/б 'У З ? Yəni bir qayda olaraq, söyləyici öz nağılım zamana (T) və
ya məkana (S), yaxud zamana və məkana (TS) yerləşdirir.
Başlanğıc (inisial) formulunun ilkin funksiyaları bunlardır (121,
18). Bu baxımdan alimlərin fikirləri üst-üstə düşmür.
Nağılları tarixi həqiqət və ya tam uydurma hesab edən folk-
lorşünaslar nağılların başlanğıc formulları barədə fərqli düşü
nürlər. Rusiya folklorşünası İ.Razumovaya görə, nağılların
bütün zaman - məkan xüsusiyyətləri sistemi ənənəvi formullar
da toplanır. Nağılların zaman - məkan formulları bütün formul
stereotipləri arasında birinci yerdə yerləşir, çünki onlar nağıl
dünyasının daha vacib koordinatları ilə bağlıdırlar (122, 71).
E.M.Meletinskiyə görə, nağıllarda uydurmaya və əfsanəviliyə
meyl məhz başlanğıc və sonda göstərilir. Bu qeyri-müəyyən za
man və məkan kateqoriyaları vasitəsi ilə formalaşır (122, 76).
P.Yakimov “Nağıllarda və bayatılarda bədii zaman” əsərində
qeyd edir: “Nağılları həqiqət dünyasından uzaq hesab edən araş
dırıcılar nağılların süjetindəki zaman və məkanın da həqiqətə
uyğun olmadığını hesab edirlər. Yəni nağıllar heç nə ilə, yəni za
man və hadisələrin yoxluğu ilə başlayır” (139). Fikrimizcə, za
man və məkan nağıllarda dəqiqliklə göstərilməsə də, sözügedən
formullarda müəyyən tarixi həqiqətlər tapmaq mümkündür. Na
ğılların zamanının və məkanının dəqiq göstərildiyini söyləyən
N. Roşiyanu onları aşağıdakı şəkildə göstərir: