D
DARUN-NƏDVƏ
–
Kəbənin
cənubunda yerləşən toplantı yeri olmuşdur.
Darun-Nədvəni Qüreyş qəbiləsinin başçısı
Qusay miladi 440-cı ildə inşa etdirmişdir.
Darun-Nədvəni “zənginlər məclisi” də ad-
landırmaq mümkündür. Burada qureyşlilərin
qırx yaşdan yuxarı olan başçıları iştirak edə
bilərdi. Ayrıca, burada hərb və sülh müqav-
ilələri kimi Qureyş
qəbiləsinin vacib
məsələləri həll olunur və nikah mərasimləri
təşkil edilirdi.
DARÜL-HƏRB – savaş və müharibə
yerləri və ya İslam qanunları ilə idarə olun-
mayan, müsəlmanlara düşmən olan ölkələr
və bölgələrdir. Quranda bu termin istifadə
edilməmişdir. Onun yaranması daha çox ic-
tihadlarla bağlıdır. Fiqh alimləri Darül-Hərb
terminini Ərəbistanın başqa yerlərini, Mədi-
nədə qurulmuş müsəlman icmasından ayır-
maq üçün istifadə etmişlər.
Xilafət genişləndikcə fiqh alimləri onun
ilahi mahiyyətini vurğulayaraq, Darül-İslamı
Darül-Hərb adlandırdıqları dünyanın başqa
yerlərindən fərqləndirməyə başlamışlar.
Bunun üçün İslam bölgələri qeyri-müsəl-
manların təcavüzünə məruz qalanda da, o
yerlər Darül-Hərb hesab edilirdi. İctihadlara
görə hər hansı bir ölkədə müsəlmanlar din-
lərinə görə təqib edilirlərsə, dinlərini gizlət-
məyə məcbur olurlarsa, onda oranı da
44
ÇİŞTİLƏR
Darül-Hərb hesab etmək mümkündür.
Hüquqi baxımdan Darül-Hərbdə yaşayan
müsəlmanlar İslam ölkələrində yaşayan
müsəlmanlardan fərqlənmirlər. Fərq yalnız
ondadır ki, onların orada sosial həyatı şəriət
qanunları ilə tənzimlənmir. İslam hüquqçu-
larının əksəriyyətinə görə, Darül-Hərbdə
yaşayan müsəlmanlar böyük günahlara bat-
mış olsalar belə, bu yerlərdə İslam
hakimiyyətinin olmadığına görə, onlar şəriət
qanunları ilə mühakimə edilməməlidirlər. Bu
müsəlmanlar, günahlarına görə Allahın
qarşısında məsul olacaqlar. Ancaq digərləri
hesab edirdilər ki, müsəlmanların müsəlman
ölkəsində və ya Darül-Hərbdə yaşamaların-
dan asılı olmayaraq onların hamısı şəriət qa-
nunları ilə mühakimə edilməlidirlər. Bununla
belə, müsəlman hüquqçularının əksəriyyət-
inə görə müsəlmanlar üçün şəriətdə qadağan
olunmuş şeylər Darül-Hərbdə də qadağandır.
Alimlərin az bir hissəsi Darül-Hərbdə
yaşayan müsəlmanlar üçün fərqli fikirlər irəli
sürmüşlər.
Bəzi alimlər müsəlmanların Darül-
Hərbdə yaşamasını doğru hesab etməmiş,
onların oradan İslam ölkələrinə köçməsinin
vacib olduğu haqqında fikirlər irəli sür-
müşlər. Onlar buna dəlil kimi bu Quran (4:
97-100) ayələrini göstərirlər. Ancaq digər al-
imlərə görə müsəlmanlar Darül-Hərbdə təqib
olunmurlarsa, onların orada yaşmaları daha
yaxşıdır. İslam hüquqçularının əksəriyyətinə
görə ehtiyac olmasa, Darül-Hərbdən İslam
ölkəsinə köçmək vacib deyildir. Orada yaşa-
maq, eləcə də, orada İslamı din kimi yaşa-
mağa cəhd etmək daha üstündür.
DARÜL-İSLAM – İslam qanunları ilə
idarə olunan ölkə və bölgələr nəzərdə tutu-
lur. Quranda bu terminə rast gəlinmir. Onun
yaranması daha çox ictihadlarla bağlıdır.
İslam hüquqçuları Darül-İslam terminini
Mədinədə qurulmuş müsəlman cəmiyyətini
Ərəbistanın başqa yerlərindən ayırmaq üçün
istifadə etmişdirlər. Daha sonra Xilafət
genişləndikcə bu anlayış şəriətin hökm
sürdüyü hər bir bölgəyə aid edilməyə
başlamışdır. Xilafətdə müsəlmanlar ilə
yanaşı qeyri-müsəlmanlarda yaşaya bilərdi.
Burada başlıca şərt məhkəmələrin, eləcə də
qanunverici və icraedici orqanların İslam
prinsip və qanunları üzərində qurulması ol-
muşdur. Bu halda ölkə Darül-İslam hesab
edilə bilərdi. Bir çox alimlərə görə, müsəl-
manlar hər hansı bir yerdə siyasi güclərini
itirsələr belə, orada şəriət qanunlarını tətbiq
edən varsa o yerlər Darül-İslam olaraq qalır.
Ancaq, bu qayda İslamdan çıxmış
cəmiyyətlərə (mürtədlərin) aid edilməmişdir.
DAVUD – İsrail oğullarına göndərilmiş
peyğəmbərlərdən biri olmuşdur. Qüds
(Yerusəlim) şəhərində doğulub, orada da
vəfat etmişdir. Onun soyu Yaqubun oğlu
Yəhudaya bağlıdır. Musa peyğəmbər vəfat
etdikdən sonra Allah israillilərə çoxlu elçilər
göndərmişdir. Onlar bu xalqı Tövratın qa-
nunlarına rəyət etməyə dəvət etmişdirlər.
Ancaq, israillilərin bir çoxu Tanrı qanun-
larına uymamış, onları özləri istədikləri kimi
izah edib tətbiq etməyə çalışmışdırlar.
Bununla da, cəmiyyətdə ədalətsizlik hökm
sürmüş, peyğəmbərlərinin sözləri ciddi
qarşılanmamışdır. Buna görə Allah Amalika
qəbiləsinin çarı Calutu İsrail oğullarına qarşı
qoyaraq, onları cəzalandırmışdır. O, is-
railliləri məğlub edərək, onları torpaqlarının
bir hissəsindən qovmuşdur. Ancaq sonra, İş-
moil peyğəmbərin məsləhəti ilə seçilmiş İs-
rail kralı Talut, ölkəni uğurla idarə edə
bilmişdir. O, güclü bir ordu yaradaraq ama-
likalılara qarşı yürüş etmişdir. Amalikalılarla
israillilərin arasında baş vermiş döyüşdə is-
raillilər döyüşü zəfərlə başa çatmışdır. Bu
döyüşə qatılmış Davud Calutla döyüş mey-
danında vuruşaraq onu öldürmüşdür.
Quranda (2: 246-251) bu hadisələr anılmaq-
dadır. Talut öləndən sonra Davud İsrailin
45
DAVUD
kralı olmuşdur. O, ölkəni ədalətlə, Allahın
hökmləri ilə idarə etmişdir. Rəvayətlərə görə,
Davud Fələstini, Suriyanı, Ərəbistan yarı-
madasının bir hissəsini özünə tabe edə
bilmişdir. O, ölkəsinin baş şəhəri olan
Qüdsdə tikinti işləri aparmışdır. Bu işlər
onun oğlu Süleymanın hakimiyyəti dövründə
başa çatmışdır. Beləliklə, Qüdsdə böyük
məbəd ucaldılmışdır.
Allah Davudu peyğəmbər seçərək
(Quran, 6:84) ona müqəddəs kitab olan
Zəburu nazil etmişdir (Quran, 17: 55). Zəbur
gözəl poetik bir kitabdır. Orada şeir üs-
lubunda yazılmış əxlaqi nəsihətlər mövcud-
dur. Bu kitab Tövratı təsdiq edərək İsrail
oğullarını onun qanunlarına tabe olmağa
çağırmışdır. Buna görə də, Davud bir
peyğəmbər kimi Musadan fərqli olaraq yeni
bir din gətirməmişdir.
Zəbur İslamda tanınan Allahın dörd
kitablarından biridir. Zəbur poetik üslubda
olan müqəddəs kitablardan hesab edilir. Rə-
vayətlərə görə Davud gözəl və ovsunlu səsə
sahib olmuşdur. Ona görə də o, Zəburu yük-
sək səslə oxumağa üstünlük vermişdir. O, Al-
laha sadiq olmuş, günlərini Ona ibadət
etməkdə keçirərək tez-tez oruc tutmuşdur.
Allah ona möcüzələr göstərmək gücünü də
bəxş etmişdir. Dağlar, daşlar, quşlar, yırtıcı
heyvanlar onun əmrinə tabe edilmişdir
(Quran, 21: 79-80). Davud Zəburdan
parçalar oxuduqda quşlar da onunla birlikdə
oxuyurdular. O, əlləri ilə dəmiri əyərək
istədiyi görkəmə sala bilirdi.
DAVUD ZAHİRİ (202/817 – 270/883) –
zahiri məzhəbinin qurucusu olmuşdur. O,
dini elmləri Məhəmməd ibn İdris Şafiidən
öyrənmişdir. O, müəlliminin xüsusiyyətlərini
və metodlarını yüksək dəyərləndirmişdir.
Məhəmməd ibn İdris hökmlərin çıxarıl-
masında Quran ayələrinə üstünlük verərək,
öz metodunu qurmuşdur. Ancaq bununla belə
o, başqa metodları, xüsusən də, qiyasdan da
istifadə edirdi. Davud Zahiri isə bu yolda
daha da irəliləyərək ayələrin anlaşıqlı
olduğunu iddia etmiş və hökmlərin çıxarıl-
masında başqa metodlardan istifadə et-
məmişdir.
Davud Zahiri bütün həyatı boyu topladığı
hədislərin mahir bilicisi olmuşdur. Ancaq,
Quranı məxluq hesab etdiyinə görə sünni
hədis alimləri və raviləri ondan hədis rəvayət
etməmişdirlər. Buna görə də, onun adı böyük
hədis alimləri arasında qeyd edilmir. Bununla
yanaşı, Quran ayələrinin anlaşıqlı olduğunu
qəbul etməsi və onun təfsir metodu, sünni və
şiə alimlərinin baxışları ilə ziddiyyət təşkil
edirdi. Əhməd ibn Hənbəl kimi məşhur sünni
din alimi, onunla görüşmək belə
istəməmişdir.
Ancaq çoxluğun ona qarşı olmasına bax-
mayaraq, Davud Zahiri böyük işlər görmüş,
özündən sonra böyük irs buraxmışdır. Onun
hədis və fiqh sahəsində yazdığı kitabları
olduqca şöhrət qazanmış, müsəlman alimləri
arasında tanınmışdır. O, gözəl polemika
aparan biri kimi öz metodunu elmi
mübahisələrində bacarıqla ortaya qoya
bilmişdir. Bununla yanaşı yüksək əxlaqi xü-
susiyyətləri, eləcə də imanı ilə digərlərindən
seçilmişdir.
Davud Zahirinin vəfatından sonra, onun
davamçıları hicrətin III - IV əsrində onun
ideya və prinsiplərini İslam dünyasının müx-
təlif bölgələrində yaymışlar. Ancaq, bu pros-
esə Hənbəli qazisi (II) Əbu Yəla kimi sünni
alimləri qarşı çıxmışdırlar. Buna baxma-
yaraq, hakim Münzir ibn Səid Bəlluti (hi-
crətin 355-ci ilində ölmüşdür), İbn Həzm
(384-456), Məsud ibn Suleyman ibn Müflitə
(hicrətin 426-cı hicri ilində ölmüşdür) kimi
mütəfəkkirlərin səyləri nəticəsində zahirilik
müsəlman İspaniyasında (Əndəlüsdə) geniş
yayılmışdır.
DƏCCAL – gəlişi qiyamətdən öncə gö-
zlənilən zalim bir insan obrazıdır. Onun
46
DAVUD ZAHİRİ
gəlməsi axirət olaylarının əlamətlərindəndir.
Rəvayətlərdə Dəccal böyük gücə sahib olan
bir insan kimi anılır O, dünyada insanlar
arasında ixtilaflar yaradacaqdır. Hədislərdə
Məhəmməd peyğəmbər qiyamətdən öncə
onun gələcəyi haqqında məlumat vermişdir.
Hədislərdə Dəccalın görkəmi haqqında müx-
təlif fikirlər vardır. Onun iri bədənli, qıvrım
saçlı və gözünün birinin kor olacağı bildirilir.
Dəccal tanrılığa can atacaq, möcüzələr
göstərəcəkdir. Hətta, ölüləri belə dirildə
biləcəkdir. Ancaq, bu möcüzələrin yalan və
illüziya olacağı qeyd edilir. Məhəmməd
peyğəmbər onun irəliləyəcəyi, ancaq Məkkə
və Mədinəyə girə bilməyəcəyini qeyd et-
mişdir. Şeytanlar ona yardımçı olacaqlar,
yalançı möcüzələrini doğru kimi göstərəcək-
lər. Müsəlmanlar onlarla döyüşəcək və sonda
göylərdən yerə zühur edən İsa peyğəmbər və
Mehdi Dəccalı öldürəcəklər.
DƏHRİLƏR – Allahın xaliq olduğunu
inkar edənlərdir. Onlar materiyanın əbədi ol-
ması iddiasını irəli sürmüşlər. Dəhrilər daha
çox fəlsəfi bir cərəyan kimi dəyərləndirilə
bilər. Dəhrilər hər şeyin yaradıcısız, özbaşına
vücuda gəldiyini söyləyir, Allahın varlığını
inkar edirdilər. Bu baxımdan onları müasir
yanaşma ilə ateist adlandırmaq da
mümkündür.
DƏRVİŞ_–_səyahət_edən,_fiziki__dünyadan_əl_çəkərək,_mənəvi_dünyada__yaşayan,_sufiliyi_təbliğ_edən_dindar_insan-__lardır.'>DƏRVİŞ – səyahət edən, fiziki
dünyadan əl çəkərək, mənəvi dünyada
yaşayan, sufiliyi təbliğ edən dindar insan-
lardır. Dərvişlər hər zaman özlərini Allaha,
peyğəmbər və əhli-beytin mədhiyyəçiləri
saymışdırlar. “Dərviş öz evini çiynində
gəzdirər” ifadəsi onların laməkan olmasına
işarədir. Araşdırmalar göstərir ki, dərvişlik
orta əsrlərdə yayılmağa başlamışdır. Həyat-
larını səyahətlərdə keçirən dərvişlər əsasən
Allahın şəninə, peyğəmbər və onun əhli-bey-
tinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri
təbliğ edən mərsiyələr deyərmişlər.
İslam ölkələrinin çoxunda dərvişlik
ayrıca təriqət hesab olunur. “Dərviş” fars
sözü olub mənası qapı-qapı gəzən, sədəqə
toplayan adam deməkdir. Amma, əslində
onlar sədəqə toplayan dilənçilər deyil,
dərvişlər tamam fərqli həyat və düşüncə tərz-
inə malik olan insanlardırlar. “Dərviş” sözü
zaman-zaman geniş coğrafi məkanda uzun
müddət istifadə edilməsi səbəbi ilə dəyişik
və daha geniş mənalar qazanmışdır. Dərvişlər
evlənməz, ailə həyatı qurmazdılar. Özlərini
İslamın, Allahın təbliğinə həsr edib şəhər-
bəşəhər, kəndbəkənd gəzər Tanrıya, peyğəm-
bərə və imamlara həsr olunan ilahi nəğmələr
oxuyardılar. Dərvişlər özləri də müxtəlif qru-
plara ayrılırlar. Müxtəlif dərviş qar-
daşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl,
qəsidə və mərsiyələrin oxunma tərzi fərqli
idi. Məsələn, rifailər oxumağa, mövləvilər
dövrə vurmağa, isəvilər tullanma
hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük
verirdilər. Orta əsrlərdə mənəvi və ruhani
həyata yönələn müsəlmanlar arasında iki
qüvvətli təmayül meydana çıxmışdır. Bu
dərviş tiplərindən birinin mərkəzi İraq,
digərinin mərkəzi İranın Xorasan şəhəri ol-
muşdur. Cəmiyyətdə fərqli bir zümrə kimi
görünən bu dərviş qardaşlıqları dindarlığın
mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını
iddia etməklə özlərinə məxsus əxlaq qay-
daları nümayiş etdiriblər. Onlar özlərini ca-
maatdan fərqli göstərən davranışlara malik
idilər. Həm İraq sufilərinin, həm də Xorasan
məlamilərinin dərvişliyi hər dövrdə varlığını
davam etdirib və tədricən ətraf bölgələrə -
Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi
Hindistan və Anadoluya yayılmışdır.
Müxtəlif adlar altında toplanan dərviş
zümrələri bəzi fərqliliklər göstərsələr də, on-
ların təməl qanunları eyni olmuşdur. Təməl
qanunlarına görə, onlar nəfsin istəklərinə
hakim olmağı, ölçülü və intizamlı yaşamağı,
ruhi yetkinlik və mənəvi olğunluğa çatmağı
bacarmalı idilər. Dərvişlərin yaşadığı çətin
47
DƏRVİŞ
həyat çiləsi, onların muradlarına çatması
üçün əsas amil idi.
DƏSTƏMAZ
– ibadətlərdən əvvəl
bədən üzvlərinin: əllərin, ayaqların, üz və
başın su ilə yuyulması və məsh edilməsidir.
Hədislərdə “Dəstəmaz” (vuzu) sözü təmizlik
və gözəllik anlamlarında işlədilir. Dəstəmaz
almaqla müsəlmanın bədən və ruhu təmi-
zlənmiş olur. Bu baxımdan, Quranda (5: 6)
dəstəmazın vacibliyi
qeyd edilmişdir.
Məsələn, dəstəmaz almadan namaz qılmaq,
Kəbəni təvaf etmək və Qurana toxunmaq
doğru hesab edilmir. Dəstəmaz alanda aşağı-
dakıları yerinə yetirmək vacibdir: niyyət
etmək (Hənəfi məzhəbində vacib); üzü
yumaq; əlləri dirsəklərə qədər yumaq; yaş
əllə başı məsh etmək; ayaqları topuqlara
qədər yumaq (Cəfəri məzhəbində ayaqlar
yuyulmur, sadəcə yaş əllə məsh edilir).
Dəstəmaz aşağıdakı ardıcıllıqla alınır:
niyyət edildikdən sonra əl barmaqları,
ovuclar, dişlər yuyulur; sonra ağız və burun
üç kərə su ilə yaxalanır. Bundan sonra üz,
sonra sağ və sol əllər üç dəfə yuyulur. Daha
sonra sağ əlin (ya da hər iki əlin ovucu ilə)
barmaqları ilə başa məsh edilir. Daha sonra
isə öncə sağ, sonra isə sol ayaq, hər biri üç
dəfə olmaqla topuqlara qədər yuyulur (Cəfəri
məzhəbinin davamçıları sağ əllə sağ, sol əllə
isə sol ayaqlarının üstünü topuğa qədər məsh
çəkirlər). Dəstəmazı bədəndən təbii ifrazat-
ların çıxması, insanın yuxuya getməsi və
cinsi əlaqəyə girməsi pozur.
DƏSUKİ BÜRHANƏDDİN – bax: DƏ-
SUKİLƏR.
DƏSUKİLƏR – sufi təriqətlərindən
birinin ardıcıllarıdırlar. Onları bürhanilər də
adlandırırlar. Təriqətin adı Bürhanəddin
İbrahim ibn Əbu Məcd Dəsuki (676/1277
ildə vəfat etmişdir) ilə bağlıdır. Onun soyu
Misirdən olmuş, uzun müddət orada Dəsuk
kəndində yaşamışdır. Burada ilkin biliklərə
sahiblənmiş, Quranı və Şafii fiqhini dərindən
öyrənmişdir. Sonra o, təcrübəli mürşidlərinin
başçılığı ilə sufi yolçuluğuna başlamış, tərki-
dünyalığı seçərək iyirmi il qapalı həyat sür-
müşdür. Bundan sonra, aktiv olaraq öz
təriqətinin yayılması üçün səylər göstər-
mişdir. Dəsuki təriqəti Misir, Sudan, Şimali
Afrikada geniş yayılmışdır. Misirdə dəsukilər
davamçılarının sayına görə Şazili və Bədəvi
təriqətlərindən sonra üçüncüdür. Bu təriqətin
rifailər, sührəvərdilər və şazililərlə müəyyən
bənzərlikləri vardır. Bəzən dəsukiləri bədəvi
təriqətinin bir qolu da hesab edirlər.
Dəsukilərin zikri səsli yerinə yetirilir
(cəhridir). Davamçılarının ən başlıca vəzifəsi
yüksək əxlaqa çatmaq, təriqətə bağlı olmaq,
öz mənfi xüsusiyyətləri ilə mübarizə
apararaq və onlar üzərində qələbə qazan-
maqdır. İlk zamanlar təriqət davamçıları sə-
malar zamanı vəcd halına girmək üçün
məclislərdə musiqi səsləndirib, qəzəllər ox-
uyurdular. Ancaq sonra onlar məclislərində
məvləlivilər
kimi səmalar
keçirməyə
başlamışdır. Dəsuki sufiləri yaşıl libaslar
geyinərdilər. Təriqətin şərnubitilər, aşurilər
və süyutilər kimi bir neçə qolları da vardır.
DİHYƏ İBN XƏLİFƏ (50/670-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. O, Kəlbilər
qəbiləsinin başçılarından biri idi. İslamı Bədr
döyüşündən sonra qəbul edərək Məhəmməd
peyğəmbərin ən yaxın səhabələrindən biri ol-
muşdur. O, yunan dilini yaxşı bilirdi. Hüdey-
biyyə anlaşmasından sonra Məhəmməd
peyğəmbər müxtəlif qəbilələri və ölkələri İs-
lamı qəbul etməyə çağırmışdır. Bunun üçün
onların yanına öz elçilərini göndərmişdirlər.
Dihyə ibn Xəlifə də onlardan biri kimi Bizans
imperatoru Herakliusun yanına göndərilmişdir.
O, imperatorla Qüdsdə görüşüb Məhəmməd
peyğəmbərin məktubunu ona çatdırmışdır.
Dihyə ibn Xəlifə bir-çox döyüşlərdə iştirak et-
mişdir. Məhəmməd peyğəmbərin vəfatından
sonra Bizansa qarşı aparılan müharibədə, Yər-
48
DƏSTƏMAZ
muk döyüşündə də iştirak etmişdir. Onun
söylədiyi ehtimal olunan bir neçə hədis za-
manımıza qədər gəlib çatmışdır.
DİQYANUS
–
rəvayətlərə görə
Quranda adı keçən Əshabi-Kəflə bağlı
hadisələrdə möminləri təqib edən ölkə
başçısı olmuşdur. Ola bilsin ki, bu Roma im-
peratoru Detsius (190 – 251) idi. Allahdan
üz çevirib bütlərə sitayiş edən hökmdar ol-
muşdur.
DİN – tapınma, yol, təriqət, inanc kimi
və s. sözləri özündə ehtiva edir. Latınca “re-
ligio” sözünün qarşılığı kimi işlədilir. Dinlər
haqq və batil olmaq üzrə iki yerə ayrılır.
Müsəlmanların inancına görə doğru din yal-
nız İslamdır (Quran 3:19), digər dinlər isə
yanlış və ya təhrif olunmuşdurlar.
DİRAR MƏSCİDİ –bax: MƏSCİDÜL-
DİRAR.
DİYƏT – qətlə yetirilmiş insanın yaxın-
larına və ya əlil edilmiş insanın özünə
cinayəti törətmiş insan tərəfindən kəf-
farənin ödənilməsidir. Diyət haqqında
Quranda müəyyən ayələr vardır (4: 92, 17:
33). Hər hansı bir şəxs bilərəkdən kimisə
öldürərsə, onda ölənin yaxınları və qohum-
ları onun qisasını tələb edə bilərlər. Ancaq,
qətlə yetirilmiş insana görə qatildən böyük
məbləğdə qanbahasını almaq da mümkündür.
Məhkəmədə hakim, ölənin qohumlarına qan-
bahası almağı məsləhət görsə də, onları buna
məcbur edə bilməz. Əgər qətl və ya bədən
xəsarətləri bilərəkdən deyil, təsadüfən baş
vermişdirsə, onda bunu edən kimsə ölənin
yaxınlarına qanbahasını ödəməlidir. Qanba-
hasının ölçüsü ölənin (ya da yaralananın)
cinsindən, müsəlman olub-olmamasından,
azad və ya kölə olmasından asılıdır. Zərər
çəkən kölə olarsa, o zaman onun qanbahası
sahibinə ödənilir. Öldürülmüş və ya yaralan-
mış kölənin qanbahası öldürülüb və ya
yaralanan azad şəxsin qanbahasından çox ola
bilməz. Qanbahasını ödəməklə yanaşı
cinayəti bilməyərəkdən törətmiş müsəlman
həm də kəffarə verməlidir. O, törətmiş
olduğu cinayətin kəffarəsi kimi bir köləni
azad etməlidir. Kəffarəni ödəyən müsəlman
kasıbdırsa, o iki ay oruc tutmalıdır. (Quran,
4: 92). Qanbahasının ödənilməsindən təkcə
qatilin özü deyil, onun qohumları da məsul-
durlar (qadınlar, yetkinlik yaşına çatmamış
uşaqlar, ruhi xəstələrdən başqa). Əgər, qatil
və onun yaxınları qanbahasını ödəməyə gü-
cləri çatmırsa, o zaman diyət ölkənin xəz-
inəsindən ödənilir.
DRUZLAR_–_ismaili_şiələrə_yaxın_ifrat__dini_təriqətin_davamçılarıdırlar.'>DRUZLAR – ismaili şiələrə yaxın ifrat
dini təriqətin davamçılarıdırlar. Bu təriqətin
qurucusu Dərazi olmuşdur. O, Qahirədə Fa-
timi xəlifəsi
Biəmrillahın (386/996 –
411/1021) yanında qulluq etmişdir. Dərazi
Biəmrillahı Tanrının yerdəki təcəllisi hesab
edirdi. Ancaq, bu təriqət Misirdə deyil, Lib-
nan (Livan) dağlarında yaşayan müxtəlif qə-
bilələrin arasında geniş yayılmışdır.
Müsəlmanların çoxu druzları müsəlman
hesab etmirlər. Druzlar yeni platonçuluq və
qnostik inancların, xüsusən də, onların em-
anasiya (Tanrı işığının saçması sonu
dünyanın yaranması) təlimini mənim-
səmişdirlər. Onların dünyagörüşündə dünya
Əqli emanasiya edərək (işıq kimi saçaraq)
müxtəlif insanlarda təkrar-təkrar ortaya çıxır.
Druzlar ruhun bir bədəndən başqasına köçə
bilməsinə (tənasüh) inanmışlar. Onların
inanclarına görə dünya Əqli sonuncu dəfə
Həmzə adlı bir şəxsdə təcəlli etmişdir.
Ümumilikdə, Druzların təlimi gizli xarak-
ter daşıyır. Onu yalnız təriqətin “uqqal”
(ağıllı) adlanan seçilmişləri bilirlər. Digərləri
isə “cuhhallardır” (cahillərdir). “Uqqallar”
ara-sıra xüsusi yerlərdə ibadət etmək üçün
yığışırlar. Duruzlarda ən yüksək məqama çat-
mış insanlar “kamil insan” adlanırlar.
49
DRUZLAR
DUA – Allahdan nə isə istəmək və
diləmədir. Özünü Allahın qulu hesab edən
hər bir kəs Onun gücü qarşısında öz acizliyi
və gücsüzlüyünü hiss edib Ona sığınır və əl
açır. İmanlı hər bir şəxs Allahdan hər hansı
bir işinin reallaşması üçün yardım diləyər və
ya Ona özündən bəlaları uzaqlaşdırmağı
istəyər. Yalvarışlarında o, Allaha sevgisini və
sadiqliyini bildirir. Müsəlmanlar hər hansı bir
işə başlamazdan əvvəl Allaha dua edərlər.
DUHA – quşluq vaxtı deməkdir. Bu söz
Quranda (20: 59, 79: 46, 93: 1) da anılmaq-
dadır. Duha vaxtı girəndə (günəşin doğuşun-
dan iki saat sonra) eyni adlı namaz da qılınır.
Duha (quşluq) namazı iki rükət və daha çox
qılınan müstəhəb namazıdır. Bəzi alimlərə
görə rükətlərin sayı iki və ya səkkiz rükət
arasında olmalıdır. Duha namazı əsasən
günəş çıxdıqdan on beş dəqiqə sonra
başlayıb və günəş zenit xəttinə yüksələnədək
qılınmalıdır. Quranda surələrdən biri “Duha”
(93) adlanır. On bir ayəsi olan bu surə “Fəcr”
surəsindən sonra Məkkədə nazil olmuşdur.
Bu surə nazil olana qədər Məhəmməd
peyğəmbər bir müddət Allahdan vəhy al-
mamışdır. Buna görə bütpərəstlər ona istehza
edərək Allahın onu unutduğunu iddia et-
mişdirlər. Bu səbəbdən də, “Duha” surəsi
nazil olmuşdur. Məhəmməd peyğəmbərin
bəzi hədislərində duha namazı haqqında
məlumat vardır.
Dostları ilə paylaş: |