Atalar sözləri və deyimlərdən ibarət sonluq formulları
3.28. Mən onda qəsdən elədim ki, siz çıxıb, gedib özünüzə
çörək axtarasınız. Çünki öz əli ilə qazanmayıb ata malına göz
dikənlər axırda bədbəxt olarlar (36, 274).
3.29. Qardaşlar gördülər ki, doğrudan da güc birlikdədir”
(4, 466).
3.30. Bunun mənası budu ki, göydən bəla enəndə adamın
heyvanına-zadına enir. O, qadam sovuşdurmaqdan ötəridi. Bu,
qadanı qoymadı heyvanla sovuşdura, canını qurban verdi. Bu da
bunnan getdi (74, 242).
3.31. Görürsən ki, ölüyə də yaxşılıq eyləyəndə, yerdə qalmır
(36, 288).
3.32. Dünyada bilik, bir də iradə hər şeyə üstün gəlir (39,
255).
3.33. Əsgərin də bəxti belə gətirdi. Allah həmişə, hər yerdə
yaxşıların Allahıdı. Nağılımız da burda bitdi (11, 185).
3.34. Atalar deyib ki, üç yüz il yox, min ildən də sonra su
gələn arxdan bir də gələr (74, 229).
3.35. Dünyada bilik, bir də iradə hər şeydən üstün gələr (40,
15).
3.36. Əsil qazanc zəhmət, bacarıq, ağıl nəticəsində əldə
edilir” (34, 321).
3.37. Almanı götürür, silib deyir:
- İndi mən bunu yiyim, gör qismətimdi, ya yox?
Deyir:
- Oğul, ye, yesən qismətindi, yeməsən yox.
Yəni Allah verməsə, bəndə versə də onun mənası yoxdur
(21,245).
3.38. Əziz dinləyicim, sizin də axırınız Məhəmməd və Sə
nubər kimi xoşbəxt olsun, amma siz yalan danışmayın (55, 43).
3.39. Dedi ki, doğurdan da dünya belə getməz, indi qardaş,
dünya belə getməz (74, 240).
195
3.40. Atalar yaxşı deyib: “Artıq tamah daş yarar, daş qayı-
. dar, baş yarar” (1, 133)
3.41, Ona görə də atalar yaxşı deyib: “Sən saydığını say,
gör fələk nə sayır” (1,209).
Dostları ilə paylaş: |