AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


TÜRK EL ƏDƏBİYYATINA ELMİ BİR BAXIŞ. «OĞUZNAMƏ»



Yüklə 1,08 Mb.
səhifə9/14
tarix31.01.2017
ölçüsü1,08 Mb.
#7209
1   ...   6   7   8   9   10   11   12   13   14

TÜRK EL ƏDƏBİYYATINA ELMİ BİR BAXIŞ. «OĞUZNAMƏ»
Professor A.Samoyloviçə
Azərbaycan xalq ədəbiyyatının başlanması, burada, türk əşirətləri ilə, feodallıq başlandığı zamanlara təsadüf edir. Miladi beşinci əsrin başlanğıcında sasanilər İranın şimal-şərqi sərhədləri Tokiyo imperatorluğunun hakimiyyətinə dayanırdı.

Bu sərhədlər boyunca yaşayan və Ceyhun-Seyhun nəhrlərini qaplayan Oğuz qəbilələri eyni zamanda Tokifo imperatorluğunun sərhəddini gözətləyirdi.24 Oğuzlar bu sahələrdə əksəriyyətlə köçəri halında yaşamaqla bərabər qismən də torpağa yerləşərək ziraət təsərrüfatına istinad edən bir həyat sürürlərdi ki, bu təsərrüfat şəkilli sayəsində Yeni kənd adı ilə bir köy də təsis etmişlərdi.25 Beşinci əsrin sonlarına doğru Almalıq dağ tərəflərində yaşayan başqa türk qəbilələri, Ceyhun- Seyhun otlaklarını əldə etmək üçün hücum edərək, oğuzları maldarlıq təsərrüfatı üçün müsaid olan zəngin otlaq yerlərindən qovmağa qalxmışdılar, oğuzların bir qismi şimali Xəzər ticarət yolu ilə cənubi Ruiya ətəklərinə keçdilər bir qismi də Orta Asiyayı Bizans sərhədlərinə bağlayan ticarət yolunu təqib edərək, Şərq və Şimali İranın sulak və otlak yerlərini qapmağa başladılar.

Ərəbistanda Əməvi hakimiyyətinin ilk zamanlarında (hicri birinci əsrdə) cahangir ərəb orduları İranı istila etdikləri zaman, İra­nın şimal-şərqində bu ordularla üz-üzə gəlmiş və onlarla dəfələrlə çarpışmışdır. Hicri 150-ci il sənədə İstazsiz adlı bir oğuz əşirət bəyinin idarəsi altında balta və lapatkalarla silahlanmış oğuzların, ərəbləri Şimali İranda məhv etdikləri tarixcə məlumdur.26 İştə hicrətdən çox əvvəl İrana axmağa başlayan bu oğuz türkləri yavaş-yavaş indiki cənubi və şimali Azərbaycanı əski Aranı, əski Ermə­nistanı, şərqi Anadolu öz təsərrüfatlarına müsail bir yer olaraq bulunmuşlardı və buralarda köçəri həyatlarını qurmuşlardı.

Bakı Darülfünunun siyasi iqtisad professoru Berin cəmiy­yətin üst quruluşu məhsullarından, onun bazasının xarakterinin, bütün cəb­­həsində olmasa da bir çox cəhətlərdən çıxara bilmək müm­kün olduğunu qeyd edir.27 Əlimizdə yeganə vəsiqə olan “Qorqud kita­bı”­nı bu əsasa istinad edərək, gözdən keçirsək, ərəb cahangirlərinin istilasından əvvəl və bundan sonra Azərbaycan türkləri arasında həyatın nə kimi istehsal şərtlərinə istinad etdiyini anna xətləri ilə çıxara biləriz.

“Qorqud kitabı”nın havi olduğu məlumata görə türklərin həya­tında ilk rol oynayan təsərrüfat şəkili ovçuluq və maldarlıq təsər­rüfat şəkillidir. Ovçuluq indii olduğu kimi bir fərdin tətbiq etdiyi şə­kildə deyildi. Tamamilə ictimai bir mahiyyətdə idi. Bir əsirət, ya­xud bir çox qəbilə yağımının iştirakı ilə yapılan ov mərasimi, bir is­tehsal şəkilindən başqa, bir şey deyildir. Əldə edilən ovların isteh­la­kında o insan yığını müştərək olaraq istifadə edirdi. İctimai ov ümu­miyyətlə bir əsirət böyügü bəy, yaxud xan tərəfindən idarə edilirdi.

Sasi degilən Gürcüstan ağzında yaşayan və məmləkətini Trab­zondan Dərbəndə qədər genişləndirən Xanlar xanı Bayandur xan ilə Qazanxan28 Xorasandan Trabzona qədər uzanan əski Azər­baycan torpağlarında yaşayan «İç oğuzları», «Taş oğuzları» və «Qolan oğluzları», sıx-sıx böyük ovlara sürüklədikləri anlaşılmaq­dadır.29 Bu ovlarda at sürməyi və silah qullanmayı bilən hər kəs iştirak edirdi. Bu sürətlə yaşadıqları sahələrin mərkəzlərində müda­fiə qüvvəti, bu zamanlarda az olduğundan sərhədləri əski Ermə­nistana dayanan əski Bizansın Rum qəbilələri Azərbaycan köçəri­lərinə ən çox bu zamanlar basqın yapılardı. Bu hal məişəti çətinləş­dirdiyindən getdikcə qəbilə qüvvələrinin mühüm qismi müdafiə üçün mərkəzi yurdda bıraqılırdı ki, bu da getdikcə maldarlıq və ziraətçilik təsərrüfatının artmasına səbəb olurdu.30

Türklər Azərbaycan torpaqlarında feodalizm dövrünə girdik­dən sonra da Selcuqlarda Ağqoyunluların və Qaraqoyunluların saray feodal və əmirləri tərəfindən də bu ovçuluqların ictimai deyil, xüsusi məqsəd və şəkildə davam etdirildiyini biliriz31 ki, bu hərəkət Qafqaz xanlıqlarını zamanına doğru əyləncə mahiyyətini almışdır. Ovçuluq təsərrüfatı yanında Azərbaycanlıların ilk dövr­lərində inkişaf edən tə­sə­rüffat şəkillərindən birisi də maldarlıqdır, heyvan bəsləməklə mey­dana çıxan istehsal şərtlərinə istinad edən bu təsərrüfat şəkili, Azər­baycanda, qəbilə rəisləri ətrafında inkişaf etdiyi görülməkdədir. Ar­tıq bu dövrdə qəbilə rəisləri yaxud əşirət bəyləri siyasiləşmiş bir mal­dar mahiyyətindədir. Qazan xan bütün oğuz bəyləri ilə ovda ikən gürcülər Dərbəndə basqın yaparaq, onun ordakı on min qoyununu yağma edirlər.32

Mali mülkiyyət haqqına sahib olan qəbilə rəisləri ilk dövr­lərdə, istismar etdiyi qəbilələri, yalnız özündə mərkəzləşdirdiyi maldarlıq istihsalatından faydalandırırlardı. Bu üsulun ən xarakterik təzahürləri şölən ilə ev yağmalamaq mərasimləridir. Azərbaycan türkləri ara­sında ilk zamanlar, bu mərasimlər uzun müddət yaşamışdır.

Şölənlərdə əşirət rəisi tərəfindən minlərcə heyvan kəsilir toylar (bizdə toyun əski mənası qonaqlıq olmuşdur) yapılırdı. Bütün qəbilələr bu toylardan istifadə edərdi. Ev yağmalamaq da iqtisadi əsasa malik bir mərasim idi. Əşirət rəisi çapıb çaldığı şeyləri və qəbilələrin istismarı ilə əldə etdiyi malları sənədə bir, yaxud iki dəfə qəbilə bəylərinə yağma edilirdi.

Əşirət rəisi, qəbilə bəylərini çağırır, yeyərlər, içərlərdi və sonra rəis öz qadınının əlindən tutub çadırından çıxardı və bəylər bütün çadırdakı şeyləri, malları qarət edib bölüşdürərdi. Hər bəy qazandığı malları götürüb öz qəbilələri arasında paylaşdıradı.

«Ev yağmalamaq» mərasimində rəisin topladığı sərvət, ta­mamilə qəbilələrə keçdiyindən qəbilələr üçün iqtisadi böyük bir əhəmiyyəti haizdi. Hekayə edildiyinə görə, Azərbaycan əşirət rəislərindən Salur Qazan bir yağmaya Azərbaycanlıların Taş oğuz qələlərinin iştirak etdirmədiyindən, Taş oğuzlarla İç oğuzlar arasında müharibə çıxmışdır.33

Bu təsərrüfat üsulları özünə uyğun bir cəmiyyət şəklinə ma­lik­dir. Qəbilələrdən hər biri ayrı-ayrı bəylər tərəfindən idarə olu­nur­du, bu bəylər də bir əşirət rəisinə tabe olurlardı. Bu rəis də Bəy-xan, yaxud xaqan adlarından birini alırdı. Bu surətlə qəbilə ailələri bütün təsərrüfat işlərində istismar edilmiş bulunurdu. Qə­bilələrin həpsi birər istehsal vasitəsi məqamında sayılırdı. Bundan başqa qəbilələr, qeyri yad qəbilələrin istihsalından da istifadə edirlərdi.

Zaman keçdikcə Seyhun-Ceyhun vadilərindən gəlməkdə da­vam edən yeni oğuz qəbilələri, ilk Azərbaycanlıları qüvvətləndir­məyə başlamışdır ki, bunlar da yavaş-yavaş torpağa yerləşərək, ziraət təsərrüfatına keçmişlər və bu gün məlum olan Azərbaycan kəndlərinin vücuda gəlməsinə səbəb olmuşlardır.

Oğuz türkləri, yuxarıda göstərildiyi kimi, gəlib Azərbay­canda yerləşirkən, özlərilə bərabər malik olduğu şifahi ədəbiyyatı da buralara gətirmişlərdir. Bu ədəbi məhsullar, məmləkətimizdə qurulan iqtisadi həyatın inkişafı şəkilləri sayəsində məhəlliləşmə­yə üz qoydu və bu surətlə məmləkətimizdə xalq ədəbiyyatı vü­cuda gəlməyə və inkişaf etməyə başladı.

Azərbaycanlıların feodalizm dövrində n əvvəl malik olduk­ları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuzna­mə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiy­ya­tının ilk əsəri deməkdir.34

«Oğuznamə» haqqında ilk məlumatı öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodalllardan Məlik Nəs­rəddin Muhəmməd bini Kınavınün (cilüsi 1293-vəfatı, 1340) saray məmurlarından Əbu Bəkir Abdullah bini Aybədid Dəvadarinin əsəridir. Dəvadari 13-cü əsrə qədər keçən vəqələr haqqında, «Kənz əd-dürər və cami əl-qürər"("Dürlər xəzinəsi və se­çilmişlərin dür­ləri") adlı bir tarixi kitabı yazmışdır. Bu kitabın bir nüsxəsinin İs­tan­bulda İbrahim paşa kitabxanasının əl yaz­ma­la­rı qismində gör­müş və tədqiq etmişəm. (Kitabxana nomrə 913)35

Bu kitabın türklərə aid qismində müəllif həm qıpçaqlara, həm də oğuzlara aid izahat verərək «Oğuznamə»dən də bəhs edir:

«Əski türklər arasında iki kitab var. Bunlardan birisi «Ulu xan Bitqiçi» deyilən kitabdır ki, bunun mənası Böyük xan Ata kitabı deməkdir. Bu kitab ilə moğullar və qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə dutulmaqdadır. Bu kitab moğulların yaradılmışları başlanğıcından bəhs edir, moğul və qıpçaqların «Ulu xan Bitqiçi» kitabı olduğu kimi o biri türklərin də «Oğuznamə» adlı kitabları vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında biliyim vardır. Bu isə türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!».

Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin giriş­diyi təfsilatdan anlayırız ki, o, «Oğuznamə»nin əsli türkcəsini görməmişdir: Onun gördüyü «Oğuznamə»nin ərəbcəyə olan tər­cüməsidir. Bu nüsxəyi nə münasibatla görməyə müvəffəq oldu­ğunu Dəvadarı bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tari­ximizin bir qüsmi için qiymətli bir vəsiqədir.

...Hicri 709 tarixində ( miladi 1308-ci ilə təsadüf edir-Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarindədir - Ə.A.) idi. Burada bir gün bir məclisdə tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxə həmin yeganə nüs­xəsi olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.

Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibni Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi və sarı rəngdə ipəkdən işlənmişdi, kitabın altundan, ayrıca bir qapağı da vardır.

Yoldaşlarım Mənsur ül Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümü­zün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qis­m­ləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.

Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibni Bəxtişu tərə­fin­dən tərcümə olunmuşdur. Abbası xəliflərindən və Cəfəri Bərməki ilə Harun ül Rəşid, Muhəmməd ül Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorlığı yapan Cəbrail ibni Bəxtişun əlavəsinə görə «Oğuznamə» əvvəlcə türkcədən farscaya tərcümə edilmiş və sonraları özü tərəfindən hicri 211 tarixdə (miladi 826) farscadan ərəbcəyə tərcümə olunmuşdur.

Bu farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasanın xə­zinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtuxan sülaləsindən ol­duğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir.

Bu izahatdan sonra Əbu Bəkir Abdulla Dəvadari «Oğuzna­mə»­nin mövzu və mündərəcatı haqqında məlumat vermək istə­kən; «Burada bu qövmin ilk dəfə xruclarını və onlara aid umrun iqtidasını zikr etmək istərdik ki, bu xüsusda öz kitablarında da məlumat vardır. Fəqət onların bəziləri şəri şərifcə caiz deyildir” qeydini əlavə edir. Dəvadarinin buraya qədər vəsiqə olaraq al­dığımız məlumatı üzərində duralım.

Cəbrayıl ibni Bəxtuşunun verdiyi məlumata görə ounun ərəb­cəyə tərcümə etdiyi farsca «Oğuznamə» Əbu Müslüm Xora­sanın xəzinəsinə aid olmuşdur. Halbu ki, Abbasi hökumətinin təşkilinə kömək edən Əbu Müslüm Xorasani bu hökumətin II xəlifəsi Əbu Cəfərül Mənsur tərəfindən (hicri 137) sənədə qətl edilmişdir. Demək olar ki, «Oğuznamə»nin farsca tərcüməsi 137-ci il tarixdən əvvəl mövcud idi. Hələ Əbu Müslüm Xorasanın o kitabın ailə­sindən özünə miras qaldığını söyləməsi farsca nüsxə­nin öz yaşını dolduran sənədlərdən əvvəl olduğunu göstərmişdir.36

O halda farsca «Oğuznamə»nin tərcümə edildiyi zamanın ərəb dilinin Ərəbistanda yeni-yeni zühr etdiyi zamana təsadüf etdiyi aydınlaşmış olur.

Halbu ki, o biri, tərəfdən Dəvadarinin «Oğuznamə»də türklərin mənşəyi haqqındakı məlumata aid izahat vermək istədiyi halda şə­riə­tin caiz görmədiyini qeyd etməsi «Oğuznamə»nin hənus ərəb is­lam feodalizm içinə girməyən oğuz türklərinin müsəlmanlığa zidd olan həyatı görüş tərzlərinin xarakterinin havi olduğunu göstərir. Də­vadarinin bu izahatını farsca «Oğuznamə»nin Əbu Müslüm Xo­rasanın ailəsinə aid olduğu məlumatını yanına gətirincə və bu ailənin hicri tarixinin ilk illərində yaşadığını düşününcə farscaya tərcümə edilmiş «Oğuznamə»nin islamiyatın zühurundan əvvəl yazılmış bir kitab halında mövcud bulunduğunu qəbul etmək lazım gəlir.

Farsca «Oğuznamə»nin Xorasanlı bir türk olan Əbu Müslüm Xorasaninin kitabxanasında tapılması da bizə açıq olaraq göstərir ki, «Oğuznamə»nin farsca tərcüməsi Xorasan sahələrində vaqe olmuşdur. Eyni zamanda tətəbböönaməmizin başlarında qeyd etdiyimiz kimi daha hicrətdən çox əvvəl oğuz türklərinin İranın şimal-şərqi sərhədlərində yaşadıqları və bunların iranlılarla iqti­sadi münasibətində bulunduqları37 da düşünüləcək olursa «Oğuz­namə»nin farscaya tərcümə tarixini oğuzların İrana yavaş-yavaş yaqaşdıqları zamana qədər götürmək icad edər.38

Bundan da anlaşıldığı vəchlə «Oğuznamə» oğuz türklərinin hicrətdən əvvəl başlayıb, hicrətdən sonra da qüvvətlə davam edən indiki Azərbaycan torpaqlarına köçmələri əsaslarına uyğun ola­raq, inkişafa başlayan el ədəbiyyatının ilk əsəri olmuşdur.

«Oğuznamə»nin bu tarixdən sonra, ziraətçilik tərərrüfatı şəklinə əsaslanmağa başlayır. Azərbaycan türk kütlələri arasında nə şəkildə davam etdiyinə və zamanımıza qədər köylərimiz ara­sında nə tərzdə yaşadığına aid bula bildiyimiz vəsiqələrin təhlili ilə «Oğuznamə»nin mahiyyətini göstərən izahatı gələcək məqa­ləmizə buraxırıq.

Qafqaz və Azərbaycan xalqı arasında bir ədəbi əsər olduğu və onun məhəlli iqtisadi şərait içində az-çox şəklini dəyişdirərək son əsrə qədər yaşadığı barəsində əldə edə bildiyimiz vəsiqələr bunlardır:

1. "Layden"dəki şərqiyyətə aid əlyazması kitablarından istifadə edən müsəmirik Brokelman Əbdulhəq ibni Süleymanın Azərbaycan əhalisi arasında uyğus mənkəbələrindən bəzilərini toplayıb bir məcmur halında yazdığını, onun öz əsərindən çıxar­mağ istismar etmək surəti ilə qeyd edir. Əbdul Həqq ibni Süley­manül Azərbaycanı miladi XIII əsrdə yaşamış tarixçi mühərririlə­rimizidəndir. O halda bu məlumat bizə «Oğuznamə»nin XIII əsrdə Azərbaycan arasında intişar etmiş bulunduğunu göstərir…

2. 1633 tarixindən etibarən, Rusiyyə, Qafqaz və İranda səya­hət yaparaq tədqiqatda bulunan alman səyyahlarından Sakso­niyalı Olearus səyahəti əsnasında Dərbənd şəhərinə də uğramışdır. Olea­rusun Dərbəndə gəlişi 1638 sənəsində olmuşdur. Yazmış olduğu səyahətnamədə Dərbəndə gəldiyi tarixdə, Dərbəndin türk ailəsinə məxsus uzun boylu və yarım silindir şəklində qəbirləri havi olan məşhur qəbirstanı haqqında da məlumat verməkdədir. Bu məlumat içində kəndisinə Dərbəndə uğuzların müharibəsi ilə «Oğuznamə»nin qəhrəmanlarından Salur Qazan və zövcəsi Burla Xatun haqqında şayi olan əfsanələrində hekayə edildiyini qeyd edir. Səyahətnamədə o cümlədən deyilir ki:

«...Bu qəbirlər haqqında əhali bu tarixi nəql edirlər: guya qədim zamanlarda Məhəmməd Peyğəmbərdən az sonra Hindis­tanda Qazan adlı bir padşah olmuş, mənşəcə uğuz millətindən idi. Bu milətdə məvara Elburusda, Təbərəstanda sakin idilər».

«...Qazanın Dağıstan ləzgiləri ilə müharibəsi çıxmış, ləzgilər bir neçə gün arasında məruf olanların qəbirləri üzərində yuxarıda söylənildiyi kimi yarım silindir şəklində nişanlar qoyulmuşdur».

«...Dərbəndin dəniz sahilinə doğru bir qəbiristan daha var ki, orada 40 ədəd qəbir mövcud olub ətrafına divar çəkilmiş, üzərinə də bayraqlar (ələmlər) tikilmişdir. İranlılar bu qəbiristana cəhl mənnan, türklər və tatarlar isə qırxlar adını verir».

Burada da yenə müharibədə ölmüş 40 şahzadə və müqəddəs adam gömülmüşdür.

Bu sətirlərin bir vəsiqə halında əlimizdə bulunan “Oğuzna­mə”­­­nin nağıllarında Qazanın Şimali Qafqazda dərəbəyləri və gür­cülərlə göstərilən müharibələri yanına qoyunca “Oğuznamə­də”ki na­­ğılların miladi XVII əsrə qədər xalqımız arasında yaşadığını isbat edir.

3. 1722-ci ildə Dərbənddə olan əski Rus imperatoru Böyük Pyo­tur ilə Dərbəndə gələn knyaz D.Kantemir dəxi, Dərbənd əhali­sinin həyatına aid xatirələr tutmuşdur. Əlyazması halında olan bu xatirələrə istinad edən müdəkkik Firən xalq arasında və hisarlar üzərində uğuz mənkəbələrinə aid xatirələr bulunduğunu qeyd edir.39

4. «Qorqud kitabı» da bu xüsusda bizə bir çox vəsiqələr ver­məkdədir. Burada yalnız bir neçəsinə isnad edəcəyik: kitabın baş­lanğıcında bu cümlələrə təsadüf ediriz (imla eyni ilə): “Məhəmməd zamanına yaxın Boyat boyundan Qorqud Ata deyirlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə deyir olurdu.”40 Bundan da anlaşılır ki, Qorqud adlı zat, Azərbaycan türklərinin bir qolu olan və Azərbaycan musiqi və ədəbiyyatında mühüm rollar oynayan Bayat qəbiləsinə mənsubdur. O biri tərəfdən Qorqudun bir “Oğuz­namə” müğənnisi olduğunun düşünərkən “Oğuznamə”nin Azər­bay­canda mühüm mövqeyi olduğu izah edilmiş olur.

5. “Qorqud kitabı”ndakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlərdə əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masaların içində zikr olunan və zəmanəmizə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim: Mardin qələsi, Baybut hisarı, Aqhisar, Trabizon, Qara dəniz, Qadılq dağ, Abxaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmir qapı, Qara Dərbənd, yaxud Dərvand...

Bu yerləri xəritə üzərində bir cizgi ilə bir-birinə bağlarsaq bu nəticəyi əldə edəriz:

İndi Şərqi Anadolu adlanan əski Ermənistan və Qara dənizdə Dərbənd şəhərinə qədər uzanan bir sahə Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdursa da vəqələrin gedişindən Şimali İranın, Cənubi Azərbaycanın da bu sahənin cənub ətəyini təşkil etdiyni təxmin ediriz. Məsələn, Dərbənd və Gürcüstana kafərləri çapıb yağma etməyə gedərkən, axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhrləri ilə qollarıdır.

«Qorqud kitabı» «Oğuznamə»nin bir hissəsi olduğundan, bu halda «Oğuznamə»nin Azərbaycanda məhəlli bir rəng alaraq, intişar etdiyini göstərir. Bir də yuxarıda göstərildiyi kimi, Azər­baycan türkcəsinin yayıldığı yerlərdə cərəyan edən nağılların hər birinə «Oğuznamə» deyilməsini də əlavə etsək bu cəhət bir qat daha qüvvət qazanmış olur. “Qorqud kitabı”ndakı nağılların ço­xu­nun sonunda “Oğuznamə” adı anıldığı kimi (səh. 20-86-119 və sair). Gürcüstan padişahları ilə Oğuzların müharibəsini təsvir edən «Salur Qazanın evinin yağmalandığı» nağılı da «Dədəm Qorqud gəlibən boy-boyaladı, soy söylədi, bu “Oğuznamə”yi düz­dü, qoşdu» cümləsi ilə bitirməkdədir.

6. “Oğuznamə” müğənisi olan Qorqudun kitabda bir ozan ola­raq göstərilməsi də bizim üçün vəsiqə təşkil edir. Məlum oldu­ğu üzrə ərəb feodalist cəmiyyət quruluşu, hənuz əski türklərcə qəbul edilmədən əvvəl müxtəlif türk və tatar qəbilələri bir azda dini sifəti havi olan el şairlərinə qam, baxsı dedikləri kimi Oğuz­lar da ozan deyirlərdi.41

Bu ozan təbiri bizim aramızda, ta indiyə qədər yaşamışdır. Hazırki halda, xalq ədəbiyyatımızda belə, buna bol-bol təsadüf et­məkdəyiz. Vəsiqə olaraq bir neçə xalq türküsü aldık:

Atam ozan olubdur,

Dərdə dözən olubdur.

Quş dili bilməz canım,

Ərizə yazan olubdur.

Naxçıvan
Evimə ozan gəlib,

Pərdəni pozan gəlib.

Gündüz olan işləri,

Gecə yazan gəlib.



Gəncə
Qızım-qızım qızına,

Qızımı verəm ozana.

Ozan axca qazana,

Qızım gecə bəzənə.



Şəki42

7. Əski Alman şərqiyyatçılarından Fon Ditsin, 1815-ci sənə­sində təb etdirdiyi Şərq materialları güllüyyatı içində “Həzətür­risalə min qəlimati Oğuznamə əl məşhur” “Atalar sözü» adlı bir risalə də vardır.43

Bu risalə adından da məlum olduğu üzrə «Oğuznamə»nin havi olduğu atalar sözlərindən yapılma bir məcmuədir. Bundakı atalar sözlərindən əlimizdə olanlardan bəziləri az-çox şəkilini dəyişdirməklə indii də Azərbaycan xalqı arasında yaşamaqdadır.

Oğuznamədə: «İgidlik et, dənizə at! Balıq bilməsə xaliq bilər».

Azərbaycanda indiki şəkili:«Yaxşılış et, at dəriyaya, balış bilməsə xalıq bilər».

Bu kimi atalar sözü də, «Oğuznamə»nin Azərbaycanda intişarı təyin etməkdədir.

8. XVII əsrin türk səyyahlarından Evliya Çələbi öz səya­hətnaməsində Dərbənd şəhərinin «ziyarətgahı çəbəlil ərbəin», yəni qırxlar məkandan bəhs edərkən Qorqud Atasının qəbrini bu qəbiristanda gördüyünü aşağıdakı sətirlərdə qeyd etməkdədir:

«...Qırx ədəd qəbri əzim olub ziyarətgahı ənamdır, (ziyarət­gahı Dədə Xurxud ulu sultandır). Şirvanlılar bu sultana müətək­kiddirlər”.44 Bu qeyddə anlaşıldığına görə, Qorqudun xatirəsi əski Azərbaycanlılar arasında qüdsi bir mahiyyət almışdır. Qorqudun böylə əhəmiyyət qazanması, onun çox geniş ölçüdə nüfuza malik olduğunu göstərir ki, bu da onun “Oğuznamə” nağıllarını eldən-elə gəzərək çalıb oxuması sayəsində vicudə gəlmişdir.

9. “Oğuznamə” nağıllarının qəhrəmanlarından Qazan ilə zöv­cəsi Burla xatun adına Cənubi Azərbaycanda iki qəbir bu­lun­ması da «Oğuznamə»nin Azərbaycandakı mövqeini göstərən və­siqələrdəndir. Bu qəbirləri gözü ilə görən alman səyyahı Olearius bu cəhəti aşağıdakı sətirlər ilə izah edir:

«...Qazan öldürüldükdən sonra Təbriz civaridə Aci nəhr kə­na­rında dəfn edilmişdir. İndii də45 onun qəbrini orada görmək olur. Urmiya qələsi civarında onun zövcəsi Burlanın qəbrini də mənə göstərdilər».46

Burlaxatunun şəxsiyyəti haqqında tədqiqat yapan akademik Bartold bu vaxta qədər məlum olan tarixi simalar arasında Burla Xatun adına təsadüf edilmədiyini və bu adın yalnız «Qorqud ki­tabı»nda bulunduğunu, türk tarixi haqqındakı geniş tətəbbööatinə istinadan qeyd etməkdədi.47

10. «Oğuznamə» adı haqqında yapılmış qıssa bir tədqiqdə fi­kirimizi təyid edəcək bir qiyməti vardır. Türk kitabiyyat mutəxəs­sislərindən Burusali Məhəmməd Tahirin yaddulları içində mənbə­sini göstərmədiyi bu parçaya təsadüf edirik. Lisan və imlası ey­nən mühavizə edilmişdir: «...Türk qövmünə mənsub əqvam haq­qında yazılan Milli tarixlərin ən dəyərlisi, əldə bulunan bəzi əma­rə­lərə nəzərən,(«Uğuznamə») olamaq lazım. Bu tarixi qəbirin hic­rətin bin tarixinə qədər Azərbaycan tərəfilərində mövcut oldu­ğu bəzi vəsaiyiklə müsbət isə də bu gün əlimizdə mövcud deyildir.48

Bursalı Məhəmməd Tahir hər nə qədər «Oğuznamə»yi yan­lış olaraq tarixi qəbir şəklində qəbul edirsə də Azərbaycan top­raqlarında «Oğuznamə» deyilən bir şeyin yaşıdığını, müdəkkiklər arasında ilk dəfə hifs etmiş olduğu için yazısının hər halda bir xüsusiyyəti vardır.

Yuxarıdan bəri izah etdiyimiz bu vəsiqələr, «Oğuznamə» nağıllarının hicri tarixinin ilk əsrlərindən başlayaraq XVIII əsrə qədər Azərbaycanlılar arasında yaşadığını qəti surətdə isbat et­mək­dədir.49

Bu qüvvətli vəsiqələrə istinad edərək “Oğuznamə”yi Azər­baycan xalq ədəbiyyatında məhsul sayma icab etdiyi kimi, havi olduğu tarixi qiymət etibarilə də ədəbiyyatımızın ilk əsəri olaraq qəbul etmək lazım gəlir.
«Dan yıldızı» jurnalı, 1929, sayı 5(29),

səh. 30-32, sayı 8(32), səh. 28-29.

ƏŞİRƏT DÖVRÜNDƏKİ AZƏRBAYCAN ƏDƏBİYYATINA AİD VƏSİQƏLƏR
"Kitabi Dədəm Qorqud əla-lisan tayifeyi Oğuzan"

Adı ərəb və farsca olaraq "Oğuz tayfasının dilində Dədəm Qorqudun kitabı" olan bu əsər Azərbaycan və Şimali İranda ya­şa­yan türklərin ədəbiyyatına aid ən əski vəsiqədir. Bunun ətraflıca tədqiq və təhlili əşirət dövründəki ədəbiyyatımızın mühüm bir cəbhəsinin aydınlaşmasına səbəb olacaqdır.

Bu əsər ilk dəfə XIX əsrin başında Qərbi Avropa alimləri tə­rə­findən dar planlı, qısa nəşriyyatda elm aləminə bildirmişdir. On­dan sonra Rus alimləri, Türkiyə müdəqqiqləri tərəfindən müxtəlif qayələrlə gözdən keçirilmişdir. Aşağıda bu xüsusda daha müfəssəl izah edəcəyiz. Burada yalnız bunu söyləyəyim ki, tədqiqlərdə "Kitabi Qorqud" son zamanlara qədər başlı-başına bir əsər olaraq göstərilirdi. Fəqət Misirdə yazılmış bir tarixin meydana çıxması bu fikri tamamilə dəyişdirdi. Böylə ki, "Kitabi Qorqud" ayrıca bir kitab olmayıb əski oğuzlara aid olan "Oğuznamə"nin bir parçasıdır. Buna görə Qorqudun əsəri ətrafında bibliqrafik və təhlili məlumata başlanmadan əvvəl "Oğuznamə" üzərində durmaq məcburiyyətin­dəyiz. Biz bu qədər bu mühüm əsər haqqında bu vaxta qədər ya­pılan tədqiqlərin adətən xülasəsini göstərcəyiz.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin