Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   67   68   69   70   71   72   73   74   ...   78
Qarışıq sonluq formulları
3.18.  Vəzir,  vəkil,  bir də  camaat pişvaz  edib,  qırx  gün  qırx 
gecə yeyib,  içib  şadlıq elədilər.  Siz də yeyin,  için muradınıza ça­
tm.  Göydən üç  alma düşdü,  biri  mənim, biri  özümün, biri  də na­
ğıl deyənin.  Tap görüm almalar kimə qaldı  (38,  131).
3.19.  Məlik  Əjdərə  burada  qırx  gün,  qırx  gecə  toy  elədilər. 
Onlar yedilər yerə keçdilər, siz də yeyin dövrə keçin.  Göydən üç 
alma düşdü,  biri  mənim,  biri  özümün,  biri  də  nağıl  deyənin.  Siz 
sağ, mən salamat.  Siz yüz yaşayın, mən iki əlli (41, 60).
3.20.  Qırx  gün,  qırx  gecə  Əhmədlə qızına toy elədilər,  şad­
yanalıq  keçirdilər.  Onlar  şad  şalaym  ömür  sürüb  dövran  keçir­
dilər.  Sizin də kefiniz kök, damağınız sağ olsun (38, 79).
3.21.  Burda bir toy oldu ki,  gəl  görəsən.  Mənim kimi kasıb- 
kusub yesin,  içsin,  desin  ki,  qurtaracaq.  Onlar orada şad  oldular, 
bunlar da burada (74,  52).
3.22.  Bundan sonra Məlik Düçar,  Pəri xanımı, bir də mehtər 
Şabanı  götürüb  gəldi  şəhərə.  Qırx  gün,  qırx  gecə  toy elədi.  Pad­
şahın nə ki,  tərəfdarları vardı, hamısının boynunu vurdurdu.  Mə­
lik  Düçar  başladı  bu  şəhərdə  ədalətnən  padşahlıq  etməyə.  Onlar 
keyf çəkib yerə keçdilər, siz də burada var olun” (38,  152).
3.23.  Mələk  xanım  Rüstəmi  padşah  tikdi.  Rüstəm  də  çox 
ədalətli padşah olub,  ömrünün axınna kimi  Mələk xanımla ömür 
sürməyə başladı (99,245).
191


3.24.  İskəndərin anası oğlunun bu sözlərini eşidənnən  s o n ra  
düz  gəldi  evlərinə.  Burada nağıl  tamam  oldu,  qazan  aşla  d o ld u , 
toxlar yedi, aclar doydu (40,143).
3.25.  Burda nağıl tamama yetdi.  Hamı  durub evlərinə  g e td i. 
Göydən üç alma düşdü,  üçü də öz ağzıma düşdü (40, 230).
3.26.  Əlqərəz,  hər iki  şah  atlanıb  düşdülər yola.  Gəlib  ç ı x d ı ­
lar bu şahın torpağına. Qırx gün, qırx gecə yeyib-içdilər (74,  1 8 5 ).
3.27. Nuşapəri xanım əvvəlcə adam elədiyi küçüklərə  y e d d i 
gün yedii  gecə toy elədi,  əmi qızıynan əmi oğlunu bir-birinə  ç a t ­
dırdı.  Sonra  başladı  özlərinə  qırx  gün,  qırx  gecə  toy  v u rd u rd u , 
bütün  fağır-fuqəraya,  əlsiz-ayaqsızlara xörək payladı.  Bunlar  fa - 
ğır-füqəranın  tərəfində  olub,  camahatnan  yaxşı  rəftar  eləd ilər. 
Onlar yeyib-içib  yerə keçdilər.  Siz də yeyin-için, muradınıza  ç a ­
tın” (32, 25).

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin