niFƏSİL
Totalitar rejim şəraitində DQMV-nin mənəvi həyatuıda kommunist
ideologiyası ağalığmın təmin edihnəsi və mədəni quruculuq (1920-1930-cı illər)
Şimalı Azərbaycanda sovet rejımi yarandıqdan sonra Morkəz, Sovet Azər-
baycamnda öz mövqeyini möhkəmbndirmək, təbii və tükənməz, yeraltı və
yerüstü təbii sərvətlərimizdən, böyk iqtisadi və mənəvi potensialımızdan daha
səmərəli istifadə etmək üçün bilikli, savadlı, özünə sadiq kadrlara ehtiyac
duyurdu. Buna görə də, Sovet hakimimyyəti 1920-1930-cu illərdə Azərbaycanda
təhsilin inkişafma xüsusi qayğı göstərməyə başladı.
1915-ci il məlumatına görə Dağlıq Qarabağ ərazisində 3 min şagirdi, 79
müəllimi olan 49 ibtidai, bir orta məktəb qeydə almmışdı. Məlum hadisələrlə
bağlı bu məktəblər də öz fəaliyyətini dayandırmışdı. Azərbaycan hökumətinin
Dağlıq Qarabağda təhsilin inkişafı üçün atdığı ilk addım 1920-ci ilin maymdan
qəza və dairə m aarif şöbələrini, Fövqəladə Komissiyalar yaratması olmuşdur.
Həmçinin 1920-ci il maym 12-də «Köhnə orta məktəb tiplərinin politexnik
məktəblə əvəz etmək haqqında» dekret verildi. Din dövlətdən, məktəb məsciddən
və kilsədən ayrıldı. Bütün məktəb binaları, mədəni-maarif müəssisəbri
milliləşdirildi. Lakin, bütün bu çətinlikləri aradan qaldırmaq və bölgədə təhsili
inkişaf etdirmək məqsədilə 1920-ci ilin oktyabrında N.Nərimanov bir qrup
patiya və dövlət xadimləri ilə birgə Şuşaya gəldi. N.Nərimanov Dağlıq
Q arabağda Xalq Maarifınin təşkil olunması sahəsində qarşıda duran vəzifələrin
həyata keçirilməsi yollarmı göstərmişdir. Dağlıq Qarabağda M aarif işini qurmaq
üçün Bakı Şəhər Baş Siyasi M aarif İdarəsi S.S.Axundovu həmin bölgəyə ezam
etdi, eyni zamanda Azərbaycan Xalq M aarif Komissarlığı xətti ilə Dağlıq
Qarabağa 96 nəfər nümayəndə, kitab, dəftər, dərs vəsaitləri, paltar ayaqqabı
göndərildi. Bu nümayəndələrin köməyi ilə təşviqatçı qruplar yaradıldı və
savadsızhğı ləğv etmək üçün yeni məktəblərin yaradılması işinə başlandı. 1921-
1922-ci illərdə təşviqatçı qruplar Dağlıq Qarabağda 22 yığmcaq keçirilmişdir ki,
buraya 715 dinləyıci cəlb edilmişdir.
Bəhs edilən dövrdə Azərbaycanm Dağlıq Q arabağ bölgəsində təhsilin
inkişafma maneə olan bir sıra çətinliklər üzə çıxdı. İlk növbədə Ermənistanın
Azərbaycana qarşı əsassız ərazi iddiaları davam edir, günahsız insanlarm qanı
axıdılırdı. M üxtəlif peşə sahibli kadrlara böyük ehtiyac var idi. M əktəb binaları
çauşmırdı, vəsait isə yox dərəcəsində idi.
M araqlı cəhət ondan ibarətdir ki, Dağlıq Qarabağda sakinlər özləri yeni
məktəb yaratm aq və savadsızlığı ləğv etməyi qarşılarm a məqsəd qoymuşdular.
Bu rnəqsədlə ərizələrlə Bakıya müraciətlər daxil olurdu. 1921-ci ildə məkrəzə
daxil olan həmin ərizələrdən birindən oxuyuruq: «Kəndlilər məktəblərin və
başqa mədəni müəssisələrin açılmasmı səbirlizliklə gözləyirlər. Hər bir kənd
məktəblər üçün bina düzəltməyə, partalar hazırlamağa, müəllimləri taxıl və başqa
ərzaq m əhsullan ilə təmin etməyə hazır olduqlannı bildirirlər1.
Dağlıq Q arabağda məktəblorin ixtisaslı kadrlara olan ehtiyacını ödəmək
üçün 1921-1922-ci illərdə Şuşada pedaqoji məktəb, H adrudda redaqoji texnikom,
Şuşada pedaqoji fəhlə fakültəsi açıldı. 1923-cü ildə Xankəndində sovet-partiya
işçiləri hazırlayan xüsusi məktəb fəaliyyətə başladı. M əktəblərin şəbəkəsi xeyli
genişləndi. A rtıq 1922/1923-cü tədris ilində Dağlıq Qarabağda 6404 şagirdi, 222
müəllimi özündə birləşdirən 104 məktəb fəaliyyət göstərirdi. 1923-cü il iyulun 21-
də Dağlıq Q arabağda Karagözovun sədrliyi altında məktəb quruculuğunu
genişləndirmək savadsızlıqla mübarizə üçün Xüsusi Kom itə yaradıldı. 1923-1925-
ci illərdə DQMV-nin bütün kəndlərində savadsızlığı ləğv etmək üçün kurslar
təşkil edildi. Azərbaycan hökuməti DQMV-də təhsilin inkişafı üçün 1923-cü ildə
168600 m anat vəsait ayırdı. Bu rəqəm Naxçıvan bölgəsinə ayrılan vəsaıtdən
təxminən 2 dəfə artıq idi. Aynlan vəsait hesabına DQMV-də 24 yeni məktəb
açıldı. Bundan əlavə, 1923-cü ildə DQMV-də 10 savad kursu təşkil olunmuşdur
ki, onım 139 nəfər üzvü var idi.
1924-cü ilin aprelində Xankəndində m aarif işçilərinin konfransı keçirildi.
K onfransda qəbul edilmiş qərarla DQMV-də «Savadsızlığı ləğv etmək mərkəzi»
yaradıldı 1924-cü ildə 80, 1925-ci ildə 116 savadsızlığı ləğv edən məntəqə
yaradılmışdı. Onu da qeyd edək ki, DQMV-də tədris Azərbaycan, erməni və rus
dillərində aparılırdı.
1925-ci il maym 25-də Bakıda ümumazərbaycan müəllimlərin qurultayı
oldu. Qurultayda xalq maarifinin inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş
tədbirlərə bir növ yekun vuruldu. Qurultayda Dağlıq Qarabağda məktəblərin
şəbəkəsinin genişləndirilməsi, onun tədris bazasının yaradılması və getdikcə
möhkəmləndirilməsi, ixtisaslı müəllim kadrları ilə təchiz olunması barədə qərar
qəbul olundu2.
Azərbaycan hökuməti DQMV-də xalq maarifmə 1925-ci ildə 264184 manat,
1926-cı ildə 386476 manat, 1927-ci ildə 108675 manat vəsait ayırdı. Bu vəsait
Naxçıvan MSSR-na ayrılan vəsaitdən 2,5 dəfə çox demək idi. 1921 -1926-cı illər
ərzində DQMV-də sahibkarlardan, varlılardan müsadirə edilmiş binalar məktəb-
1ərin istifadəsina verildi. Keçmiş ziyalı kadrlar məktəb quruculuğu işlərinə cəlb
edildilər.
Azərbaycan hökuməti tərəfindən DQMV-dəümumtəhsil məktəblərin inkişa-
fına göstərdiyi xüsusi diqqət nəticəsində burada məktəblərin şəbəkəsi genişləndi
və təhsil alan şagirdlərin sayı artdı. Beləki, 1923-cü ildən 1928-ci ilə qədər
DQMV-də 36 yeni məktəb istifadəyə verilmişdi. Beləliklə, 1927/1928-ci tədris
ilində DQMV-də məktəblərin sayı 140-a satdı. 1922/1923-cü illə müqayisədə,
bəhs olunan ildə şagirdlərin sayı 2,5 dəfə, müəllimlərin sayı 60 faiz artmışdır.
1927/1928-ci tədris ilində DQMV-nin məktəblərində 15059 şagird, 347 müəllim
var idi. Təkcə 1930/1931-ci tədris ilində DQMV-nin Qarakənd, Qışlaq, Çapar,
İmarət-Qərvənd, Seysulan, Noraguh, Çıldıran kəndlərində yeni nümunəvi
məktəb binaları tikilib istifadəyə verilmişdir. Lakin yuxarıdakı adı çəkilən yeni
tikilmiş məktəblərin hamısı erməni icmasmın cəmləşdiyi kəndlərdə inşa edilmişdi.
Dağlıq Qarabağda mədəni-maarif, quruculuq işləri çox çətin bir şəraitdə
davam etməkdə idi. Ziyalılann, xüsusilə müəllimlərin müəyyən bir hissəsi öz milli
baxışlarmdan, adət və ənənələrindən uzaqlaşa bilmirdilər. Bir çox müəllimlər
yeni cəmiyyətin sinfı mahiyyətini, onun gələcəyini kifayət dərəcədə başa
düşmürdülər. Bütün bunlarla yanaşı beynəlmiləlçilik şüan altında Azərbaycan
80
məktəblərinə, digər tədris ocaqlarma laqeyid münasibətlər müəllimlərin
fəaliyyətinə ciddi təsir edirdi. Bütün bunlarla yanaşı Azərbaycanda baş verən
iazibati amirlik sistemi, milli zəmindən uzaqlaşa bilməyən, elmin siyasətə
çevrilməsinə uyuşmayan müəllimlərə qarşı aparılan axtarışlar, təqiblər, həbslər,
sürgünlər respublikamn hər yerində olduğu kimi, Dağlıq Qarabağda da məktəb
quruculuğu işlərinə mane olurdu. Bütün bunlarla yanaşı Dağhq Qarabağda
erməni, rus millətçiliyi, yerli idarə orqanlarında çalışan erməni mütəxəssislərinin
şovinist siyasətləri, sovet rejiminə «sədaqətlə qulluq edən adamlarm» böhtançı
tədbirləri məktəb quruculuğu işlərinə, mədəni-maarif müəssisələrinin fəaliyyətinə
ciddi maneə olurdu. DQMV-nin partiya, sovet orqanlannda, mədəni-maarif
müəssisələrində çalışan erməni, rus mütəxəssisləri proletar beynəlmiləlçiliyi şüarı
altm da azərbaycanlı mütəxəssislərinə qarşı gizli mübarizə apanrdılar. Bu
«nəzəriyyə» ayrı-ayrı sovet orqanlannda çalışan bir qrup adamlarda, o cümlədən
Dağlıq Qarabağda təhsil işlərinə bilavasitə rəhbərlik edən Ter Karapetov,
Zaropyan, Baqdatiyan, Babayan, Arustamova, Baqdasarova və başqaları
«Azərbaycan dilində təhsilin gələcəyinin olmadığmı» iddiası ilə gördükləri
tədbirlər Vilayətdə tədris işlərinə böyük zərbə vururdu3.
Aparılan araşdırmalar nəticəsində məlum olur ki, DQMV-i ərazisində ayrılan
vəsaitin böyük hissəsi erməni icmasının daha çox cəmləşdiyi kəndlərə istiqamət-
ləndirdi. Bu məqsədlə müxtəlif vaxtlarda Xankəndinə aynlan vəsait Şuşa
şəhərinə aynlan vəsaitdən 2-3 dəfə artıq olması təsdiq edilmişdir. Bütün bunlarm
nəticəsində DQMV-də Azərbaycanlı uşaqlar üçün tikilən məktəblərin saymın
aşağı olmasma təsir edirdi. Məsələn, 1928-ci ilin sonlarmda DQMV-də 143
məktəb, 487 qrup var idi ki, burada 16332 nəfər təhsil alırdı. Tədqiqatlardan
məlum olur ki, həmin məktəblərdən 21-i, qruplardan 61-i azərbaycanlılara aid
idi. Təhsil alan uşaqlar arasında azərbaycanlılarm sayı 1493 nəfərə çatırdı.
DQMV-də azərbaycanlılara qarşı bu cür ögey münasibət sonrakı dövrlərdə də
davam etmişdi.
Birinci və ikinci beşilliklər dövründə DQMV-də məktəb tikintisinə xüsusi
diqqət yetirilmişdir. 1927/1928-ci tədris ilindən 1940/1941-ci tədris ilinədək
81
DQMV-də 56 nümunəvi məktəb binası tikilib istifadoyə verilmişdi. 1940/1941-ci
tədris ilində Azərbaycanda 654902 şagirdi, 22016 müəllimt birləşdirən 3575
məktəb fəaliyyət göstərirdi ki, bundan 196 məktəb 40766 şagird, 1696 müəllim
DQMV-nin, 196 məktəb, 30453 şagird, 1039 müəllim Naxçıvan MSSR-nin
payına düşürdü. M araqlı cəhət ondan ibarətdir ki, aparılan tədqiqatlar
nətəicəsində məlum olur ki, DQMV-i əhalinin sayı ilə müqayisədə məktəblərin və
müəllimlərin sayma görə Azərbaycanda birinci yerdə dayanmışdır. Məsələn,
Ümumrespublika səviyyəsində hər məktəbə 6,1 müəllim düşürdüsə, bu göstərici
Naxçıvan M SSR-də 5,3-ə, DQMV-də isə 8,6-ya bərabər idi. Eyni zamanda,
Respublikamızda hər müəllimə 29 şagird düşürdüsə, Azərbaycamn DQMV-də
hər müəllimə 24 şagird düşürdü. Axırıncı göstərici Naxçıvan MSSR-da
ümumrespublika səviyyəsi ilə eyni idi (29 şagird). Bütün bunlar Azərbaycan
hökumətinin DQMV-nə göstərdiyi dərin qayğmm nəticəsi idi və sözsüz ki, bütün
bunlar əhalinin savadlanmasma öz müsbət təsirini göstərirdi.
1935-ci ildə məktəblərin strukturu dəyişdirildi. İbtidai, natam am orta və
orta məktəblər açıldı. 1940/1941-ci tədris ilində DQMV-də 45 ibtidai, 116
natam am orta (yeddillik)), 35 o rta məktəb fəaliyyət göstərirdi. Naxçıvan MSSR-
da isə 87 ibtidai, 74 natam am orta, 35 orta məktəb var idi. Yeddillik məktəblər
1924-cü ildə fəhlələr üçün, 1926-cı ildə isə kəndli-gənclər üçün açılmışdı.
1940/1941-ci ildə Bakı şəhərində cəmi 64 natam am orta (yeddiillik) məktəb var
idi. DQM V-də isə həmin məktəblər daha üstünlük qazanırdı. Aparılan
hesablam alara görə 1926-cı ildə DQM V-də əhalinin 25 faizi, 1933-cü ildə 51 faizi
oxuyub yazmağı bacarırdı. 1939-cu ildə isə 10 yaşdan yuxarı olan hər 1000
nəfərdən 113-nün tam və natam am orta təhsili vardı. 1939-cu ildə aparılan
siyahıyaalmmaya görə DQM V-də 9 yaşından 49 yaşmadək olan adamlar
arasında savadlılarm sayı - 84 faizə çatmışdır. 1940-1941-ci dərs ilində DQMV-
də 6 texnikom var idi. Həmin texnikom larda 818 nəfər tələbə təhsil alırdı. Bütün
məktəblərdə rus dilinin tədrisinə xüsusi diqqət yetirilirdi. 1940-cı ildən başlaya-
raq məktəblərdə xarici dil tədris edilməyə başlandı.
82
1920-ci ilin aprel çevrilişindən sonra Azərbaycan hökuməti Dağlıq
Qarabağda xalq maarifi işini daha da yaxşılaşdırmaq, kütlələrlə apanlan ideya
siyasi
tərbiyə işinin səviyyəsini yüksəltmək, mədəni-maarif ocaqlarmm təşkili və
onlarm
şəbəkəsinin genişləndirilməsi kimi çox mühüm vəzifələr müəyyənləşdirdi.
Bu
işlərin həyata keçirilməsi üçün xalqın şüurunun yüksəldilməsi lazım idi. Bu
işdə mədəni-maarif ocaqlarmın kitabxanalar, klublar, qiraət kom alan, siyasi
savad kursları, savadsızlığı və azsavadlılığı ləğv etmək məktəbləri qarşısında
vəzifələr qoyuldu. Həmin vəzifələr Azərbaycan K P 24 may 1920-ci il tarixli
«Azərbaycan KP rayon komitəsinin mədəni-maarif işi üzrə təlimatı»nda öz əksini
tapmışdı.
1920-ci illərdə Dağlıq Qarabağda kitabxana və qiraətxanalarm açılması üçün
xüsusi diqqət yetirilmişdir. Əgər 1920-cı ildə Dağlıq Qarabağda 2 kitabxana var
idisə, artıq 1924-cü ildə burada 4 kitabxana və 5 qiraət koması, 1 qırmızı guşə
təşkil edilmişdir4. Çətin şəraitə baxmayaraq, Azərbaycan hökuməti DQMV-də
kitabxana və qiraətxanaların açılmasına xüsusi diqqət vermiş, artıq 1926-cı ildə
ərazidə 13 kitabxana və qiraət koması fəaliyyət göstərirdi. Onlann fondunda
9848 ədəbiyyata dair idi ki, bunlardan 1595 nüsxə Azərbaycan dilində, 2053
nüsxo ermənicə, 6200 nüsxə isə rus dilində olmuşdur3. Aparılan tədqiqatlar
nəticəsində məlum olmuşdur ki, kitabxanalarm rəhbərlərinin hamısı milliyyətcə
erməni olduqlarından, onlar Respublika nəşriyyatlanndan və Baş Siyasi M aarif
idarəsindən erməni dilində ədəbiyyat istəyir, Azərbaycan dilində ədəbiyyata isə
etinasız yanaşırdılar.
Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində artıq 1941-ci ilin
əvvəllərində vilayətdə 66 müstəqil kitabxana fəaliyyət göstərirdi ki, bu kitab-
xanalarm fondunun ümumi həcmi 540.00 nüsxəyə çatmışdır6. Bu zəngin mədəni
irsdən isə əhalinin savadlı hissəsinin əksəriyyəti səmərəli istifadə edirdi. Mədəni-
m aarif müəssisələrinin geniş və etibarlı şəkildə yaradılaraq inkişaf etdirilməsi
DQMV-də yaşayanlar üçün böyük əhəmiyyətə malik oldu. Bu, Vilayətdə
savadsızlığın ləğvi üçün xeyli iş gördü.
DQMV-də 30-cu illərdə yaradılmış mədəni-maarif müəssisələrindən biri də
klublar olmuşdur. 1933-cu ildə Talış, Ksabet, Levanarx, Umudlu kəndlərində
klublar fəaliyyət göstərməyə başladı. 1933-cü ilin sonlarında isə Xankəndi
rayonunda erməni icması üçün fəaliyyət göstərən 2 yeni klub istifadəyə verildi7.
1940-cı ildə DQMV-də klublann sayı artaraq 151-ə çatdı. Bu zaman Naxçıvan
MSSR-da 105 klub fəaliyyət göstərirdi. Bəhs olunan dövrdə yaradılmış mədəni-
m aarif müəssisələri ermənilər tərəfindən əhalinin milli və sosial tərkibi nəzərə
almmaqla təşkil edilirdi.
DQMV-də mədəni-maarif ocaqlarmın sayı artdıqca əhalinin kitaba və şəxsi
təhsilə olan marağı da artır, savadsızlıq aradan qaldırılırdı. Mədəni-maarif
müəssisələrinin genişlənməsi və deməli, həm də xalqımızm savadlılıq dərəcəsinin
yüksəldilməsində M.Ə.Müznibin (o, haqsız olaraq, 1938-ci ildə güllələnmişdir) və
uzun müddət Şuşa şəhər kitabxanasının müdiri vəzifəsində işləmiş Mirzə Xosrov
A xundovun xidmətlərini xüsusilə qeyd etmək lazımdır.
1920-1930-cu illərdə DQMV-də hüquqsuz və avamlıq simvolu hesab olunan
çadraya qarşı mübarizə kəskin xarakter aldı. Xüsusilə, Dağlıq Qarabağm
azərbaycanlılardan ibarət olan yaşayış məskənlərində çadraya qarşı mübarizə
böyük kompaniyaya çevrildi.
1929-cu ildə bütövlükdə Vilayətdə 5000 nəfərdən çox qadm öz çadrasını
atdığmı elan etmişdir. Çadraya qarşı mübarizə ilə yanaşı qadm larm ictimai işlərə
cəlb olunması üçün də tədbirlər görüldü. 1937-ci ildə Dağhq Q arabağda 200
nəfərdən çox qadm kənd sovetlərinə rayon, şəhər icraiyyə komitələrinə,
komsomol və həm karlar təşkilatlarına işə cəlb olunmuşlar. Vilayətdə fəaliyyət
göstərən 40-dan çox uşaq bağçaları, körpələr evinə gənc qadm lar başçılıq
edirdilər. Dağlıq Q arabağda 1915-ci ildə məktəblərdə təhsil alan qızlarm sayı 196
nəfər idisə, 1937-ci ildə oxuyan qızlarm sayı 576 nəfərə çatdı. 1940-cı ildə olan
m əlumata görə Dağlıq Q arabağda fəaliyyət göstərən ziyalıların 14,7 faizini
qadınlar təşkil edirdi. Bunlarm bir hissəsi müəllim, tibb işçisi, partiya və sovet
orqanlarm da çalışan qadınlardan ibarət idi8. Səneyədə çalışan işçilərin 6,3 faizini,
84
toxuculuq müəssisələrində çalışan işçilərin üçdə iki hissəsini qadınlar təşkil
edirdi. 1937-ci ildə Dağlıq Qarabağda 86 nəfər tibb işçisi qadın idi.
! 930-cu illərdə, uşaq evləri və uşaq bağçalarından ibarət tərbiyə ocaqlarmın
taşkili və inkişafı sayəsindo də xeyli irəliləyiş baş verdi. Beləliklə, 1940-cı ildə
DQMV-də 95 tərbiyəçini, 1221 uşağı birləşdirən 24 uşaq bağçası, 1183 uşağa
malik 33 körpələr evi fəaliyyət göstərirdi. Bu vaxt Naxçıvan MSSR-da 900 uşaqı
birləşdirən 31 uşaq baqçası və körpələr evi var idi.
Siyasi, mədəni-maarif işində qiraət komalarının rolu böyük idi. Birinci
beşilliyin əvvəllərində DQMV-də 152 qiraət komaları qeydə almmışdır. Qiraət
komaları Vilayətin ayn-ayrı şəhər və kəndlərində 500-600 nəfərə xidmət edirdi9.
1930-1940-cı illərdə Vilayətdə qiraət komalarınm sayı təxminən iki dəfədən çox
artmşdır. 1936-cı ildə Vilayətin kolxozlarmm 68 faizində qiraət komaları var idi.
Bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq və möhkəmləndirmək
üçün birinci növbədə insanlarm şüurlarmı kommunist idealogiyasma uyğun
olaraq formalaşdırmağa çalışırdılar. Lakin yüz illər boyu insanların qəlbinə
hopmuş dini dəyərlər bölşeviklərin məqsədlərini həyata keçirməsinə maneə
olurdu. Ona görə də bolşeviklər «mədəni inqilab» pərdəsi altmda dinə qarşı
mübarizəyə başladılar. 1920-ci ilin mayında məktəblərdə dini etiqadlann təlimi
və ayinlərin icrası qadağan edildi. Dövlətin elan etdiyi «vicdan azadlığı» isə kağız
üzərində qaldı. 1924-cü ildə din əleyhinə komissiya yaradıldı. 1924-cü ildə
DQMV-də «Allahsızlar cəmiyyətinin xüsusi şöbəsi» fəaliyyətə başladı. Cəmiy-
yətin üzvləri xüsusi təlim keçmiş adam lar idi.
Respublikada fəaliyyət göstərən muzeylərdə «ateizm» bölmələri yaradıldı. Bu
bölmələr xüsusi ədəbiyyatla, əyani vasitələrlə təchiz olundu. Dinə qarşı mübarzə
mərkəzi, yerli partiya orqanlarının, təhsil ocaqlarmm, habelə gənclər təşkilatının
əsas vəzifələrindən birinə çevrildi.
DQMV-də kənd təsərrüfatımn sosialistcəsinə yenidən qurulması dinə qarşı
mübarizə ilə müşahidə olunurdu. 1929-cu il aprelin 9-da Azərbaycan K(b)P MK-
nın plenumu kənddə «AUahsızlar cəmiyyəti»nin işini gücləndirmək, dinə qarşı
mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələləri müzakirə etdi10.
85
Plenumun qəbul etdiyi qərarda göstərilirdi ki, türk kəndlilərinin «Allahsızlar
cəmiyyəti»ndə iştirak etməməsi ən böyük nöqsandır, təxirə salmmadan qabaqeıl
ietimaiyyətçilərdən, kolxozçu və komsomolçulardan ibarət cəmiyyətin kənddə
özəyini yaratm aqlazım dır»n .
Kənddə yaranan bu cəmiyyətlər sonralar «mübariz allahsızlar ittifaqına
çevrildi»12. H ər yerdə belə təbliğ olundu ki, din guya sinfı düşmənin son və həm
də ən güclü dayağıdır.
1929-cu ilin yazmda elliklə kolektivləşdirmə ərəfəsində dinə, milli adət-
ənənələrə, milli mərasimlərə və hətta milli musiqiyə qarşı mübarizə geniş xarakter
aldı. Qadm lar arasm da çadramn atılmasımn planı müəyyən olunmuşdur.
Azərbaycan K (b)P M K-nın 1929-cu il aprelin 9-da keçirilən pelnumu kənddə
«Allahsızlar eəmiyyətiwnin fəaliyyətinin genişləndirilməsinə səbəb oldu. Həmin
ilin may aymm 4-də Xankəndində keçirilən Vilayət partiya komitəsinin iclasmda,
maym 20-30-da Şuşada, Xocavənddə, Ağdərədə, H adrutda keçirilən partiya
yığm caqlannda qəbul olunan qərarlar Vilayətdə dinə qarşı mübarizənin geniş
vüsət almasma səbəb oldu. Vilayətin şəhər və kəndlərində partiya və komsomol
təşkilatları yanmda «xüsusi fəallar qruppu» təşkil edildi. M aarif şöbələri
Vilayətin bütün ümumtəhsil məktəblərində ateizm təbliğatmı gücləndirmək üçün
xüsusi guşələr yaratdı. Eyni tədbir Vilayətin kütləvi kitabxanalarm da, qiraət
kom alarm da da yaradıldı. Beləliklə, kənddə sinfi mübarizə dinə qarşı mübarizə
ilə birləşdirildi. Məscidlər kluba, kitabxanaya, anbarlara çevrildi. 1929-1931-ci
illlərə aid olan məlumatlara görə Vilayətdə 24 məscid, dini mərasimlər keçirilən
evlər klublara və ya anbarlara çevrilmiş, bir çox dini abidələr, pirlər dağıdıl-
mışdır. Vilayətdə məscidlərin zor ilə bağlanması azərbaycanlı əhalisinin güclü
narazılığma səbəb oldu. Şuşada, Xanabadda, Ağdərədə, Daşarxda, Çaylıda
məscidlərin bağlanmasma, dindarlann təqib olunmasına qarşı güclü etirazlar baş
verdi. 1929-cu ildə olan məlumata görə respublikada 400-dən çox məscid
bağlanmışdı13.
Dağlıq Q arabağda apanlan bolşevik təbliğatmda dini ayinlər, milli bayram-
lara qarşı aparılan mübarizə xüsusi yer tuturdu. Xüsusilə Məhərrəmliyə, Oruclu
86
günlərə, Novruz bayramına qarşı mübarizə geniş xarakter almışdı. Novruz
bayramı keçirmək xalqa qadağan olmuşdur. Halbuki, Azərbaycanda Sovet
hakimiyyətinin ilk illərində Azərbaycan SSR XKS_nin sədri N.Nərimanovun
göstərişi
ilə Əmək Komissarlığının, Respublika Həmkarlar şurasmm «Kommu-
nist»
qəzetinin 21 mart 1921-ci il tarixli sayında çap edilən qəranna əsasən,
m artm
21-də və 22-də bütün müsəlman fəhlə və qulluqçuları bayram münasibətilə
işdər. azad edilmişdir. Lakin, sonra Novruz bayramı da «əksinqilab» damğası ilə
damğalandı. 1939-cu ildə respublikamn mərkəzi və yerli qəzetləri yazırdılar ki,
«N ovruz
bayramı əksinqilab mahiyyəti daşıyır və ona qarşı geniş mübarizə
aparılmahdır»M
1920-1930-cu illərdə sovet hökuməti xalqı öz soy kökündən uzaqlaşdırmaq
sıyasəti yeridirdi. Bu illərdə «Rədd olsun tar», «Rədd olsun kamança», «Rədd
olsun saz» şüarları altmda keçirilən «mədəni yürüş» və hücumlar milli-mənəvi
dəyərlərimizə qarşı çevrihnişdi.
Bütün bu təzyiqlərə, zorakı tədbirlərə baxmayaraq, əhalinin əksəriyyəti öz
dini əqidəsindən, milli adət-ənələrindən dönmədilər. Xalq çox çətin və olduqca
mürəkksb şəraitdə öz milli, dini psixologiyasını qoruyub saxlaya bildi.
Beləliklə, görülən tədbirlər nəticəsində Dağlıq Qarabağda xalqımızın uzun
əsrlər ərzində yaratdığı milli mənəvi dəyərlər - ilk növbədə mənəvi həyatda güclü
təsirə malik islam dini ardıcıl surətdə sıxışdınlmaqla, minlərcə məscid və başqa
müqəddəs ocaqlarımız dağıdıldı. Qədim kitablarımız, musiqi alətlərimiz,
olifbamız fanatizmin mənbəyi kimi damğalanaraq məhv edildi. Xalqımızm milli-
mənəvi dəyərlərini öldürmək məqsədilə qədim adotlorimizin - Məhərrəmlik,
Orucluq, Qurban bayramı, Novruz bayramı və s. keçirilməsi qadağan edildi.
Bütün bu tədbirlər isə Sovet imperiyasınm DQMV-də dayaqlarının daha da
möhkəmləndirilməsinə ciddi təsir göstərdi. Eyni zamanda bölgədə mədəni-maarif
müəssisələrinin yaradılması əhalinin savadlanması, onların ümumtəhsil mədəni
səviyyəsinin yüksəldilməsi üçün böyük əhəmiyyətə malik oldu.
Rus imperiyası Azərbaycamn elmi potensialını artırm aqla respublikamn
sərvətlərindən daha çox bəhrələnmək və buna münasib ideoloji şərait yaratmaq
üçün səmərəli istifadə etməyə çaJışırdı. Bu məqsədlə 1923-cü ildə Azərbaycan
Geologiya Komitəsi yarandı ki, həmin ilin noyabrında Xankəndində
«Azərbaycanm tədqiqi cəmiyyəti»nin şöbəsi təsis edildi. Mərkəzin ciddi nəzarəti
aJtında A /ərbaycanın təbii sərvətlərinin, enerji ehtiyatlarmm öyrənilməsi
və
istifadə olunması üzrə elmi-tədqiqat işləri sürətlə genişlənirdi. 1920-1940-ci illərdə
Dağhq Q arabağda təbii sərvət və ehtiyatların öyrənilməsi məqsədib 8
istiqamətdə ekspedisiya təşkil edilmişdir. Bu dövrdə H adrudun
D ziyur kəndində
İslandiya şpadı, Böyük Tağlarda'm is, Arpakənddə pirit, Tsorda qalenit, Domıda
qızıl, Banazurda malibdan, Tnaşendə barıt, M ehm anada qurğuşun, sink
və mis
yataq/arı aşkar edılmışdir.
1920-cı illərdə Dağlıq Q arabağda taxılçılığm inkişafı üçün yeni sahələr ayrıldı
və «Arandəni», «Şirvandəni» sortlannm yetişdirilməsinə başlandı15. Əldə edilmiş
sortlar yüksək məhsuldarhğma görə Azərbaycanm hər yerində yayıldı. 1925-ci
ildən üzümçülüyün qədim d iy an olan Dağlıq Q arabağda üzümün yenı üsulla
əkilməsinə başlm dı. Əvvəllər böyük ağaclara dırmanan üzümün becərilməsi
olduqca çətin idi. 1925-ci ildən alimlərimiz üzümü cərgə üsulu ilə əkməyə16 və ona
cərgə ilə dirəklər basdırmağa başladılar. Bu isə üzümün aqrotexniki qaydada
becərilməsini asanlaşdırdı və məhsuldarlığı artırdı.
Dostları ilə paylaş: |