasən ermənilərdən
ibarət idi91. Yerli partiya orqanları Vilayətin bütün əhalisini siyasi sayıqlığa,
dövlət idarə orqanlarm ı bürokratik ünsürlərdən qorumağa qarşı mübarizəyə
çağırırdı. Bu çağırış azərbaycanlılarm kütləvi şəkildə dövlət və partiya
orqanlarm dan qovulması ilə nəticələndi. Beynəlmiləlçilik bayrağı altında həyata
keçirilən bu tədbirlər Vilayətdə qorxulu bir vəziyyətin yaranmasma səbəb oldu.
1930-cu il aprelin 3-də Stalin «Pravda» qəzetində «Kolxozçu yoldaşlara ca-
vab» adlı məqaləsində yazırdı: «Qolçomaq Sovet hakimiyyətinin düşmənidir.
Onunla bizim aramızda sülh yoxdur və ola bilməz. Qolçomaqlar barəsində bizım
siyasətimiz onları bir sinif kimi ləğv etmək siyasətidir». O, qolçomaqları kənddən
qovmağa, cismani məhv etməyə çağınrdı. Belə bir göstəriş nəticəsində DQMV-də
1930-cu illərin əvvəllərində varlı kəndli təsərrüfatlarmm 6 min hektar torpaq
sahəsi və 2 min baş mal-qarası müsadirə olundu92. Buna görə də orta və ya varlı
təsərrüfat sahibləri m al-qaralarmm müsadirə olunmaması üçün ya kəsir, ya da
dəyər-dəyməzinə satırdılar. 1930-cu ilin yanvannda SSRİ M İK və XKS mal-
qaralırın kəsilməsinə qarşı mübarizə aparm aq haqqında qərar qəbul etdi.
1930-cu ilin fevralmda «Qolçomaq təsərrüfatlarınm özbaşma köçməsinin və
onlar tərəfindən əmlakın satılmasının qadağan edı'lməsi haqqm da» qərar qəbul
edildi93. Respublikanm yerli idarə orqanlarm a tapşırıldı ki, özbaşına köçən və
əmlakını satan qolçom aqlann əmlakı dərhal müsadirə edilsin. Beləliklə, hər bir
təqiblərə və təzyiqbrə məruz qalan kəndlilərin özbaşına yerdəyişməsi qadağan
72
ofundu. Bu, əslində təhkimçilik hüququnun tətbiq olunması və onun yeni
forması demək idi. Digər tərəfdən kənd «fəallan» tərəfmdən məcbur edilən
kəndlilər onlarm kəndlərdən qovulmasını və məhkəmə məsuliyyəıinə cəlb
olunmasım tələb edirdilər. Beləliklə, qolçomaq adı altmda kənd varlılarına və
hətta ortabablara qarşı mübarizə başlandı. Belə bir mübarizənin gedişində öz
fərdi təsərrüfatlanndan asanlıqla ayrılmaq istəməyən ortabab, qolçomaq adı
altında məhv edilməyə başladı. Kəndli təsərrüfatmm kollektivləşdirilməsi ərofə-
sində «kulak» təsərrüfatmın sayı 2,7 faiz göstərilsə də, ilkin hesablam alara görə
həmin təsərrüfatlarm sayı bundan iki dəfə çox hesaba alınmışdır. Şuşada, H adrut
və Əsgəran ətrafmdakı kəndlərdə qolçomaq təsərrüfatı olmadığı bir halda 1930-
cu ilin yazmda bu bölgələrdə 300 nəfərə qədər iri təsərrüfatçınm olması qeydə
almmışdır94. 1931-ci ildə DQMV-də qolçoıtıaqlann sayı süni şəkildə bir neçədəfə
artıq şəkildə qeydə alındı. Bu qeydə alınan iri təsərrüfatçılarmm böyük
əksəriyyəti azərbaycanlılar idi.
Azərbaycan K(b)P M K bürosunun 1930-cu il 11 avqust tarixli qərannda
varlı təsərrüfatlara qarşı mübarizənin genişləndirilməsi mühüm bir vəzifə kimi
qoyulmuşdur9’. Vilayət, rayon və şəhər partiya komitələrindən tələb olunurdu ki,
avqustun 18-dən gec olm ayaraq qolçomaq həyətləri üzərində nəzarəti ciddi
şəkildə gücləndirib, onlarrn artıq əmlakları müsadirə olunsun96. Dövlət taxıl
tədarük plamnı ödəməyən, bu işdən boyun qaçıran, sabotaclıq edən varlı kənd-
lilərə qarşı bir həftə müddətinə inzibati aktlarm tətbiq olunmasını, qolçom aq
təsərrüfatlarım yenidən qeydə almağı Dövlət Siyasi orqanlarm a tapşırdı.
Beləliklə, 1931-ci ilin altı ayı ərzində Azərbaycanda 4642 varlı kəndli
təsərrüfatı məhv edilmişdir. Bəhs olunan dövrdə DQM V-də 396 varlı təsərrüfatı
dağıdılmışdır97. Dağlıq Qarabağda qeydiyyata alınan varlı kəndlilərin böyük
əksəriyyəti öz yerlərindən Sibirə, Qazaxıstana «kulak» arxipelaqlanna sürgün
edilmiş, bir hisəssi isə məhkəmə məsuliyyətinə cəlb olunmuş, qalanları isə
əm lakdan məhrum edilmişlər98.
T ədqiqatlardan məlum clur ki, Dağlıq Qarabağın şəhər və kəndlərində ət,
yun tədarükü inzibati yollarla aparılmışdı. Ət, yun tədarükü apanlarkən çox
73
i
hallarda onun varlı və yaxud yoxsul olmaları belə nəzərə almnurdı. Xocavənd
rayonunun Çardaxlı, Hadrut rayonunun Banazur, Zamzur kəndlərində ət
tədarükü zamanı kəndlilər bir növ qarət olunmuş, onlarm mal-qaraları,
donuzları belə əllərindən almmışdır. Bir çox hallarda «xalq düşməni» adı altında
kəndlilərin əmlakı hərraca qoyulurdu. Bu cür represiyaya məruz qalmamaq üçün
az-çox ımkanlı kəndlilər mal-qaralannı tələf edir, öz əmlaklarmı bir növ dağı-
dırdılar. İmkanlı kəndlilərin böyük bir hissəsi özlərini qolçomaq damğasmdan
xilas etmək üçün kolxozlara girir, təsərrüfat işində fəallıq göstərməyə çahşırdılar.
ÜİK(b)P M K 14 m art tarixli qərarmdan sonra 1930-cu il aprelin 14-də «Azər-
baycanda kolxoz hərəkatmdakı səhvlər və əyintilər haqqm da»" qəbul olunmuş
qərarda
Respublikanın
bir
çox
bölgələrində
və
habelə
DQMV-də
kollektivləşmənin gedişində yol verilmiş səhvlər, nöqsanlar qeyd olundu. Həmin
ilin yayında kütləvi şəkildə kolxozlara girən kəndlilərin çoxu 1930-cu lin sonunda
kolxozlardan çıxdılar. AK(b)P M K-nm məlum qərarmda göstərilrdi ki,
«rəqəmlər arxasmca qaçan bir sıra yerli təşkilatlar qolçomaqlıqdan salmaq işində
çox ağır səhvlərə yol vermişlər». Aparılan elmi araşdırmalara görə 1930-cu ildə
DQMV-də kəndli. təsərrüfatımn 10-12 faizi qolçomaq təsərrüfatı hesab olunmuş,
onların çoxu seçki hüquqlarından məhrum edilmişdir100.
1930-cu ilin sonundan başlayaraq DQMV-də kolxoz hərəkatı yenidən
canlandı. 1931-ci ilin yaz əkin kompaniyası zaman kollektivləşdirmənin faizi
11,9-dan 16,2-yə çatmışdır. 1932-ci ilin sonunda Dağlıq Qarabağda kəndli
təsərrüfatlarmm yarıdan çoxu kolxozlara daxil olmuşdur10'1. Kollektivləşmənin
faizi artdıqca kəndli əməyinin istismarı da güclənirdi.
Dağlıq Qarabağda kolxoz quruculuğunda yol verilən əyintilər və səhvlər,
zorakılıq və inzibatçılıq, qolçomaqlara, varlı və ortabab kəndlərinə qarşı çevril-
miş kobud, qeyri insani tədbirlər kəndlilərin kütləvi narazılığma səbəb olurdu102.
1930-cu ilin birinci yarısmda sovet rejiminə və kollektivləşməyə dinə milli adət-
ənənələrin məhv edilməsinə qarşı kəndli üsyanları və müqavimət hərəkatı
başlanm ışdır103. 1931-ci ildə DQMV-də kollektivləşməyə qarşı bir neçə qaçaq
dəstəsi mübarizə aparırdı104. Qaçaq dəstələrinin müqaviməti ot və saman
74
tayalanna od vurmaqla, m al-qara süriilərini aparm aqla, kənd təsərrüfatı
m aşmlannı xarab etməklə, torpağm a sahİb duran vəzifəli şəxsi öldürməklə
davam edirdi105. Sovet hökumət orqanları bu hərəkatı hərbi hissələr vasitəsilə çox
amansızlıqla yaratmışdılar. Aparılan hərbi əməliyyatlar zamanı ələ keçirilmiş
qaçaq üzvlərinin bir hissəsi güllələnmiş, qalan hissəsi isə cəza düşərgələrinə, Sibirə
və Q azaxıstana sürgün edilmişlər106.
1933-1937-ci illərdə qolçomaqlara qarşı mübarizə «kənddə qolçom aqlara
qarşı kolxozlar uğrunda» şüan altmda həyata keçirilməyə başladı. Bu dövrdə
partiya, sovet və hüquq mühafizə orqanlarmm başlıca hədəfı varlı kəndlilər idi.
Vilayətdə kollektivləşmənin faizi artdıqca qolçomaq damğasma məruz qalan
kəndlilərin də sayı artırdı. Kənddə partiya və sovet orqanlarm dan tələb edilirdi
ki, «bütün cəbhə boyu qolçomaqlarm üzərinə hücumu gücləndirməli, bütün
sahələrdə onların müqavimətini qırmalı».
Zorakılıq yolu ilə yaradılan kolxoz, sovxoz və M TS-lar Vilayətin iqtisadi
tələblərinə cavab vermirdi. Bunun nəticəsi olaraq 1933-1934-cü illərdə ölkədə və
o cümlədən DQMV-də güclü aclıq baş verdi. Aclığın bilavasitə təsiri ilə
Ermənistan SSR-dan təkcə DQMV-nə 450 ailə köçüb gəlmişdir107. Dağlıq
Q arabağdan isə məqsədyönlü şəkildə Cəbrayıl, Qaryagin, Şamaxı, Gəncəyə çoxlu
azərbaycanlı ailələri köçürülmüşdür. Ölkədə baş verən belə bir böhranlı
vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görüldü. Vilayətdə kolxozlara zor ilə
cəlb olunan və bu təsərrüfatda ürəklə çalışmayanlara qarşı kəskin mübarizə
aparıldı. Sovxozların və MTS-lərin yanmda siyasi şöbələr yaradıldı. Siyasi
şöbələrdə işləmək üçün kəndə çoxlu yeni qüvvələr göndərildi. Siyasi şöbələr
kolxoz, sovxoz və MTS-m möhkəmləndirmək üçün tədbirlər gördü. Elliklə kol-
lektivləşmə yarışı nəyin bahasına olursa-olsun davam etdirildi. Dağlıq
Q arabağda kollektivlşmə 45 faizdən 65 faizə çatdırıldı108. Təkcə 1934-1935-ci
təsərrüfat ilində kollektivləşdirmənin faizi 80-ni keçmişdi. Vilayətdə həbslər,
sürgünlər adi hala çevrildi. Sosializm yarışı bayrağı altında kütlələr təsərrüfat
quruculuğuna cəlb olundu. MTS-lərdə iki il yarım fəaliyyət göstərən siyasi
şöbələr 1934-cü il noyabr ayından ləğv olundu.
75
1934-1935-ci illərdə «yad iinsür» adı altmda DQMV-də ] 66 nəfər kənd sakini
məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Vilayətin Qarakənd, İmarət Qorvand,
Seysulan, Noraguh, Çıldıran kəndlərindən 50 nəfərdən çox kolxozçu kolxozdan
xaric edilmişdir. Bu cür tədbirlər fərdi təsərrüfatçıların kollektiv təsərrüfata daxil
olması işinin daha da sürətlənməsinə səbəb oldu. 1936-cı ildə DQMV-də 2000
nəfərdən çox fərdi təsərrüfatçı zor ilə kolxozlara daxil olm uşlar109.
AK(b)P MK-mn 1933-cü il sentyabr plenumunun qəran ilə 1934-1940-cı
illərdə DQMV-də xırda kolxozlar iriləşdirildi. Bəhs edilən illərdə, Vilayətdə
kolxozlann sayı 214-dən 199-a enmiş, kollektivləşmənin faizi 65-dən 98-ə
qalxmışdır.
Bəhs olunan dövrdə, DQMV-nin kəndində əməyə sosialist münasibət
«tərbiyə» olunmasında, istehsal intizamının möhkəmləndirilməsində, kolxoz-
larda əməyin «düzgün» təşkil olunması, texnikadan istifadə vərdişləri aşılaması,
kadrların seçilməsi və düzgün yerləşdirilməsində kənd sovetlərinin rolu artdı.
1940-cı ildə Dağlıq Q arabağda 234 kəndi birləşdirən 108 kənd soveti fəaliyyət
göstərirdi.
1940-cı ildə olan məlumata görə Vilayətdə 199 traktor, 33 kombaym, 27 yük
maşmı var idi110.
Kənddə Sovet imperiyasınm mövqelərinin möhkəmləndirilməsində kollek-
tivləşdirmə xətti mühüm rol oynadı. Kəndli kütlələrinin sosial-iqtisadi həyatında
baş vermiş hadisələr DQMV-də kapitalist münasibətlərinin yox edilməsi ilə
nəticələndi. Kollektivləşmə ölkənin hər yerində olduğu kimi, DQMV-də də əhali-
nin əsas kütləsinin həyat tərzini imperiyanm prinsipləri əsasmda dəyişdirdi. Vila-
yətin milli, etnik tərkibində xeyli dəyişikliklərə səbəb oldu. Bu sahədə daha güclü
sosial baza yaradılması üçün zəmin hazırladı.
Beləliklə, 1920-1930-cu illər ərzində DQMV-də mərkəzin planma uyğun
inzibati amirlik və zorakılıq yolu ilə kənd təsərrüfatmm kollektivləşməsi başa
çatdı. Kolxozlar kənd təsərrüfatı mallarmm istehsalçısına çevrildi. 20-30-cu
illərdə Mərkəzin m araqları əsasında DQMV-də həyata keçirilən tədbirlər,
vilayətin kəndində köklü dəyişikliyə səbəb oldu. Beləki, kapitalist təsərrüfatlan
tamamilə ləğv edildi. Mərkəzin «xüsusi» nəzarətilə xüsusi mülkiyyət aradan
qaldırıldı və bununlada ticarət zəiflədi. Vəziyyətdən istifadə edərək Dağlıq
Q arabağda hakimiyyəti ələ keçirən qeyri-azərbaycanlıların təsərrüfatsızlığı,
məsuliyyətsizliyi və «əliaçıqlığı» nəticəsində xalq əmlakı Rusiyaya və Ermə-
nistana daşımr, talan edilirdi. Kollektiv əmək, kəndlinin .necə və nə qədər
işlədiyini pərdələyir, bu isə əməyə marağı aşağı salırdı. Kənəddə bərabərlik
psixalogiyası formalaşdırılır, əslində kəndli aslı olduğu erməni rəhbərliyinin
bütün tələblərini yerinə yetirən «rabota» çevrilirdi. Xalq içərisində var-dövlətə
nifrət ruhu aşılanır, yoxsulluq təbliğ edilirdi. Əslində yoxsulluğun özü yaradılırdı.
Yeni cəmiyyət möhkəmləndikcə erməni rəhbərliyinin vilayətin təsərrüfat, partiya
orqanlarına müdaxiləsi artmış və nəzarət etmək imkam genişlənmişdir. DQMV-
də ixtisaslı mütəxəssislərin sayı artmışdır. Respublikamız keçmiş SSRİ-nin
«ikinci pam bıq bazası»na çevrilmiş, kənd təsərrüfatmın inkişafı nəticəsində
Rusiya sənayesini canlandıra bilən xammal mənbəyi yaradılmışdır.
Ağır, əzablı və dəhşətli yollarla yaradılan kolxoz quruluşunun sosial-iqtisadi
qüsurlarm dan biri də, o sanki çarizmin ənənəvi təhkimçilik qayda-qanunlarım
bərqərar etmişdi. Belə ki, 1950-ci illərin sonunadək pasportu olmayan kolxozçu
ıcarəsiz öz təsərrüfat hüdudlanndan kənara gedə bilməzdi, eyni zam anda onun
istədiyi təsərrüfata keçmək hüququ da yox idi. Əmək düşərgəsini xatırladan
kolxozlar xalqımızm milli-mənəvi dəyərlərinə yad bir qurum olmaqla, dinsizlik
simvolu və qadınlanm ız üçün əzablı bir əmək düşərgəsi idi. Ümumilikdə isə,
kolxoz üzvlərinin maddi-marağmı yox edən, insan şəxsiyyətini alçaldan kolxoz
quruluşu sosial-iqtisadi və inzibati sistem olmaqla Azərbaycan kəndlisinə yad bir
siyasət idi.
|