Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə65/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   61   62   63   64   65   66   67   68   ...   78
Nizami-folklor

Ключевые слова: мифонимы, код, поэтонимы, имя, миф, исследование.
Nübar HƏKİMOVA

AMEA Folklor İnstitutu,

biologiya üzrə fəlsəfə doktoru
NİZAMİ GƏNCƏVİNİN ”SİRLƏR XƏZİNƏSİ” VƏ “İSKƏNDƏRNAMƏ” ƏSƏRLƏRİNDƏ TİBBİ AMİLLƏR

Klassik ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri olan dahi Nizami Gəncəvi, öz əsərlərində Azərbaycan xalq ədəbiyyatı nümünələrindən məharətlə istifadə etmişdir.

Azərbaycan xalqının zəngin bədii irsinə, xalq ədəbiyyatına dərindən bələd olan Nizaminin əsərlərində atalar sözləri, məsəl­lər, və digər xalq hikmətləri ilə yanaşı, xalq ədəbiyyatının ayrıl­maz hissəsi olan xalq təbabəti və loğmanlıq da özünün həm bədii, həm də tibbi əksini tapmışdır.

Bu baxımdan şairin “Sirlər xəzinəsi” və “İskəndərnamə” əsərləri xüsusi ilə önəmlidir.

İnsan sağlam olar az-az yeməkdən,

Uzun ömür eləməz əsla çox yeyən.


Yağlıdan, yavandan elə ye ki, sən,

Onu asanlıqla həzmə verəsən

Az yeməyin faydası haqqında tibb elmində kifayət qədər məlumat vardır. Məlumdur ki, həddindən artıq çox yemək, insan orqanizmi üçün zərərlidir. Belə ki, çox yemək orqanizmdə mad­dələr mübadiləsinin pozulmasına, artıq çəkiyə, piylənməyə gəti­rib çıxarır.

“Yeməkdə əsasdır cana nuş olmaq,

Onun dadına yox, faydasına bax”

Əlbəttə, yeməyin insan orqanizminə sadəcə qəbulu yox, onun nə dərəcədə faydalı olduğu önəmlidir.

Az ye, çevik, yüngül ol, hər zaman,

Çox yesən ağırlaşar, min iztirab duyarsan.

Təbii ki, normadan artıq qida qəbulu orqanizmin daxili balansını pozmaqla yanaşı, insanın xarici görkəminin də dəyiş­məsinə, belə ki, piylənməyə, xarici dəri qatının-dermanın defor­masiyasına və orqanizmin əsas dayaq-hərəkət sistemini forma­laşdıran skeletin əsas dayaq sütunu olan onurğanın əyriliyinə gətirib çıxarır.

Bu baxımdan dahi Nizaminin öz əsərlərində az yeməyin orqanizm üçün faydasını dəfələrlə vurğulaması, onun tibb elmi­nə dərindən və mükəmməl şəkildə bələd olmasından xəbər verir.

Qanın qüvvətini azalt, az ye, yoxsa sən,

Yoğun dəmirlər kimi gürz zərbəsi yeyərsən.


Qarınqulu olmaqdan xeyli yaxşıdır inan,

Saxlayasan ruzunu, yavaş-yaaş dadasan


Aslan az yediyindən qurdlara başçı oldu,

Hər şeyi udan ancaq, acgöz alovdu, oddu


Gündüz göz işığı. Gözün şəfəq çeşməsi,

Nədir yeməyi? Günəş- min ulduzun bircəsi.

Az yeməyinə baxmayaraq aslan qurdlara başçı olur. Ac göz, nəfsi tox olmayan isə, zərər yetirən alova çevrilir.

Gündüz işığı dünyanı işıqlandırır, amma öz yeməyini gü­nəş­dən alır. O günəş ki, həyat işığıdır və əbədidir. Dahi Nizami yenə də burada az yeməyin faydasını qeyd edir.

Yemək, yatmaq hələ ki, ucaltmayıb heç kəsi,

Xərabədə yerləşər böyüklər xəzinəsi”

Bəllidir ki, tibbdə hərəkətsizlik, passiv həyat tərzi, çox yatmaq da, çox yemək kimi insan orqanizminə mənfi təsir gös­tərir. Orqanizmdə hərəkətsizlikdən yağlar parçalanmır, dərinin piy təbəqəsində kəskin piylənmə, oynaqlarda ağrılar və ümumi orqanizmdə isə toksinlərin yığılması halı baş verir.

Yemək, qarın alveri əgər yetsəydi dada,

Çox yeyənlərin çoxu sağ qalardı dünyda.
İnsan çox yaşasaydı ömür düşərdi gözdən,

Ömrünün dəyərini az ömürdən istə sən.



Burada maraqlı bir məqam üzə çıxır. Buna qədər qeyd et­diyimiz nümunələrdə ifrat qida qəbulunun insan orqanizminə fiziki və orqanik baxımdan zərərli təsiri göstərilir. Amma yuxa­rıda qeyd etdiyimiz, saf, təmiz mənəviyyatın tərcümanı olan bu bədii parçada isə, dərin mənəvi-fəlsəfi məntiq öz əksini tapmışdır.

Dahi Nizami yeməyi qarın alveri sayır. Əgər yemək dada çatan olsaydı, çox yeyənlər dünyada sağ qalardı.

İnsanın çox yaşaması şərt deyil, dəyərli ömür yaşaması şərtdir. Elə bir ömür ki, maddiyata deyil, mənəviyyata söykən­sin. Yəni, insan öz nəfsinin yox, ağlının qulu olsun.

Qarnın dop-dolu olsa başın yüz bəla çəkər,

Nəfsin quduzlaşması insanı söküb tökər.
Nəfsin ilə bərabər sənə baş verilib, baş,

Yeməyəsən halalın olmayan neməti kaş.

İnsanın öz nəfsinə hakim olması haqqında tək təbabətdə deyil, bütün elmlərin əsasını özündə birləşdirən Qurani-Kərimdə də məlumat verilir.

Necə susuz olsan, istiyə düşsən,

Tələsik soyuq su əsla içmə sən.
Olarsa yeməkdə birisi loğman,

Saxlar öz nəfsini yad loxmalardan.


Çox yemə, süfrədə hər şey çox da var,

Artıq bir qətrədən qədəh də daşar.

Burada göstərilən məqamları Nizami özünün “ Leyli və Məcnun “ əsərində də xüsusi ilə vurğulamışdır.

Sözün də su kimi lətafəti var,

Hər sözü az desən daha xoş olar.
Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

İyirminci əsrdə tibb elminin kifayət qədər məlumatlı olduğu bu məqamları, dahi Nizami öz əsərlərində hələ neçə əsrlər bundan qabaq böyük ustalıqla şərh etmişdir.

Nə öküz, nə eşşək kimi yeyərik,

Nə də ağzımızı möhürləyərik.

Tibbdə və ya loğmanlıqda çox yeməyin fəsadları göstə­rilirsə də, bunula yanaşı, ümumiyyətlə yeməkdən bu və ya digər şəkildə imtina etmək də düzgün sayılmır. Hər bir şey qədərində gözəldir. Əlbəttə, insanın normal qidalanmaması bir çox xəstə­liklərin əmələ gəlməsinə, bədəndə toksinlərin yığılmasına və immunitet zəifliyinə gətirib çıxarır. İmmunitet zəifliyi isə orqa­nizmdə müftəlif xəstəliklərin başlanğıcıdır.

Azərbaycan ədəbiyyatının koriyeflərindən olan Nizami Gən­cəvinin yaradıcılığı elə bir dəyərli xəzinədir ki, o xəzinədə bütün dünyəvi elmləri özündə əks etdirən nümunələrə rast gəl­mək olar.

Bir sözlə, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın mil­li-mənəvi sərvətidir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin