AZƏrbaycan milli elmlər akademi­yasi­ folklor institutu ­­­­­­­­­­­­­­­­­ ZÜMRÜd məNSİmova zaqatala


Aşıq Mədət Bürünmüşəm dərdə-qəmə, Qorxuram eşq odum sönə. Siz Allah, yol verin mənə, Çaylar, məni incitməyin. Çaylar



Yüklə 1,53 Mb.
səhifə12/13
tarix31.01.2017
ölçüsü1,53 Mb.
#7102
1   ...   5   6   7   8   9   10   11   12   13

Aşıq Mədət

Bürünmüşəm dərdə-qəmə,

Qorxuram eşq odum sönə.

Siz Allah, yol verin mənə,

Çaylar, məni incitməyin.

Çaylar

Aşıq, bil dərdimiz çoxdur,

Kimi acdır, kimi toxdur.

Başqa cür çarəmiz yoxdur,

Bizim öz axınımız var (78).

Zaqatala aşıqlarından topladığımız regional dastan­ların hər birinin struk­turun­da diqqəti çəkən bir xüsusiyyət burada sakral sferanın və əlaqənin möv­cud­lu­­ğudur. Das­tan­da klassik ənənə qorunsa da, hadisələrin gedişatı, za­ma­nı və to­po­­nimikası, məz­munu baxımından müasir hesab olunur. «Aşıq Mədətlə Bəhri­na­zın dastanı»nı tam şəkildə müasir həyatla səsləşən avtobioqrafik səciyyə daşı­yan das­tan hesab etsək daha doğru olar. Dastan müa­sir həyatı əks etdirsə də əsas kö­kü­­­nü, rişəsini klassik das­tanlardan götürüb. Prof. İ.Abbaslı bu mə­sə­ləyə mü­na­si­bə­­tini bildirərək qeyd etmişdir ki, yeni dastan yaradan müəlliflərin əksəriy­yəti klassik das­tan irsindən faydalanmış, bu xəzinədən yaradıcı surətdə isti­fadə etmiş, bu çeş­mə­dən su içmiş, bu qaynaqdan bəhrələnmişlər (1, 7; 2, 11-12).



Fikrimizcə, «Aşıq Mədət və Bəhrinazın» das­ta­nı məz­mu­nu­na, qur­ulu­şu­na, re­gi­o­­nal çalar­la­rı­na görə dastançılıq ənənəsində özünə­məx­sus yer tuta­caq.

Klassik dastançılıq ənənəsinə sadiq qalan, onu yaşadanlardan biri də Aşıq Va­­leh­dir. O, «Novruz Qəndab», «Şah İsmayıl», «Aşıq Qərib» və s. başqa klassik das­­­tanları yaxşı bilməklə yanaşı, özünün maraqlı dastanlarını yarat­mış­dır. Aşıq Va­lehin yarat­dığı «Aşıq Valeh və Afət» das­ta­nını sözün həqiqi mənasında tam şə­kil­­də səmi­milik, saflıq və doğruluq, cəsarət mücəssəməsi adlan­dır­maq olar. Av­to­­­bioqrafik səciyyə daşıyan dastanın qəhrəmanı sənətkarın özü­dür. Bu dastan Aşıq Valehin yaşadığı ömür yolunu, onun qarşılaş­dığı mürəkkəb hadi­sə­lə­ri, ke­çir­­­diyi sarsın­tı­ları, hiss-həyəcanını, dəyişməz sevgisini əhatə edir. Aşıq Va­leh bu das­­­tanında gör­dü­yü, yaşadığı və duyduğu hadisələri əks etdirir. Prof. Erman Ar­tun «Aşıq dastalarının sosial-tarixi mənbəyi kimi» məqaləsində das­tan yaradı­cı­la­rın­dan söz açarkən qeyd etmişdir ki, «das­tanlar aşığın yaşadığı çağdakı ha­­disələri, gördüyü, qarşılaş­dığı qaynar həyat səhnə­lərini əhatə edir» (129, 35-37). Bu dastan klassik ənənəyə uyğun şəkildə üç ustad­na­mə ilə başlayır. Sonrakı ha­di­­sələrin, obrazların rənga­rəng­­liyi, zaman və məkan əhatəsi və özünə­məx­sus spe­si­­fi­kası ilə yadda qalır. Dastanda əvvəldən sona­dək sənətkarın müxtəlif ölkə­lə­rə səfər­lə­rin­dən keçir­diyi iztirablar­dan, qarşılaşdığı haqsız­lıq­lar­dan, qa­zan­dığı dost­lar­dan, sevincin­dən, dərdindən, qə­min­­dən söz açılır. Dastan zamanın tələ­binə uy­ğun müasir formada yazılsa da, klassik ənənədən gələn bir çox xüsusiy­yətlər qo­ru­nur. Dastan boyu qəhrəman düşdüyü məclis­lərdə bir çox sə­nət­­karlarla qar­şı­la­şır, onlarla bədahətən deyişir, tez-tez sınaqlara çəkilir. İstər və­tən­də olsun istərsə də yad ellərdə sənətkarı qəm-qüssə, haqsızlıq, xəta-bəla tərk etmir. Həqiqətin car­cı­sı olan qəhrəman hər dəfə düşdüyü çətin­likdən Allahın kö­mə­yi ilə qurtarır. Bu­na­ görə də sənətkar ona hər zaman duaçıdır. Dastanda baş verən hadi­sələr əsa­sən, aşıq Valehlə onun ömür-gün yoldaşı Afət xanımın əhatəsində cərəyan edir. Qəh­rəman sevgi­sinə yetişmək üçün çox böyük sədlər aşır, iztirablar keçirir, so­nun­­da muradına yetişir. Yuxa­rıda qeyd etdiyimiz kimi, dastan həqiqi yaşanan bir ömrü əhatə etsə də, dövrün, zamanın tələbinə uyğun tərzdə yazılmışdır. Qəhrəman Afət xanıma qovuşana kimi çox ağır sınaqlardan mərdanə çıxır. Sev­gisinin sora­ğı ilə qarda-boranda keçilməz dağlar aşıb, sıldırım­lar, qayalar keçib onun və­tə­ni­­­nə elçiliyə gedir. Nəhayət, qarşılaşdığı xeyirxah şəxslərin sa­yə­­sin­də sevgilisini ta­­­pır. Sonra qəhrəman qazanc dalınca Qaza­xıstana getməli olur. Dastanda mə­kan və za­man hüdudları geniş­dir. Baş verən hadisələr müxtəlif məkanlarda cərə­yan edir ki,­ bu da das­ta­nın dəyərini daha da artırır. Dastandakı məkan müx­təlif yer­­ləri əha­tə edir ki, bu isə məhz klassik dastan­larda olduğu ki­midir. Klassik das­­tan­lardan olan «Abbas və Gül­gəz», «Qurbani»­də olduğu kimidir. Deməli, sev­­­gilisinə qovuşduq­dan sonra dastan sujetinin davam etməsi dastan kom­po­zi­si­ya­sında yenilik hesab oluna bilər. (Adı çəkilən bu dastanlar avtobioqrafik sə­ciy­yə daşıdığından nü­mu­nə çəkirik). Burada qəhrəman müxtəlif məka­n­larda gö­rü­nür, amma fərq yalnız ondadır ki, klassik das­tanlarda qəhrə­man butasına yetiş­mək səbə­bin­dən müxtəlif məkan­larda görünür. «Aşıq Valeh və Afət» dastanın da isə vəziyyət tam başqa tərzdə cərəyan edir. Sevgisinə qovuş­duqdan sonra, həyat tərzi­nin ağır keçdiyini görən qəhrəman müxtəlif ölkələrə getməli olur. Bunlar «Aşıq Valeh və Afət» dastanının səciyyəvi xüsusiy­yət­lərin­dən hesab oluna bilər. Das­tan qəhrəmanı vətən­dən kənarda yaşadığı müddətdə pislərlə yanaşı, dar gü­nün­də gərək olan gö­zəl dostlar, xoş müjdəli saatlar və əsrə bərabər günlər qa­za­­nır. Amma bununla ya­naşı, Afəti heç unut­mur. Onun namusunu, arını, özü­nə­məx­­­sus gözəlliyini, əx­la­qı­nı dün­yanın heç bir gözəlinə dəyişmir. Qürbətdə göz­lə­nil­məz məcara­larla keç­irdi­yi­ hər gününü Afəti, ailəsini görmək eşqi ilə yaşayır. «Arzular» adlanan qoş­ma­sın­da sənətkar arzu-istəyini belə ifadə edir:

Dolanıb dünyanı bir qartal kimi,

Dağların başına qonar arzular,

Seçib bir-birindən dostu düşməni,

Həqiqət yolunda yanar arzular (78).

Dastan real həyatı gerçəklərini açıqlamaq baxı­mın­dan çox də­yərlidir. Bura­da­ qazanc dalınca vətəni tərk etmək məcburiy­yə­tində qalan oğul­la­rımızın aqi­bə­ti­ni görürük. Bütün bunlar dastana yeni çalar gətirir. Onu da qeyd edək ki, das­tan­­­da klassik ənənədən gələn bir sıra xüsusiyyətlər qorun­sa da, daha çox aşiqanə bir poeziyaya bən­zəyir. Dastan boyu Aşıq Valeh yüksək sənətkarlıq qüdrətilə mey­­­­danda heç vaxt təklənmir. Həmişə öz bacarıq və qabiliyyəti ilə qarşısındakı rə­qi­­­bini məğ­lub edir. Sənətkar buna baxmayaraq, heç vaxt öyün­mür. Əksinə, hə­mi­­­şə yüksək ədəb-ər­kanı, bö­yük-kiçik, ustad yolunu gözləməyi ilə yadda qa­lır. Bu xüsu­siyyətə biz istər onun «Dağıstan səfəri» adlanan xatirələrin­də, istərs­ə də das­­ta­nın özündə təsadüf edirik. Sənətkar nəzakət xatirinə deyişdiyi aşıqların ad­la­rını çəkmək istəmir. Dastan bo­yu izlənilən hadisələr, mükə­m­məl şeir nü­mu­nə­lə­ri usta­dın dini-ürfani mə­qam­la­ra necə bələd olmasından xəbər verir. Onun məc­lis­lərin birində söylədiyi vü­cud­­naməsi fikrimizi əsaslandırmaq üçün gərəkli nü­mu­­nə ola bilər:

Qırx gündə bir mələk oldu müqərrər,

Bərkitdi sümüyümü eylədi təyyər,

Ətdən, qandan, sudan mən tapdım qərar,

Sanasan qəvvasdan doldum dəryaya (78).

Dastanda izlədiyimiz digər bir xətt Valeh və Nadya üzərində cərəyan edir. Düz­­dür, Nadya da öz növbəsində namuslu, cəsarətli, etibarlı və mərd bir qızdır. Am­ma buna baxmayaraq, bu obraz dastana yeni bir münasibət gətirir. Sənətkar Nad­yanın timsalında əslində, zamanın, dövrünün qüsurlarını açıqlamış olur. Bu­ra­­­­da məc­burən vətəndən uzaql­ara iş üçün gedən həmyerlilərimizin aqi­bətini gö­rü­rük. Aşıq Valeh bütün bu çətinlik­lərdən mərdanə çıxır. Sənətkara qüdrət ve­rən, ona dar anında həmdəm olan qazandığı yaxşı dostları və elidir. Elə arxa­la­nan və yaxşı dostları olanın inam və ümidi də tükənməz olar.

Afət xanım Aşıq Valehin həqiqi qisməti, daha düzgün desək, Allahdan bəxş olunan buta payıdır. Məhəbbət dastanlarımızda bir qayda olaraq, buta veri­lənin real həyatı, hiss-həyəcanı əsas qəh­rəmana nəzərən az təsvir olunur. «Aşıq Valeh və Afət» dastanında buta motivi olmasa da, real sevgi üzə­rində apa­rılan mü­ba­ri­zə xətti ənənəyə uyğun tərzdə qorunmuşdur. Afət xanım dastanda təsvir olu­­nan qadın obrazları içərisində daha cəsarətli, qey­rə­tli, Azər­bay­can qadınına xas bütün gözəl xüsusiy­yətləri özündə təcəssüm et­dirən bir obraz kimi yadda qa­lır. Bütün çətinliklərə mərdliklə sinə gə­rən, heç vaxt Allahın bəxş etdiyi taledən şi­kayətçi olmayan Afət xa­nım uzun ayrılıqdan sonra yeni­dən öz qismətinə qo­vu­şur. Klassik dastan­la­rımızda olduğu kimi, bu dastanın da sonluğu hər iki qəh­rə­ma­nın min bir əziyyətdən sonra öz arzularına hasil ol­maq­­ları ilə bitir.

Bu dastan öz poetik xüsusiyyətləri ilə spesi­fik­dir. Zənnimiz­cə, bu baxımdan folk­lor araş­dırıcı­ları, bütövlükdə aşıq sənəti üçün, özündən son­ra­ yazıb-yaradan sənət­karlarmız üçün gərəkli örnək ola bilər.

Bu mühitdə xüsusi yeri olan müasir dastan­lar­dan biri də Aşıq Valehin yara­dı­cılığının Zaqatala döv­ründə yaratdığı «Mətin və Riyalə»nin das­tanıdır. Das­tanda real hadisələrdən – 1992-1993-cü illərdə baş verən qanlı faciə­ləri­­mizdən, Qara­bağ uğ­runda vuruş­ma­­la­rımızdan, orada baş verən acı həqiqət­lərdən, mərd oğul­la­rı­mı­zın şücaətindən, sə­riş­­təsiz hakimlərin çirkin əməllərindən bəhs olunur. Prof. Özkul Çobanoğ­luya görə, bu gün aşıq ədəbiy­yatın­da özünə­məxsus yer tutan işğal altın­da qalan vətən torpaq­la­rının tərənnümü son dərəcə diq­qət­çəkən möv­zu­lar­dan­dır (128, 91). Bu hadisə­lə­rimizin hamısı Mətin adlı qəh­rəman bir igidin ətrafında cərəyan edir. Prof. M.Cəfərli «Dastan yaradıcılığı» kitabında qeyd etmişdir ki, dastan kökü ta­ri­xə dayanan və ilhamını tarixdən alan xalq ədəbiyyatı məh­su­lu­dur (29, 98). Dastanın özünə­məx­sus­­luğu da məhz onun real hə­yat hadisələri ilə əla­qəli olması ilə bağlıdır. «Mətin və Riyalə» dastanı klassik das­tanlarımızdan fərq­li olaraq üç ustadnamə ilə başlamır. Müraciətlə, ar­zu istəklə başlayır. Sonra giriş hissəsi ilə davam edir. Ustadnamə əvə­zi Allaha mü­raciətlə başlanan iyirmi bir bəndlik minacatın verilməsi yazılı ədəbiy­yatdan gə­lən bir ənənədir. Bu mina­cat­ların ən kamil nümunələrinə Niza­mi­nin, Füzulinin poezi­yasında təsadüf edi­rik. Dastanın mina­catla baş­lama­sı­nın əsas səbəbi birinci növ­bədə sənətka­rın mə­nən Allaha bağlı olması ilə əlaqə­dar­dır. Dastanı yazıb so­na yetirmək üçün sənət­­­kar Allahdan güc qüvvət istəyir:

Ricam budur, ey Yaradan,

Şeytanı götür aradan.

Sən izin ver yazım dastan,

Mən, Yaradan xatirinə (78).

Zaqatata aşıq mühitinə məxsus dastan yara­dıcılığı sənətkarlıq baxımın­dan çox zəngin hadisə­dir. Bu dastanlar öz orijinallığı ilə Azərbay­can şifahi xalq ədə­biy­­­­­yatında özünəməxsus yer tuta­caqdır.

NƏTİCƏ
Tədqiqat işi onu göstərir ki, Zaqatala aşıq mühitində bu gün də yaşamaqda olan aşıq sənəti da­vamlı bir ənənəyə malikdir. Bu araşdırmaya qə­dər Zaqatala aşıq­ları həm mühit baxımından, həm də fərdi yaradıcı subyektlər olaraq tədqiq edil­mə­miş­dir. Məhz bu səbəbdən idi ki, Zaqatalanı müxtəlif aşıq mühitlərinin tərkib hissəsi ki­mi göstərirdilər. Təd­qiqat göstərdi ki, burada XVIII əsrin son­larından gü­nü­mü­zə kimi yaşayıb-yaradan yetmişdən çox aşığın, onların özünə­məxsus ifa tər­zinin və yaradı­cılıq üsullarının olduğu Za­qata­lanı ayrıca bir aşıq mühiti kimi təqdim etmə­yi­mizə əsas verir. Araş­dır­ma­da XVIII əsrin II yarsın­dan başlayaraq döv­rü­müzə qədər yaşayıb-yaratmış bir çox Zaqatala aşıq­la­rının, el şair­lərinin sənət şəcərəsi, həyat və yaradıcılıq yolu tədqiqata cəlb olun­muş və mühitin səciy­yə­vi xüsu­siy­yətləri müəy­yən­ləş­di­ril­miş­dir.

Araşdırma zamanı məlum oldu ki, Zaqatala aşıq mühitində sazla yanaşı, tənbur mu­siqi alətinin də özünə­məxsus yeri vardır. Məlumdur ki, tənbur musiqi alə­ti Orta Asi­yada, İraqda, Güney Azər­bay­can­da, Şirvan ərazisində, Zaqatala və Bala­kən­də­ və türklərin yaşadığı başqa ərazilərdə möv­cuddur. Biz sözügedən mühitdə bu gün də varlığını qoruyub saxlayan tənbur musiqi alətinin düzəlmə üsullarını, qu­ru­luşunu, tənbur ifaçılarını, onların yaratdıqları hava­la­rı, Zaqatala aşıqlarının tən­bur musiqisinin müşayiəti ilə bədahətən söylədikləri haylaları, deyişmələri və das­tan gecələrinin təşkil olunmasını və s. müşahidə edirik, bunlara mühiti səciy­yə­lən­di­rən cəhətlər kimi dəyərləndirdik. Tən­burla sazın tarixən parelel bir inki­şaf pro­sesi keçirməsi də inandırıcı dəlillərlə öz əksini tapmışdır. Tənburla söy­lə­ni­lən ila­hiləri araş­dırarkən o da məlum olur ki, Zaqa­ta­la tarixən pirlərin, övli­yaların, tək­kə ocaqlarının məskəni olmuşdur. Hər iki alətin (tənburla sazın) bir-birinə ya­xınlığı və oxşarlığı da məhz onların təkkə ocağına bağlılığı ilə əlaqədar ol­muş­dur.

Bu araşdırmada Zaqatala aşıq mühiti haq­qında tam bir fikir formalaşır­­­­­. Bu­rada folklo­ru­muza, bütövlükdə aşıq sənətimizə məlum olmayan onlarla yeni us­­tad və ifaçı aşıqların, el şairlərinin, o cümlədən Kor Vəlinin, Aşıq Kön­lü­nün, Aşıq Mə­­dətin, Aşıq Cahangir Dalğının, Mu­xaxlı Əlinin Muxaxlı Rama­za­nın və baş­qa­larının həyat və yaradıcılıq irsləri tədqiqata cəlb olun­muş­dur.

Araşdırmadan aydın oldu ki, Zaqatala aşıq mühitində bir qrup sənətkarlar (Kor Vəli, Aşıq Könlü, Aşıq Camal) yaradıcı­lıq­larına bir qay­da olaraq tənbur ifa­­­çılığı ilə başlamış, sonradan saz ifaçılığına keçmişlər. Bu xüsusiy­yə­ti də mühiti fərq­ləndirən cəhət kimi səciy­yə­ləndirmək olar.

Aşıq Könlünün bir sənətkar kimi təsdiqi araşdırmada müx­təlif aşıq rəva­yət­lə­ri, söyləyicilər vasitəsi ilə aşkarlanır.

Araşdırmadan bəlli oldu ki, Zaqatala aşıq mühiti XX əsrin ortalarında inki­şafın yüksək pilləsində olmuşdur. Zaqatala aşıq poeziyasına aid nümunələr onu gös­tərir ki, burada yaşayıb-yaradan sənətkarların şeirləri zəngin mövzu çalar­la­rı­na, janr əlvanlığına malikdir.

Zaqatalalı el şairlərinə gəlincə, onların iki qismdə fəaliyyət göstərdkləri mə­lum olur. Birinci qism el şairləri həm klassik şeir üslubunda, həm də aşıq şeiri üs­lu­bunda yazıb-yaradır, yeri gə­ləndə məclislərdə saz da ifa edirlər. Amma ustad aşıq­lar­dan fərqli olaraq ifa zamanı oxumurlar. İkinci qismə aid olan el şarləri isə yal­nız aşıq şeiri üslubunda yazan sənətkarlardır ki, onlar ümu­miyyətlə, sazda ifa etmirlər.

Araşdırmadan bəlli oldu ki, Zaqatala mühi­tində qoşmanın, ustadnamənin, təcnisin və aşıq rəvayət­lərinin özünəməxsus yeri var. Xüsusən, aşıq rəva­yətləri Za­qa­tala ərazisinin folklor bütöv­lüyünü özün­də yaşatmaq baxımdan dəyər­lidir.

Tədqiqat zamanı o da aşkarlanmışdır ki, Za­qa­tala aşıqları ənənədən gələn das­tanlarımızı hafizə­lərində yaşat­mış və xalqa çatdırmaqla yanaşı, həm də yeni das­tan­lar yarat­mış­lar. Bu das­tanlar həm tarixi keçmişimizdə, həm də bu günümüzdə baş ve­rən ictimai-siyasi və məişət hadi­sə­lərilə bağlı yaran­mış­dır. Məsələn, bu gün el ara­sın­da Qaçaq Hüseyn kimi tanınan Aşıq Hüseyin barəsində söylənilən rəvayət­lər əsa­sın­da sonralar Zaqatala aşıqları arasında «Aşıq Hüseynin dastanı» adı ilə ifa olu­nan dastana da rast gəlirik. Aşıq Mədətin zaqata­la­lı­ların məşğu­liyyət tərzini, məi­şət həyatını, dünya­görüşlərini əks etdirən «Aşıq Mədət və Güley­şə» və həyatı haq­qında tam avtobioqrafik məlumat verən «Aşıq Mədət və Tale», «Aşıq Mə­dət və Bəhrinaz» və s. adlı el arasında sevilən dastanları da mövcuddur. Aşıq Va­lehin isə Qara­bağ uğ­runda gedən savaşı əks etdirən məhəbbət və qəhrəmanlıq motiv­ləri üzə­rində yazdığı «Mətn və Riyalə» dastanı vardır ki, adları çəkilən bu das­tanlar bu­ta vermə, regional çalarları əks etdirmə, zaman və məkan xüsu­siy­yət­ləri baxımdan maraq doğurur. Aşıq Mədətin «Aşıq Mədət və Tale» dasta­nında əvvəl­dən so­na kimi simvolik obrazın bir çox funksiyalarda çıxış et­mə­si das­tan kom­po­zi­si­yası, obrazlar sistemi və dastan poetikası ba­xımın­dan Azər­­bay­can dastançılığında ori­­jinal hadisədir.

Beləliklə, aparı­lan araşdırmadan belə bir nəticəyə gəl­mək olar:

 Zaqatalada tarixən də və çağdaş dövrdə də aşıq mühiti mövcud olmuş­dur.

 Bir sıra ziyarətlərdə, ocaqlarda vaxtilə dərvişlərin tənburla söylədikləri ilahilər, bu alətin birbaşa təkkə ocaqlarına bağlılığına işarə edir.

 Hazırda Zaqatala aşıq mühitində tənbur ifaçılığı yaşamaq­dadır və tənbur ifa­çılarının yara­dı­cılığında haylalar daha geniş yer tutur.

 Sazla dastan söyləmək bütün mühitlərdə vardır. Amma tənburla dastan ge­cə­lərinin qurul­ması ənənəsi yal­nız bu mühitə xas olan xüsusiy­yət­lərdən biridir.

 Müxtəlif mərasimlərdə (Qurban, Mövlud), iməciliklərdə (xüsusən yun yuma, barama təmiz­ləmə, tütün düzümü, tay basma və s. yığınaqlarda) tənburun ifa olunması ilk öncə insanları bir araya gətirmək, onları bir-birlərinə daha sıx bağlamaq, bir-birlərinin qədrini bilmək kimi yüksək əxlaqi keyfiyyətlər aşı­la­ma­ğa xidmət edir. Qurban bayra­mın­dan bir gün öncə tənburda ilahilərin oxunması, in­sanları bir araya gətirməklə onların ruhunu təzələməkdə xüsusi əhəmiy­yətə ma­lik olmuşdur.

 Qaçaqçılıq hərəkatı Aşıq Hüseynin həyat və yaradıcılığına ciddi tə­si­r gös­tərmişdir.

 Aşıq Könlünün bir sənətkar kimi özünü təsdiq etməsi sübut edilmişdir.

 Aşıq Mədət yaradıcılığında, xüsusən dastan yara­dıcılığında şərti-simvolik ünsürlərdən istifadə etmişdir.

 Zaqatala aşıqlarının poeziyasında vətən­pər­vərlik, ictimai-siyasi və dini-ür­fani şeirlər əsas yer tutur.

 Zaqatalada regional səciyyə daşıyan das­tanlar da yaranmış, ancaq buna baxmayaraq, bura­da klassik ənənə də davam etdi­rilmişdir.



Beləliklə, tədqiqat işi göstərir ki, Zaqtala aşıq mühiti öz ustad və ifaçı aşıq­la­­rının həyat və yara­dı­cılıq irsləri ilə müəyyən bir ənənəyə malik ol­muş­dur. Bu mü­­hitin Azərbaycan aşıq sənətində hər zaman özünəməxsus yeri olmuşdu.

Ə D Ə B İ Y Y A T


  1. Abbaslı İ. Yeni dastanlar adlı müqəd­di­mə.­ Azər­bay­can dastanları. 5 cilddə, V cild. Bakı: Elm, 1972, 447 s.

  2. Abbaslı İ. Azərbaycan dastanlarının yayıl­ma­sı və təsiri məsələləri. Bakı: Nurlan, 2007, 272 s.

  3. Abbaslı T. Qurbaninin poetik irsi. (Monoq­ra­fiya), Bakı: Təhsil, Elm, 2004, səh. 84-85.

  4. Abdullayev M. Musiqi əsl ümumbəşəri dildir. “Xalq qəzeti”., Bakı: 2008, 17 sentyabr, s. 4.

  5. Ağalar M. Şirvan Aşıq yaradıcılığı: təşəkkülü və inkişaf tarixindən. Bakı: Elm, 2007, 298 s.

  6. Allahmanlı M. Ozan, Aşiq, Aşıq. Bakı: Ağrı­dağ, 1997, s.211.

  7. Araslı H. Həmişə yaşar sənətkar. «Azər­bay­can» jurnalı, Bakı: 1972, №5.

  8. Araslı H. Ön söz. Aşıqlar. Bakı: Qızıl Şərq mətbəəsi, 1957, 207 s.

  9. Araslı H. Aşıq yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1960, 136 s.

  10. ASE. IX cild, Bakı: 1986, 510 s.

  11. Aşıq Qərib dastanı. Azərbaycan dastanları. 5 cilddə, III cild, Bakı: Çıraq, 2005, 440 s.

  12. Aşıq Şəmşir. Seçilmiş əsərləri. Bakı: Azər­bay­can dövlət nəşriyyatı, 1973, 238 s.

  13. Aşıq Ələsgər. Əsərləri. dastan-rəvayətlər, xatirələr. Bakı: Şərq-Qərb, 1999, 577 s.

  14. Aşıq Əzim. Aşıqsansa söz deməyə haqlısan. (tər­tibçi və ön sözün müəllifi Zümrüd Səmə­do­va). Bakı: Nurlan, 2010, 152 s.

  15. Azərbaycan aşıqları və el şairləri. 2 cilddə, I cild, (Tərtibçi Əhliman Axundov), Bakı: Elm, 1983, 373 s.

  16. Azərbaycan aşıqları və el şairləri. 2 cilddə, II cild. (tərtib edəni Ə.Axun­dov).­ Bakı: Elm, 1984, 544 s.

  17. Azərbaycan ədəbiyyatı inciləri: (tərtib edəni, Bəhlul Abdullayev) Bakı: Yazıçı, 1988, 571 s.

  18. Azərbaycan tarixi: 7 cilddə, II cild. Bakı: Elm, 2000, 508 s.

  19. Azərbaycan folkloru antologiyası. VII kitab (Qaraqo­yun­lu folkloru) Bakı: Səda, 2002, 464 s.

  20. Azərbaycan folkloru antologiyası. IX kitab, (Gəncəbasar folkloru), Bakı: Səda, 2004, 522 s.

  21. Azərbaycan folkloru antologiyası, XIII kitab, (Şəki, Qə­bələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru), Bakı: Səda, 2005, 549 s.

  22. Azərbaycan folkloru antologiyası. XVI ki­tab, (Ağdaş folkloru), Bakı: Səda, 2006, 486 s.

  23. Azərbaycan xalq das­tan­la­rı.­ (tərtib edəni Ə.Axun­dovdur) V cildə,V cild. Bakı: Elm, 1972, 446 s.

  24. Azərbaycan das­tan­la­rı. (təkrar nəşr), (Re­dak­­tor M.Qa­sım­lı, Tərtib edən­­lər­­ M.H.Təh­ma­sib, Ə.Axundov). Beş cilddə, I cild. Bakı: Lider, 2005, 392 s.­

  25. Babayev B., Əfəndiyev P. Azərbaycan şifahi xalq ədə­biyyatı, Bakı: Ma­a­rif­, 369 s.

  26. Baxşəliyev F. «Saz və təsəvvüf. Dədə Qor­qud, Elmi-ədəbi toplu. Bakı: Səda, 2003, №1, s. 72-79.

  27. Cəfərli M. Dastan və mif. Bakı: Elm, 2001, 186 s.

  28. Cəfərli M. Haqqa tapınan aşiqlər. Azər­bay­acan folkloru. Bakı: Sabah,1994, 227 s.

  29. Cəfərli M. Dastan yaradıcılığı. (Metodik və­sa­it), Bakı: Elm, 2007,­ 107 s.

  30. Dastani Əhməd Hərami, Bakı: Gənclik, 1978, 95 s.

  31. Dəmirçizadə Ə. Şair və dil normaları. «Ədə­biy­yat» qə­zeti, 1936, 20 avqust

  32. Dünya Uşaq Ədəbiyyatı kitabxanası. El Çələngi. Bakı: Gənclik, 1983, 386 s.

  33. Eltəkin Nəzir. İsmi Pünhan sorağında. Bakı: Şirvan­nəşir, 1998, 160 s.

  34. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədə­biy­yatı. (İkinci nəşr, Ali mək­təb­lər­ üçün dərslik), Bakı: Maarif, 1992, 478 s.

  35. Əfəndiyev P. Molla Cuma əsərləri. Bakı: Şərq-Qərb nəşriyyatı, 2006, 647 s.

  36. Əfəndiyev P. Azərbaycan folklorşünas­l­ığı­nın problem­ləri. Das­tan­la­rı­mız­ haqqında (filo­lo­giya fakültəsinin tələbələri üçün). ADPU mətbəəsi, Bakı: 2003, 378 s.

  37. Əhmədli A. Şirvan folklorunun coğrafi, ta­ri­xivə etno­qra­fik əsasları. (Folk­­lor­­şünaslıq: Filolo­giya, Fəlsəfə,Tarix, İncə­sə­nət və nəzə­riy­yə aspekt­ləri) XXXIV, Bakı: Nurlan, 2007, 180 s.

  38. Ələsgərov İ. Sazlı-sözlü Göyçə. Bakı: Azər­baycan Döv­lət Nəşriyyatı, 1999, 288 s.

  39. Ələk­bər­li Ə. Qax: Folklor-etnoqrafik etüd­lər. Bakı: Ağrıdağ, 2005, s. 224 s.

  40. Əlizadə H. Aşıqlar. 2 cilddə, II cild., Bakı: Azər­nəşr, 1936, 437 s.

  41. Əsrarül-Quran (Elmi ayələr). (Tərtibçi Əh­məd­ağa Əhmədovdur) II kitab, Ba­kı: Elm, 1994, 110 s.

  42. Faseh R. Seyid İmaməddin Nəsiminin seçil­miş bəzi şeirlərinin şərhi. Bakı: Şərq-Qərb, 2007, 392 s.

  43. Füzuli M. «Yeddi Cam» poeması. Seçilmiş Əsərləri. Bakı: ADN, 284 s.

  44. Füzuli B. Xoca Əhməd Yəsəvi və Sufiz­mi­nin bəzi problemləri. Bakı: Ağrıdağ, 1997, 101 s.

  45. Hacıbəyov Ü. Şərq musiqisi haqqında Qərb alimlərinin təfsirində. Musi­qi­ dünyası 2005, http://uzeyir.musigi-dunya.az/az/article 28.htm

  46. Hacıyev V. Folklorumuzun üfüqləri. Bakı: Ya­zı­çı, 1991, 150 s.

  47. Hacılar V. XIX yüzillikdə Borçalıda qa­çaq­­­çılıq hərəkatı. Tbilisi Döv­lət­ Universiteti, 20­03, 92 s.

  48. Həkimov M. Aşıq şeirinin növləri. Bakı: ADU, 1987, 79 s.

  49. Həkimov M. Aşıq sənətinin poetikası. Bakı: Səda, 2004, 606 s.

  50. Həşimov Ə. Azərbaycan xalq pedaqo­gi­ka­sı­nın bəzi məsələləri. Bakı: Maarif, 1970, 168 s.

  51. İbrahimov M. Aşıq poeziyasında realizm, Ba­kı: Gənclik, 1966, 121 s.

  52. İsmayılıov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı: Elm, 2002, 310 s.

  53. İsmayılov H. Aşıq sənətinin inkişaf mərhə­lə­ləri. «Dədə Qorqud» dərgisi, № 1, Bakı, Sə­da, 2002, 170 s.

  54. İsmayılıov H. Göyçə aşıq mühiti, təşəkkülü və inkişafı yolları. Bakı: Elm, 2002, 404.

  55. İsmaylov H. Azərbaycan folklorunun regio­nal xüsusiy­yətləri. Bakı: Səda, 2006, 336 s.

  56. İsmayılov H. Dədə Ələsgər, Həqiqət və das­ta­nın sənət vəhdəti. Azər­bay­can şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XVI kitab. Bakı: Səda, 2005, 170 s.

  57. İsmayılov H. Ön söz. Türk eposunun dastan informa­siyası erməni mən­bələrində. Abbaslı İ.Azərbaycan dastanlarının yayılması və tə­siri mə­sə­­­lə­ləri. Bakı: Nurlan, 2007, 272 s.

  58. İsmayılov Həşim. Aşıq yaradıcılığında əxlaqi motivlər. Azərbaycan şifahi xalq ədəbiy­ya­tına dair tədqiqlər. XV, Bakı: Səda, 180 s.

  59. İsmayılov M. Azərbaycan tarixi, Dərslik, Bakı: Azərbay­can Ensik­lo­pe­di­yası, 1997, 338 s.

  60. Kərimov M. Qədim musiqi alətlərimiz. «Xalq» qəzeti, 2008,­ 6 may, s. 6­.

  61. Kərimov M. Tənbur və onun müxtəlif növ­lə­ri, «Musiqi Dünyası» jurnalı, № 3-4,­ 110 s.

  62. Kərimov M. Unudulmuş musiqi alətlərimiz. Azərbay­can Milli Musi­qi­si­nin Tədqiqi prob­lem­ləri (I Respubilka Elmi Kon­fran­sının Materialları, Bakı: Azərbaycan, 1992, 17-19 dekabr, 236 s.

  63. Kərimov Azad Ozan. Qızılvəngli Aşıq Qulu­nun yetirmə­ləri (Şişqayalı Aşıq Rəhim və Aşıq Əli) Musiqi dün­yası, 3-4/9-2001, s. 138.

  64. Qafarova Z. Folklorda təsəvvüf elementləri. «El sözü» jurnalı. 2004, №1, 2, s. 27.

  65. Qasımzadə F. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 1956, s.127.

  66. Qasımlı M. Aşıq sənəti. Bakı: Ozan, 1996, 260 s.

  67. Qasımlı M. Aşıq sənətində informativ yük və repertuar problemi. Milli Folklor, Uluslararası Halkların Dergisi. 2002, №54, 144 s.

  68. Quliyeva T. Aşıq musiqisi mənəvi dəyərləri tə­rən­­nüm edir. «Yeni Azər­baycan» qəzeti. 2009, 2 iyun, s. 4.

  69. Qurani-Kərim. Azərbaycan türkcəsində açıq­la­­ma. Nəri­man Qasım­oğ­lu­nun qələmi ilə, Bakı: Azərbaycan, 1993, 205 s.

  70. Qurbanov T. Ağbaba aşıq mühiti, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaya, Bakı: 2008, 150 s.

  71. Qurbanov O. Azərbaycan revolisyon xalq ədə­biy­yatı. «Ədəbiyyat» qəzeti­№13­, 1938, 17 mart.

  72. Marağayi Ə. Məqasidül-əl-əlhan. Qobustan jurnalı, №1, Bakı: 1974, s. 74.

  73. Məmmədli E. Təcnis sənətkarlığı. Bakı: Naf­ta-press, 1998, 161 s.

  74. Məmmədli E. Təcnis haqqında bəzi qeydlər. «El sözü» jurnalı, 2004, №2, Bakı: s. 24 .

  75. Məmmədli A. Balakən-Zaqatala bölgəsi: ta­ri­xi, etno­qra­fiyası. Bakı: Adil­­oğ­lu,­ 2001, 175 s.

  76. Məmmədli S. Sənət möhürü. «El sözü» jur­na­lı, 2003 № 2, Bakı: səh.19.

  77. Məmmədli Tinatin İsabalı qızı. Borçalı aşıq mühiti. Bakı: Elm, 1999,170 s.

  78. Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxi­vindədir.

  79. Musazadə R. Aşıq sənəti və zərbi muğamlar. Qobustan jurnalı-№1, Bakı: Sə­da,­ 2008, ­s. 88

  80. Mümtaz S. El şairləri. Bakı: Səda, 2005, 292 s.

  81. Mümtaz S. Aşıqlar haqqında bəzi qeydlər. fon 24, saxlama müddəti – C–V 88, s. 54.

  82. Namazov Q. Azərbaycan aşıq sənəti. Bakı: Yazıçı, 1984, 192 s.

  83. Namazov Q. Aşığın sazı və sözü. Bakı: Ya­zı­çı, 1980, 189 s.

  84. Namazov Q. Aşıqlar. (Bioqrafik məlumat ki­ta­bı) I ki­tab.­ Bakı: Səda, 2004, 443 s.

  85. Nəbiyev A. Azərbaycan aşıq məktəbləri. Ba­kı: Elm, 2004, 678 s.

  86. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. (Or­ta əsr və yeni dövr folklor yara­dıcılığı). II hissə, Bakı: Elm, 2006, 648 s.

  87. Nemətova Məşədixanım. Azərbaycan pirləri. Bakı: Azərnəşir, 1992, 104 s.

  88. Ormanlı H. Yengiyanlı bir aşıq vardı. «Tür­küs­tan» qəzeti. 2009, 7-23 may, s.12

  89. Paşayev Mir Cəlal. Pənah Xəlilov. Ədəbiy­yatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 s,

  90. Paşayeva M. Azərbaycanlıların ailə məra­sim­­lərində etnik ənənələr, XIX-XX əsrin əvvəlləri, Şəki-Zaqatala bölgəsinin material­la­rı üzrə) Bakı: Azərnəşr, 2008, 308 s.

  91. Paşayev S.P. Azərbaycan folkloru və aşıq yaradıcılığı. (Dərs vəsaiti) Bakı: ADU, 1989, 88 s.

  92. Pirsultanlı S.P. Ozan-aşıq sənətinin nəzəri məsələləri. Bakı: Ozan, 2002, 208 s.

  93. Pirsultanlı S.P. Tənbur və Tala mahnıları. «Daşkəsən» qəzeti, 1969, 9 sent­ya­br, s. 3

  94. Pirsultanlı S.P. Nəsimi və Folklor. Ozan-aşıq yaradıcılığına dair araş­dır­ma­lar. 2 cilddə, II hissə. Gəncə: Pirsultan, 2002, 236 s.

  95. Pirsultanlı S.P. El şairləri. Ozan-aşıq yara­dı­cı­lığına dair araşdırmalar. 2 cilddə, II hissə, Gəncə: Pirsultan, 2002, 330 s.

  96. Pirsultanlı S.P. Aşıq yaradıcılığında təcnisin öyrənilməsinə dair. Ozan-Aşıq sənətinin nə­zəri mə­sə­­lələri. Bakı: Ozan, 2002, 208 s.

  97. Pirsultanlı S.P. Nizami və ozan-aşıq sənəti. Ozan-aşıq yaradıcılığına dair araşdırmalar. 2 cilddə, I hissə, Gəncə: Pirsultan, 2002, 203 s.

  98. Pirsultanlı S.P. Qopuz, tənbur, setar və saz. «Kommunist əməyi» qəzeti. 1970, 22 avqust, s. 6.

  99. Pirsultanlı S.P. Aşıq ifaçılığı xüsusiyyətləri. Ozan-aşıq sənətinin nəzəri mə­sə­­lələri, Bakı: Ozan, 2002, 208 s.

  100. Rüstəmzadə R. Azərbaycan tarixi qəhrə­man­­lıq dastan­ları. Gəncə: Poli­qraf­iya­, 19­98, 291 s.

  101. Rüstəmzadə R. Xalq Ədəbiyyatına Dair Araş­dırmalar. Bakı: Uni­Print­, 2007, 243 s.

  102. Rüstəmzadə R. Məhəbbət dastanları. Gən­cə: Poliqraf­iya­, ­2008,­ 502 s.

  103. Sayılov Q. Müasir Şirvan aşıqları (1950-1980-ci illər).­ Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dis­ser­tasiya, 10.01.09-Folk­lor­şü­naslıq, Bakı: 2008, 150 s.

  104. Seyidov M. Mifik təfəkkürün qaynaqları. Ba­kı: Yazıçı, 1983, 331 s.

  105. Səmimi T. Dingəm dinar. Bakı: Nurlan, 2006, 46 s.

  106. Səmimi T. Nanaylar. Dədə Qorqud dərgisi. №2, Bakı: Səda, 2004 160 s.

  107. Səmədova Z. Zaqatalada tənbur ifaçılığı. Elmi Ax­ta­rış­lar, XXXV top­lu,­ Bakı: Nurlan, 2007, 170 s.

  108. Səmədova Z. Zaqatala folklor mühi­tin­də tənburla deyilən hay­la­lar­.­ Xə­bər­­­lər­ jurnalı, (Humanitar elmlər seriyası) Bakı: Elm, 2009,­ № 3, 192 ­s.

  109. Şabanov Q. İsmayılov H. Varxiyanlı Aşıq Məhəmməd - Zaqatalalı ustad, Bakı: Ağrı­dağ, 2000, 110 s.

  110. Şabanov Qurban. İsmayılov Həşim. Zaqa­ta­la Aşıqları. Bakı: Ağrıdağ, 2004, 170 s.

  111. Şabanoğlu M. Talanın yastı yolu. Bakı: A.M.En­sik­lope­diyası. 2001, 137s.

  112. Şamilov Ə. Folklor İnstitutunun arxivi. inver­tar №-864, 2005.

  113. Şamilov Ə. Folklor İnstitutunun arxivi. invertar №-14, 2004.

  114. Telli saz ustadları. (tərtib edən Ə.Axun­dov). Bakı: Azərnəşr, 1964, 159 s.

  115. Təhmasib M.H. Məqalələri. Dastan yara­dı­cı­lığı haq­qın­da. Bakı: Elm, 2005, 218 s.

  116. Təhmasib M.H. Azərbaycan xalq das­tan­ları (orta əsr­lər), Bakı: Elm, 1972, 399 s.

  117. Təhmasib M.H. Bir Ömür-dörd dövr. «Ədə­biyyat və İncə­sə­nət» qəzeti. 1972, 9 iyun

  118. Təhmasib M.H. Ön söz. Azərbaycan mə­həb­bət dastan­ları. Bakı: Elm, 1979, 502 s.

  119. Təsəvvüf nurunun iki çırağı. Mənsur Həllac və Sərrac Tusi, (ərəb dilinə tərcümə edən Kö­nül Bünyadova). Bakı: Adi­loğlu, 2007, s. 4.

  120. Vəliyev V. Aşıq poeziyası. Bakı: ADN, 1965, 198 s.

  121. Vəliyev V. Qaynar söz çeşməsi. Bakı: Ya­zı­çı, 1981, 160 s.

  122. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Ma­a­rif, 1985. 351 s.

  123. Yaquboğlu A. Aşıqların və şairlərin mü­qəd­dəs beşiyi. Daşkənd aşıq­la­rı və el şairləri. Bakı: Nurlan, 2008, 416 s.


Türk dilində

  1. Abdülkadir İ. Türk kavımlarının halk ede­bi­yatında rus istilasının inikası. Azərbaycan yurt bilgisi, İstanbul: 1990 yıl, 1 saylı, 122 s.

  2. Öndər Ali Rza. Halk şiirində «dört durak» kavramı. Folklor və etnoq­ra­fiya, Araş­dır­ma­lar, Anadolu Sanat yayınları. İstanbul: 1985, s.228

  3. Alptekin Ali Berat. Azərbaycan türkləri, Aşık Ede­biyatı Antolojileri ha­zır­­lanarken ustadnamelerdən istifadə edebi­lermiyiz. Aylık İlmi, edebi der­gi, 1nisan, 1990 yıl:1 saylı: 47 s.

  4. Cəfəroğlu Ahmed. Azeri edebiyyatında is-ti­k­­lal müca­diləsi, İstanbul: Burhaeddin Mat­baası,1934, 209 s.

  5. Çobanoğlu Özkul. Çobanoğlu, İşğal edilən vatan torpaklarında Aşık edebiyatının işlev­le­­ri ve Aşık Şenlik, Uluslar Arası Halkbilimi dergisi, yıl-11, №42, 96 s.

  6. Artun Erman. Milli folklor. Aşıkların Des­tan­larının sosyal Tarihe kay­nak­­lık­ etmeleri. Uluslar Arası Halkbilimi Der­gisi №53, 2002, 184 s.

  7. Ergin Metin. Hakas hayçıları və hayçılık sanatı. Milli Folklor, 3-9 Cüz, 1993, 100 s.

  8. Esma Şimşek. Ercişli Emrah hikayəsi, Azər­bay­canda bilin­mek­temi­dir. Azərbaycan türk­lə­ri, Aylık ilmi, edebi dergi, sayı 1, nisan 1990, İstambul: 48 s.

  9. Yılmaz Hasan Kamil Mövlana düşün­cə­sin­də insanın də­yəri, Könül­lər­dən könüllərə Möv­lana. Bakı: Xəzər, 20 7, 64 s.


Rus dilində

  1. Бадалов Р.Правда и вымысел ге­рои­чес­­­кого эпоса: Азербай­д­жанский эпос «Кита­би-Деде Коркуд». Баку: Елм, 1983, 154 с.

  2. Короглы Х.Г. Набиев А.М. Азербайд­жан­с­­кий герои­чес­кий эпос. Баку:Язы­чи, 1996, 305 с.

  3. Плотто А. Природа и люди Закатал­ского окриго сборник сведений Кав­каз­­­с­ких кален­дарь, выпускник ЫВ, 1870, стр. 3-63


Əlavə 1
Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin