Xəlq ədəbiyyatı – çadır ədəbiyyatı
Əşirət dövründə şifahi mahiyyətdə başlayaraq sonralar qismən yazılı bir şəkil alan xəlq ədəbiyyatının bütün məhsulları işci-kəndli sinfinin malı ədd olunamaz. Xəlq əfsanə və əsətirlərində zəfi mövzu (motiv) çox azdır. Olsa-olsa yalnız dil və şəkil etibarilə xəlq ədəbiyyatının səciyyəsini daşıyırlar. Haman-haman cümləsi rəislərin, xanların, bəglərin şücaət və dəvalarından onların ölümündən hasil olan təsirdən bəhs edər. “Qorqud əfsanələri buna gözəl bir misaldır”.
Bu mahiyyətdə xəlq ədəbiyyatı yalnız mənqəbələrdən ibarət degildir. Bir çox atalar sözü və sairə belə var ki, feodallar ətrafında təşəkkül etmişdir. Məsəla bin yıl əvvəl yaşadığı “Divani lüğat it-türk”in dərc etməsindən anlaşılan bir atalar sözü alıyoruz ki, təmamilə əşirət aristokrasinin ruhunu ehtiva ediyor:
Alplar birla uruşma
Bəglər ilə turuşma.
mənası: “Qəhrəmanlar ilə vuruşma
Bəglərə söz qaytarma”.
Göndə irıq yoq
Bəgda qıyıq yoq.
mənası: “Göndə çatlaq yox,
bəgdə sözdən dönmək yox”.
“Kitab-i Dədə Qorqud”un göstərdigi bu məsəl də eyni mahiyyətdədir:
Qaravaşa (qarabaşə) ton geydirsən qarı olmaz.
Əşirət bəgləri ətrafında vücudə gələn bu ədəbiyyatla saray padşahları ətrafında yaradılan divan-saray ədəbiyyatı arasında psixoloji cəhətdən heç bir fərq yoxdur. Xəlq ədəbiyyatının çərçivəsi içində olan mübdələrin həpisi, əşirət bəgləri tərəfindən istismar edilən kəndli-işçi sinfinin ədəbiyyatı ədd ediləməz. Bundan dolayı əşirət bəgləri ətrafında doğan ədəbiyyata biz sarayın ilk şəkli olan əşirət bəg və xan çadırlarına izafətən “çadır ədəbiyyatı” diyoruz.
Kütləvi xəlq ədəbiyyatının ilk dövrlərinə aid qədim vəsiqələrə malik olmadığımız kibi1 çadır ədəbiyyatı haqqında da hənuz bol material bulunmamışdır. Bu ədəbiyyatın ən eyi nümunəsi sonradan “Oğuznamə” adını alan mənqəbələr məcmuəsidir.
“Oğuznamə”
Bizə qədər gəlməyən “Oğuznamə”nin mahiyyəti haqqında ilk məlumat verən Misirdə hökmdarlıq etmiş olan Məlik Nəsirəddin Məhəmməd bin Qlavunın (cilusi 1075- vəfatı 1123) adamlarından Əbubəkr Abdullah bin Aybək əl-Dəvadaridir. Bu adam XIII əsrə qədər keçən vaxtlar haqqında yazdığı tarixində “Oğuznamə”yi böylə anlatır: “Başqa türklərin “Oğuznəma” (“Oğuznamə”) adında bir kitabı vardır. Bu kitab onların arasında məşhurdur. Onların əhvalları ilə mənşələri və ilk hakimləri haqqında məlumatı ehtiva edər1. Onların böyükləri Oğuz denilən bir adamdır.
Dəvadari “Oğuznamə”nin türkcəsini görməmişdir. O ərəbcəyə tərcümə edilmiş bir nüsxədən istifadə etmişdir ki, bu ərəbcə nüsxədə 793 tarixində (hicri 211) tərcümə olunmuşdur. “Oğuznamə”nin ərəbcə nüsxəsi haqqında Dəvadari bu izahatı veriyor: “Atam hicri 809 (miladi 1291) tarixində idarə mərkəzi Bilbays-Belbis (Qahirə civarındadır) olan şərq vilayətinin valisi idi. Tatarlar haqqında bir neçə alimlə yapdığım münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl-Həməvi bana bir kitab göstərdi: bu kitabın yeganə bir nüsxə olduğunu onun Əmin Bedrəddin Baysəri tərəfindən özünə verildigini əlavə eylədi. Əsər nəqilli və təzhibli idi. Yazısını Əli ibn Hilal əl-Əbvab adında Zatın bir şagirdi yazmışdı. Kitabın kağızları Bağdad şəhərində yapılmış ipəkdəndi. Cildi də sarı rəngdə bir ipəkdən işlənmişdi; kitabın ayrıca altundan bir qapağı var idi. Yoldaşlarım Mənsur əl-Abbas, Əminəddin əl-Həməvi və Belicin şairi Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildigimiz parçaları bən kopiyə etdim. Bir tağım yerlərini oxuya bilmədik. Kitabı tərcümə edənin Cəbrail bin Bəxtiniz” (vəfatı 895) adında bir doktor olduğu öz dilindən yazılmışdı. Bu kitabın əvvəlcə türk dilindən əcəmcəyə tərcümə etildigini və sonradan özünün hicri 211 tarixində əcəmcədən ərəbcəyə tərcümə etdigini qeyd etmişdi. Bu əsər Əbu Müslüm Xorasaninin (vəfatı 719) xəzinəsinə aid şeylərdəndir. Əbu Müslimin özü də Buxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyliyormuş.1
Abbası xəlifələrindən Harun əl-Rəşidə (doğumu 730- ölümü 775) uzun müddət doktorluq yapan və bir çox əsərlər vücudə gətirən Cəbrail bin Bəxtişunin yazdığından anlaşıldığı kibi əsərin 793 tarixində farscadan ərəbcəyə, ondan daha əvvəl türkcədən farscaya tərcümə edildiginə baxılırsa, türkcə “Oğuznamə” nüsxəsinin V-VI əsr radələrində bulunduğunu qeyd etmək lazım gəlir ki, zamanımıza qədər keçən vaxtlar içində ortadan yox olmuşdur.
Bu qiymətli kitabın yalnız bir neçə parçası bizə qədər gələ bilmişdir. Bunu da bizə Əbubəkr Abdullah Dəvadari xəbər veriyor.
“Oğuznamə”nin mündəricatı haqqında bildirdiyi qısa məlumat ilə Davadari kitabın oğuz türklərinin zühuri, ilk həyatları və ilk hökmdarları haqqında izahatdan ibarət olduğunu göstərdiyi kibi bu əsərdə bir çox hekayə – mənqəbə bulunduğunu da söyləyor.
Dəvadarinin gördügü “Oğuznamə”nin içində türklərin and üsuli, Altun Xan, Arslan hekayəsi, Ulu ay anacı, Ulu ay atacı, Ulu Qara dağ, uşaq hekayəsi, qartal hekayəsi və sairə kibi mənqəbələr vardır.
Bunlardan başqa Davadari “Oğuznamə”də “Təpəgöz” əfsanəsinin mövcud olduğunu də söyləyor. Mumileyh əfsanəsinin mövzusunu bu surətlə anlatıyor; bugünkü cəmiyyətimizə hakim olan əql və məntiqin qəbul edəmiyəcəgi bir şəkildə xürafi mahiyyətdədir. Biz buraya ancaq mühüm vəsiqə olduğu üçün alıyoruz: “Oğuznamə” adlanan bu kitabda onların (yəni oğuzların) “Dəpagöz” (“Təpəgöz”) dedikləri bir adamın sərgüzəşti var. Təpəgöz, onların məmləkətlərini yığub dağıtmış və böyüklərini öldürmüşdür.
Oğuzların köhnə etiqadlarınə görə “Təpəgöz” əcaib bir adam imiş, təpəsində tək bir gözü varmış. Ona nə qılınc, nə də nizə işləməzmiş. Annəsi Böyük dənizin cinlərindən imiş. Atası də qocaman bir adammış; o qədər ki, başına on üç qoyun dərisindən bir papaq geyərmiş. Bunun kibi bir çox hekayələri vardır ki, bizim zəmanımıza qədər oğuzlar arasında yaşamışdır. Bu hekayələri bilikli adamlar qopuz çalaraq əzbərdən nəql edərlər. Nəhayət, türklərin içində yetişən Ərəs (Uruz) oğlu Bəsat adında bir qəhrəman öldürmüşdür.
Bir qız varmış. Onu yenən (basan) adama gedəcəgini elan etmiş imiş. Kimsə də onu yenəməmişdi. Ərəs oğlu Basat qızı yendi və qızlə bərabər atası Ərəsin yanına gəldi; atasına qızı yendigini xəbər verdi. Atası də cavab olaraq: “Mən öylə sandım ki, Təpəgözü öldürmüşsən!” – dedi. Basat bu sözün üzərinə haman getdi və Təpəgözü əqlin qəbul etməyəcəgi xürafi bir şəkildə öldürdi1. Dəvadarinin bir hekayə tərzində göstərdigi bu mövzu əlimizdəki “Kitab-i Dədə Qorqud”da iki ayrı hekayədir. “Kitab-i Dədə Qorqud”dakı “Təpəgöz” əfsanəsində Basatın qız ilə mücadiləsi yoxdur. Böylə qızı yendikdən sonra almaq mövzusi “Qam Burə bəg oglu Bamsı Beyrək” əfsanəsindədir. Bu əfsanədə Bamsı Beyrək adında bir qəhrəman “Yəkət Bay Bicanın qızı Banı Çiçək ilə guləş yaparaq qızı basır və ondan sonra onunlə nişanlanır.
“Kitab-i Dədə Qorqud”da üçüncü “Oğuznamə” olaraq göstərilən bu hekayənin mövzuini Əbubəkr Abdullah Dəvadarinin ərəbcə nüsxədə oxumuş olması “Qam Burə bəg oğlu Bamsı Beyrək” əfsanəsinin “Oğuznamə”də bulunduğunu göstərir.
Qızla olan güləş haqqında Dəvadarinin verdigi məlumat “Qorqud” kitabındakı Bamsı Beyrək hekayəsinin yalnız bir qismini təşkil edər. Halbuki Təpəgöz haqqında göstərdigi mövzu kitabın səkkizinci hekayəsi olaraq “Basat Təpəgözi öldürdigi boyını bəyan edir” sərlövhəli altında müfəssələn vardır.
Dəvadarinin bu iki xürafəyi anlatması sayəsindədir ki, bu gün məlum olan “Kitab-i Dədə Qorqud əla-lisan taifey-i oğuzan”ın məşhur “Oğuznamə”nin bir parçası olduğu qəti surətdə anlaşılmışdır. Bundan başqa “Qorqud” kitabındakı ifadələr də bu kitabın oğuznaməyə bağlı olduğunu göstərir. Kitabda bulunan on iki əfsanədən altısının sonunda o hekayəyə “Oğuznamə” deyildigini göstərən sözlər vardır ki, imlasını olduğu kibi mühafizə edərək buraya alıyoruz:
“Dədəm Qorqud boy boyladı, söy söylədi bu oğuznaməyi düzdi qoşdı böylə didi:
Onlər dəxi bu dünyayə gəldi keçdi, karvan kibi qondı köçdi, onləri dəxi əcəl aldı, yer gizlədi fani dünya yenə qaldı” – (səh.20).
“Dədəm Qorqud gəlübən boy boylədi söy söylədi bu oğuznaməyi düzdi qoşdı, böylə dedi” (səhifə 37). “Dədəm Qorqud” gəldi şadlıq çaldı, boy boyladı, söy söylədi iğazi əsərlər başınə nə gəldigini söylədi, bu oğuznamə Beyrəkin olsun didi (səhifə 67).
Dədədm Qorqud gəlübən şadlıq çaldı bu “Oğuznamə”yi düzdü qoşdu. Şöylə didi: İmdi qanı didügim bəg ərənlər, dünya mənim diyənlər, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı. Gəlimli gedimli...” (səhifə 86).
“Dədəm Qorqud gəlübən boy boylədi söy söylədi bu oğuznamə Yeknəgin (yəni hekayə qəhrəmanı Yeknəgin) olsun didi” (səhifə 119).
“Dədəm Qorqud gəlübən şadlıq çaldı bu oğuznaməyi düzdi qoşdı Bəkil oğlı İmranın olsun didi. Qazilər başinə nə gəldügi söylədi”. (səhifə 142)
Bu vəsiqələrdən də anlaşıldığı vəchlə “Oğuznamə” adı altında bizə qalan “Kitab-i Dədə Qorqud”ın hər əfsanəsidir. Bu surətlə “Qorqud”da on iki “Oğuznamə” var deməkdir. Halbuki Dəvadarinin yuxarıda göstərdigimiz izahatı “Oğuznamə” adında kitabın bir çox əfsanələrdən mürəkkəb bir kolleksion olduğunu meydana qoyuyor.
Oğuznamənin türkoloji aləminə qalan yalnız dörd parçasıdır:
1 – “Oğuz xan” mənqəbəsi
2 – Həzrət əl-Risalət min-kələmat oğuznamə əl-məşhur atalar sözi”.
3 – “Koroğlu” hekayəsi
4 – “Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan”.
Oğuz xan mənqəbəsi
Oğuznamənin çoxdan bəri məlum olan bir parçası oğuz türklərinin rəisi ədd edilən Oğuz xanın həyat və mücadilələri haqqında şayə” olan mənqəbədir. Bu mənqəbə müsəlmanlıq daha türklərin arasında yayılmadan çox əvvəl də yalnız oğuzlarca degil, moğollar kibi qonşu qovmlərcə də məlum və məşhurdu. Keşiş Jan Planon Moğolustanda səyahət edərkən (1246) Oğuz xanın “İt Birağ” qəbilələri ilə olan müharibəsi haqqındakı əfsanəyi eşitdigini söyləyor1.
Bu mənqəbələrin moqol istilasına qədər moğollar arasında yaşadığını görüyoruz. Moğolların Azərbaycanı istilaları əsnasında onların nağılcılarının oğuz dastanını nəql etdigi və Əbdülhəq bin Süleyman adında azərbaycanlı bir müəllif tərəfindən bu mənqəbənin moğollardan toplanıldığı məlumdur.
Oğuz xanın doğduğu gündən ölüncəyə qədər keçirdigi macəraları nəql edən bu mənqəbə bir çox xürafi və qeyri-təbii hadisələr ilə dolu olduğundan burada mövzunu izah etməgə lüzum görülmədi2.
Yalnız onu qeyd edəlim ki, Əbdülhəq bin Süleyman əl-Azərbaycanının hərəkətindən anlaşıldığı vəchlə bu dastan dərəbəglik dövründə də bizim Azərbaycan və Qafqaz türkləri arasında məruf olmuşdur.
“Həzrət əl-risalət min-kələmat Oğuznamə əl-məşhur atalar sözü.
Alman türkoloji alimlərindən Diezin 1815 tarixində şərqiyyata aid təb” etdirdigi material kolleksionunda (Denkurırdik citen von Asien, II, Berlin, 1815) “Həzrət əl-Risalət min-kələmat oğuznamə əl-məşhur atalar sözü” adında bir risalə də vardır. Bu, oğuzlara aid əski atalar sözü məcmuəsidir. Diezin əsərini əldə etməgə müvəffəq olan müdəqiq M.Cövdət bu məsələlərin özündə bulunduğunu böyle anlatıyor: “Mühərriri-aciz, yüzə yaxın bir yekun tutan bu məsəlləri istinsax etdigim cəhətlə “Kitab-i Dədə Qorqud”a xidmətən nəşri niyyətindəyəm. Hicrətin dördüncü əsrində cari zərb-məsəlləri də bir məxəzi-ərəbidən topladım” (“Yeni məcmiyə”, İstanbul-1334)
Bunları görməgə nail olmaqla bərabər “Kitabi-Qorqud”da bir neçə atalar sözünə təsadüf etdik; bunların risalədə imdi əhalimizcə unudulan bu atalar sözlərini əski imlasilə buraya nəql ediyoruz:
– “Yad oğlı sağlaməğlə oğul olməz, böyüyəndə Salur gedər gördüm deməz” (səhifə 3)
– “Qərə eşşək başınə üyən ursən qatır olmaz” (səhifə 3)
– “Qəravaşə ton geydirsən qadın olmaz” (səhifə 3)
– “Əski pambuq bez olmaz” (səhifə 3)
– “Qərə düşmən dust olmaz” (səhifə 3)
– “Oğul kimdən olduğun ana bilür” (səhifə 4)
– “Ğafil başın ağrısın bunu bilür” (səhifə 4)
– “Öksüz oğlanın dili acı olur” (səhifə 143)
– “Oğuzun arsızı türkmənin dəlisinə bənzər (səhifə 139)
– “At ayağı külək olur
Ozan dili çevik olur” (səhifə 9).
– “Yalnız yigit alp olmaz
Yovşan dibi bərk olmaz” (səhifə 139).
Koroğlu hekayəsi
Son zamanlar vüqu bulan tədqiqlər sayəsində şimdi böylə qüvvətlə yaşayan «Koroğlu» hekayəsinin əski oğuz köçəbələrinə məxsus olduğu meydana çıxmışdır. Bu hekayət bilxassə ingilis müdəqqiqlərindən Haduzkonun Qafqaz türkləri arasında Koroğlu haqqında yapdığı qiymətli tədqiqatdan sonra başlamışdır. Bu zat 1840 tarixində məmləkətimiz əhalisi içində yaşayaraq Koroğlu mənqəbəsinin şayan-diqqət bir tərzdə geniş və əski bir şəklini bulub nəşr etmişdir.
Axirən bu xüsusda təhlildə bulunan etimad ediləcək tatar müvərrixlərindən Zəki Velidi də bu mənbəqənin gök türklərə mənsub əski oğuz əşirətlərinə aid olunduğunu və bunun bəzi iddiaya görə XVI əsrdə degil islamiyyətin intişarindən əvvəl Sasanilər zamanında Xorasan hövzəsində oğuz köçəbələri ilə iranlıların boğuşduğu dövrlərdə vücude gəldigini söyləyir. Bu tarixlərdən sonra davam edən mühacirət sayəsindədir ki, Azərbaycan, Qafqaz və Anadolu əhalisi içində yayılmışdır.
Koroğlu mənqəbəsi yalnız bu saydığımız yerlərdə qalmamış, diyardan-diyara dönüb dolanan köçəbə əşirətlər sayəsində özbək və qazaq qovmlarında da intişar etmişdir.1 Sasanilər devrindən zamanımıza qədər keçən böyük zaman içində hasil olan iqtisadi, siyasi dəyişikliklər də bu hekayənin mövzusunda da bir çox degişikliklər yapılmışdır. Hələ İstanbulda gərək daşbasması, gərək mətbəə basmasilə təb edilən «Koroğlu» hekayəsi qayət mənasız bir şəkildə təhrif edilmişdir. Bunlarda mövzu – Anadolunun müəyyən bir qismində vaqe olmuş kibi göstəriliyor. Halbuki Haduz Konun tədqiqinə görə əsil mövzu Xorasan civarında yaşayan bir türk sərhəd beginin acəmlərlə olan müharibəsinə aiddir.
«Oğuznamə»nin bizə qalan mühüm qismlərindən biri də «Kitab-i Dədə Qorqud əla-lisan taifeyi oğuzan» adı altında toplanılan lesrandlar məcmuəsidir: fəqət bunlar islamlaşmış «Oğuznamə»nin bir qismi olduğundan «Qorqud» kitabını ərəb dilinin əhalimiz arasında yapmağa başladığı ictimai təsirləri gözdən keçirdikdən sonra tədqiq edəcəgiz: fəqət islamlaşmış «Oğuznamə» müsəlmanlığın mütazu bir şəkil aldığı dövrün degil, ilk istimalə dövrünün xarakterlərini təmsil etdigindən burada ərəb istilasının ilk zamanlarını qısaca gözdən keçirəcəgiz.
İKİNCİ PARÇA
ƏŞİRƏT DÖVRÜ İLƏ DƏRƏBƏGLİK DÖVRÜ ARASINDAKI KEÇİD ZAMANI
Qafqas və Azərbaycanın ərəblər tərəfindən istilası
Daha çox tarixlə əlaqədar edəcək bu mövzu haqqında biz burada qayət qısa məlumat verəcəjiz: Ərəbistan çöllərini qapsayan islamiyyət, xəlifə Ömər zamanında qonşu dövlətlərə də təcavüzə keçdi. Daxilən dərəbəglik sisteminin doğurduğu anarşi yüzündən xaricən də şimaldən axan Xəzər türklərinin mütəmadi axınları ilə bərbad bir hala gələn İranın Sasanilər dövləti bu təcavüz sayəsində ortadan qalxdı; ərəb orduları Azərbaycan və Qafqasə girdi. Hicri 22 tarixindən sonra məmləkətimiz ərəb istilası altında bulunmuşdur. O vaxta qədər “Albaniya” adilə yad edilən bizim şərq-cənubi Qafqaz qitəsi “Aran” adını aldı. “Aran” adına müsəlman sikkələrində ancaq 708-709 tarixlərindən etibarən təsadüf edilməkdədir ki, bu də ərəb xəlifəsi Birinci Vəlid (705-715) zamanı deməkdir1.
Qafqas şimalən Dərbəndə qədər ərəblərin işğalı altında bulunuyordu; burada onların qüvvətli orduları hakimdi. Artıq yuxarıda zikr edilən tarixdən sonra məmləkətimiz Ərəbistanın bir vilayəti ədd ediliyordu və bütün idari işlər Bağdad hökuməti tərəfindən vali mənsəbində nəsəb olunan bir məmur mədəvi edilmişdi. Bu məmurlar vasitəsi ilədir ki, məhəlli işçi əhalinin istehsalatı, ipəgi, duzu, yunu və sairəsi əlindən alınaraq böyük miqdarda vergi şəklində mərkəzə göndəriliyordu. Mərkəzin Azərbaycan və Qafqazlılara tətbiq etdigi siyasət sayəsində islam dini əhalimiz arasındə VII əsrin ikinci yarısı və VIII əsrin başlarındə özünə qəti bir mövqe qazandı.
“Quran” ədədbiyyatının ədəbiyyatımız üzərində
təsirə başlaması
Yuxarıda da söylənildigi vəchlə islamiyyət xalqının bütün sinifləri tərəfindən birdən qəbul edilməmişdir. Bartoldun verdiyi izahat kibi, əvvəlcə “Müstəqər” (оседлый) zümrələr içində yayılmışdır. Bir yerdə uzun müddət yaşamayıb da oraya-buraya qonub köçən köçəbə qism arasındə müsəlmanlıq daha sonralar yerləşə bilmişdir.
Bu nöqteyi-nəzərdən deyilə bilir ki, islam dini öncə kənd və qəsəbə əhalisi tərəfindən qəbul edilmiş və bundan sonra kənd və qəsəbələr islam kulturasını tərvic edən birər islami mənbə və mərkəz olmuşdur.
Köçəbəliyi buraxıb da dərəbəglik həyatına girən kənd və qəsəbə əhalisi yavaş-yavaş köçəbəlik ruhunda olan ictimai tələqqilərini tərk etməgə qoyuldu. Topraq işləməgə və bu surətlə tifili (паразительный) yaşamaqdan uzaqlaşmağa başladı. İbtidai bir şəkildə iqtisadi və təsərrüfi əsaslara istinad edən yeni bir həyata girməklə bərabər kənd və qəsəbə əhalisi, fikriyyat cəhətindən əski psixolojilərinə tamamilə zidd bir sahəyə tökülüyordu.
Daima at belində çapoulcılığa, yəğmagərliyə alışan yeni cəmiyyətin xalqları o sərt və dürüşt çölli ruhlarını bəsləyən vurub-öldürmək ədəbiyyatı yerində “Quranın müsəkkən” (pareporigue) ədəbiyyatı qaim oluyordu.
Xilafət mərkəzi olan Bağdad mədəniyyəti də hər cəhətdən yeni dinin istilası altına girən məmləkətlərin əhalisi üzərinə yükləniyordu; xalqın bütün mənəviyyatı Bağdada bağlanıyordı. O biri tərəfdən də toprağa yerləşən əhali arasında islami şəkildə tədris üsuluna istinad edən müxtəlif dərəcəli təhsil müəssisələri, zaviyələr, məscidlər yapılaraq “Quran ədəbiyyatı”nın birər orqanı halına salınıyordı. Bu kibi təşkilatlar sayəsində xalq qərun və səta tələqqilərilə qarışıq bir haldə olan ərəb zövqi, ərəb kainatı görüş tərzi aşılanıyordı.
Bu vaxta qədər köçəbəlik səciyyəsini daşıyan həmasət dastanları yerinə, əhali yavaş-yavaş Quranın surələrini anlamadığı təqdirdə dinləməgə alışdırılıyordı. Bir tərəfdən saf türkcə ilə xalq və çadır ədəbiyyatları ilərlərkən1, o biri tərəfdən də Quran ədəbiyyatı bütün şöbələri ilə bərabər inkişaf ediyordı. İlk dövrlərdə heç şübhəsiz köçəbəlik tələqqi və ənənələri daha çox faiz dutuyordu. İslami ünsürlər ictimai bəniyyədd xəfif və az bir mövqeyə malikdi.
Bu islami hərəkət xalq siniflərinə yeni-yeni tələqqilər verməklə bərabər, ümumi məxiləfə yaşayan ənənələr ilə bərabər ədəbi mövzuları də islamlaşdırıyordı. Əlimizdəki Qorqud mənqəbələri “Oğuznamə”nin az-çox islamlaşmış bir qismidir.
Bütün mövzuları Qafqas və Azərbaycan torpaqlarında vücudə gələn vaqeələrə aid olan və ədəbiyyatımızın ilk dövrlərini aydınlatmaq üçün mühüm bir material təşkil edən Qorqud kitabı tamamilə bu dövrün ümumi xarakterlərini ehtiva etdigindən, onu bu qismdə tədqiq etmək icab etdi. Müsəlmanlıqdan əvvəlki etiqad və etiyadların izlərini daşıyan “Oğuznamə”* ərəb dininin tutunmasını mütəaqib qüvvətli bir surətdə inkişaf eyləyən Quran ədəbiyyatının təsiri altında yerini İslami bir şəkildə doğan başqa xalq mübdələrini tərk edərək meydandan qalxmışdır: qismən də islami bir şəkil alaraq uzun müddət yaşamışdır.
Oğuz mənqəbələrinin ədəbiyyatımızdan qalxması, islamiyyətin başlanğıclarında olmamışdır. Bunlar müsəlmanlığın intişarından sonra da çox zamanlar qüvvətlə yaşamışdır. Azərbaycan və Qafqas türkləri içində on səkkizinci əsrə qədər davam etdigini bizə bir çox vəsiqə göstəriyor. Əski azərbaycanlı müəlliflərindən Əbdülhəq ibn Süleyman oğuznamə mənqəbələrinin moğolların məmləkətimizi istilasına qədər yaşadığını qeyd ediyor.
Türkiyənin kitabiyyat müəlliflərindən Bursalı Məhməd Tahir məxəz göstərmədən oğuznamənin XVI əsrə qədər əhalimiz arasında yaşadığını bu sətirlərlə göstəriyor: “Türk qövminə mənsub iqdam haqqında yazılan milli tarixlərin ən dəgərlisi əldə bulunan bəzi imarələrə nəzərən oğuznamə olmaq lazım gəlir. Bu tarixi-kəbir hicrətin bin tarixinə qədər Azərbaycan tərəfində mövcud olduğu bəzi vəsaiqlə müsbət isə də bugünkü gündə əlimizdə mövcud degildir1. Məhəmməd Tahirin ümumi rəvayətlərin təsiri altında qalaraq tarix adilə göstərdigi oğuz mənqəbələrinin yaşadığı tarix, hicrətin bin tarixini də təcavir etmişdir. Yəni hicri X (miladi XVI) əsrdən sonra da onlar Azərbaycan və Qafqas əhalisi arasında yaşamışdır.
Oğuz mənqəbələrinin XVII əsrin ilk yarısında böylə əhalimizcə ağızdan-ağıza dolaşmaqla məlum olduğu haqqında vəsiqəyə malikdir. Kitabımızın başlanğıc qismində söylədigimiz kibi 1638-də Dərbəndə gələn alman səyyahı Aleari ilə 1722 tarixində yenə eyni şəhəri ziyarət edən Qantəmir oğuz mənqəbələrinin o tarixdə yaşamaqda olduqları haqqında məlumat veriyorlar. Bu surətlə son zamanlara qədər indiki nağıllar kibi – əhalimiz arasında yaşayan oğuz mənqəbələri müxtəlif səbəblərlə bilxassə xalqın ucqar kəndlərdə yaşayan təbəqələri içində böylə qüvvətli bir surətdə inkişaf edən quran ədəbiyyatının təsiri altında yerini islami bir şəkildə olan xalq mübdəələrinə tərk edərək əski simasilə meydandan qalxmışdır və qismən də islami bir şəkildə xalq arasındə yaşamışdır ki, bu şəkildən bizə qalan məşhur Qorqud hekayələridir.
“Kitabi-Dədə Qorqud əla-lisan taifeyi-oğuzan”
Bundan yüz yıl əvvəl Avropada, otuz yıl əvvəl Rusiyada geniş bir surətdə elmi maraq oyandıran bu kitab haqqında son zamanlarda Türkiyədə də tək-tük tədqiqlər yapıldığı halda Qafqas mətbuatında heç də bir diqqət cəlb etməmişdir. Berlin Kral kitabxanasından fotoqrafı alınaraq İstanbulda Kilisli müəllim Rifət tərəfindən təb edilən kitabın mətni bir çox yanlışlıqlara havidir. Müəllim Rifət istinsax əsasında mənasını anlayamadığı kəlmə ifadələrin yanında yapdığı təshihlərin bir çoxu doğru degildir. Çünki Qorqud kitabının dili bizim Qafqas və azərbaycanlıların qonuşduğu şərqi oğuz ləhcəsi olduğundan bizim indi belə qollandığımız bir çox kəlmələri ifadələri Müəllim Rifət bilmədigi üçün bunları yanlış olduğu halda Osmanlı türkcəsinə görə təshih etmişdir. Məsəl üçün bir qaçını göstərəlim:
38-ci səhifədə böylə bir cümlə var: “bir gün olə (........) düşəm öləm, yerimdə yurdumdə kimsənə salmıyə”. Bundə “düşəm, öləm” kəlmələrini (...........) şəklində təshih ediyor; halbuki bizim ləhcəmizdə düşim-öl”üm (....................) tərzində qollanılır.
65-ci səhifədə”dəki sənin yüzinə mən gülmərəm” cümləsindəki “yüzünə” kəlməsini “yurdunə” şəklində tamamilə səhv olaraq təshih edilir; halbuki bu ifadə indi belə bizim ləhcəmizdə vardır. “Şillə” (sillə) kəlməsini də anlamıyan müəllif (qətiyyən yanlış) işarətilə göstərmişdir.
Halbuki “mərə noldunuz, didi, bir şillə birinə, bir şillə birinə urdı” (səhifə 143) cümləsinin özü də göstəriyor ki, “şillə kəlməsi bizim ləhcəmizin hazırda belə yaşayan kəlmələrindəndir.
Qorqud kitabının Drezdendəki yazma nüsxəsini bilizzat gözilə görən və tədqiq edən Bartold mətndə kitabın adı “Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan” olduğunu söyliyor1. Müəllim Rifət isə “Dədəm”dəki zəmir ədatı “m”-i atmış “tayfə” kəlməsini də Osmanlı ağzına görə “taefe” yazmışdır.
Kitabımızın biblioqrafi qismində yad etdigimiz Qorquda aid bütün mənbələr Bartoldun ilk məqaləsindəki qısa sətirlər müstəsna olmaq şərtilə Qorqud kitabının dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətini təhlil edəcək ümumi mahiyyətdə degil; biz burada bütün bu tədqiqləri gözdə tutaraq Azərbaycan və Qafqaz türkləri ədəbiyyatının ən qiymətli vəsiqələrindən olan Qorqud kitabını ümumi bir təhlilə məruz buraxacağız.
Drezden kitabxanasındakı mətnin yazıldığı tarix
“Qorqud” kitabının mətn-teksti Drezden kitabxanasının XVI əsr əlyazmaları arasında hifz edilməkdədir. Demək olar ki, yazmaların kataloqunu tərtib edən Fleyşer mətnin bu əsrdə yazıldığına qənaət hasil etmişdir. Bartold da mətnin yazıldığı tarixi araşdırarkən həmən-həmən eyni nəticəyə vasil olur. Mumileyh deyir ki, mətnin son səhifələrindən birində “Osman paşanın ölüm tarixi 993” (miladi 1585) tərzində bir qeyd var. Bu qeyddən də əlyazmasının o vaxtlar (yəni 1585 radələrində), yaxud az sonra yazıldığı istixrac edilə bilər1.
Halbuki, bizcə bir kitabın mətni xaricində gəlişi gözəl qeyd edilən bir vəfat tarixi, o kitabın yazılmış və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün mətnin yazıldığı tarixi, böylə bir ölüm tarixindən çıxarmağa çalışmaq doğru nəticə verməz.
Əski türk ailələrində bir adət vardı: birisi doğdumu və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadisələr zühur etdimi; vəqənin tarixi, ailənin böyüyü yaxud oxumaq biləni, bir-iki sətirlə evdə bulunan la-əli-əl-yəqin bir kitabın (əksəriyyətlə Quranın) başına ya sonuna qeyd edərlərdi.
Osman paşa adında zatın ölümünün qeydi də bu surətlədir. Bu kibi qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna baxılmaz. Ola bilir ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətn çox qədim bir zamanda yazılmışdır.
“Qorqud” kitabını öz kataloqunun XVI əsrə mənsub yazmalar içində qeyd edən Fleyşeri aldadan səbəb də bəlkə bu sətirlik qeyddir.
Akademik Köprülüzadə müəyyən bir vaxt göstərməyərək bu yazmanın Osmanlı dövlətinin təşkilindən sonra təsbit edilmiş olduğunu iddia edir1. Burada təsbit kəlməsi istinsax mənasına olmayıb da şifahi vəziyyətində ikən kağız üzərinə qonulduğu məqsədilə qollanılırsa, o halda bir az düşünmək lazım gəlir. Çünki Əbubəkr Abdullah ibn Aybək əl-Dəvadarinin verdigi məlumat mocibincə – Qorqud kitabındakı mündəricat “Oğuznamə” adı altında çox əvvəllər türkcə olaraq təsbit edilmişdir. Sonralar farscaya, farscadən də ərəb dilinə tərcümə olunmuşdur ki, Dəvadarinin XIV əsrin başlarında gördüyü “Oğuznamə”nin ərəbcə tərcüməsidir. Dəvadarinin Osmanlı dövlətinin hənuz təşkil etmək üzrə bulunduğu tarixlərdə yaşadığını də əlavə edərsək, kitabın daha əvvəllər təsbit qəbul etməmiz lazımdır. O halda bu tərzi-ifadəyi biz ancaq əldəki kitabın Osmanlı dövlətinin quruluşundan sonra kopiyə edildigi şəkildə qəbul etmək məcburiyyətindəyiz.
Osmanlı dövlətinin təşgilinin mütəaqib kopiya edildiyi fikrini verən yeganə vəsiqə “Qorqud” kitabının iki cümləsidir:
“Qorqud” ata ayıtdı axır zamanda xanlıq gerü Qayidə dəkə kimsənə əllərindən almıyə axır zaman olub qiyamət qopuncə. Bu didügi Osman nəslidir işdə sürilüb gidəyüdir” (səhifə 3). Bir də Qam Burə bəg oğlı Bamsı Beyrək” hekayəsində “İstanbul” kəlməsinin yad edilməsidir. “Bay Burə bəg yeni bir ağlı doğduğu zaman bazırganlarını çağıraraq əmr veriyor:
“Varın Rum ilinə mənim oğlım içün yəxşi içün ərməğanlər götürin mənim oğlım boyuncə – didi. Bazırganlər dəxi gecə-gündüz yolə girdilər, İstənbulə gəldilər, dan-danışuğ ilə yəxşi ərməğanlər aldılar” (səhifə 39).
Bu iki cümlədən birincisi daha qüvvətli bir vəsiqə təşkil edər. Həqiqətən Qorqud kitabının başında görülən cümlə, kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını degil – kopiyə edildigini göstərir. Yazıldığı tarixi isə XVI əsrə qədər iləri götürmək doğru olamaz. Təb edilən mətnin havi olduğu yanlışlarə rəğmən, dilinin ünsürləri bu fikri təyid etdigi kibi, ayrı bir vəsiqə də mütaliəmizi qüvvətləndirir.
Əski Osmanlı padşahlarından İkinci Muradın zamanı (doğumu 1388, vəfatı 1438) olan XIV əsrin sonları ilə XV əsrin başlarında yazılmış “Tarixi-Ali-Səlcuq”da Qorqud haqqında bu məlumatı verir ki, xürafi mahiyyətdən sərf-nəzər edərək qiymətli vəsiqə olduğu üçün buraya alıyoruz:
“Rəsul-əleyhüssəlam zəmanına yaxın zəmandə Bəyat Boyundən Qorqud ata qopdı, kəndü qovminin bəlgəsidi, nə diyərsə olurdı, ğayibdən xəbərlər söylərdi həqq-təali onun könlünə ilham edərdi, ayıtdı, axır zəmandə gerü xanlıq Qayiyə verilüb kimsə əllərindən almıyə dedi, didigü Osman rəhmətullah nəslidir”.
“Tarixi-Ali Səlcuq”ın göstərdigi vəsiqəni eynilə “Qorqud” kitabının Drezden nüsxəsinin başlanğıcında da buluyoruz: “Rəsul-Əleyhüssəlam zəmaninə yəqin Bəyat boyundən Qorqud ata derlər bir ər qopdı. Oğuzın ol kişi tamam bilicisiydi. Nə dersə olurdı, ğayibdən dürlü xəbər söylərdi, həqq-təala onun könlinə ilham edərdi. Qorqud ata ayıtdı axır zəmandə xanlıq gerü Qayığə dəgə kimsənə əllərindən almıyə axır zəman olub qiyamət qopunca. Bu dedigü Osman nəslidir işdə sürülüb gidəyüdir”.
Görülüyor ki, “Tarixi-Ali Səlcuq”un nəql etdigi məlumat “Qorqud” kitabının müqəddiməsindən başqa bir şey degil. O halda “Tarixi-Ali Səlcuq”un XV əsrin ilk yarısında yazıldığınə baxılarsa, “Kitab-i Dədə Qorqud”un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindəki məntiqsizlik öz-özünə meydanə çıxar. Bu surətlə degilə bilir ki, Qorqud kitabı “Tarixi-Ali Səlcuq”dan əvvəl yazılmışdır.
Qorqud kitabının XVI əsrdən çox əvvəl yazıldığını təyid edən vəsiqələrdən biri də kitabın tamamilə köçəbəlik səciyyəsini göstərən mövzularıdır. Bu köçəbə səciyyəsi isə daha əski dövrlərin sifətidir.
Dəvadari fikri də bunu nəqş ediyor: əldəki Qorqudun bir qisminin belə havi olan Oğuznamənin ərəbcəsini XIV əsrdə görmüşdür. O halda türkcəsi daha əvvəl yazılmışdır.
Dədə Qorqud kitabının başqa nüsxəsi
Bəzi mənbələrin rəvayətinə istinadən Dədə Qorqudun hicrətə yaxın əsrlərdə yaşadığı düşünüləcək olursa, Qorqud kitabının bu mətndən əvvəl yazılmış qədim bir nüsxəsinin varlığı ehtimalı ilə yüz-yüzə qalıyoruz. Əlimizdəki nüsxəsinin ifadəsi də bu ehtimalı qüvvətləndirməkdədir.
Diqqət ediləcək olursa, görülür ki, Qorqud kitabının mövzularını nəql edən və mütəkəllim mövqeyində olan Qorqudun özü degil, ayrı bir adamdır. Kitabın tanıtmadığı bu adam Dədə Qorqud qaib bir şəxs olaraq göstəriyor və eyni zamanda “Oğuznamə” adı verilən hər hekayəni Qorqudun bilizzat düzdügünə aid açıq cümlələrlə izahat veriyor.
“Dədəm Qorqud boy boyladı, söy söylədi, bu oğuznaməyi düzdi, qoşdı” (səhifə 2,37,67,86,119,142).
Qorqudun bu hekayələri həm yazı ilə, həm də şifahi bir tərzdə düzdügü ehtimali xatirə gələ bilər, bəlkə də Qorquddan nəqlən ilk dəfə yenə başqa birisi tərəfindən kağız üzərinə qonulmuşdur. Hər halda Qorqudun yaşadığı tarix rəvayət şəklində olaraq göstərilən IX əsrlə Drezdendəki yazmanın yazıldığı tarix olaraq göstərilən XVI əsr arasında keçən yeddi yüz yıllık bir məsafəyi-rəvayət qəbildən belə olsun, düşünəcək olursaq, hər halda Drezden nüsxəsindən əvvəl bu kitabın – yəni təkbaşına “Kitabi-Qorqud”un yazılmış olduğu və Drezden nüsxəsinin də az-çox dəgişiklə kopiyə edildigini qəbul etmək lazım gəlir.
Bu nöqteyi-nəzəri Qorqud kitabının havi olduğu ictimai ənənələr də qüvvətləndiriyor: mövzulardakı qadın tipi, erkəklərin qadınlarla müamiləsi, şamanilik dövrünə aid türk tələqqilərinin nisbət etibarı ilə böyük yer tutması, islam dininə az əhəmiyyət verildigi, adam adlarının belə qeyri-islami olması “Kitab-i Dədə Qorqud”un müsəlmanlığın yeni-yeni intişara başladığı zamanlarda yazılmış bir əslə malik olduğunu aydın bir surətdə göstərir.
Qorqud kimdir?
Qorqud kitabının lisanı və ədəbi mahiyyətini təhlilə başlamadan əvvəl onun şəxsiyyətini təyin etmək daha faydalı olur.
Qorqudun surətinə aid ilk məlumat verən öz kitabıdır. Qorqudun kitabını kopiyə edən adam, kitabın başında Qorqudun hicrətinin ilk əsrlərində Bayat qəbiləsindən yetişdigini bu sətirlərlə izah ediyor: “Rəsul əleyhüssəlam zəmaninə yəqin Bayat boyindən Qorqud ata derlər bir ər qopdı. “Oğuz bilicisiydi nə dersə olurdı”.
Bu ifadəyə baxılırsa Qorqudun VI əsrə yaxın zamanlarda yaşadığını qəbul etmək lazım gəlir. Bu nöqtə üzərində çalışan A.Tumanski köhnə Xivə xanlarından Əbülqazi Bahadurın yazdığı “Şəcərəyi-ətrak”ə istinadən böylə bir təhlil yapıyor: “Qorqud, Salur Qazanın müasiridir. Halbuki Salur Qazan Məhəmməddən üç yüz il sonra yaşamışdır. Buna görə Qorqud da hicrətin üçüncü əsrində yaşamış deməkdir”.
Yenə Tumanskinin verdigi məlumata görə: Seyhunun aşağı cəhətlərinə gəlüb yerləşən oğuz türkləri öz qəbilələri içində İnal adında birisini rəis seçirlər. Qorqud Ata da müşavir oldu. Qorqud ondan sonra daha dörd xana1 xidmət etmişdir ki, bu zamanlar Abbasi xəlifələrinin hakimiyyəti dövrünə təsadüf ediyor. Qorqud Ata doxsan beş yıl yaşamışdır”.
“Qorqud kitabı” ilə “Tarixi-Ali Səlcuq”un, Qorqudun yaşadığı zaman haqqındakı məlumatlarına yaxlaşan bir rəvayət daha var; Buna görə Dədə Qorqud, ərəb xəlifəsi Əbubəkr zamanında Türkistandan Ərəbistana getmiş və guya orada müsəlman dinini qəbul eyləmişdir. Bu müxtəlif rəvayət zaman etibarı ilə bir-birinə yaxın olsa da, aralarında yenə xeyli məsafə vardır. Bir də Tumanskinin müşavir sifətilə göstərdigi Qorqudun bizim Qorqud da olub-olmadığı da müvaxəzə ediləcək bir şeydir.
Rus müstəşriqləri içində Qorquda ilk əhəmiyyət verən Bartolddur. Bu xüsusdə 1894-cü ildə nəşr etdigi birinci məqaləsində əfsanəvi (легендарный) Qorqudun tarixi bir şəxsiyyət olub-olmadığı haqqında yapdığı tədqiqatda ərəb tarixçilərindən İbn əl-Əsirə istinadən Bayatların mənsub olduqları oğuz zümrəsinin vaqtilə başında durmuş olan Qorqud bin Əbdülhəmidi yad ediyor.
1911-də rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbəsi nəşriyyatında Qorqudun tarixi həyatını araşdıran K.İnostrantsev İbn əl-Əsir ilə XII əsr müəlliflərindən İmadəddin İsfəhani, Cürcani və Qəzviniyə istinad edərək Qorqud adında tarixdə rol oynamış siyasi bir şəxsiyyət arayor; o da kəndisindən on bir yıl əvvəl V.V.Bartold tərəfindən xatırladılan Qorqud bin Əbdülhəmidi buluyor.
Qorqud bin Əbdülhəmid sonradan cənuba axan müxtəlif oğuz qəbilələrinin daha əvvəlcə köçüb də bir qismi indiki İranın şimalını işğal edən Səlcuq imperatorluğunu təşkil edən əski oğuz rəislərindən Sultan Səncərin ordusunu məğlub və Xorasan ordusunu alt-üst etdikləri zaman 1153-1154-də (B.A.) Trokovski: qədim dövrlərdə Mavəray-i Xəzər cəhətləri; A.Müller: İslam tarixi) oğuzların “Boz oq” qisminin rəisi olmuşdur1.
Инострантсев tədqiqatının sonunda nəhayət bu nəticəyə varıyor: “Biz əfsanəvi Qorqudun şəxsiyyətində oğuzların tarixi həyatlarının ən mühüm anında, onların başında duran tarixi Qorqudun əksini görüyoruz” (Rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbəsi nəşriyyatı, cild 20).
Bəzi ədəbiyyat müvərrixləri ilə türkoloqlarda tühaf bir psixoloji var: xalq arasında az-çox əfsanələşmiş bir şəxsiyyətin həqiqi hüviyyətini bulmaq istədikləri zaman haman xanların, paşaların şəcərələrini araşdırmağa başlayırlar. Onun başqa xalq siniflərindən bir fərd xatırlarına pək də güclən ilə gəliyor. Tamamilə əski burjua fikri tərbiyəsinin saiqəsilə hasil olan bu tələqqi İnostrantsevi də Oğuz xanlarının silsiləsi içində dolaşmağa məcbur etmişdir.
İkincisi: Vaqeən V.V.Bartold ondan çox əvvəllər və ilk dəfə olaraq Qorqud bin Əbdülhəmidi xatırlatmışdısa da, bizim Qorqudun qəti surətdə bu zat demək olduğunu iləri sürməmişdi. İnostrantsevin bu fikri qəti bir şəkilə soxmasından sonra Bartold özü Dədə Qorqud ilə Qorqud bin Əbdülhəmid arasında eyniyyət bulmanın yanlış olduğunu izah etdi2.
Ümumi tədqiqlər tərəfindən Qorqudun Qorqud bin Əbdülhəmid olmadığı fikrini qəbul edildigi üçün Dədə Qorqud əfsanəvi bir mahiyyətdə qalıyor. O halda Qorqudu bu mahiyyət içində tədqiq eyləmək icab edər.
Əfsanəvi Qorqud
İqtisadi həyatın inkişaf etmədigi ibtidai cəmiyyətlərdə böyük taşğınlıqlarla təbariz edən zəkalar, o cümlədən qəhrəmanlar, cəmiyyətin fəlsəfəsinə görə böyük məziyyətləri olan padşahlar, mühüm rollar oynamış alim və şairlər xariqüladə, daha doğrusu mavərayi bir qüvvət kibi təsir yapardı. Sınırları üzərində rişələr duyan əvam, öz məxiləsi sayəsində bu həqiqi insanların məziyyətlərini daha çoğaltır və onları daha mübaliğəli bir surətdə göstərirdi. O qədər ki, zaman keçdikcə, nəsil dəgişdikcə bu həqiqi hüviyyətə malik olan adamlar tamamilə ziyalı bir mahiyyət almış olurdu. Böylə bir şəkil alanlardan bizə qədər bir iz qalmışsa və yaxud tarixi mənbələronun haqqında vəsiqələri havisə, o vaxt xəyallar arasından böylə şəxsləri seçmək qolay olur; əgər bu vəsiqələr mövcud degil isə ədəbiyyat tarixi onlar haqqında yaşayan xatirələrə, rəvayətlərə qolaylıqla inanamaz.
Pəki, tanılmıyacaq dərəcədə şəxsləri bəzəyən əvam, məxiləsi bir şəxs haqqında əfsanə uydururkən, zəbeini həqiqətən yaşamış olan adamlardan almıyormı? Məsəla, biz biliyoruz ki, məşhur “Leyli və Məcnun” mənqəbəsinin qəhrəmanı Məcnun ərəb şairlərindəndir (Tarixi-ədəbiyyati-ədəbiyyə, professor Məhəmməd Fəhmi). Əhməd Yasəvi, Yunis İmrə tarixi simaya malik olduqları halda şəxsləri əfsanə haləsi içində tamamilə gizlənmiş kibidir. Anadolu türklərincə məşhur əfsanəvi qəhrəman Bottal Qazi yenə yaşamış bir tipdir (Köprülüzadə: “Türk ədəbiyyatında ilk mütəsəvvüflər”). Ərəb simalarından İmam Əli ilə Hüseyn birər mövcud olduqları halda haqlarında bu qədər geniş əfsanə silsiləsi uydurulmuşdur. Məşhur Nəsrəddin Xoca haqqında böyük bir mənqəbə ədəbiyyatı yaradılmışdır. Füzuli haqqında İraq oğuzları arasında mənqəbələr yox degil; cahil xalq şairin qəbrini pir sayar, oraya nəzirlər-mumlar gətiriyorlar (Əli Suad, “Səyahətlərim”), hətta şair Namiq Kamal haqqında da İstanbulda xeyli lesrandlar vardır.
Xalq yaradıcılığına aid bu kibi hallar düşünüldügü zaman Qorqudun yaşamış bir adam olduğu zəhabi hasil oluyor. Bilxassə ki, bu gün Qorqudun qəbri də vardır.
Qorqudun şəxsiyyəti haqqında əfsanəvi olaraq bizə ən bol məlumat verən kitab “Dədə Qorqud”un özüdür. Bundakı mənqəbələrdə Qorquda verilən mənqəbələr tərkib edildigi zaman Qorqudun iki mühüm sifət sahibi olduğu meydana çıxar: birisində ötədə-bəridə qopuz çalaraq qəhrəmanlar və xanlar-bəglər haqqında hekayə düzüb qoşan bir ozan: məddah, müğənni; ikincisində xalqın, hətta rəislərin hörmət etdigi və dinlədiyi əql və mühakimə sahibi bir şeyxdir.
Qorqudun ozanlığını kitabın bu parçaları eyi göstəriyor: “Dədəm Qorqud gəldi şadlıq çaldı, boy boyladı, söy söylədi, qazi ərənlər başınə nə gəldügin söylədi” (səhifə 67). “Dədəm Qorqud gəlübən boy boyladı, söy söylədi, bu boy dəli Dumrulun olsun, məndən sonra alb ozanlar söyləsün, əlin açuq, comərd ərənlər dinləsün, didi” (səhifə 95).
“Doqquz tümən” sifətilə yad edilən Gürcüstandan hər yıl “altun-aqçə” olaraq vergü alan Bayındır xanə bir yıl vergi yerinə bir at, bir qılınc, bir çomaq göndərilmiş, bundan mütəəsir olan Bayındır xanın qarşısında yenə Dədə Qorqudı görüyoruz; o, burada, xanın qəmini dağıtmaq için çalğı çalıyor, sonra onun müşaviri kibi dərdləşməgə başlayor. Qorqudın sözilə Bayındır xan bu vergiyi qəbul ediyor və Bəkil adında bir yigitə veriyor; onu Oğuz məmləkətinin şimal sərhədi olan Gürcüstan hüdudinə bəkci olaraq göndəriyor.1
Bu parçanın də göstərdigi kibi Qorqudun dərəbəglik çadırında da böyük mövqeyi varmış. Oğuzların böyük düşməni olan Təpəgöz ilə müqavilə yapmaq için də Qorqud göndəriliyor. Bacısını (qız qardeşini) evlənmək üçün istəyən adamı öldürən Dəli Qarcar adında bir qəhrəmanın bacısını istəmək üçün Qorqud göndəriliyor və müvəffəq oluyor.
Əhali bir çox işlərini, fikirlərini ona məsləhət eylərmiş, onun rəhbərligindən istifadə edərlərmiş. “Qorqud Ata Oğuz qövmünün müşkilini həll edərdi. Hər nə isə olsa Qorqud ataya tanışmıyıncə işləməzlərdi. Hər nə ki buyursə qəbul edərlərdi. Sözin tutub tamam edərlərdi” (səhifə 3). Cocuqlara ad verən də Dədə imiş. “Amma oğlan nə qədər götürdülərsə türmədi gerü aslan yatağınə vardı gerü tutub gətürdilər, Dədəm Qorqud gəldi, aydır, oğlanım sən insansən, heyvanlə müsahib olməğıl, gəl yəxşi at bin, yəxşi yigitlər ilə eş yürüt, didi. Olu qardaşım adı Qıyan Səlcukdır, sənin adın Bəsat olsun, adını mən verdim, yaşinı Allah versün, didi” (səhifə 120)
Əski ozanların sifət və mahiyyətləri düşünüləcək olursa, yuxarıda göstərilən siniflərin həpsi bir insanda toplanırdı. Ozanlar yalnız dərəbəglərin məddahı, çalğıçısı, müğənnisi degildi, onlar eyni zamanda xürafat nəşr edən bir ruhani, kəramət satan bir müxbəm mahiyyətdə idi. Bu cəhətdən kitabda mühakimə və dərayəti sayəsində Qorquda verilən həkim və müşavirlik sifəti də ozanların məziyyətlərindəndir. Buna görə kitabın verdigi müxtəlif sənətlərdən Qorqudun bir ozandan (şair-molla) başqa bir şey olmadığı görünüyor.
Kitabın heç bir yerində Qorquda aid qəhrəmanlıq cəngavərlik, xanlıq, bəglik ətif olunmuyor. İnostrantsev düşüncəsinə görə Dədə Qorqudunqəbilə rəisi olan Qorqud bin Əbdülhəmidin müruri-zamanla əvam məxiləsində almış olduğu əksi ədd edəcək olursaq, uzman Qorqudun bir hökmdar ikən söylənə-söylənə çalğıçı bir molla halına girdigini qəbul etməmiz lazım gəlir. Halbuki, kitabda Qorquda ətif edilən qüdsiyyət, mənqəbələrin qəhrəmanı olan xan və bəglərin hiç birisinə verilmiyor.
Tarixi mənbələrin də Qorqudun nüfuzu haqqında az-çox məlumat vermələri onun tamamilə yaşamış bir şəxsiyyət olduğu haqqındakı mənfi fikirləri cərh ediyor1. Bilxassə “Came-Ət təvarix”i-Saci Rəşidəddin əl-Təbib, Qorqudun Qaraxoca adında bir zatın oğlu olduğunu qeyd ediyor. O halda şair, həkim, şeyx, molla, çalğıçı, dərəbəglik məddahı və oğuznamə müğənnisi sifətlərini havi olan bir ozan şəklində qəbul edəcəklər.
Qorqud adının məşhur olduğu yerlər
Yaxın əsrlərə qədər Qorqudun şöhrəti Sır-Dəryadan Şərqi Anadoluya qədər böyük bir sahəyə yayılaraq hakim olmuşdur. Onun bu geniş yerlərdəki nüfuzunun dərəcəsini qolaylıqla seçə bilmək üçün bu sahəyi təşkil edən Sır-Dərya hövzəsi şimal türkləri dairəsi, Şərqi Anadolu ilə Azərbaycan – Qafqazdakı nüfuz və mövqeyini ayrı-ayrı təyin etməgə çalışağız:
I.Sır-Dərya hövzəsində oğuz türkmənləri arasında Qorqud haqqında mənqəbələr ğayət yoxdur. Bu mənqəbələr, ümumi proletariat tələqqilərinə görə inanılmayacaq dərəcədə xurafi olduğu üçün bunları uzun-uzadıyə izah etməkdən ictinab etdik1. Yalnız bunu qeyd edəlim ki, səyyah Şuller ilə Divayev və Konstanayevin izahatına Qorqudun qəbri pək möhtərəm ədd ediliyormış. Ərəb dininin əfsanəvi təsiri altında qalan ibtidai qəbilələr onun qəbrini ziyarət edib, şəfayət dilərlərmiş.
A.Divayev Qorqudın qəbri ilə bulunduğu yer haqqında məlumat veriyor. 1894-də nəşr etdigi müşahidəsində, o cümlədən diyor ki:
Taşkənddən Qazalınsığə gedən dəmiryol üzərində Xorxut adında bir postə istasyonı var. Bu istasyonun bir verst yarım uzaqlığında Dədə Qorqudun qəbri bulunur ki, istasyon ona izafətən bu adı almışdır. Qəbr xarab bir türbə halındadır. Seyhun nəhrinin tam sahilindədir. O biri tərəfdə çar əsgəri təşkilatının 12 numerolu istehkamına (fort) yaxındır. Türbənin çıraqçı denilən baxıcıları vardır.
Xalq arasında təzimar bir yeri olan Qorqudun qüdsiyyətinə dair bir məsəl də var; Tumanskiyə görə Seyhun hövzəsindəki türkmənlər arasında “Qorqudun gövərini qazma!” məsəli 1896-cı il tarixinə qədər yaşayırmış. Bartold bu məsəlin Qorqudun öz qəbrini hazırlanan bir çox qəbrləri qəbul etməyərək – araması haqqındakı xalq əsatiri ilə əlaqədar olduğunu söyliyor. Bütün bu mənbələrin verdigi məlumata görə türkmənlər arasında Qorqud yalnız bir “şeyx” yaxud “vali” mahiyyətində olaraq tanılıyor. Özbək xanın islam dinini qəbul etməsi haqqında “Tarixi-Dust sultan”dan nəqlən Əbdülqadirin qeyd etdigi əfsanədə Qorqudun türkmənlər tərəfindən bir şeyx kibi tələqqi olunduğunu göstəriyor.
§2.Qorqudun qırğız türkləri arasında tanındığının Divayev, başqırdlarça məlum olduğunu Velyaminov xəbər veriyorlar. Velyaminov türkmənlər arasında Qorqudun özü üçün xatırlanan qəbirlərdən qaçması” haqqındakı əfsanənin Qırğız steplərində köçəbələr arasında məlum olduğunu qeyd ediyor. Və əsatirin qırğızlar arasındakı şəklini nəşr edərək onlar tərəfindən Qorqudun möhtərəm bir zat tanıldığını söyliyor.
Əslən başqırdıstanlı olan Əbdülqadir türkmənlər arasında məruf olan “Qorqudun qəbrinin qazma” məsələsinin Qırğız-Qazaxlarda da olduğunu söyliyor və Qorqud nüfuzunun Əbubəkr Dibayevin xalq şeirləri məcmuəsindən aldığı bir məsəl ilə qazaq-qırğız baqşılarının (xalq şairlərinin) əsərlərində əks eylədigini yazıyor, şeiri biz də ondan nəql ediyoruz1.
Su basında Süleyman
Su ayağı ayır Qorqut
Belaylərdi sin qorqıt
Aydaçı birmən dəpərim
Türkistandə tumək bab
Sayramdağı sansız bab
Otrar dağı otuz bab
Ən ülkəni arslan bab
Qaraxan ata övliya
Su ayağı ir Qorqut
Fala getdi sin Qırqıt
Baqsı piri iməsən bin
Közindi sal qolım tut
Sizdən mədət, tələyimən.
Sunaq ata övliya
Sizdən mədəd, tələyimən
Qorqud ata övliya.
Daha aşağıda görəcəkimiz kibi Qorqudın nüfuzu, əsərlərinin ən çox intişar etdigi yer bilxassə Seyhundən cənub və şərqə doğru yürüyən bir xətt üzərində oturan şərqi oğuzların yaşadığı yerlərdir. Almalıq, Sayram sahəsindən Seyhun həvalisinə köçərək burada payməkt belə təsis edən oğuzlar, buralarda ən çox təmas etdikləri qırğızlar və başqırdların əsnafı olmuşdur. Eyni zamanda oğuzlardan bir qolun şimali Xəzərdən, Volqa hövzəsindən keçdigi də nəzərə alınırsa “Tarixi-düst Sultan”ın Saray şəhəri yaxınlığında mövcudiyyətini söylədigi Qorqud astanası – əgər Dədə Qorqud ilə əlaqədar isə – mühacir oğuzların oralara qədər Dədənin nüfuzunu yapmaları da ehtimaldan uzaq degil.
V.V.Bartold dəxi (Rus imperatorlıq arxeoloji cəmiyyətinin şərq şöbəsi nəşriyyatı cild 9, səhifə 272-273) də oğuz cameəsinə mənsub olan türkmənlər ilə qırğızlar arasında yaşayan Qorqud haqqındakı xatirələri qarşılaşdırdıqdan sonra bu nəticəyə vasil oluyor: “Gərək türkmən, gərəksə qırğız rəvayətləri müştərək bir mənbədən gəliyor. Qırğızlarasa Aşağı Seyhunun qədim sakinlərindən (oğuzlarından) keçmişdir”.
Əbubəkr Abdullah bin Aybək əl-Dəvadariyə müraciət edəcək olursaq, tamamilə Bartoldun fikrini təyid edəcək olur. Yuxarıda da izah etdigimiz kibi Dədə Qorqud hekayələri oğuznamənin bir qismidir, “Oğuznamə” də oğuz türklərinə aiddir.
§3. Qorqudun şöhrətini daşıyan yerlərdən birisi də Anadoludur. Şübhəsiz, Azərbaycan yolu ilə İçəri Anadoluya qədər yayılan oğuz qəbilələrinin digər qismi eyni mənşədən aldıqları bədii ənənələri Anadolu topraqlarına da nəql edəcəklərdi. Bu surətlə Qorqud hekayələri də Anadolu türkləri içinə yayılaraq əsrlərcə yaşamışdır.
Qorqud hekayələrinin Anadoluda məşhur olduğunu – “mətbu sahədə ilk dəfə” önə sürən yenə Bartolddur. Mumileyh XV əsrdə yazılan “Tarixi-Ali Səlcuq”un qeydinə baxaraq, mənqəbələrin burada da yaşadığını qeyd ediyor.
Bundan sonra Türkiyəli bir-iki müdəqqiqin nəzərini cəlb edən Qorqud hekayələrinin Anadoluda yayıldığı haqqında hənuz layiqilə ümumi bir tədqiq yapılmamışdır.
Müəllim M.Cövdət Qorqud hekayələrindən birini bilizzat eşitdigi bu sətirlərlə söyliyor: “Küçüklügündə babamın xidmətində bulunan bayındırlı Məhəmməd Cavuş Təpəgöz hekayəsini bana tatlı-tatlı anlatırdı” (“Yeni məcmuə”nin fövqəladə nüsxəsi, səhifə 90, İstanbul, 1334). Qorqudun Anadoludakı nüfuzunu görə bilmək üçün daha səlahiyyətdar olan bu amilin izahatını buraya olduğu kibi nəql ediyoruz.
“Başlı-başınə uzun bir tədqiqə möhtac olan oğuz dastanı və “Dədə Qorqud” kitabı həqqində möhtac olan oğuz dastanı və “Dədə Qorqud” kitabı həqqində burada müxtəsərən belə məlumat verəcək degiliz; yalnız Yunisdən əvvəlki Anatolı həyatının imkan mərtəbəsində tam və həqiqi bir lövhəsini ərz və təsvir edə bilmək üçün o devrdə bu mənqəbələrin (Dədə Qorqud) arasında fövqəladə şaye olduğı oğuz ozanlarının o mənqəbələri əllərində qopuzlərlə tərənnüm etdiklərini də əlavə etməliyiz. Türklərin əski dastanı dövrlərinə aid olan bu müştərək məhsullər Anadoluda alplıq həyatının hökmran olduğı zamanlərdə, təbii, xarüqələrə məczub, ibtidai ruhlu insanları fövqəladə əlaqədar və mütəhəssis ediyordı. Əsrlərdən bəri davam edən o əski temalər dəgişməməklə bərabər, zaman və məkan etibarilə mənqəbələrdə vücudə gələn bəzi zəruri yeniliklər daha ziyadə təcəssümi dəvət etməkdə və zatən pək əskidən bəri onun zəvqini almış olan xəlq üzərində daha eyi bir təsir icra eləməkdə idi. O devrə aid bütün o xəlq əsərləri, yaxud dini-əxlaqi moizə və hekayələr, “Battal Qazi” kibi qəhrəmanlıq mənqəbələri “Dədə Qorqud” hekayələri yanındə çox sönük və təsirsiz qalıyorlardı. Bir cümlə ilə xülasə etmək istərsək alplar devri Anatolusunun bütün sücayayi-zevqiyyə və əxlaqiyyəsi əl bariz olaraq bu əsərdə görmək mümkün oldığını söyləyə biləriz. “Oğuznamə” ünvanilə də yad edilən bu hekayələrdən bəziləri, məsəla içlərdən ən şayan-diqqəti olan və müxtəlif Avropa alimləri tərəfindən yunan əsarətindəki “SİKLON”lərlə böyük bir rabitə görülən o məşhur “Təpəgöz” mənqəbəsi hala Anatolunın bəzi köylərində yaşamaqdadır” (Türk ədəbiyyatında ilk mütəsəvviflər, səhifə 279-283).
İnostrantsev Türkiyə tarixi şəxsiyyətləri tərəfindən Qorqud adının özlərinə ad olaraq qollanılmasında böylə “Dədə Qorqud” hekayələrinin intişarının təsirini buluyor1. Zaman keçdikcə Qorqudun təsiri Anadoluda azalmağə başladı. Ehtiva etdigi yüksək şairanə qiymətinə rəğmən Qorqud mənqəbələrinin Osmanlı türkləri arasında son zamanlara qədər əski qiymətini mühafizə edəməməsində amil olaraq 1896-da Bartold bu cəhətləri göstəriyor: Osmanlılarca türk kəlməsi adə və sögüş mənasına qollanılmağa başladıqdan sonra tamamilə köçəbə həyatının ruhilə yaradılan dastan əlbəttə öz qiymətini ğayib etmək məcburiyyətində idi1
Qafqaz və Azərbaycan türkləri arasında Qorqudun nüfuzu
Oğuz dastanları məlum olan vəsiqələrə görə XII əsrdə böylə əhalimiz arasında məruf olmuşdur. Moğolların istilası zamanında yaşamış olan Əbdülhər ibn Süleyman əl-Azərbaycani Oğuznamə mənqəbələrinin indiki Şimali İran topraqlarında ağızdan-ağıza dolaşdığını qeyd ediyor. Qorqud haqqında bulunan rus müstəşriqləri oğuz dastanına aid Qorqud mənqəbələrinin XI-XII əsrlərdə Səlcuq imperatorluğunu quran oğuz qəbilələri vasitəsilə bizim tərəflərə gəldigini iləri sürüyorlar. Halbuki, ərəb müəlliflərindən Məsudiyə görə Azərbaycanda oğuzların köçəbə bir halda yaşadıqları tarixi əsrdən çox geri götürmək icab edər.
Bu xüsusda rus müstəşriqlərinin aşina olmadığı Əbubəkr Abdullah Dəvadarinin izahına baxılacaq olursa oğuznamə mövzularının daha Orta Asiyada ikən oğuzlar arasında məruzə olduğu görülür. Bu nöqteyi-nəzərdən Qorqud mənqəbələrinin bu adla olmasa da başqa adla oğuznamə adilə şayə olduğu şübhəsizdir; bundan dolayı Qorqud mənqəbələrinin Səlcuq oğuzları vasitəsilə qərbə (bizim ölkəmizə) endiyi haqqında ortaya atılan nöqteyi-nəzər qəbula layiq görülməz.
Oğuz mühacirətini təqib edən uzun əsrlərdə hekayələrin xalq arasındakı mövqeyinə və keçirdigi təkamül səhifələrinə aid əlimizdə heç bir vəsiqə yoxdur. Eyi bir tədqiq nəticəsində Xorasan və İran kitabxanalarında bunlara aid məlumat əldə etmək ehtimalı yox degil.
Bununla bərabər Qorqud hekayələrinin son əsrlərə qədər Azərbaycan və Qafqaz türkləri arasında yaşadığı haqqında az-çox materiala rast gəliyoruz.
Yuxarıda da yer-yer söylədigimiz kibi alman səyyahlarından Oleari İrandan dönərkən 1638-ci ildə Dərbəndi ziyarət etmişdi. Oleari bu vaxtlar Dərbənd əhalisi içində Qorqudun ruhani mahiyyətində bir “ozan” tanıldığını izah ediyor və diyor:
“Dərbənddə bana Qorqud haqqında verilən məlumatdan başqa xalq oğuzlar barəsində də bilxassə onların məşhur qəhrəmanlarından Qazan ilə zövcəsi Burla xatun haqqında da məlumat hekayə ediyorlərdi1.
“Burla xatun” adı haqqında tədqiqat yapan V.V.Bartold bu ada hiç bir yerdə hətta Seyhun sahilindəki türkmənlər arasındakı rəvayətlər içində böylə təsadüf etmədigini söyliyor. Burla xatunun yalnız Dədə Qorqud hekayələrindən birisində “Salur Qazanın evi yağmalandığı” mənqəbəsində bir rol sahibi olduğuna baxılırsa, Olearinin Dərbənd xalqı arasında Qorqud hekayələrinin məruf olduğu haqqındakı fikri təyid edilmiş olur.
Yenə Olearinin verdigi məlumat Qorqud hekayələrinin Qafqaz və Azərbaycan türkləri arasında XVII əsrə qədər yaşadığını göstəriyor2.
Qorqudun Dərbənddəki qəbri
Səyyah Oleari 1638-ci ildə Dərbənddə Dədə Qorqudun qəbrini gördüyünü qeyd ediyor; daha o zamanlar bu qəbr, ziyarətçilərin üzərində çox mum yaxmalarından bozulmuş imiş.
Oleari ilə müasir olan məşhur türkiyəli Səyyah Evliya Çələbi də Dərbəndə gəldigi zaman orada Dədə Qorqudun qəbrini ziyarət etdigini söylüyor; bu qəbrin cahil əhali tərəfindən böyük bir adam sanılaraq ziyarət etməkdə olduğunu, hətta şirvanlıların buna etiqad etdiklərini bu sətirlərlə yazıyor:
“Ziyarətgahi-Çəbəl Ərbəin”ə, yəni Qırxlar məqamı: qırx ədəd qəbri – əzim olub ziyarətgahi-inamdır. Ziyarətgahi-Dədə Korxut ulu sultandır. Şirvanlılar bu sultana mütəqəddirlər3.
Görülüyor ki, Qorqudun Seyhun sahilindəki əski Oğuz paytaxtında olduğu kibi Dərbənd şəhərində də qəbri varmış. Bu da əski əvam tələqqilərindən doğan bir işdir: bir xalq arasında havi və mənəvi mühüm rollar oynayan şəxsiyyətlər getdikcə əfsanəvi bir mahiyyət alır və cəmiyyət içində müxtəlif yerlərdə ona qəbr yapılırdı; adətən bunlar köhnə şəkildə bir abidə mahiyyətində olurdu və bu surətlə onun adı məmləkətin müxtəlif parçalarında yaşamış bulunurdu. Əski Anadolu şairlərindən Yunis Emre adında Anadolunun bir çox yerlərində qəbr vardır (Köprülüzadə, ilk mütəsəvviflər).
Burla Xatunun Urmiyyədəki qəbri
Dədə Qorqud kitabının qəhrəmanlarından Qazanın zövcəsi Burla Xatunun qəbrinin də Azərbaycan şəhərlərindən Urmiyədə bulunduğunu yenə Oleari söylüyor1.
Oğuz adının Qorqud mənqəbələrinin XVIII əsrdə də məmləkətimizdə yaşadığı yenə nadir vəsiqələrdən olaraq Fren (Fren) adında birisinin qeydləri izah ediyor.
1722-ci ildə əski Rusiyə çalarından Böyük Petro ilə bərabər Dərbəndə gələn köhnə knyazlardan D.Kantemir də bu şəhərdə əhalidən oğuzlara və Qorquda aid xatirələri toplayıb qeyd etmişdir2.
Frendən sonra bu xüsusda yazılı olaraq başqa bir vəsiqə bilamiyoruz.
Qorqud hekayələrinin Qafqas və Azərbaycanda qüvvətlə yaşamış olduğunu göstərən vəsiqələrin ən eyisi “Kitab-i Dədə Qorqud”un özüdür.
Qorqud mənqəbəsinin bəhs etdigi yerlər bizim
məmləkətimizdir
Qorqud kitabındakı bütün vaqiələr tamamilə bizim ləhcəmizin yayıldığı yerlərdə olmuşdur. Əsərdə zikr edilən yer adları bunlardır: “Aladağ, Qazılıq dağ, Bayburd hasarı, Mərdin qələsi, Tatyan qələsi, Ağsaqa qələsi, Unən qələsi, Qara dəniz sahilində Düzmürd qələsi, Əlincə qələsi, Dərəşam ucı, Tumanın qələsi, Aq hisar, Trabzon, Qan İqazə1, Gürcüstan ağzı, Gəncə, Bərdə, Kökcə dəniz, Dəmür Qapu (Dəmir Qapı), Dəmür Qapu Dərbəndi, Qərə Dərbənd (Qara Dərbənd).
Bu kəlmələrdən başqa yalnız bir yerdə “Rum ili” təbiri ilə “İstənbul” kəlməsinə təsadüf ediliyor ki, o da tamam bir hekayətin vaqe olduğu yerlərdə degil, yalnız hədiyyə almaq üçün gediləcək yer olaraq göstəriliyor ki, Rum eli əcəmlərin “Diyari-Rum”undan başqa bir şey degildir.
Bir də Türküstan kəlməsi keçiyor; o da, Qazana bir sifət verilirkən qollanılır: “Bayandır xanın göyküsi, Tulu Qumun yavrusu, Türkistanın dirəqi, ümmət sayının aslanı, Qərə Çuğın qaplanı, Qonur atın ayası, Xan Uruzun babası, xanım Qazan” – (səhifə 60).
Yuxarıda saydığımız yer adları içində bəzi dağ və qələ adları indiki coğrafi xəritə üçün yabancı isə də, bir çoxları məlumdur: Bayburd və Mardin, Trabzon Anadolunun şərqindədir, Qorqud kitabında oğuzların “kafərlər” ilə olan müharibələri əsasında” Bayburd və Trabzon yad edilməkdədir.
Anladılan hekayələrin mövzusu bu şəhərlərin Bizans imperatorluğunun hakimiyyəti altında olduğu zamanlarda tərtib edilmişdir. Daha qəti olaraq göstərmək üçün bu şəhərlərin adlarını kitabın cümlələri ilə tutuq edəlim:
“Bazərganlar yaraq gördülər, gecə gündüz diməyüb yüridilər, nagah Parəsarın Bayburd hasarınə gəldilər məgər ol gün kafərlərin ağır günləridi, hər biri yeməkdə içməkdə idi, birini dəxi götürib qopuz çaldırərlərdi” (səhifə 50). Trabzon də böylə yad ediliyor: “Qanlı Qocə urı turdı ağ səqqəllu pir qocələr yanınə buraqdı, iç oğuzə girdi qız bulmadı, tolandı Tış Oğuzə girdi bulmadı, tolandı Trabzona gəldi, məgər Trəbuzan təkurının (təkfurının) bir əzim görkəmlü məhbub qızı vardı” (səhifə 97).
Hekayələrdən məlum olduğuna görə oğuzlar Gürcüstandan hər yıl vergi alıyormış. Bir il gürcülər vergi yerinə bir at, bir qılınc, bir çomaq göndərmişlər. Oğuzların xanı Bayındır, bunları Bəkil adında bir qəhrəmana verərək “Oğuz elinə qaravul” göndərdi. O da Oğuzdan köç elədi, Bərdəyə, Gəncəyə varıb vətən tutdı, Toquz tümən Gürcistan ağzına varub qopdı, qarovulluğ eylədi, yad kafər gəlsə başın Oğuzə ərməğan göndərdi (səh.132)
“Ağam Qazan sası dinlü Gürcistan ağzında oturırsan ordun üstinə kimi qorsən?” (səhifə 22).
Dərbənd şəhəri də bir çox yerdə yad ediliyor. Bir fikir vermək üçün yalnız bir şəklini alıyoruz: “Bazərgan aydır, Yəkət-Yəkət, bəg Yəkət, sən bənim önəm əglə, sözüm dinlə, on altı ildir kim, Oğuz içindən getmiş idin, dan-danışuğ kafər malın Oğuz bəglərinə gətürər idin, Pasın Qərə Dərbənd ağzınə düşən vermiş idin, onun qalasın beş yüz kafiri üzərimizəqoyuldı. (səhifə 40).
Göstərdigimiz bu parçalardan anlaşılıyor ki, Qorqud kitabının tərtibi əsnasında oğuzların yaşadığı yer bir tərəfdən sərhəddi-Bayburd Trabzon sahəsi; o bir tərəfdən Gürcüstan, Bərdə, Gəncə, Dəmir Qapu (Qara Dərbənddən (Dərbənd) keçən xətdir. Hekayədəki mövzulara görə oğuzların yalnız qərb və şimal sərhədləri məlum oluyor. Şərq və Cənub sərhədlərindən heç bəhs edilmiyor. Bununla bərabər “Kitab-i Dədə Qorqud”un bütün mövzularının bizim şərqli oğuz ləhcəsinin hakim olduğu yerlərdə vaqe olduğu açıq və qəti bir surətdə anlaşılıyor.
Bartold mövzuların əski Ermənistan yüksəkliklərində vaqe olduğunu qeyd ediyor; bu fikir qəbul edilə bildigi təqdirdə əski Ermənistan sərhədini Dərbəndə qədər göstərmək lazımdır. İnostrantsevin də eyni fikri tədqiq etmədən təkrar etməsinə rəğmən əsərin mövzularına meydan olan yerlərin tamamilə dilimizin sərhədləri içində olmasına, kitabın aşağıda təhlil edəcəyimiz dilinin mahiyyətini və Qorqudun Bayat qəbiləsindən olduğunu əlavə edərsək, əlimizdəki “Kitab-i Dədə Qorqud”un bizim ədəbiyyatımız məhsullarından ədd edilməsinə heç şübhə qalmaz1.
Qorqudun kitabı bir hökmdara ithaf edilmişdir
Kitabın yazılış tərzi qəti olaraq bütün hekayələrin dolayısilə kitabın bir hökmdar adına ithaf edildigini göstəriyor. Bu hökmdarın adı kitabın bir yerində belə yad ediliyor: bunun için kim olduğu məlum degil. Yalnız bu hökmdar hər yerdə “Xan” kəlməsilə yad ediliyor. Tək-tük “sultan” sifətilə xitab olunuyor.
Qorqud kitabındakı müqəddimə parçaları, gərək hekayələrin həpsi “xanım hey...” xitabilə başlıyor. Bu cəhətdən “Min bir gecə” hekayələrində gecə başlamalarınə çox bənziyor. Hər hekayə nəticədə əski bir molla tərəfindən yapılan dua kibi “xan”ın ömürlərinə dua ediliyor, ona “Məhəmməd”dən “şəfaət” diləniyor. Bundan kitabın bir xan adına yazıldığını çıxarmaq olduğu kibi əskidən çadır və sonradan saraya da mal olan xan və bəg qonaqlıqları əsnasında bir xana xitabən söylədigi ehtimalı da uzaq degildir.
Fəqət əsərin ümumi yazılış tərzi kitabın xan adına yazıldığı ehtimalını daha çox həqiqətə yaxlaşdırıyor. Bunu göstərən hekayə qanundakı “xeyirli dua”lardan sərf-nəzər xan adına yazıldığını göstərmək üçün yalnız bir nümunə göstərəlim:
“Qərə ölüm gəldikdə keçət versün sağlıq ilə sağırın dövlətin həq artursin ol öndə kim yucə tənri dust olub əni mədəd irsün, yum verəyin xanım, yerlü qərə tağların yığılmasun, kölgəlicə qaba ağacın kəsilməsin, qamən aqan görkli suyın qurıməsun, qanadlərin uclərı qırılməsun, çaparkən ağboz atın büdrəməsün, çalışəndə qərə polat üz qılıcın gödəlməsin, dürtüşərkən ala kəndərin ufanməsün, ağ birçəklü anan yeri behişt olsun, ağ səqqallu baban yeri uçmağ olsun, həq yandıran çırağın yana tursun, qadir tənri səni namərdə möhtac eyləməsün” (səhifə 20-21).
Kitabda ara-sıra görülən “Sultan” kəlməsi ilə də yenə eyni hökmdarə xitab ediliyor:
“Məgər sultanım genə yazın buğayı saraydən çıxardılər, üç kişi sağ yanındən, üç kişi sol yanındən dəmür zəncirlər bəğli tutmışlərdi”.
“Məgər sultanım, Dirsə xanın oğlancığı üç dəxi ordı uşağı aşuq oynərlərdi”.
Bu təhlilləri təqib edərkən Qorqud hekayələrinin Drezdendəki nüsxəsinin bir hökmdarın xüsusi arzusu ilə toplanmış olduğu da xatirə gələ bilir. Qorqud kitabının daha çox izahatı ehtiva edən ayrı bir nüsxəsi bulunduğu təqdirdə şübhəli cəhətlərin bir çoxu aydınlaşmış olacaqdır.
Qorqud Kitabının mündəricati
Dədə Qorqud kitabı doğrudan-doğruya mənqəbələrlə başlamaz; başqa dörd səhifəlik bir müqəddəməyi havidir. Bu müqəddimə göstərdigi xüsusiyyət etibarilə – üç ayrı mövzudan mürəkkəbdir. Doqquz sətirdən ibarət olan birinci parçada Qorqudun Bayat qəbiləsindən olduğu, onun oğuz qəbilələri içindəki mövqeyi, Dədənin izahına görə hakimiyyətin Qayı – Osmanlı nəslinə keçməsi izah olunuyor. Kitabın təbini idarə edən Kilisli müəllim Rifət bu qismin Osmanlılar zamanında bir “mühərriri-məchul” tərəfindən əlavə edildigini qeyd ediyor (Kiatbın fehrist qismi).
İkinci qism Dədə Qorqudun dilindən yazılmış dörd küçük moizədir. Tamamilə nəsihətamiz fikirlərdən ibarət olan bu moizələrdə islamiyyətin təsiri qüvvətlidir. Kitabın ithaf edildigi hökmdara bol-bol “dua”lar vardır.
Üçüncü parça bir ozanın dilindən qadınlar haqqında söylənmiş nəsr halında bir şeirdir. Ozan burada qadın tiplərini – əxlaq etibarilə dörd yerə ayırıyor. Əski cəmiyyət dövrlərində qadın haqqında olan ümumi tələqqilərə eyi bir nümunədir1. Müqəddəmədən sonra mənqəbələr başlıyor. Buradə mənqəbələrin mövzularını xülasətən gözdən keçirəcəyiz:
Dostları ilə paylaş: |