Mərasimlərin bərpası. Məlumdur ki, bizim müstəqilliyimizi itirdiyimiz dövrdə mərasim mədəniyyətimiz ağır itkilərə məruz qalmışdır. Müstəqil dövlət olmayanda rəsmi təsisatlar və rəsmi mədəni institutlar da olmur. Çünki bu idarə olunan bir mexanizmdir. Adətlər şəklində icra olunan mərasimlər isə öz miqyasına və təntənəsinə görə məhdud çevrəni əhatə edir. Başqa deyilişlə, el bayramları ev bayramları şəklində qeyd olunur. Bunları biz yaxın keçmişimizdə görmüşük. Heydər Əliyevin mərasim mədəniyyətimizə verdiyi töhfələrdən biri milli mərasimlərimizin bərpasıdır. Əlbəttə, bu bərpa məsələsi kifayət qədər mürəkkəbdir və uzun bir prosesi əhatə edir. Amma dövlət rəhbərinin təqvimi və rəqəmləri rəsmiləşdirməsi bu prosesin başlanması üçün vacib olan yaşıl işığı yandırmış olur.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib. 1970-1980-ci illərdə toylar aşıqsız, yaslar mollasız olmayıb. Milli (məsələn, Novruz bayramı) və dini bayyramlar (məsələn, Ramazan, Qurban) dünyəvi bayramlarla (məsələn, Yeni il, 8 Mart qadınlar bayramı, 1 May zəhməkeşlərin həmrəylik günü və s.) eyni mütəşəkkillikdə qeyd olunub. Amma Sovet bayramları (7 Noyabr İnqilab günü, 23 Fevral ordu günü, Konstitusiya günü və s.) xüsusi olaraq rəsmi səviyyədə geniş təşkil olunmurdu və bir növ simvolik xarakter daşıyırdı. Moskvaya həmin günün Azərbaycanda da qeyd olunduğu haqqında məlumat göndərmək üçün bu da kifayət edirdi.
2. Mərasim yaradıcılığı. Heydər Əliyev mərasim mədəniyyətinin bərpası ilə yanaşı bu mədəniyyəti daha da inkişaf etdirmiş, onu yeni-yeni mərasim formaları ilə zənginləşdirmişdir. Sovet dönəmində tarla düşərgələrində keçirilən “Məhsul bayramları” insanları yeni-yeni əmək qələbələrinə ruhlandırırdı. Belə mərasimlər yüksək təntənə ilə qeyd olunduğundan insanların həyatına nikbin ovqat gətirir və onların ruhi-mənəvi durumuna pozitiv təsir göstərmiş olurdu.
Heydər Əliyevin xüsusi diqqət verdiyi sahələrdən biri peşə bayramları idi. O istəyirdi ki, hər bir peşə zümrəsinin öz bayramı olsun və onlar bu günü həmrəylik nümayiş etdirərək birgə keçirsinlər. Belə bayramların artıq bir hissəsi (məsələn, müəllim günü, həkim günü və s.) cəmiyyətdə oturuşub və müntəzəm xarakter alıb.
3. Mərasimlərin təşkili. Heydər Əliyev həm Respublika rəhbəri kimi, həm də dövlət başçısı kimi mərasimləri yüksək səviyyədə təşkil edirdi. Ümumxalq bayramları və peşə bayramlarının əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi və bununla da bayramın təşkilini daha mütəşəkkil və möhtəşəm olmasını təmin etmiş olurdu. Çünki dövlət başçısının bayram mərasimində iştirakı onun ən yüksək səviyyədə hazırlanması üçün kifayət edirdi.
Ümummilli lider Heydər Əliyev bədnam qonşuların işğalı nəticəsində yurd-yuvasını itirmiş qaçqın və didərgin vətəndaşlarımızın yaşadığı çadır şəhərciklərində keçirilən toy mərasimlərində iştirak edirdi. Və bu iştirakı ilə həmin insanlara sonsuz sevinc bəxş edirdi. Onun diqqətindən heç nə yayınmır, heç kim unudulmurdu. Ayrı-ayrı el sənətkarlarını birbaşa qəbul edir, onların ad günlərini təbrik edir, xidməti olanları müntəzəm olaraq orden və medallarla təltif edirdi. Belə həssas diqqəti və qayğını görən hər kəs indi onun haqqında həyəcansız danışa bilmir.
4. Mərasim davranışı. Heydər Əliyevin mərasim mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən biri də onun göstərdiyi şəxsi davranış nümunəsidir. Onun mərasim hərəkətləri, yerişi, duruşu, mimikası, jestləri, çıxışı, nitqi, söylədiyi hər kəlmə nümunəvidir, böyük və zəngin bir məktəbdir. Bu bizim mərasim mədəniyyəti tariximizdə ən parlaq səhifəni təşkil edir. Müstəqil dövlətçilik mədəniyyətinin mərasimi əsaslarının formalaşmasında Heydər Əliyevin misilsiz xidmətləri vardır. Rəsmi dövlət mərasimlərinin təşkili ilə yanaşı bu mərasimdə iştirakın ən mükəmməl rəsmi nümunəsini göstərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədəniyyətimizin əsaslarını müəyyənləşdirdi.
Ümummilli liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqləri, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli-mənəvi quruculuq siyasəti mükəmməl konseptual əsaslara malikdir; onun strategiyası və taktikası mövcuddur. Onun milli-mənəvi quruculuq siyasəti azərbaycançılıq ideologiyasına əsaslanır. Azərbaycan vətəndir və bizi birləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideologiyamızın təməl pinsiplərinə milli-mənəvi dəyərlərimizi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Milli adətlərə, mərasimlərə və dini bayramlara da çox diqqətlə yanaşan Ulu Öndər Qurban bayramı haqqındakı mülahizələrini belə aydınlaşdırırdı:
“Qurban bayramı İslam aləminin bizə yadigar qoyduğu müqəddəs bayramdır. Bu bayramı dünyada bütün müsəlmanlar qeyd edirlər. İndi biz milli ənənələrimizi, adətlərimizi, dinimizi, mədəniyyətimizi bərpa etmişik. Azərbaycan xalqı milli azadlığa nail olub, özü öz taleyinin sahibidir. Ulu babalardan, Həzrəti Məhəmməd Peyğəmbərdən qalmış müqəddəs kitabımız Qurani-Kərim tərəfindən tövsiyə olunmuş Qurban bayramını azad və sərbəst şəraitdə qeyd edirik və beləliklə, Azərbaycan xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk”. Bu nümunədə Heydər Əliyevin mili-mənəvi dəyərlərimizə, adət və ənənələrimizə, bayramlarımıza və bütün mərasimlərimizə verdiyi önəm aydın şəkildə ifadə olunmuşdur. Burada bizim mərasim mədəniyyətinin perspektivləri üçün zəruri müddəalar da öz əksini tapmışdır. Bu sahədəki mədəniyyətimizin strateji inkişaf istiqamətləri həmin müddəaların fəlsəfi əsaslarını müəyyənləşdirən yuxarıdakı fikirlərdə ifadə olunmuşdur. Çünki bu nümunələrdə məsələyə Heydər Əliyev baxışı, Ulu Öndər yanaşması vardır və bu bizim milli-mənəvi inkişaf konsepsiyamızın strategeji əsaslarını təşkil edir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan mərasim mədəniyyəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa etdiyi, inkişaf etdirdiyi, təşkil etdiyi və yaratdığı mərasimlər xalqımızın həyatında ənənə şəklində yaşamaqdadır. Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ulu öndərin bu istiqamətdəki quruculuq fəaliyyətini davam və inkişaf etdirməkdədir. Milli bayram mərasimlərinin təşkili, təntənənin miqyasının və bayram tətillərinin genişləndirilməsi bu sahədə aparılan mədəni quruculuq işinin uğurlu davamı kimi böyük mədəni və mənəvi dəyər daşımaqdadır.
NƏTİCƏ
Xalqımız milli müstəqil, hüquqi, demokratik dövlət quruculuğu prosesini yaşayır. Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün milli dövlətçilik ənənəmizin tarixinə və onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təsvirinə və təhlilinə də diqqət artırılmalıdır. Bizim araşdırmaya cəlb etdiyimiz qaynaqların hər biri məhz bu problem üzrə müstəqil bir tədqiqatın mövzusu ola bilər və olmalıdır. Gələcək tədqiqatlarda bu problemlərin daha geniş araşdırmalara cəlb edilməsi də nəzərdən qaçırılmamalıdır.
Tarixdən türklərin qurduğu böyük Hun imperatorluğu, Xəzər xaqanlığı, Göytürk imperatorluğu, Oğuz-Səlcuq imperatorluğu, Osmanlı imperatorluğu, Qaraxanlı dövləti, Bulqar dövləti, Uyğur dövləti və b. məlumdur. Türk xalqlarından biri kimi, biz bu dövlətlərin, onların yaratdığı zəngin dövlətçilik mədəniyyətinin varisləriyik. Bununla yanaşı Şirvanşahlar dövləti, Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvi dövləti kimi Azərbaycan dövlətləri mövcud olub. Bunların hər birinin milli dövlətçilik tariximizdə xüsusi xidmətləri olub.
Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıqlarını qoruya bilməmişlər. Bu mədəniyyətin və ənənənin qorunmasını isə folklor, yaddaş, xalqın mənəvi bütövlüyünü təşkil edən ehtiyatlar təmin edir. Bu mənada folklor və dövlətçilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən məsələlərdir. Əgər məsələyə geniş prizmadan baxılsa dövlətçilik də xalq yaradıcılığının bir forması götürülə bilər. Cəmiyyət dünyəvi qanunlara zaman-zaman uyğunlaşır, amma milli əxlaqa, milli ənənəyə və milli davranışa zidd olmayan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır. Cəmiyyət həmişə sosial rifah və ədalətli idarəçilik haqqında düşünmüşdür. Xalqın düşüncə və arzuları ədalətli hökmdar ideyasını doğurmuşdur. Hər şeyi rəhbərindən gözləyən xalq bir çox hallarda onu müqəddəsləşdirmiş və mütləqləşdirmişdir. Bu düşüncələr də folklorda ifadə olunmuş, xalq içində də, saraylarda da dövlətçiliyin mənəvi məlumat dəstəyi, onu kamilləşdirən əsas faktor kimi çıxış etmişdir.
QAYNAQLAR
1. İsmayılov İ. Azərbaycanda dövlətçilik fikri oçerkləri.B., Maarif, 1996,148 s.
2. Sümər F. Oğuzlar. B., Yazıçı,1992, 432 s.
3. Rəcəbov Ə. Məmmədov Y. Orxon-Yenisey abidələri. B., Yazıçı, 1993, 400 s.
4. Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. B., Sabah, 1993,194 s.
5. Xəlil A. Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər. B., Səda, 2001, 181 s.
6. Qarayev Y. Türkün təməl və əməl kitabı/ Xəlil A. Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər. B., Səda, 2001, s.3-8.
7. Äèâàíè 냋ò-èò-òƒðê (чevirən B. Atalay), Àíêàðà, 1992.
8. Xəlil A. Mahmud Kaşqarlının “Divani lüğət-it türk kitabı”nda paremioloji vahidlərin struktur-semantik təhlili. Namizədlik dissertasiyası.Bakı, 2000.
9. Xəlil A. Мащмуд Кашгарлы: шяхсиййяти вя ирси. «Интернет вя Интеллект» журналы, №1, Бакы, Сяда, 2001,
10. Xəlil A. Паремиоложи мятнин структуруна даир («Дивани лцьяти тцрк»дя паремиоложи мятнляр цзря) Структур-семиотик арашдырмалар, №2, Бакы, Сяда, 2002.
11. Xəlil A. Мащмуд Кашгарлынын елми фяалиййятиндя фолклоршцнаслыьын йери. «Дядя Горгуд» журналы, №4, Бакы, Сяда, 2002.
12. Xəlil A. Мащмуд Кашгарлынын фолклоршцнаслыг фяалиййяти. Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр, №11, Бакы, Сяда, 2002.
13. Xəlil A. ДЛТ-дя паремиоложи мятнлярин тядгигиня даир. Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр, №13, Бакы, Сяда, 2002.
14. Xəlil A. ДЛТ-дя паремиоложи ващидлярин семиотик-структуруна даир. Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр, №14, Бакы, Сяда, 2003.
15. Xəlil A. «Дивани лцьят ит-тцрк»дя тцркчцлцк идейасы. “Ортаг Тцрк Кечмишиндян Ортаг Тцрк Эяляъяйиня” II Улусларарасы фолклор конфрансынын материаллары, Бакы, 2004.
16. Xəlil A. “Дивани лцьят ит-тцрк”цн паремиоложи фонду вя тяркиб елементляри. Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр, №16, Бакы, Сяда, 2005.
17. Cahangir Ə. Qədim türk ədəbiyyatının linqivistik poetikası. B., Elm, 2001, 166 s.
18. Hüseynoğlu K. Azərbaycan şeir mədəniyyəti. B., Ozan, 1996, 88 s.
19. Səfərli Ə. Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B.,Maarif, 1982, 387 s.
20. Həbiboğlu V. Türk dünyasının qüdrətli hökmdarları, xaqanları, sərkərdələri. B., Örnək, 1995, 324 s.
21. Hacib Has Йусиф . Кутадгу Билиэ. Анкара, 1959, с. 31.
22. Balasaqunlu Yusif. Qutadqu bilik-xoşbəxtliyə aparan elm. B., Azərnəşr, 1994, 492 s.
23. Hüseynoğlu K. Qədim Turan: mifdən tarixə doğru/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (on yeddinci kitab), B., Səda, 2005, s. 21-69.
24. Bayat F. Türk dini-mifoloji sistemində tanrı (semantik funksiyası və etimologiyası) / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (on yeddinci kitab), B., Səda, 2005, s.70-106.
25. Cəfərov Н. Епосдан китаба. Б., 1999. с.
26. İsmayılov H. Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları. B., Elm, 2002, 404 s,
27. Gəncəvi Nizami. İsgəndərnamə (Şərəfnamə) (tərcümə edəni Abdulla Şaiq). B., Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1964, 427 s.
28. Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siyasətnamə (farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sultanovundur). B., Elm, 1989, 212 s.
29. Məmmədzadə H. Bir neçə söz / Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siyasətnamə (farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sultanovundur). B., Elm, 1989, s.26- 28.
30. Sultanov R. Nizamülmülkün həyat və fəaliyyəti haqqında /. Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siyasətnamə (farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sultanovundur). B., Elm, 1989, s. 3-25.
31. Kərimli T. Nizami və tarix. B., Elm, 2002, 244 s.
32. Rzasoy S. Nizami poeziyası: mif və tarix konteksti. B., Ağrıdağ, 2003, 212 s.
33. Qarayev Y. Tarix: yaxından və uzaqdan. B., Sabah, 1995, 712 s.
34. Azərbaycan tarixi. B., 1994.
35. İsmayılov H. Tarixdə və folklorda Diyarbəkir. I Uluslararası Oğuzlardan Osmanlılara Diyarbəkir Sempozyumu. Diyarbəkir, 2004, s. 799-802.
36.Tusi Xacə Nəsirəddin. Əxlaqi-nasiri. (Azərbaycan dilinə tərcümə, müqəddimə və şərhi R. Sultanovundur) B., Elm, 1989, 256 s.
37. Sultanov R. Nəsirəddin Tusi və onun “Əxlaqi-nasiri” əsəri/. Tusi Xacə Nəsirəddin. Əxlaqi-nasiri. (Azərbaycan dilinə tərcümə, müqəddimə və şərhi R. Sultanovundur) B., Elm, 1989, s. 3- 31.
38. Fərzəliyev T. “Nəsrəddin” adı ilə bağlı lətifələrin nəşri və tədqiqi/ Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. İkinci kitab, B., AEA nəşriyyatı, 1966, s.77-123.
39. Sultanov M. Molla Nəsrəddinin prototipi kimdir? / “Azərbaycan” jurnalı, sayı 10, 1961, s.217-220.
40. Anekdotı Mollı Nasreddina. İzdatelstvo AN Azerb. SSR, B., 1958,
41. Fərzəliyev T. Şərq xalqları folklorunun komik qəhrəmanları/ Şərq xalqlarının lətifələri. B., Yazıçı,1982, s.3-6.
42. Şərq xalqlarının lətifələri. B., Yazıçı,1982, 199 s.
43. Osmanlı İ. Ön söz / Rəşidəddin. Oğuznamə. B., Azərbaycan Milli Ensiklopediyası, 2003, s.5-11.
44. Rəşidəddin. Oğuznamə. B., Azərbaycan Milli Ensiklopediyası, 2003, 108 s.
45. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. B., Yurd, 1999, 243 s.
46. Abdulla B. Salur Qazan (tarix, yoxsa mif...). B., Ozan, 2005, 224 s.
47. Ərcilasun Ə. Salur Qazan kimdir? / Dədə Qorqud, toplu, 2003, sayı 2.
48. Ögəl B. Türk mitolojisi. Ankara, 1989.
49. Şerbak A. M. Oquz-name. Muxabbet-name. Pamyatniki drevnouyqurskoy starouzbekskoy pismennosti. M., 1959.
50. Ögəl B. Böyük hun imperiyası. I kitab, B., Gənclik, 1992.
51. Kononov A.N. Rodoslavnaya turkmen. Soçinenie Abul Qazi Xivinskoqo. M.-L., 1958.
52. Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. B., Elm, 1999, 216 s.
53. Kəngərli A. Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük. B., Elm, 2002, 332 s.
54. Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. (Fars dilindən tərcümə edən, ön söz və şərhlərin müəllifi Rahilə Şükürova). B., Elm, 1998, 336 s.
55. Şükürova R. Əbubəkr Tehrani və onun Kitabi-Diyarbəkriyyə əsəri/ Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. (Fars dilindən tərcümə edən, ön söz və şərhlərin müəllifi Rahilə Şükürova). B., Elm, 1998, s.3-31.
56. Oğuznamələr. İşləyib çapa hazırlayanlar: K. V. Nərimanoğlu və F. Uğurlu. B., 1993
57. Raşid-ad – Din F. Djami at-Tavarix. B.,1957.
58. Rəşidəddin F. Oğuznamə.Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R. M. Şükürovanındır. B., 1992.
59. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. B., Azərnəşr, 1993, 301 s.
60. Attar A. Şah İsmayılın kültür mirası/ Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.1-11.
61. Rzasoy S. Xətai şeirinin folklor qaynaqları / Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.260-263.
62. Xəlil A. Xətai şeirinin arxetipləri/ Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.147-150.
63. Hüseynova N. Şah İsmayıl Xətai yaradıcılığında xalq ədəbiyyatı növlərindəki şeirlərin sənət özəllikləri/. Birinci Uluslararası Şah İsmayıl Xətai simpoziumunun materalları. Ankara, 2004, s.155-161.
64. Qızılbaşlar tarixi (Tarixi Qızılbaşan). Fars dilindən tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. B., 1993.
65. Kitabi Dədə Qorqud (nəşrə hazırlayanlar F.Zeynalov, S.Əlizadə). B., 1988.
66. Nəbiyev B. Əxlaqi və estetik məziyyətlər xəzinəsi/ Kitabi Dədə Qorqud (Məqalələr toplusu). B., Elm, 1999, s. 5-15.
67. Cəfərov N. “Kitabi-Dədə Qorqud” və türk epik təfəkkürü: qaynaqlar və köklər/ Kitabi Dədə Qorqud (Məqalələr toplusu). B., Elm, 1999, s. 16-20.
68. Nəbiyev A. “Kitabi – Dədə Qorqud” həqiqətlərinin izi ilə/ Kitabi Dədə Qorqud (Məqalələr toplusu). B., Elm, 1999, s. 67-74.
69. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı, 2011.
70. İslamzadə A. Qazan xan epik düşüncə və tarixi gerçəklikdə (Məlum oğuznamələr əsasında mülahizələr) / Dədə Qorqud jurnalı, 2005, sayı 2, s. 20- 27.
71. Rzasoy S. Oğuz mifinin paradiqmaları, B., Nurlan, 2004.
72. Məmmədov S. XIII əsrdə Azərbaycanda türk adət hüququnun bəzi hərbi-hüquqi müddəaları haqqında/ Dədə Qorqud jurnalı, 2005, sayı 2, s. 78-84.
73. Kərimov M. Müasir dünya və ortaq türk dəyərləri/ Dədə Qorqud jurnalı, 2004,
74. Məmmədov S. Qədim hunlarda dövlət və hüquq/ Tarix və onun problemləri, B., 2004, sayı 2.
75. Özdək R. Türkün qızıl kitabı (üç cilddə). B., Yazıçı, 1996, 1997, 1998.
76. Biçurin N. Sobranie svedeniy o narodax, obitavşix v Sredney Azii v drevnie vremena. t. I, M., -L., 1950.
77. Bartold V. V. Rabotı po istorii i filoloqii tyrkskix i monqolskix narodov. t. V, M., Nauka, 1968.
78. Əsgər Ə. Qıpçaq M. Türk savaş sənəti. B., Yazıçı, 1996.
79. Vernadski G. V. Çingiz xanın Ulu yasasının quruluşu haqqında (tərcüməçi və ön sözün müəllifi Əsgər Ə.) B., Ağrıdağ, 2001.
80. Kitabi-Dədə Qorqud Ensiklopediyası. I-II kitab, B., Yeni Nəşrlər Evi, 2000.
81. Alptekin C. Selcuklarda insani değerler ve hükuk. Tarih boyunca türklerde insani değerler ve insan hakları. Başlanğıçtan Osmanlı dönemine kadar. I kitap, İstanbul, Türk kültürüne hizmet vakfı, 1992.
82. К‰прцлц F. Тцрк едебиjjатында илк мцтасаввифлар. Диjанет ишлери башканлы‹ы jаjынлары. Анкара, 1991, с. 20-21.
83. †аферо‹lу A.. АзЃрбаj‡ан едебиjаты. s. 140-217, Тцрк дцнjасы едебиjаты I, Тцрк дцнjасы араштырмалары вакфы, 1991, с. 140.
84. Əliyev H. Xalqların dostluğu – ədəbiyyatların dostluğudur (Yazıçıların Ümumittifaq yaradıcılıq konfransında məruzə) / “Kommunist” qəz., 29 oktyabr,1980.
85. Əliyev H. Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir // H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. B.,Ozan, 1999, s.337-345.
86. Mehdiyev A. Heydər Əliyev Azərbaycan alimlərinin ilhamvericisidir // Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.53-59.
87. Kərimov M. Heydər Əliyev fenomeni // Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.8-46.
88. Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. B., Qismət, 2003, 248 s.
89. Əliyev R. Heydər Əliyev, din və mənəvi dəyərlər. B., İrşad, 1998, 76 s.
90. Cəfərli M. Heydər Əliyev: xalqın güvənc yeri və milli iftixarı // Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.20-24.
91. Cəfərov N.Azərbaycanşünaslığa giriş. B., AzAtaM, 2002, 600 s.
92. Hacıyev T. “DQK- 1300” – tarixi dövlət tədbiri // Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.8-11.
93. Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.52-70.
94. Əkbərov R. Heydər Əliyev və Nizami Gəncəvi irsi// Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.12-19.
95. Quliyev E. H. Əliyev və Cənubi Azərbaycan milli- mənəvi dəyərləri // Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.40-51.
96. Xavəri S. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu. “Elm” qəzeti, 25 may 2005-ci il, sayı 13-14 (738-739).
BAŞLIQLAR
Orta çağ türk yazılı abidələrində folklor və dövlətçilik 3
Orxon-Yenisey abidələrində dövlətçilik 7
“Divani lüğət-it türk”də dövlətçilik 12
“Kutadqu bilik”də dövlətçilik 27
“Siyasətnamə”də dövlətçilik 31
“Xəmsə”də dövlətçilik 35
“Əxlaqi-nasiri”də dövlətçilik 40
“Oğuznamə”lərdə dövlətçilk 44
“Kitabi-Diyarbəkriyyə”də dövlətçilik 50
Xətai və dövlətçilik....... 54
Azərbaycanlılıq və azərbaycançılıq 59
Dövlətçilik və mərasim folkloru 66
Nəticə........................... 74
Qaynaqlar...................... 76
Ağaverdi Xəlil.
Folklor və dövlətçilik.
Bakı, Elm və təhsil, 2014.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:
Ruhəngiz Əlihüseynova
Korrektoru:
Vüsal Abıyev
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 60/84 16/1
Mətbəə kağızı: №1
Həcmi: 84 səh.
Tirajı: 300
Kitab AMEA Folklor İnstitutunun
Redaksiya-nəşr bölməsinin Kompyuter
Mərkəzində yığılıb səhifələnmiş, «Elm və təhsil»
NPM-də hazır depozitivlərdən ofset üsulu ilə
çar olunmuşdur.
AĞAVERDİ SƏRXAN OĞLU XƏLİL – filologiya üzrə fəlsəfə doktoru, dosent.
1962-ci il avqustun 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
“Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda paremioloji vahidlərin struktur-semantik təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, “Oğuz eposunda ritual və janrın struktur tipologiyası” mövzusunda doktorluq dissertasiyası yazmışdır.
2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “İntellekt-nəzəri eksperimental laboratoriyası”nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda “Folklor laboratoriyası”nın, 2007-2011-ci illərdə “Folklor nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən “Mərasim folkloru” şöbəsinə rəhbərlik edir.
“Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər” (2001), “Əski türk savlarının semiotikası” (2006), “Folklor terminləri” (2010), “Türk xalqlarının yaz bayramları və Novruz” (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 80-dən çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus, fars və ingilis dillərində nəşr olunmuşdur. “İnternet-İntellekt” toplusunu (2001) və “Struktur-semiotik araşdırmalar” (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan “Motif Akademi” folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur. “Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və dəyərləndirilməsi layihəsi”nin müəllifi və koordinatoru olmuşdur (2012-2013).
Kazan Dövlət Universitetinin (1986) və Azərbaycan Milli Elmlər Akademiyasının (2012) Fəxri fərmanları ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: |