AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,08 Mb.
səhifə8/14
tarix31.01.2017
ölçüsü1,08 Mb.
#7209
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

LÜĞƏT
A

aristokrasis – aristokrat, zadəgan

anarşi – anarxiya
B

basılmışdır – çap olunmuşdur

bəniyyəd – tayfa, qəbilə

biləks – əksinə

binaən-əleyh – ona görə, o səbəbə görə

birər – bir-bir

bilxassə – xüsusilə

behcət – sevinc, şadlıq, gözəllik

bulunmaq – tanınmaq, üzə çıxmaq
V

vaqe – ortaya çıxan

vaqiə – hadisə, əhvalat

vazeh – açıq, aydın

vəqə – ciddi əhəmiyyət verən, yüksək qiymətləndirilən

vəsaiq – material, sənəd, vəsiqə

vəsiqə – sənəd, fakt
Q

qaim – mövcud olan

qansamaq – əhatə etmək

qac – çox

qalay – asan

qəmət – büsbütün, tamamilə

qərin – 1) yaxın qonşu; 2) bir şeyə nail olan

qollanmaq – yazılmaq, hallanmaq

qovmi – qəbilə, tayfa, bir xalqın müəyyən qrupu

qüdsiyyət – müqəddəslik aləmi


Ğ

ğayət – 1) son, nəticə; 2) son məqsəd; 3) son dərəcə

ğərabət – qaranlıq

ğərib – göydəndüşmə, uyğun gəlməyən

ğeyrət – qeyrət etmək, çalışmaq
D

dizilən – yazılan, tərtib edilən

dügün – toy
Ə

əvam türkcəsi – saf xalq dili, dialekt

ədd etmək – sona çatdırmaq

ədd olunamaz – iddia olunmaz

ədəmi – böyük

ənfəs – subyektiv

əski – qədim

əcəmcə – farsca

əşirət – ibtidai
Z

zaviyə – 1) guşə, bucaq; 2) təkyə, hücrə

zəhab – getmə, yola düşmə

zəfi – zəiflik, gücsüzlük, acizlik

ziraətçilik – əkinçiliklə məşğul olma
İ

iqamətnamin – yaşayış yeri

iqdam – məqsədə çatmağa çalışmaq, istədiyini əldə etməyə səy etmək

izafətən – artırma, əlavə etmə

iktifa – kifayət etmə, təmin olunma

imarə – bir tərəfə əyilmə, meyl etmə

imhasində – məhvində, yox edilməsində

intiqal – nəql olunma, yerini dəyişmə, keçmə

intişar – yayma

iskan – yerləşmək, məskunlaşmaq

istinsax – surətini çıxarma, yeni nüsxə yaratma

istasyon – stansiya

istimalə – təsəlli vermə

istirdad – geri istəmə, geri alma

istixrac – ehtimal

istişraq – elm, tədqiqat

icab – 1) lüzum, ehtiyac; 2) labüdlük, zərurilik

iştiqaq – sözün mənşəyi ilə məşğul olanlar


Y

yabançı – yad, xarici

yaxlaşırkən – yaxınlaşarkən

yanmaq – etmək, iş görmək


K

kəbirən-sağirən – böyüklü-kiçikli, hamı

kəndilərini – özlərini

kibi – kimi

köy – kənd

kötülük – pislik

köçəbə – köçərilik
G

gömlək – köynək

k– göy, mavi
L

ləbbini – məzmununu, əsasını

lesrandlərdə – əfsanələrdə

lisan – dil


M

mavərayi – bir şeyin arxasında, o tərəfdə olan

masal-naqın mazi – keçmiş, tarixi

məfvi – köçəri olmayan, oturaq

mədxəl – giriş, müqəddimə

məğzub – qəzəbə gəlmiş, gözdən düşmüş

mənqəbə – boy, hekayə

məcburiyyət – bağlılıq

mərkəb – minik heyvanı, at, eşşək

məruf – məşhur, şöhrətli, tanınmış

məxləc – 1) yekun, xülasə; 2) təxəllüs

məcəllə – kitab, məcmuə

məcusi – zərdüşt dinindən olan, atəşpərəst

məhfuzfur – qorunmuş, saxlanmış

muntəzu – müntəzəm

mutlu – xoşbəxt

müstəqər – oturaq

müstəmriq – şərqşünas, tədqiqatçı alim

murəkkən – məskunlaşma

müsaid – 1) imkan yaradan; 2) kömək edən

müvərrix – araşdırıcı, tarixçi

müntəşir – nəşr olunmuş

müdəqqiq – tədqiq edən

münəqəddir – qadir olan

mütəkənlim – danışan, natiq

müttəhidən – əlbir olaraq

mütəhəssis – həssas

mütəməkkin – təmkinli

mütəqaib – təqib edən, arxasından gələn

mütəhəd – əhd bağlanmış

mutə – birləşmiş

mütəsəvvif – sufilik

müxbəm – mübhəm, gizli

mühəssilə – hasil edən, əmələ gətirən, tələbə

müşairə – şeirləşmə, deyişmə
N

namlı – adlı

nasıl – necə

nəşi etmək – göstərmək, təsvir etmək

nemsə – alman

nerə – hara

nestori – xristian təriqəti
P

propaqanda – təbliğat


S

saqınmaq – çəkinmək

step – çöl

soğuq – soyuq

son bahar – payız

sınır – sərhəd


T

taqım – qrup, hissə

təbariz – nəsil, nəsəb

təbir – söz, üsul, tərz

təb edilən – çap olunan

təqsim – düzüm, bölmə, hissələrə ayırma

təyid – göstərən, təsdiq edən

təmadi – uzanma, sürmə

tələqqi – qiymətləndirmə, hesab etmə

tətəbbönamə – nəşr, yayma

təcavir – təcavüz

təhfiyyat – redaktə, rəsmi yazılar

tutuq – müqayisə, tutuşdurma

tutunalayıb – qərar tutmayıb


U

ufaq – kiçicik, zəif

ucra – ucqar
F

fehrist – kitabın içindəkilər

fərsəx – məsafə, ölçü
X

xürafi – uydurma, həqiqət olmayan


H

havi – əhatə edən

həvali – ətraf, yan

hənuz – hələ, hələlik

həp – bütün

hüviyyəti – əsl, mahiyyət


Ç

çuraq – çətin

çöhrə – rəng, sima, üz
C

camiə – məscid

cəhr – 1) yaralama; 2) biabır etmə

cins – qism, növ


Ş

şimdi – indi

şani – obyektiv

M Ə Q A L Ə L Ə R

HECA VƏZNİNİN TARİXİ

(Ədəbiyyat teoriyası haqqında)
Vəzn dilin məhsuludur, hər ictimai zümrənin, öz ilk şeirinə verdiyi ahəng, dilinin ümumi ahəngindən ayrılan «ənsar ele­ment»­lər məcmusudur. Türklərin şeir musiqisini axtarmaq üçün nə Ərəbistanın qızğın çöllərinə, nə də İranın tozlu ovalarına get­mək lazım deyildir. Sözlərin dilimizə çevrilməsi bunun fəlsəfəsini anlamaq üçün yetişər.

Məlum olduğu üzrə türk qövmlərinin hənuz ibtidai cəmiyyət həyatı yaşarkən, bədii zövqünü doyurmaq məqsədilə yaratdığı şeir, ancaq müharibələrdə yararlıq göstərən qəhrəmanların sərgüzəştləri, əşirətli sürü kimi idarə edən rəislərin mədhləri kimi mövzuları nəşr eyləyən masallardan dastanlardan ibarətdir. Bunlar saz cinsindən telli çalğılar çalınaraq, yüksək səslə söylənirdi. Dastanların sözlə­rinə çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan söz­lər, bir vəzn qazanmış olurdu. Dastanların özləri də az-çox ahəng­dar bir şəkildə idi: cümlələrin sonlarına bir takım zəif səcilər ko­nulması, cümlə və siğələrin təkrar edilməsi və yaxud bəzi nida ədatının cümlə başına və ya sonuna dəfələrlə əlavəsi, adəta ibtidai bir vəzn və qafiyə deməkdir. Zaman keçdikcə türkcənin təkamülü, bu ahəng hərəkətlərindən öz vəznini yaratdı. Bu gün heca vəzni dediyimiz vəzn meydana çıxdı.

Şeirimiz tarixinin başlanğıcı olan bu vəznli nəsr dövründən bizə qədər gəlmiş vəsiqə çox azdır. XIX əsrin başlarında Alma­niyada Drezden kitabxanasının əlyazmaları içində «Kitabi-Də­dəm Qorqud ala lisan-i tayife-i Oğuzan»14 adında bir kitab bu­lundu.15 Dünya ədəbiyyat mənbələri içində bunun başqa bir nüsxəsinə hənuz rast gəlinməmişdir. Yazıldığı tarixi ilə yeni və kopya edəni (məstənsəx-peresçik) məlum olmayan bu kitab əv­vəllər başlı-başına bir əsər olaraq tanınmışdı. Halbuki, sonralar 10 il qədər əvvəlisi, Misir, İstanbul kitabxanalarında bulunan Əbubəkr Abdullah ibn Aybək əl Dəvadari adlı birisinin ərəbcə bir tarix kitabı, bunun Oğuz türklərinin ortadan itən «Oğuznamə» adlı mənqəbələr kitabının bir paçası olduğunu meydana çıxardı.16

«Dədə Qorqud» kitabının bu nüsxəsinin hər nə qədər müsəlmanlığın oğuzlar tərəfindən qəbulundan sonra kopya edil­diyi məlum olursa da, fəqət mündəricatı istər mövzu, istərsə yazı üsulu etibarilə olsun, tamamən vəznli nəsr dövrünün xarakterini göstərir. Daha yaxından görə bilmək üçün buraya imlasına toxunmadan bir neçə nümunə alırız:

«Qaranqu axşam olanda vaf-vaf ürən!

Acı ayran tökiləndə çap-çap içən!

Gələn xırsuzları qorqudan!

Qorquduban şəmatəsilə ürküdən!

Ordumın xəbərin bilürmisin, değil bana!

Qara başım, sağlığında eyilüklər edəm, köpək sana!» (səh.27)


«Salqum-salqum tan yelləri əsdigində

Saqqallu boz ac turğay sayradıqda,

Bədəvi atlar issin görüb oğradıqda,

Saqqalı uzun tat əri banladıqda,

Ağlı, qaralı seçilən çağda,

Qalın Oğuzun gəlini-qızı bəzənən çağda,

Köksi gözəl qaba tağlara gün dəgəndə,

Bəg yigitlər cilasınlar bir-birinə qoyulan çağda». (səh.12)

«Bəri gəlgil, başım bəxti, evüm təxti!

Evdən çıqub yüriyəndə səlvi boylum!

Topuğında sarmaşanda qara saçlum!

Qurulu yaya bənzər çatma qoşlum!

Qoşa badam sığmayan tar ağızlum!

Güz almasına bənzər al yanaqlım!» (səh.8)


«Qadın ana! Qarşum alub nə bögrərsən?

Nə bozlarsan, nə ağlarsan?

Bağrımla yürəgim nə tağlarsan?

Keçmiş mənim günimi də andırarsan?

Hey, ana! Ərəbi atlar olan yerdə

Bir qulunı olmazmı olur?

Qızıl dəvələr olan yerdə

Bir köşəgi olmazmı olur?

Ağca qoyunlar olan yerdə

Bir quzıcığı olmazmı olur?

Sən sağ ol, qadın ana! Babam sağ olsun!

Bir mənim gibi oğul bülünmazmı olur!». (səh.57)


«Qarşı yatan qara tağım yıqılubdır,

Ozan, sənin xəbərin yoq.

Kölgəlicə qaba ağacım kəsilübdir,

Ozan, sənin xəbərin yoq.

Çalma, ozan, ayıtma, ozan,

Qaraluca mən qızın nəsinə gərək, ozan?»17 (səh.58)

Vəznli nəsrdən yavaş-yavaş heca vəzni doğmağa başladı. He­canın ilk təcəllisi, qədim atalar sözündə görülür. Əksəriylə iki, bə­zən dörd bölmədən ibarət olan bir qismi atalar sözü kiçik bir mən­zumə şəklini ərz edər. Ən əski atalar sözlərində bir çoxunu bizə qə­dər nəql edən vasitə, bundan min il qədər əvvəl Mahmud əl-Hüseyn əl-Kaşqari adında bir zat tərəfindən yazılan «Divan-ül lüğət-üt türk» adında bir lüğət kitabıdır.18 Heca vəzninin təka­mülünə aid ilk səfhalar haqqında qəti bir fikir vermək məqsədilə bundakı mənzum atalar sözündən bir neçəsini əski imlasilə burada nəql ediyoruz:

«Qul yağı, it buri (qurt)».

«Alımçı Arslan,

birimci siçan».

(Bürc verən Aslan, bürc alan siçan)
«Erkəc əti em bulur (blur)

əsgu əti yel bulur»

(Ərkəcin əti dərman olur, keçinin əti yel olur)
Oğlaq yeləksiz, oğlan bələksiz

(Oğlaq iliksiz, oğlan biliksiz).


«Alplar bırla erşma

Beklar bırla trışma»

(Qəhrəmanlar ilə vuruşma, bəylər ilə duruşma)
«Tatsız terk bulmas

Başsız berk bulması»

(Tatsız türk olmaz, başsız börk olmaz)

Miladi 634-732 tarixlərində rəkz olunan Orxon abidələrin­dəki kitabələrin bir çox parçaları vəznli nəşr olduğu gibi, rus türkoloqlarının tədqiqi sayəsində, bunların içində vəzinli mən­zumələr olduğu da anlaşılmışdır.19

Bundan da kiçik bir nümunə alıyoruz ki, yeddi hecalı vəzn­lərdir:
Bilgə kaqan bitikin

Yolıq tigin bitidim

Buncə barqağ badızın

Özi kaqan atası

Yoluq tigin mən ayı

Altıqa tört gün turup

Bitdim, bad ırtım…

(Bilgə xaqan kitabəsini bən, Yoluğ Təgin yazdım. Bu qədər ev barqı, bəzəgi, rəngi xaqanın canişini olan bən, Yoluğ Təgin bir ay dört gün durub yazdım və bəzədim).

Yuxarıda qeyd etdiyimiz misalların da göstərdiyi kimi heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa-qısa ahənglər doğuran vəznləri vücuda gəlmişdir. Bu vəznlər üç ilə yeddi heca arasın­dadır. İlk dəfə qısa vəznlərin vücuda gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcə olan dil birdən-birə güc və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratmazdı.

Heca vəzninin təşəkkülündən sonra təqib etdiyi təkamül xətti üzərində hasil olan vəznlərə nisbətlə ən çox yayılan qismi yeddi hecalılar oldu.

Bu vəzn əsrlərcə əski dastanlarla yaşadı, təkamül etdi və iki türlü şəkil aldı: birisi duraqsız yeddi hecalı, o birisi iki draqlı idi ki, bunun ilk parçası dörd, ikinci parçası üç hecadan ibarətdir.

Yeddi hecalı çox kullanılmaqla bərabər, altı hecalı vəznlərlə bərabər qarışıq olaraq da işlənmişdir. Məsələ, yeddi hecalı vəzn­lərdə yazılan dastan qitələrinin dördüncü misrası altı hecalı olur, yaxud əksinə olaraq altı hecalı vəznlə yazılan qitələrin dördüncü misrası yeddili olur.

«Divan-ül lüğət-üt türk»ün göstərdiyi əski dastan parçala­rının əksəriyyətlə yeddi hecalı olduğu halda altı və yeddi heca­lıların nümunələri də var. Bu qitə o cümlədəndir:

«Oğdı qızıl bəyraq,

Toğdı qara torpaq,

Yetüşü gəlib oğraq,

Toqquşub anın gecitmez».

(Açıldı qızıl bayraq. Yüksəldi qara torpaq. Yetüşüb gəldi oğraq, onunla toquşmağa başladıq).

Ən əski mənzum dastanlardan bizə qədər qalan nümunələr «Divan-ül lüğət-üt türk»ün zəbt etdiyi dastan parçalarıdır. «Alp ər Tonqa» haqqındakı mərsiyə «Təkqut» və «Yabaku»ların müharibələrinə aid dastanlarla bir çox başqa mənzum parçalardan ibarət olan bu mənzumələr haqqında professor Karl Brokkelman tətəbbönamələr yazmışdır. Onun da göstərdiyi vəchlə bu dastan­lardan yalnız birisi səkkiz hecalıdır. Demək olar ki, yeddi he­calılar inkişaf etdiyi zamanlar altı və səkkiz hecalı vəznlər də şeirə tətbiq ediliyordu. «Divan-ül lüğət-üt türk»ün göstərdiyi nümunə - dördüncü hecadan sonra olmaq üzrə-iki durağa havidir.

İlk heca vəznlərində qəti və müəyyən bir şəkil yoxdur. Eyni vəznin gah duraklı, gah duraksız olaraq kullanıldığı görülür. Bütün qiymətli musiqinin verdiyi ahəngdən alan vəznin yabançı bəstədən sıyrılmağa başladığı mütərəddid zamanında bu çöhrəyi göstərməsi təbiidir. Bunun üçün də bir vəzndə yazılmış mənzum bir parçada iki şəkil gözə çarpar:

Birisi doğrudan doğruya misranın başından sonuna qədər oxumaqla hasil olan ifadə şəkil o biri də oxuyarkən bütün misralarda kəlmələrin müəyyən yerdə bitməsindən doğan ahəngdar şəkil. Birinci şəkildə, ikinci qədər mənzum səlislik yoxdur. Bu ancaq bir nəsr parçası deməkdir. Vəznin mütəşəkkil bir təzahürü deyil, ibtidai bir şəkildir. İkinci şəkil ki, buna duraklı şəkil diyoruz - nəzmin ümumi ahəngini meydana çıxaran qüvvədir.

Diqqət edildiyi zaman ilk mənzumələrdə bu ümumi ahəng də qulağın xoşlanacağı yumşaq bir dərəcədə deyil. Bunlardan doğan ritm əsgər yürüşündən hasil olacaq tatlılığı hiss edəməz: yalnız bir çox kəlmələrin yuvarlanıb getdiyini duyar. Bu kimi sifətləri daşıyan vəznlərdə çöl və steplərdə köçəbəliklə ömr keçi­rən əhalinin sərt mücadələsi ruhu hakimdir. Yuxarıda göstərdiyi­miz əski mənzum nümunələrdə bu, hiss edildiyi kimi aşağıdakı parçalarda da barizdir. Ətraflı səslər, qısa vəznlərdə az duyulur; uzun vəznlər bu xüsusda daha gözəl nümunə təşkil edər.

Mahmud-bun əl-Hüseyn əl-Kaşqarinin «Divan-ül lüğət-üt türk»ündə (1073 tarixində yazılmış) göstərdiyi mənzum parçala­rın çoxu vəznli beytlər də vardır. Bundan da anlaşılır ki, daha o zamanlar, doqquz yüz əlli il əvvəl türk qövmləri ədəbiyyatında bir çox heca vəznləri varmış ki, zaman keçdikcə bunlardan bəzi­ləri ortadan qalxmış, bəziləri daha mütəkamil bir şəkil almışdır. «Divan-ül lüğət-üt türk» də on iki hecalı yalnız bir misra var:

«Əlinim arığ kırca tur ok başaqı»

Təmiz əlim oxun ucu ile dəlindi.

Bu misrada durak səkkizinci hecadadır. On ikilinin bu şəkli zamanımıza qədər yaşamışdır. Bəlkə, bu vəzn də duraksız olaraq kullanılmışdır; bu şəkildə duraklı olsa da havi olduğu ahəng çox zəifdir.

On üç hecalı (Durak yeddincidən sonradır).

«Tər kən qatun qutunqa təgurməndin qoşuğ

Ayğıl sizin tabuğçi ətnür yengi tabuğ»

(Xatun qadına bəndənbir nəğmə yetir,

de ki, sənin qulluqçun yeni bir qulluq istəyir).
«Tunçı yağar buğut altun tamar ağır

Aqsa anın aqını qandı mənim qanığ».

(Bulutlarımız təmiz damardan daima altun yağdırır.

Onun nəhri axsa, bana sevinc gəlir).


«Urmuş azun busuğun qılmış annı baliğ

Ömsəm önkər tılanıb siz da bulur yaqığ».

(Dünya ona bir pusu qurdu və ona yara vurdu

Yarası için əlac aradı və şəfa yağını sizdə buludu).


On beş hecalı:

«Ötrü turub yağdı önkər kişi oki cığlıvar

Aydım asığ qılğu əməs sən tağa yalvar».

(Qarşımda durub ok yağmuru yağdırdı

Dedim: sənə bu fayda verməz, gəl yalvar).

Bu vəzndə durakların ayırdığı parçalar üç dördlük ilə bir üçlükdən ibarətdir.

«Divan-ül lüğət-üt türk»ün təsbit etdiyi mənzumələr içində, altı hecalıdan on beş hecalıya qədər bir çox nümunələr olduğu hal­da bu gün ən çox intişar edən on bir hecalıdan heç də nə yoxdur. De­mək olar ki, on birli vəzn bu zamanlarda hənuz çox tətbiq edil­mə­mişdir. Bu vəznin inkişafını, mütəaqib əsrlərdə aramaq icab edər.

Heca vəzni yaranmağa başladığı ədəbiyyatda təkamül edərək ilər­lərkən, ilk dövrlərdə bir-birinə zidd iki sinfin şeiri tərəfındən qə­bul edilmişdir. Əski türk qövmləri aşırı cəmiyyət həyatı ya­şar­kən hü­su­la gətirdikləri ədəbiyyatın ümum məhsullarına burjua ədə­biyyat alim­ləri xalq ədəbiyyatı deyirlər. Halbuki diqqətlə baxılacaq olursa, bu ədəbiyyatı tamamile xalqın malı add etmək doğru ol­maz. Atalar sö­zu, bilməcə, nağıl, mani kimi ədəbi növlərdə işçi xalq sinfinin iq­ti­sadi, bədii zövqünə aid ünsürləri ehtiva edən məh­sullar olduğu kimi, əşirət rəislərinin, xan və bəylərin, ümumiyyətlə əşirət aristokrasisinin həyatına, qəhrəmanlığına, müharibələrinə aid mədhnamələr də az deyil. Əldə olan vəsiqələrə görə əski məhsul­larm ən çoxu bu aristokrat sinif tərə-fındən meydana gəlmişdir. Hətta aşağı sinfin ən tipik ədəbi növü olan atalar sözlərində belə bu sinif psixologiyasımn hakim olduğunu görürük. Məsəla:

«Alplar birla uruşma,

Beklar birla turuşma”

(Mənası: qəhrəmanlar ilə vuruşma, Bəylərə söz qaytarma).

«Gönda ərk yok

Bəgda qık yok»

(Mənası: Göndə çatlaq yok, bəydə sözündən dönmək yok).

Eyni surətdə ən əski ədəbi vəsiqələrimizdən sayılan və bizim mənsub olduğumuz əski Oğuzlara aid olan Orxon abidələrindəki kitabələr də Bilgə kağan kimi bir xan ilə Gültəkin kimi bir qəh­rəman bəyin tərcümeyi-halını göstərən dastan şəklindədir.

Əşrəf aristokratiyasmm ətrafmda vücuda gələn bu ədəbiy­yatla saray padşahları ətrafinda yaradılan Divan-saray ədəbiyyatı arasmda psixoloji cəhətdən heç bir fərq yoxdur. Bunun üçün əşi­rət bəyləri ətrafında doğan ədəbiyyata biz sarayın ilk şəkli olan əşirət bəy və xan çadırlarına izafeyi çadır ədəbiyyatı deyirik.20

İslamiyyət Orta Asiya türkləri arasında bir din şəklində tutun­duq­dan sonra, maddi həyat etibarilə köçəbəlik mənəvi tələq­qilər cəhətindən şamaniliyə bağlı olan əşirət yığınlarının kəndi prinsipləri nöqteyi-nəzərindən kulturize etməklə mümkündür. O, bir tərəfdən istilası altına aldığı qövmləri əski tələqqi və etiqad­larından uzaqlaş­dırarkən, digər tərəfdən də tamamilə islami ma­hiyyətdə olan ictimai müəssisələrini qoruyurdu. Bu siyasət sayə­sindədir ki, o tarixə qədər davam edən türk ədəbiyyatı, yalnız motiv etibarilə deyil, ümumi texnika etibarilə də ayn və yabançı olan yeni bir ədəbiyyat qarşı­sm­da bulunuyordu. Heca vezni gərək xalqın müxtəlif sinifləri və gə­rək­sə əşirət açistokrasisi ədəbiyya­tında yeganə vəzn ikən, ərəbin əru­zu üzərində yeni bir şeir abi­dəsi yüksəltməyə başladı.

Əruz vəzni ilk dəfə aristokrat sinifində bəlirdi. Bütün varlığı ilə Bağdada mərbut olan bu sinif, yeni təşəkkül edən saray üçün əruzu qəbul etdi. Bu surətlə zühur edən Saray ədəbiyyatı İraq və mü­səlman olmuş İran mədrəsələrində təhsil edən ədib və şair­­­lər sayəsində getdikcə genişləyən bir hərəkat zatı təqribən qoyuldu.

Əruz iskolastik ədəbiyyatın elmi aləmincə məlum olan ilk əsəri «Kudadqu bilig», Akademik V.V.Bartoldun əldə etdiyi nəti­cəyə görə Kaşqərdə hökumət sürmüş olan Qaraxaniər hökmdar­landan Tafğac Buğra Qaraxan Əbu Əli Həsən ibn Süleyman Arslan Qaraxan adına ithaf edilən «Kudadqu bilik» 1069-1070 radələrində Yusif Has Hacib nam bir zat tərəfmdən yazılmışdır.21 6500 beyt qədər bir həcm tutan bu əsər «Şahnamə» kimi «Fəulən, fəulən, fəulən, fəul» vəznindədir.

Əruz vəzni saray ətrafında vücuda gələn bütün mənzum məh­sullara zəminə olurkən, heca vəzni də çadır ədəbiyyatı sahə­sində qiy­məti azalmağa üz tutmaqla bərabər, kendi təbii seyrində davam edirdi; hətta bu vaxta qədər əvami və təşkilatsız bir tərzdə irəlilərkən əruzun sarayına müqabil özünə təkyəyi müdafiə mər­kəzi bulmuşdu.

Müsəlmanlığın intişarindan sonra bizzat islam dininin və onun əks-ələməlindən ibarət olan təsəvvüfün rəvac bulması üçün müəyyən təşkilat şəklində qurulan təkyələr ətrafında yaradılmağa başlanan ədəbiyyatın şeiri isə heca vəznini qəbul etdi. Ancaq bu təşkilat sayəsində heca vəzni yazılı ədəbiyyat sahəsində əruzla mücadələyə davam edə bildi.

Türkçəliyin ümumi xarakteri göz önünə gətiriləcək olursa, heca vəzninin onlarca məqbul görünməsinin mənası kolaylıkla anlaşılır. Qayəsi daha böyük bir əksərinə məfkurəvi təlqinlərlə təsir yapmaq olan təkyə təşkilatı, xalq ruhunu nəzərə almaq və xalq ədəbiyyatı elementlərini kullanmaq məcburiyyətində idi. Bunun üçün təkyə şeiri milli xalq vəzni olan heca ilə yaradılırdı.

Heca vəznini ilk dəfə olaraq Yəsəvi təkyəsində buluyoruz. Yə­səvilik təriqəti üzrə doğan ədəbiyyatın məhvəri miladi on ikin­ci əsrdə yaşamış şair, həkim Əhməd Yəsəvinin «Divan-i hikmət» adı altında toplanılan əsərləridir. Əhməd Yəsəvi hecayı kullan­maq­la bərabər, ona daha əski zaman məhsullarındakı vəziyyə­tindən ayıran mütəkamil bir şəkil verməmişdir, onun əsərlərində də ətraflı misrayi-ahəngdən mərhum bulunaraq ibtidai texnikayı mühafızə etməkdədir. Bununla bərabər vəznin təkyələrdə tutul­ma­sma və aynca on iki hecalı vəznin şaye bulmasına yardım et­mişdir. «Divan-i hikmət»də ən çox kullanılan vəzn yeddili ilə on ikililərdir. Hecanın bundan 800 il əvvəlki şəklini yaxından görə bilmək məqsədilə Əhməd Yəsəvinin iki mən-zuməsini buraya alıyoruz. Birinci parça duraksız yeddilidir:

On səkkiz min aləmdə,

Heyran bulğan aşiqlər,

Tapmaq məşuq sorağın,

Sərsan bulğan aşiqlər.
Hər dəm başı örülüb,

Gözü xəlqə tirtulub,

Hər hötyö çur kulub,

Kiryan bulğan aşiqlər.


Göyüb yanub kül bulğan,

Eşqdə bülbül bulğan,

Kisti kursə fövl bulğan,

Mərdan bulğan aşiqlər.


Yol üstündə xak bulğan,

Sinələri çak bulğan,

Zikrin itib pak bulğan,

Nalan bulğan aşiqlər.


Himmət qövrin bağlağan,

Yürək bağrın bağlağan,

Fəryad urub ağlağan,

Giryan bulğan aşiqlər.


Kahi yüzü sarğarıb,

Kahi yolda gərib,

Təsbihləri ya həbib,

Cövlan bulğan aşiqlər.


Əhməd, sihnəm aşiq bul,

Sidqinin burla sadiq bul,

Dərgahığa layiq bul,

Canan bulğan aşiqlər.

Bu hikmət on ikilidir, üç durağı hayizdir. Zamanımızda da bilhassa Osmanlı türkləri ədəbiyyatında kullanılmaqdadır.

Xəzər babam saldı məni o şəbu yoluğa,

İndin sonra dərya bulub taştım, dostlar.

Haqqa yanıb mömin bulsan tayət qılğıl,

Tayət qılğan hak didarın kurar, dostlar.

Yüz min bala başa tüşsə, inkərağə qıl

İndən sonra eşq sərini bular, dostlar!
Aşiqləri zar inkəraban yoluğa girdi,

Hər nə cəfa tiksə, ani haqdan bildi.


Razı bulub yer astığa hazır buldıı,

Zar yığlaban səhərlərdə türar, dostlar!

Aya, dostlar, hiç bilmədim, mən bölümni,

Səadətiğa bağlamadım mən belimni.
Qeyb sözdən hiç yığmadım mən tilimni,

Nadanlığım məni rüsva qıldı dostlar.


Gicə-gündüz biqəm diyirdim, zikrin etmay,

Cəhd eyləbən tuni guni fikrin timay.


Məhəbbətni bazarında onu satmay,

Nəfsim məni yüz min təam tilar, dostlar!
Nəfsinini sən öz rainə qoyma zinhar,

Yımay-içmay taəm birlə bulqıl bidar.

Axır bir gün körsətküsi sana didar.

Bidar bulğan anda didar görər, dostlar!

Aya, ğafil haq zikrini tildən koyma,

Dünyalıqdan bir zərrəsin kulğa alma.

Ərənlərin arkasından hər kəz qalma,

Yolğa kərkan axır murad tapar, dostlar!


Xacə Əhməd, bəndə bulsan yığılan, yorkıl,

Məhəbbətini məclisinə özün orğıl.


Qiyamətin şiddətindən matəm qurkıl,

Matəm qurğan sərdən xəbər alar, dostlar!

Əhməd Yəsəvi dövründə on ikili vəznin çox intişar etdiyini biz hicri 630 tarixində yazılmış «Yusif və Züleyxa» qissəsinə aid bir mənzumədə də görürük. Bu qədim mənzumənin mətni 1889 tarixində Almaniyada basılmışdır22. Vəzn etibar ilə çox əksik­lik­ləri ehtiva edən bu mənzumə bir çox yerində duraksızdır (öz qədim imlasilə alındı):

Məlakninin qulağına eşituldi,

Ol oğlanı almaqlığa deyür imdi.

Andan sonra bu məkama hazır gəlgil,

Tilimi malı nemətə sitqıl imdi.
Andan son kərə əlli yıl tamam keçdi,

Vədə bitdi deyib tilim sönür imdi.

Qoşa mazar anda məcmuh olmuş idi,

Cümləsi kuyu uzra uçarlar imdi.


Firiştələr irtiqada bilimdi,

Oq alıb quşı atmağa varur imdi.

Anı gora malın doğru qaldı heyran,

Anı görüb bixud olub düşər imdi.

Heca vəzni bilxassə Yumıs Əmrə və müasirləri sayəsində bir dövrə girdi. Məlum olduğu üzrə yeddinci əsrdə (Miladi tarixlə XIII əsrdə) yaşamış olan böyük mütəəssif şair Yunus Əmrə heca­nın bir çox vəznini kullanmışdır. Yunus Əmrəyə qədər zəif və cılız bir şəkildə gələn heca, onda tamamilə yeni bir çöhrə ərz etdi. Əsərlərində qədim hecanın ibtidai etradı hiss olunmaz. Yunus Əmrənin hecası heca ahəngli deyil, misrası ahəngə malikdir. Bundan dolayı heca rüşdünü Yunusda bulmuş denilə bilir. O qədər ki, bu gün Qafqaz və Türkiyə ədəbiyyatında belə, Yunusun bundan altı yüz il əvvəlki hecası kimi vəzndə hakimiyyətə çox az təsadüf edilir. Böyük şairin əsərləri, mövzumuzu çox əlaqədar etdiyi üçün kullandığı bütün vəznlərdən birər nümunə almaqla istədiyimiz faydayı təminə çalışacağız.

1) Beş hecalı:

Yar yürəğim yar,

Gör ki nələr var,

Bu xalq içində

Biza gülər var.


Girdik bu yola

Eşq ilə bilə,

Qəriblik elə

Bizi salar var.


Bu yol uzaqdır,

Mənzili çoxdur,

Keçidi yoxdur,

Dərin sular var.


Hər kim mərdanə

Gəlsin meydana.

Qalmasun cana

Kimdə hünər var.

Yunus, sən bunda,

Meydan istəmə.

Meydan içində

Mərdanələr var.

2) Altı hecalı. Bu nümunədə üçüncü hecadan sonra durak vardır:

Şeyximin elləri,

Uzaqdır yolları.

Açıltnış gülləri,

Dərməyə kim gəlir?!
Şeyximin özünü,

Sevərəm sözünü,

Görməyə kim gəlir?!

Şeyximin elini,

Sevərəm evini,

Ol səbil əlini,

Öpməyə kim gəlir?!
Əhdilə vəfalar,

Zövqilə-səfalar,

Bu yolda səfalar,

Çəkməyə kim gəlir?!


Şəhidin donını,

Yumazlar qanını,

Dost üçün canını,

Verməyə kim gəlir?!


Ah ilə göz yaşı,

Yunusun haldaşı,

Zəhər bişən aşı,

Yeməgə kim gəlir?!


3) Yeddi hecalı:

Sağa qalasın bunda,

Eksiz varasın anda,

Nicə yapasın sonda,

Qoyolar qiyaməti?
İsrafil surin ora,

Ölənlər turi kelə,

Baş açıq yalın ayaq,

İstiyələr ol rəqti.


Zəbanilər gələlər,

Sər atı götürələr,

Tartuşubən yortələr,

Fəğanlar ölə qatı.


Yunus, günahın çoxdur,

Sən ağlar isən haqdır,

Yarın sana gərəkdir,

Məhəmməd şəfaatı.


4) Səkkiz hecalı:

Qarlı dağlarmı aşdın?

Dərin ırmaqlarmı keçdin?

Yarından ayrımı düşdün?

Niçin ağlarsın bülbül hey?
Hey nə yavuz inilsrsin,

Bənim dərdim yenilərsin,

Dostu görməkmi dilərsin,

Niçin ağlarsın bülbül hey?


Qanadın aça bilirsin,

Açuban uça bilirsin,

Həbablar keçə bilirsin,

Niçin ağlarsın, bülbül hey?


Qalalı şehrinmi yıkıldı?

Ya nam-u yarınmı qaldı?

Qürbətdə yarınmı qaldı?

Niçin ağlarsın bülbül hey?


Qədrin bilinməzmi oldı?

Xətrin sorulmazmı oldı?

Ol dost görünməzmi oldı?

Niçin ağlarsın bülbül hey?


5) On hecalı:

Hiç qulağsız siz quşlarmı uçar?

Mürşid kişilər doğru yol açar!

Mürşidsiz kişi qalırmış naçar?!

Var bir kamilə, sor: niyə gəldin?
Ey Yunus Əmrə sən bu ev kudi,

Kendi nəfsinə ver sənin idi.

Bilirim dimə sən də gəl imdi,

Var bir kamilə, sor: niyə gəldin?


6) On bir hecalı, duraklı:

Eşq imamdır bizə, könül cəmaat,

Dost yüzi qiblədir daim salavat,

Can səcdəyə vardı, dost hicranına,

Yüz yerə oruban idər münucat.
7) On bir hecalı, duraksız:

Aşiqləri tamusi yandırmaya,

Uçmağına bular baş indirmayə,

Yeddi tamu bir ahə qatlanmaya,

Yeddi dəniz eşq odun söndürməya.
Cövzə qaçmaz kərya gibi var,

Bəçqu gibi iki bulundurmıya,

Musa gibi çobanlıq itməyincə,

Kəlim div Tura göndərmiya.


8) On dört hecalı, iki duraklı:

Bən dərvişəm diyənə bir on idəsim gəlir,

Tanıyıban şimdidən varub yetəsim gəlir,

Sərat kıldan incədir, kılıcdan kəskincədir,

Varub onun üstüna, evlər yapasım gəlir.

Altında qaya vardır içi nar ilə pürdir,

Varub ol kölgəlikdə bir az yatasım gəlir.

Tən eyləmək xocalar xatiriniz xoş olsun,

Varuban ol tamuda biraz yanasım gəlir.
9) On altı hecalı:

Dinü-milht sorarisən aşiqlərə din nə hacib?

Aşiq kişi xarab olur, aşiq bilməz din, dəyanət!

Aşiqlərin könlü, canı məşuqu yanında olur,

Ayrı surətdə qılır kim işləsin zindi itaət.

Yunus Əmrədən sonra da Türkiyə təkyələrində qüvvətlə in­ki­şaf eden heca vəzninin ilk zamanlar Azərbaycan və Qafqaz oğuzla­rın­da nə şəkildə olduğuna aid əlimizdə vəsiqə yoxdur. Ya­zılı ədə­biy­yatımızda heca nümunələrinə Xətaidə təsadüf ediyo­ruz. Xətainin maddi və mənəvi tərbiyə etibarilə ərəb və əcəm kul­turalarının kəli­tə­sindən hüsulə gələn bir padşah olmasına rağmən xalq üçün də əsər yazmışdır. Onun bu hərəkəti məfkurəvi bir xalqçılıq deyil, kən­di din və dövlət prinsiplərini aşağı təbəqə əhali arasmda yerləşdir­mək məqsədiləydi. Əsərlərini siyasi fəaliyyətinə yardımçı olaraq yaz­dı. Xətai bu qayəsində çox müvəffəq olmuş şəxsiyyətlərdəndir. Türkiyədə bir kaç yıl əvvəl qapadılan təkyə-dərhag təşkilatları sa­yəsində Xətainin əsərləri Anadolu elinin hər tərəfəinə yayılmışdır.

Xətainin əsərləri bizim əhalimizcə daha çox zaman əvvəl unudulmağa başlandığı halda, Türkiyədə indi bilə yaşamaqdadır. Onun hecası əsrlərlə sonra yetişdiyi halda Yunisinkilərin yanmda çox sönük və ibtidaidir. Xətai Yunusa nisbətlə on bir hecalıları da­ha çox kullanmışdır. Mövzuudan sərf-nəzər, təxtiqasını göstər­mək üçün bir parçasını buraya nəql ediyoruz:

Allah bir, Məhəmməd haqq, tanrı birdir,

Ərənlər üstündə biligin nurdur.

Cənnəti əlada bir dərgah vardır,

Biz də ol dərgahdan ayrılmayalım.
Sevdigimiz bizim, onlar da bilsin,

İnsaf əhli olan insafa gəlsin,

Bir olsun, birlik olsun, dirlik olsun,

Biz gitdiğimizdən ayrılmayalım.


Qaba-saba olsun haman yük olsun,

Əridəlim könül evin pak olsun,

Şah Xətaiyim nəfsimiz haqq olsun,

Biz də nəfsimizdən ayrılmayalım.

Asıl bizdə hecanm inkişafı məşhur xalq şairi Kərəmdən sonra­dır. Həyat və şəxsiyyəti mənqəbəvi-leqendarnıy bir mahiy­yət alan Kə­rəm, Şərqi Oğuz türkcəsinin heca sahəsində yetiş­dirdiyi Füzulisidir.23

Onun sayəsində heca vəzni, hecanın bilxassə bu gün çox inkişaf edən on birlisi, bizim ədəbiyyatımızda da yerləşərək in­kişaf etdi. Kərəmin hecası Xətaininkindən qüvvətlidir. Yunus Əmrə ilə başlayan hərəkatın təkamülü ədd edilə bilər.

Əsərləri hər kəscə məlum olan Kərəm ilə Anadolunun ye­tişdirdiyi Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Quloğlu kimi şairlər sayəsində heca vəzni bitkin bir hal aldı. On altıncı və on yeddinci əsrin adamlan olan bu şairlərin əsərləri bizim xalqca məchul olduğundan bir fikir edinmək məqsədilə hər birindən birər mənzumə dərc ediyoruz:

Qaracaoğlandan:

Behey, ala gözlü dilber,

Senin göğnün seyrandadır!

Ben ağlarım, sen gülersin,

İman senin nerendedir? ,


Kaşlann kurulu yaydır,

Yüzün bedirlenmiş aydır,

Koynuna girmek kolaydır,

Hesap, gülün derendedir.


Güzel bell olur tacından,

Hiç yük ağlarmı bacından,

Dünyada densiz ucundan,

Sefil baykuş virandadır.


Qaracaoğlan der, vardığım,

Dertli sinemi deldiğim,

Suç senin değil sevdiğim,

Sana meyil verendedir.


Gövhəridən

Ey sitəmkər, döri-eşqində sənin,

Bu çəkdiyim dərdi bir mövla bilir.

Açılmaz nazından qönçə dəhanın,

Nə yaz, bahar bilir, nə şita bilir.

Kim öyrətdi bilməm böylə mətadı,

Haqdan bulsun əcəb kimdir ustadı,

Gördiginə qıla çeşmi-cəladı,

Nə biganə bilir, nə aşina bilir.
Dərdi dərunimə olaydı məhrəm,

Sədhəzar çövrindən çəkməzdim ələm,

Nəqşi divarmıdır bilməm bu sitəm,

Nə cəfada kamil, nə vəfa bilir.


Bu dərd-i eşqə kim biz mübtəlayız,

Loğman olsa dəva etməkda aciz,

Nə anlar bu haldan zahid və vaiz,

Kəndi çəkdiyini mübtəla bilir.


Gövhəri, qəm çəkmə ol saçı leyla

Bir gün səndən betər olur binəva

Eşq adamı edər Məcnun-u rüsva

Zalım, nə şah bilir, nə gəda bilir.


Dərdlidən:

Xərabə qul olduq bizim aləmdə,

Bünyad olsaq da bir, olmasaq da bir.

Düşdün çarə nədir dərdə aləmdə,

Azad olsaq da bir, olmasaq da bir.
Eşq oduna yanmış cigər kababız,

Hicr ilə ağlamış didə pürabız,

Yıkılmış, yapılmış xanə xərabız,

Abad olsaq da bir, olmasaq da bir.


Bir Şirin əlindən eşq meyin içdin,

Haq ild batili fərq edib seçdin,

Varlıq dağlarını dəldin də keçdin,

Fərhad olsaq da bir, olmasaq da bir.


Ey Dərdli, aləmdə bir şah deyiliz,

Haqdan həqiqətdən agah deyiliz,

Təriqi-israra həmrah deyiliz,

İrşad olsaq da bir, ohnasaq da bir.


Quloğludan:

Əcəb nə diyardan uçub gəlirsiz?

Bir xəbər sorayım durun, durnalar.

Sevgili dilbərimdən nə bilirsiz?

Bana bir təsəlli verin, durnalar.
Qasım gün əyyamın sakın fövt etmən,

Vaqtsız çıkıb da yollara gitmən,

Avçılar duyarlar çağrışıb ötmən,

Sağ, əsən mənzilə erin, durnalar.


Könlün pərişandır, tellərin əgri,

Dayanmaz cevrinə aşiqin bağrı,

Əzm edib çəkilin Bağdada doğru,

Çöllərin səfasın sürün, durnalar.


Quloğlu, dəmbədəm içimdə dolun,

Məst edər aşiqi ol tatlı dilin,

Mardin dağlarına uğrarsa yolun,

İmamlara yüzlər sürün, durnalar.


Aşiq Ömərdən:

Dedim: Dilbər didələrin qan olmuş.

Dedi: Çok ağladım sel yarasıdır.

Dedim: Gərdənində çiftə danələr.

Dedi: Zülfüm dəymiş, tel yarasıdır.
Dedim: Yarı sevən muradın almış?

Dedi: Bəni sevən sərini qoymış!

Dedim: Dilbər, yanaqların al olmuş.

Dedi: Çiçək takdım, gül yarasıdır.


Dedim: Bu Ömərin əqlini aldın.

Dedi: Sevdiginə peşmanmı oldun?

Dedim: Dilbər, niçin saraldın, soldun?

Dedi: Çəkdicəgim dil yarasıdır.

Heca vəzninin xalq arasında başlı-başma bir ədəbiyyat yarat­ması, sarayların məddah ədəbiyyatının xoşuna gitmiyordu. Ərəb və əcəm harslarmm nöqtəsi-nöqtəsinə türk səciyəsinə tətbiq etməyə çalışan sxolastik aristokrat sinfı, aşağı xalq təbəqəsinin də onları nümunə ittixaz etməsini tələb ediyordu. Hətta heca vəzninə xaneyi-təbii xarab eyləyən bir qüvvət kimi baxan vəhbilərin hü­cumları da az olmadı. Fəqət siniflərin inkişafa başlayan ümumi həyatları, heca vəzninin ortadan qalxmasını, hətta saray ədəbiy­yatına belə nüfiız etməsini təmin etdi. Bu mayədədir ki, Türki­yədə üçüncü Sultan Əhmədin saraymda yaşayan Nədim:

Sevdiyim, bəndənə düşərsə xidmət,

Qapında qul olmaq canıma minnət,

Görə idim səndə buyi məhəbbət,

İsədiyim budur sən bivəfadan –

şəklində heca vəznində türkülər yazmağa məcbur olduğu kimi, Qarabağ xanının sarayında oturan Vaqif də ən lirik parçalarını heca vəznilə yazıyordu. Müqayisə edildiyi təqdirdə Qafqaz və Azərbaycan xanları sarayında heca vəzni daha quvvətli bir inki­şafa nail olmuşdur. Vaqifin qüvətli şairliyi nəticəsində heca vəz­ni, müasirlərinin haman həpsi tərəfmdən kullanılıyordu.

Vaqifdə heca vəzninin yalnız on birisi var. Əksərisi iki du­raklıdır. Üç durakı ihtiva edən on birli azdır. Bizim ədəbi sa­həmizdə on birli hecanın on yeddi və on səkkizinci əsrlərdə çox məqbul olması Xətai ilə başlayan və Kərəmlə qüvvət və şəx-siyyət qazanan hərəkatın nəticəsidir. Vaqifin hecası – aşina oldu­ğu klassik ədəbiyyat tərbiyəsi dolayisilə - Xətai və Kərəmdən çox fərqli və bişkindir. Qafqaz və Anadoluda heca ədəbiyyatının qüv­vətləndiyi zamanlarda məvərayi Xəzər köçəbə türkmənləri ara­sında da heca vəzni əski seyrini davam etdiriyordu. Fəqət bizim ədəbiyyatımızdakı hecadan çox geri və ibtidai qalmışdı. Bu sifət o dövrün mehvəri olan Məxdumquluda da barizdir:

Çox yigitlər gəlib keçdi cahandan,

Niyyətinə görə iqbal bulmadı.

Zərdişi kəc qəhvə çərxinin,

Artəri şad bulan-oylan gəlmədi.
Gündə kəfən biçər bu əcəl həyat,

Bir bəladır həp qurtarmaz bu səyyad,

Bilə-bilə aşar, düşər adəmzad,

Bir gün gördüyümüz arka kalmadı.


Bir dəyişli xanədir dünya özü,

Nəsihətim dinlə, eşit bu sözü,

Əcəl yetəb, adam yumursa gözü,

Guya bu dünyaya gəldi gəlmədi.

Türkiyədə tənzimatı mütəaqib ədəbiyyatda başlayan və Na­miq Kamal-Əbdülhaq Hamid məktəbi ilə «Sərvəti-Fünun» nəsli tərəfın­dən yaşadılan Avropaçılıq şeirin mövzusunu və ümumi görünüşünü dəyişdirdiyi halda vəzn nöqteyi-nəzərindən bir təsir yapmadı. Əski sarayın ənənələri davam etdirildi. Heca az çox iş­lədilməklə bərabər, əruz ədəbi mənzum nəşriyyatın haman haman yeganə vəzni oldu.

Ticarət kapitalizmi dövründə bizim şeirimizə hakim olan qəzəl və qəsidəçilik də əruzla davam ediyordu. 1900-dən sonra do­ğan yeni ədəbiyyatımızın hər sahəsində opera və mizah ədə­biyyatı müstəsna olmaq üzrə başlayan Türkiyə ədəbiyyatının təqlid sayə­silə vəzndə Namiq Kamal, Hamid və “Sərvəti-Fünun” ədəbiyyatı təsirində olaraq əruz tərcih edilirdi. Türkiyədə şair Məhəmməd Əminin zühurundan sonradır ki, öncə Türkiyədə, sonra bizdə heca vəzni kullanılmağa başladı. Bu dəfə Şərqi Oğuz şeirindəki heca - əski ədəbiyyatımızın təkamülü nəticəsində təsiri altında bulunmak­la bərabər – şair Məhəmməd Əminin hecasının tətbiqi deməkdir.

Şair Məhəmməd Əmin kəndisinə qədər kullanılan heca vəzn­lə­rinə bir çox vəznlər əlavə etdi, bizzat bunları tətbiq etdi. On yeddi, on səkkiz hecalı vəznlərdə mənzumələr belə yazdı. Fəqət bu müx­təlif vəznlərdən bu günkü ədəbiyyatda (8+5) on üç və (7+4) on birli tutuna bildi ki, bunlar - on birli və on dördlü nisbətlə az kullanılıyor.
«Maarif işçisi» jurnalı, 1927-ci il, sayı 3(23), səh.50-55, sayı 4(24), səh.58-61, sayı 6-7(26-27), səh. 45-62.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin